Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1695/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X10 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon məhkəməsinin 2(005)-1617/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə məndən tutulan aliment məbləğinin azaldılaraq, hər ay 120 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X3 mənə qarşı “aliment tələbinə dair" iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(005)- 1617/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay, 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması və cavabdeh İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, xx.xx.2024-cü ilədək 50 manat miqdarında alimentin tutularaq, Cavabdeh verilməsi qət etmişdir. Nərimanov Rayon Məhkəməsinin çıxartdığı qətnamədə göstərilən aliment məbləğini ödəməkdə çətinlik çəkir. Alimentin ödənilməsindən boyun qaçırtmır. Sadəcə alimenti ödəməyə imkanı çatmır. Bunun səbəbi əmək haqqının az olmasıdır. Qeyd etmək istəyir ki, santexnik köməkçisi vəzifəsində çalışır. Əmək haqqı 345 manat təşkil edir. Uşaq 3 yaşına çatanadək anaya aliment ödənilməsi barədə Ailə Məcəlləsində qeyd edilir ki, bu aliment məbləği zəruri vəsaitə malik olan ərdən (va ya arvaddan) tutula bilər. İddiaçının onun zəruri vəsaitə malik olmağı barədə heç bir sübut təqdim etməməsinə baxmayaraq, Nərimanov Rayon Məhkəməsi bu iddia tələbini də təmin etmişdir. İddiaçının maddi vəziyyətinin yaxşı olmasını və gəlirlərinin onun gəlirindən çox olmasını, həmçinin yetkinlik yaşına çatmayan uşağına hər ay sabit pul məbləğində aliment ödədiyini nəzərə alaraq hesab edir ki, Nənmanov Rayon məhkəməsinin 2(005)- 1617/2022 saylı qətnaməsinə əsasən iddiaçıdan tutulan aliment məbləği azaldılmalıdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı məcburi köçkündür. Himəyəsində yaşlı ata və anası var. Onların da maddi tələbatlarını iddiaçı ödəyir. X8 Babaş qızı insult keçirib, baş nahiyəsində damar genişlənməsindən əziyyət çəkir. Mütəmadi olaraq müalicələr alır ki, həmin müalicə xərclərini də iddiaçı ödəyir. Bütün bu səbəblərə görə maddi vəziyyəti çox pisdir. Yaşamağa evi də yoxdur, onlar dəmir mağazada yaşamağa məcbur olublar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, hazırki alimentin uşağın saxlanılmasına kifayət etmədiyini, alimentin məbləğinin azaldılması üçün əsasların olmadığını, övladını tək başına saxlamaqda çətinlik çəkdiyini, bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Nikahın pozulması haqqında AZ-İ 162606 nömrəli, xx.xx.2013 tarixli şəhadətnaməsinə əsasən, İddiaçı ilə X5 arasında nikah xx.xx.2013-cü il tarixdə pozulmuşdur; 4 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 28 iyul 2021-ci il tarixdə verilmiş AZ-T 171130 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1617/2022 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2024-cü ilədək 50 manat miqdarında aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətli əmək müqaviləsi üzrə yəni xx.xx.2023-cü il tarixədək Bakı Mexanikləşdirmə 1 ASC-də çilingər-santexnik, santexnik köməkçisi vəsifəsində işləyir. Beləliklə, tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin rəsmi nikahından xx.xx.2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Eyni zamanda tərəflərin rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaq hazırda ananın yanındadır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1617/2022 saylı qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2024-cü ilədək 50 manat miqdarında aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Habelə, müəyyən olundu ki, İddiaçı xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsi ilə çilingər köməkçisi vəzifəsində işləyir, aylıq əmək haqqı 345 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının alimentin miqdarını azaltmaq üçün məhkəməyə təqdim etdiyi əmək müqaviləsi bildirişi və göstərdiyi hallar aliment miqdarının dəyişdirilməsi üçün əsas sayıla bilməz. Bu baxımdan İddiaçı aliment miqdarının azaldılması üçün əsas gətirdiyi yaşlı ata və anasının olması, onların xəstəliyi, habelə valideynlərinin məhz onun himayəsində olması barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə sadalanan bu halları nəzərə alaraq aliment miqdarının dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1695/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1695/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver