Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1660/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2019-cu il təvəllüdlü X3 üçün o, yetkinlik yaşına çatana qədər hər ay 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 15 mart 2019-cu il təvəllüdlü X3 üçün o, yetkinlik yaşına çatana qədər hər ay 220 manat sabit pul məbləğində alimentin mediasiya şurasına müraciət edildiyi vaxtdan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət X5 nikah bağlamışlar. Birgə nikahdan 15 mart 2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Uzun müddətdir ki, azyaşlı övladı Səidə Ağayeva ilə birlikdə atası Rafiq Cavadova məxsus ünvan 1 ünvanda yaşayırlar. Cavabdeh azyaşlı övladının ehtiyaclarının qarşılanmasına heç bir maddi və mənəvi köməklik etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, AZ-İİ seriyalı 295909 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X7 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, 2467 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı 148879 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-715/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət X5 bağlanmış 2467 nömrəli nikahın pozulması və birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X6 anası- İddiaçı himayəsində saxlanılması qət edilmişdir. xx.xx.2023-cü il tarixli, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından 15 mart 2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. İddiaçı tərəf himayəsində olan uşağı üçün hər ay 220 manat aliment tutulmasını xahiş edir. Digər tərəfdən, alimentin mediasiyaya müraciət etdiyi vaxtdan, yəni 02 iyun 2022-ci il tarixdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, 15 mart 2019cu il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən 220 manat, sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması ədalətli və əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Alimentin tutulma vaxtına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəf alimentin 02 iyun 2022-ci il tarixdən tutulmalı olduğunu cavabdehlə ilə arasında olan mediasiya prosesi ilə əsaslandırmışdır; halbuki iddiaçı alimentlə bağlı məhkəmə prosesindən əvvəl mediasiya prosesində Cavabdeh aliment ödəməyi təklif etmiş, ondan aliment tələb etmişdir. İddiaçı tərəf Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbi baxımından aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü sübut etmişdir. Məhkəmə iclasında tərəflərin ailə münasibətlərinə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-715/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verildiyi müəyyən olunmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün aliment məbləğinin tərəflərin ailə münasibətlərinin faktiki kəsildiyi və mediasiya prosesində Cavabdeh tələb etdiyi 02 iyun 2022-ci i tarixdən tutulması daha ədalətli və ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 2640 manat) ödənilməli olan dövlət rüsumu 46,4 (qırx altı manat qırx qəpik) manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 15 mart 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment xx.xx.2022-ci il tarixdən hesablansın. Ödənilməmiş dövlət rüsumu olaraq 46,4 (qırx altı manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1660/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1660/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver