Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1685/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə X4 oglunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı “cavabdeh kooperativin təsisçiliyindən çıxarılması ilə bağlı məsələnin təsisçilərin ümumi yığıncağında müzakirə edilməməsi barədə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı “cavabdeh kooperativin təsis yığıncağının qərarının və təsis müqaviləsinin onunla bağlı hissəsinin ləğv edilməsi, kooperativdə üzvlüyünə xitam verilməsi və kooperativdən çıxmağına dair təsis sənədlərində dəyişikliklərin edilməsinin cavabdehlərə tapşırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Altınsaray-11” Mənzil- Tikinti Kooperativinin təsis yığıncağının qərarının və təsis müqaviləsinin onunla bağlı hissəsinin ləğv edilməsi, kooperativdə üzvlüyünə xitam verilməsi və kooperativdən çıxmağına dair təsis sənədlərində dəyişikliklərin edilməsinin cavabdehlərə tapşırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti ev 23/25, mənzil 30 ünvanda yerləşən “Altınsaray-11” Mənzil-Tikinti Kooperativi xx xxxxxx 2016-cı il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Nizamnamə kapitalının miqdarı 100 (bir yüz) manat, hər birinin payı 20% olmaqla, iddiaçı və dörd cavabdehlə birlikdə kooperativin beş təsisçisi vardır. Cavabdeh1 kooperativin sədri və təsisçilərindən biridir. İddiaçı və cavabdehlər kooperativin yerləşdiyi binada yaşayırlar. Onun hər hansı bir hüquqi şəxsdə təsisçi kimi çıxış etmək məqsədinin olmadığına baxmayaraq, Cavabdeh1 xx xxxxxxx 2016-cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində ona verdikləri birgə etibarnamədən istifadə edərək, kooperativin təsis sənədlərini hazırlayaraq onları kooperativin təsisçisi kimi qeydiyyata almışdır. O da qeyd edilməlidir ki, bütün bu müddət ərzində kooperativin fəaliyyəti barədə kooperativin sədri Cavabdeh1 tərəfindən ona heç bir məlumat verilməmişdir. Odur ki, Cavabdeh1 və digər cavabdehlərə şifahi və yazılı şəkildə dəfələrlə müraciət etməklə onun kooperativin üzvlüyündən çıxarılmağının təmin edilməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə yazılı ərizəsinə əsasən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş etibarnamənin onunla bağlı hissəsinə xitam verilmişdir. Bundan sonra bir neçə dəfə də yazılı məktub göndərməklə onun kooperativin üzvlüyündən çıxarılmağını xahiş etməsinə baxmayaraq, cavabdehlər tərəfindən heç bir münasibət bildirilməmişdir. Bir neçə yazılı məktubunu isə cavabdeh qəbul etməkdən imtina etmişdir. Könüllü qaydada kooperativdən çıxmaq istəyi cavabdehlər tərəfindən təmin edilmir. Kooperativin üzvlüyündə məcburi saxlanılmağı, onun hüquq və mənafeyinə zərər vurur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən kooperativin təsis sənədlərinin ona təqdim edilmədiyini, Azərbaycan Respublikası Vergilər Nazirliyindən yalnız iddia ərizəsinə əlavə etdiyi sənədlərin verildiyini nəzərə alıb, “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin təsis sənədlərinin, təsis yığıncağının qərarının və təsis müqaviləsinin cavabdeh və ya üçüncü şəxsdən alınmasını məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdeh kooperativin təsisçiliyindən çıxarılması ilə bağlı məsələnin “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin təsisçilərinin ümumi yığıncağında müzakirə edilməməsi barədə cavabdehlərin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, onun cavabdeh kooperativin təsisçiliyindən çıxarılması və kooperativdə üzvlüyünə xitam verilməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının hazırlanıb Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh şəxslər və üçüncü şəxslərin nümayəndələri heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Elektron notariat” X1 xx xxxxxxx 2016-cı il tarixli çıxarışın surətindən görünür ki, etibar edən şəxslər Cavabdeh2, Cavabdeh3, İddiaçı və X5 tərəfindən etibar edilən şəxs Cavabdeh1 etibarnamədə göstərilən səlahiyyətlərin həyata keçirilməsi etibar edilmişdir. Etibarnamənin predmeti hüquqlar müəyyən edilmişdir. Qeyd edilən səlahiyyətlərin digər şəxslərə verilə bilməməsini nəzərdə tutan etibarnamənin etibarlılıq müddəti xx xxxxxxx 2021-ci il tarixədək müəyyən edilmişdir; “Altınsaray-11” Mənzil-Tikinri Kooperativinin üzvlərinin ümumi yığıncağının xx xxxx 2016-cı il tarixli protokolunun surətindən görünür ki, “Altınsaray-11” Mənzil-Tikinri Kooperativinin təsis edilməsi və nizamnaməsinin təsdiq edilməsi, kooperativin pay fondunun 100 (bir yüz) manat məbləğində və üzvlərin pay fondundakı mütləq pay haqları-Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 arasında hərəsinə 20% olmaqla bərabər paylarda bölünmüşdür. Cavabdeh1 kooperativin sədri seçilmişdir; Cavabdeh4 tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X2 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ünvanladığı notariat qaydasında təsdiq edilmiş xx xxxxxxx 2016-cı il tarixli ərizəsinin surətindən görünür ki, mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 23/25, mənzil 30 ünvanının “Altınsaray-11” Mənzil-Tikinri Kooperativinin hüquqi ünvanı kimi göstərilməsinə etiraz etməmişdir; “Altınsaray-11” Mənzil-Tikinri Kooperativinin nizamnaməsinin surətindən görünür ki, Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 kooperativin üzvləri olmaqla müvafiq kooperativi kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının təmin edilməsi kooperativin fəaliyyətinin məqsədi kimi qeyd etmişlər; Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmış vəsiqədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 23/25, mənzil 30 ünvanında qeyd edilən tarixdə qeydiyyata alınmış “Altınsaray-11” Mənzil-Tikinri Kooperativi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx xxxxxx 2016-cı il tarixli çıxarışın surətindən görünür ki, “Altınsaray- 11” Mənzil-Tikinti Kooperativi xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 23/25, mənzil 30 müəyyən edilmişdir. Pay fondunun miqdarı 100 (bir yüz) manat olmaqla, təsisçilərin və nizamnamə kapitalındakı payların miqdarı İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında hərəsinə 20% olmaqla bərabər paylarda bölünmüşdür; “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin sədri Cavabdeh1 İddiaçı tərəfindən ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli məktubun məzmunundan görünür ki, o “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin üzvlüyündən çıxmaq qərarına gəlmiş və buna görə də onun bu məsələsinə baxılması ilə bağlı təsisçilərin ən yaxın müddətdə olacaq yığıncağı barədə ona məlumat verilməsini xahiş etmişdir; 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən İddiaçı ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli 1238 nömrəli məktubun məzmunundan görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx xxxxxxx 2016-cı il tarixdə verilmiş və reyestrdə 7E-57589 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnaməyə sonuncuya münasibətsə qismən olaraq xitam verilmişdir; “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin sədri Cavabdeh1 İddiaçı tərəfindən ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, o kooperativin fəaliyyəti ilə bağlı ona heç bir məlumat verilmədiyindən, onlara olan inam və etibarını itirmiş, buna görə də “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin üzvlüyündən çıxmaq qərarına gəlmiş, onun bu məsələsinə baxılması ilə bağlı təsisçilərin ən yaxın müddətdə olacaq yığıncağı barədə ona məlumat verilməsini xahiş etmişdir; Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İddiaçı tərəfindən ayrı-ayrılıqda ünvanlanmış bildirişlərin surətlərindən və məzmunlarından görünür ki, kooperativin fəaliyyəti ilə bağlı ona heç bir məlumat verilməmiş, könüllü olaraq kooperativdən çıxmaq istəyini bildirmiş, lakin dəfələrlə etdiyi müraciətlərə kooperativ tərəfindən heç bir cavab verilməmişdir. Qeyd olunanlara əsasən, kooperativdə ona məxsus olan payın qəbul edilməsini, “Altınsaray-11” Mənzil- Tikinti Kooperativinin təsis yığıncağının qərarının və təsis müqaviləsinin onunla bağlı hissəsinin ləğv edilməsini, onun kooperativdə üzvlüyünə xitam verilməsinin təmin edilməsini xahiş etmişdir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109-4.1.1-ci maddəsinə əsasən kooperativin üzvlərinin kooperativə daxil olunaq və könüllü qaydada kooperativdən çıxmaq hüquqları vardır; 109-1.3-cü maddəsinə əsasən kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxilolma barədə qərar qəbul edir; 109-1.4-cü maddəsinə əsasən kooperativin üzvləri öz aralarında bu Məcəllənin 45.2-ci maddəsinə uyğun olaraq təsis müqaviləsi bağlayırlar; 109-1.5-ci maddəsinə əsasən kooperativin təsis yığıncağının qərarı protokolla rəsmiləşdirilir; 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, etibar edən şəxslər Cavabdeh2, Cavabdeh3, İddiaçı və X5 tərəfindən etibar edilən şəxs Cavabdeh1 etibarnamədə göstərilən səlahiyyətlərin həyata keçirilməsi etibar edilmişdir. Etibarnamənin predmeti hüquqlar müəyyən edilmiş, qeyd edilən səlahiyyətlərin digər şəxslərə verilə bilməməsini nəzərdə tutan etibarnamənin etibarlılıq müddəti xx xxxxxxx 2021-ci il tarixədək müəyyən edilmişdir. “Altınsaray-11” Mənzil-Tikinri Kooperativinin üzvlərinin ümumi yığıncağının xx xxxx 2016-cı il tarixli protokolu ilə kooperativin təsis edilməsi və nizamnaməsinin təsdiq edilməsi, kooperativin pay fondunun 100 (bir yüz) manat məbləğində və üzvlərin pay fondundakı mütləq pay haqları-Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 arasında hərəsinə 20% olmaqla bərabər paylarda bölünməsi qərara alınmış, Cavabdeh1 kooperativin sədri seçilmişdir. Cavabdeh4 mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 23/25, mənzil 30 ünvanının “Altınsaray-11” Mənzil-Tikinri Kooperativinin hüquqi ünvanı kimi göstərilməsinə etiraz etməmiş və bu barədə ərizə vermişdir. Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 kooperativin üzvləri olmaqla müvafiq kooperativi kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının təmin edilməsini kooperativin fəaliyyətinin məqsədi kimi həmin kooperativin nizamnaməsində qeyd etmişlər. Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 23/25, mənzil 30 ünvanında xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmış “Altınsaray-11” Mənzil-Tikinri Kooperativi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 23/25, mənzil 30 müəyyən edilmişdir. Pay fondunun miqdarı 100 (bir yüz) manat olmaqla, təsisçilərin və nizamnamə kapitalındakı payların miqdarı İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında hərəsinə 20% olmaqla bərabər paylarda bölünmüşdür və bu barədə xx xxxxxx 2016-cı il tarixdə müvafiq çıxarış verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin sədri Cavabdeh1 ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli məktubla “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin üzvlüyündən çıxmaq qərarına gəldiyini və buna görə də onun bu məsələsinə baxılması ilə bağlı təsisçilərin ən yaxın müddətdə olacaq yığıncağı barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçı ərizəsi əsasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx xxxxxxx 2016-cı il tarixdə verilmiş və reyestrdə 7E-57589 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnaməyə ona münasibətsə qismən olaraq xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdeh kooperativin təsisçiliyindən çıxarılması ilə bağlı məsələnin təsisçilərin ümumi yığıncağında müzakirə edilməməsi barədə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 111.3.3-cü maddəsinə əsasən kooperativ üzvlərini qəbul etmək və çıxarmaqkooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir; 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır.Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir; 112.3-cü maddəsinə əsasən əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Belə ki, iddiaçı şəxs cavabdehlərə dəfələrlə müraciət etməklə onun kooperativin üzvlüyündən çıxarılmağının təmin edilməsini xahiş etsə də, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə iddiaçı şəxsin yazılı ərizəsinə əsasən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş etibarnamənin onunla bağlı hissəsinə xitam verilmişdir. Bundan sonra bir neçə dəfə də yazılı məktub göndərməklə onun kooperativin üzvlüyündən çıxarılmağını xahiş etməsinə baxmayaraq, cavabdehlər tərəfindən heç bir münasibət bildirilməmişdir. İddiaçı şəxsin könüllü qaydada kooperativdən çıxmaq istəyi cavabdehlər tərəfindən təmin edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin, yəni təsisçilərin ümumi yığıncağı keçirilməklə iddiaçının kooperativin təsisçiliyindən çıxarılması ilə bağlı məsələnin təsisçilərin ümumi yığıncağında müzakirə edilməməsi barədə cavabdehlərin hərəkətləri qanunsuz hesab edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “iddiaçı şəxsin cavabdeh kooperativin təsisçiliyindən çıxarılması və kooperativdə üzvlüyünə xitam verilməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının hazırlanıb Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının kooperativ üzvlüyündən çıxmaq istəyi, bununla əlaqədar cavabdehlərə dəfələrlə müraciət etməsi, cavabdehlərin isə bu müraciətdən məlumatlı olmaları işin mübahisəsiz halıdır. Yəni, cavabdehlər-kooperativin təsisçiləri qeyd edilən məsələni ümumi yığıncaq keçirməklə müzakirə etməmələri iş materialları ilə də təsdiq olunur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki,iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, yəni təsisçilərin ümumi yığıncağı keçirilməklə İddiaçı kooperativin təsisçiliyindən çıxarılması ilə bağlı məsələnin təsisçilərin ümumi yığıncağında müzakirə edilməməsi barədə cavabdeh şəxslərin hərəkətləri qanunsuz hesab edilməli, iddiaçı şəxsin cavabdeh kooperativin təsisçiliyindən çıxarılması və kooperativdə üzvlüyünə xitam verilməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının hazırlanıb Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia ərizəsi üzrə tələb edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunsun. Cavabdehlər-Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi yığıncağı keçirməklə İddiaçı “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin təsisçiliyindən çıxarılması ilə bağlı məsələnin təsisçilərin ümumi yığıncağında müzakirə edilməməsi barədə hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı “Altınsaray-11” Mənzil-Tikinti Kooperativinin təsisçiliyindən çıxarılması və kooperativdə üzvlüyünə xitam verilməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının hazırlanıb Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi vəzifəsi cavabdehlərCavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1685/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1685/2020
24.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver