Məhkəmə qərarları › İş №2(005)-168/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-168/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-168/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx MMC-nin əmlakın qiymətləndirilməsi barədə 18.02.2020-ci il tarixli, 21 saylı hesabatının ləğv edilməsi və ona məxsus Mersedes Benz GL-450 markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin düzgün bazar qiymətlərinə uyğun qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X6 FZCO” şirkəti ona qarşı məhkəmədə iddia qaldıraraq, ondan 789 saylı ixrac satış qaiməsi əsasında iddiaçıdan aldığı 105 ədəd AL-1202 markalı, **********1 kod nömrəli, 70 ədəd Aİ-913 SAC markalı, **********9 kod nömrəli. 25 ədəd AL-1201 markalı **********4 kod nömrəli, 10 ədəd AL-2401 SAC markalı, **********4 kod nömrəli, 50 ədəd AL-1801 SAC markalı, **********4 kod nömrəli kondinsonerləri və dəyəri hesablanmadan pulsuz göndərilən ehtiyat hissələrinə görə borclu qaldığı 56.660 ABŞ dolları vəsaitinin və borcunun vaxtında ödəməməsi, ondan uzun müddət faydalanması nəticəsində iddiaçıya vurduğu maddi zərərin əvəzi olaraq 56.660 ABŞ dolları, ümumilikdə 113.320 ABŞ dolları və 30 manat dövlət rüsumunun alınaraq BƏƏ-nin Dubai şəhərində yerləşən “X6 FZCO” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, o '’X6 FZCO” şirkətinə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, “X6 FZKO” şirkəti tərəfindən göndərilmiş keyfiyyətsiz malların qəbulu, daşınması və saxlancı nəticəsində ona dəymiş 49.500 manat zərərin şirkətdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında işgüzar münasibətlər yaranmış, müxtəlif vaxtlarda şirkət tərəfindən göndərilmiş elektrik mallarını Azərbaycan Respublikası ərazisində sataraq dəyərini ödəmişdir. Aralarında hər hansı mübahisə olmamışdır. 2014-cü ildə şirkət tərəfindən iddia ərizəsində qeyd edilən kondisionerlər Sədərək ticarət mərkəzində yerləşən mağazada və digər ticarət obyektlərirdə yerləşdirməklə satmağa cəhd etmiş, malların bir qismini sataraq pulu şirkətə göndərməmiş. Lakin sonradan məlum olmuşdur ki, həmin mallar əsil deyil dublikatdır. Malların satışını davam etdirmək mümkün olmamışdır. Bu barədə iddiaçı tərəfindən şirkətə məlumat vermişdir. Təxminən 2015-ci ildə şirkətin nümayəndəsi Bakı şəhərinə gəlmiş, malın satışını təşkil etməyə çalışmış, lakin sata bilməyərək Azərbaycan Respublikasından getmişdir. Dəfələrlə şirkətə müraciət edərək, mallarını geri götürməsini tələb etmişdir. Həmin mallar hal-hazırda da anbarda saxlanc yerində saxlanmaqdadır. Şirkətin nümayəndələri həmin mala baxış keçirmişlər. Qeyd ediləndən başqa “X6 FZCO” şirkəti 2015-ci ilin təxminən may ayının sonu iyun ayının əvvələrində öz nümayəndəsini malların satışı üçün Bakı şəhərinə ezam etmişdir. Həmin vaxt o mübahisəli malları satış üçün şirkətin nümayəndəsinə təqdim etmişdir. Həmin şəxs bir müddət Sədərək ticarət mərkəzində və digər icarə etdiyi obyektdə kondinsonerləri satmağa cəhd etsə də, heç bir nəticəyə nail olmadığı üçün qayıdıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, kondisionerlərin anbarda saxlanması üçün hal-hazıra qədər icarə haqqı kimi manat yer haqqı ödəmişdir. Bundan başqa malın dövlət gömrük sərhəddindən keçirilməsi üçün 28.500 manat və ölkəyə gətirilməsi üçün daşınma xərci kimi 2.500 manat pul ödəmişdir. Ümumilikdə keyfiyyətsiz və dublikat malların ölkəyə gətirilməsi, dövlət gömrük sərhəddindən keçirilməsi və daşınması üçün iddiaçıya 49.500 manat zərər dəymişdir. Həmin vəsait iddiaçıya satışa yararsız mal göndərmiş “X6 FZCO” MMC tərəfindən ödənilmişdir. Məhkəmənin qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ondan 56660 ABŞ dolları məbləğində əsas borc və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 20 manat tutularaq “X6 FZCO" şirkətinə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması və onun iddia tələbinin rədd olunması barədə qərar qəbul edilmişdir. Bu işlə əlaqədar verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmənin qətnaməsi icraata yönəldilmiş, tələbin ödənilməsi ilə əlaqədar tələb əmlakına yönəldilmiş, ona məxsus Mersedes Benz GL-450 markalı, 99-FX- 464 dövlət qeydiyyat nişanlı avtomobili hərraca çıxarılaraq satılması ilə əlaqədar qiymətləndirilməsi üçün daşınar və daşınmaz əmlakları qiymətləndirilməsi xidməti MMC-yə göndərilmişdir. Əmlak qiymətləndirilmiş və 60000 min manat qiymət müəyyənləşdirilmişdir. Müəyyənləşdirilmiş qiymət düzgün deyildir, hal-hazırda eyni markalı avtomobillər bazarda 80-90 min manat qiymətə satılır. Avtomobilin texniki xarakterizəsi müəyyənləşdirilərkən hesabatda avtomobilin bütün hissələrini normal və işlək vəziyyətdə olmasını qeyd edilməsinə baxmayaraq avtomobil çox aşağı səviyyədə qiymətləndirilmişdir. Ona görə də avtomobil yenidən qiymətləndirilməli, ona həqiqi bazar qiymətlərinə uyğun qiymət müəyyənləşdirilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx” MMC məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, “xxxx” MMC tərəfindən tərtib olunmuş 21 saylı 18.02.2020-ci il tarixli İddiaçı məxsus «Mersedens Benz GL-450» markalı **-FX-*** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabat qüvvədə olan qanunvericilik tələbinə tam uyğun olaraq və qiymətləndirmə fəaliyyəti həyata keçirilən zaman tədbiq edilən metod hesablamalar nəzərə alınmaqla tərtib edildiyini bildirmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-198/2017 saylı, 23.11.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "X6 FZCO” şirkətinin cavabdeh İddiaçı qarşı satılmış malın dəyərinin və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair ilkin iddiası və İddiaçı cavabdeh "X6 FZCO” şirkətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia rədd edilmiş, İddiaçı 56,660 (əlli altı min altı yüz altmış) ABŞ dolları məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat tutularaq “X6 FZCO” şirkətinə ödənilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-166/2018 nömrəli, 26 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, 2 saylı Bak İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-198/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 198/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-391/2018 nömrəli, 16.10.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 2(103)-166/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)- 166/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmışdır; “xxxx” MMC-nin 18.02.2020-ci il tarixli, 21 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Nərimanov rayon İcra və Probasiva Şöbəsinin 14666- 251710/2018-15-2A saylı, 13.11.2019-cu il tarixli sifariş məktubuna, 2 saylı Bakı İnziaıi-İqtisadi Məhkəməsinin 2-2(82)-198/2017 saylı, 18.01.2017-ci il tarixli icra vərəqəsinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən “xxxx” MMC tərəfindən İddiaçı məxsus “Mercedes Benz GL- 450” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 60.000 (altmış min) manat təşkil edir; “xxxx” MMC-nin 26.01.2021-ci il tarixli, ƏEM/Y 47-047/21 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus (2008-ci il buraxılışlı, sedan) “Mercedes Benz” minik markalı,**-FX-*** dövlət qeydiyyat nişanlı avtomaşının 2020-ci il tarixinə bazar qiyməti 47500,0 manat, likvid dəyəri 45000,0 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 100 manat təşkil edir; 06.05.2020-ci il tarixli ödəniş qəbzinə əsasən X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-198/2017 saylı, 23.11.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı "X6 FZCO” şirkətinin cavabdeh İddiaçı qarşı satılmış malın dəyərinin və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair ilkin iddiası və İddiaçı cavabdeh "X6 FZCO” şirkətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia rədd edilmiş, İddiaçı 56,660 (əlli altı min altı yüz altmış) ABŞ dolları məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat tutularaq “X6 FZCO” şirkətinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra və Probasiva Şöbəsinin 14666-251710/2018-15-2A saylı, 13.11.2019-cu il tarixli sifariş məktubuna, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-198/2017 saylı, 18.01.2017-ci il icra vərəqəsinə əsasən “xxxx” MMC tərəfindən İddiaçı məxsus “Mercedes Benz GL-450” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 60.000 manat dəyərində qiymətləndirilmişdir. “xxxx” MMC-nin rəyinə əsasən, İddiaçı məxsus (2008-ci il buraxılışlı, sedan) “Mercedes Benz” minik markalı, **-FX- *** dövlət qeydiyyat nişanlı avtomaşının 2020-ci il tarixinə bazar qiyməti 47500,0 manat, likvid dəyəri 45000,0 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspet rəyində avtomobilin təsviri, təmiri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bazar qiyməti müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Mübahisələndirilən xxxx MMC-nin əmlakın qiymətləndirilməsi barədə 18.02.2020-ci il tarixli, 21 saylı hesabatı avtomobilin dəyəri 60 min göstərildiyi halda, “xxxx” MMC-nin ekspet rəyində əmlaka dair qiymət daha aşağı likvid dəyəri 45 min manat müəyyən edilmişdir. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, “xxxx” MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, fərdi yaşayış evinin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; Məhkəmənin mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq “xxxx” MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət edi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar