Məhkəmə qərarları › İş №2(005)-1633/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1633/2021

07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1633/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Standarlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cəlb edilməklə əmtəə nişanından istifadənin qadağan edilməsi, əmtəə nişanının gecə klubundan sökülməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 qarşı əmtəə nişanından istifadənin qadağan edilməsi, əmtəə nişanının gecə klubundan sökülməsi və pul ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2338,7 kv.metr olan qeyri-yaşayış sahəsinin “xxxx club” adı altında istifadə edilməsinə görə Cavabdeh3 2 000 000 (iki milyon) manat pul vəsaitinin tutularaq - İddiaçı xeyrinə ödənilməsi, həmin qeyri yaşayış sahəsinin “xxxx club” adı altında və ya ona qarışdırılacaq qədər oxşar digər nişanlardan hər hansı digər formada istifadə olunmasının cavabdehlər Cavabdeh3, X11 və Cavabdeh1 qadağan olunması və “xxxx club” əmtəə nişanının ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2338,7 kv.metr olan qeyri-yaşayış sahəsindən (“xxxx club" adı ilə fəaliyyət göstərən gecə klubundan) sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2338,7 kv.metr olan qeyri-yaşayış sahəsi (“xxxx ” adı altında gecə klubu) əmlakın mülkiyyətçiləri X11 və Cavabdeh1 ilə X6 arasında bağlanmış 05 mart 2019-cu il tarixli icarə müqaviləsi əsasında X3 istifadəsinə verilmişdir. Həmin əmlakın üzərində olan əmtəə nişanı “xxxx club “- İddiaçı məxsusdur. İcarə müqaviləsi bağlandıqdan sonra X6 ilə qeyri-yaşayış sahəsinin işlədilməsi üçün Cavabdeh3 şifahi razılığa gəlmiş və işləməyə başlamışlar. Lakin 10 gün sonra Cavabdeh3 Abdullayev Ağanın işçilərini obyektdən çıxararaq obyekti zəbt edib və orada olan daşınar və sair əmlakları özünün qanunsuz istifadəsinə keçirərək öz işçiləri ilə işlədir. Həmçinin həmin obyekt (gecə klubu) hazırda “xxxx club” adı altında fəaliyyət göstərir ki, həmin əmtəə nişanı - İddiaçı məxsusdur. O, dəfələrlə Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2338,7 kv.metr olan qeyri-yaşayış sahəsində (“xxxx" adı altında gecə klubu) olan əmtəə nişanını dəyişdirməyi və əmtəə nişanına görə klubun əldə etdiyi gəlirin ona ödənilməsini tələb etsə də, Cavabdeh3 tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Qeyd edir ki, həmin “xxxx club” ölkədə kifayət qədər geniş tanınmış bir addır. Həmin ada görə sözügedən gecə klubuna çoxsaylı müştərilər və turistlər gəlir. Gecə Klubunun aylıq qazancı 500 000 manatdan daha yüksəkdir. Lakin 4 aydan çox müddətə həmin gecə klubunu idarə etməsinə baxmayaraq Cavabdeh3 və obyektin mülkiyyətçiləri tərəfindən ona heç bir ödəniş edilməmişdir. O, dəfələrlə həmin əmtəə nişanından istifadə edilməməsini və əmtəə nişanına görə əldə olunmuş gəlirin ödənilməsini tələb etsə də, cavabdehlər buna heç bir əhəmiyyət verməmiş və bu günə qədər də həmin obyekti “xxxx club” adı altında işlətməyə davam etmişdir. Buna görə onun hüquqlarını kobud şəkildə pozulmuş və ona külli miqdarda maddi zərər dəymişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Standarlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş əmtəə nişanına dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, “xxxx club” əmtəə nişanı İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri X14 üzrə Baş İdarəsinin məhkəmənin 16.12.2019-cu il tarixli 2(005)-5210/2019 saylı sorğusuna ünvanlandığı cavabdan görünür ki, 29.12.2019-cu il tarixə olan uçot baza məlumatlarına əsasən “xxxx Club” adı altında fəaliyyət göstərən təsərrüfat subyektinin vergi orqanında qeydiyyatda olduğu müəyyən edilməmişdir. İş materiallarında olan AN-İ №0832937 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Vergilər Nazirlyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyat idarəsinin çıxarışının təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC 06.09.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır) (maddə 1). Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması (maddə 4). Azərbaycan Respublikasında qeydə alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu hal geniş tanınmış nişan sahibinin hüquqlarının pozulması hesab edilir (maddə 7) «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir. Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Həmin Qanunun 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Azərbaycan Respublikasında qeydiyyata alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu hal geniş tanınmış əmtəə nişan sahibinin hüquqlarının pozulması hesab edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulmasına dair mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. Həmin Qanunun 34cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Patent haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən ixtira, faydalı model və sənaye nümurələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir. Patent, ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının pul tələbi ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus əmtəə nişanının cavabdeh X8 məxsus qeyri-yaşayış sahəsinin üzərində Klubun girişində istifadə edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədi. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən iddiaçıya məxsus əmtəə nişanının nə vaxt, harada, kim tərəfindən istifadə edilməsi aydın deyil. Eyni zamanda ******* manat maddi ziyanın da dəyməsini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilmədi. Məhkəmə eyni zamanda iddiaçıya məxsus əmtəə nişanının qeyri yaşayış sahəsinin “xxxx club” adı altında və ya ona qarışdırılacaq qədər oxşar digər nişanlardan hər hansı digər formada istifadə olunmasının cavabdehlər Cavabdeh3, X11 və Cavabdeh1 qadağan olunması və “xxxx club” əmtəə nişanının ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2338,7 kv.metr olan qeyri-yaşayış sahəsindən (“xxxx club" adı ilə fəaliyyət göstərən gecə klubundan) sökülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə tələbin təmin edilməsini də mümkün hesab etmir, çünki iş materiallarına əlavə edilmiş sübutlarla yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin X9 yox, X4 məxsus olması öz təsdiqini tapdı. Qeyd edilənlərə əsasən və mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Standarlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cəlb edilməklə pul tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Standarlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cəlb edilməklə əmtəə nişanından istifadənin qadağan edilməsi, əmtəə nişanının gecə klubundan sökülməsi və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar