Məhkəmə qərarları › İş №2(005)-1702/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1702/2020

19.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1702/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə qarşı üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə qiymətləndirilmənin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə qarşı üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə qiymətləndirilmənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, "QAZ 3302" markalı,**********4679 BAN nömrəli,**-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Qurbanov Rəşad Rəşid oğlu ilə onun birgə nikahı dövründə alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)- 9343/15 saylı qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş,"Renault 12"markalı **- NM-*** dövlət qeydiyyat nişanlı,"Toyota LC 200" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı,"Suzuki XL 7" markalı **-NP-*** dövlət qeydiyyat nişanlı,"VAZ 21074"markalı **-KB- *** dövlət qeydiyyat nişanlı,"QAZ 3302"markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı,"QAZ 531211" markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsinə İddiaçı 1/2 hissəsinə isə X2 payının müəyyən olunması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Qurbanov Rəşad Rəşid oğlu apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəmesinin xx xxxxxx 2015-ci il tarixli, 2(103)-8135/2015 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş və Binəqədi rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən də narazı qalan cavabdeh Qurbanov Rəşad Rəşid oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli, 2(102)-1892/16 saylı qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Binəqədi rayon icra Şöbəsi tərəfindən göndərilmiş xx/xx-299810-16 saylı, xx.xx.2019-cı il tarixli sifariş məktubu əsasında "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən avtomobilin qiymətləndirməsi işi həyata keçirilmiş və "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin əmlakların qiymətləndirməsi barədə xx.xx.2019-cı il tarixli hesabatı ilə avtomobilin qiymətinin 11000(on bir) manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Bundan sonra isə avtomobilin hərraca çıxarıb satılması prosedurunun həyata keçirilməsi məqsədi ilə Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən "X1 Mərkəzi"MMC-yə hərracın keçirilməsinə dair sifariş göndərilmişdir. Beləliklə, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx "MMC tərəfindən tərtib edilmiş əmlakın qiymətləndirməsi barədə xx.xx.2019-cı il tarixli hesabatı ilə qətiyyən razı deyil. Çünki araşdırma düzgün aparılmamış, avtomobilin real bazar qiyməti düzgün müəyyən edilməmiş və avtomobil düzgün qiymətləndirilməmişdir. Hesabatda əks olunan qiymət real bazar qiymətindən olduqca yüksək qiymətləndirilmiş, həmin avtomobilin bazar dəyəri 2000 manat civarında olduğu halda, süni olaraq qiymətləndirici cəmiyyət tərəfindən qiymət əsassız olaraq 11000 manat qoyulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qərarına və sifarişinə əsasən birgə nikah dövründə əldə edilmiş 2(001)-1795/2017saylı, xx.xx.2017-ci tarixli icra vərəqəsinin icrası ilə əlaqədar "QAZ 3302"markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçun "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cı il tarixli hesabatın ləğv edilməsi barədə, "QAZ 3302" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyərinin müəyyən edilməsi üçün başqa qiymətləndirmə cəmiyyətləri tərəfindən qiymətləndirmə işinin yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq onlar heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 289№-li hesabatından görünür ki, "QAZ 3302" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 11000 manat məbləğində dəyərləndirilmişdir. İş materiallarına əlavə edilmiş “X3” MMC-nin xx.xx.2020-ci il tarixli, 050/20 №-li rəyindən görünür ki, "QAZ 3302" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hazırkı dövrə orta bazar qiyməti 7000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Görünüyü kimi iddiaçı "QAZ 3302" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını bildirmişdir. Qiymətləndirici tərəfindən avtomobilin olduğundan yüksək məbləğə dəyərləndirildiyini iddia edir. Bu səbəbdən qiymətləndirmə hesabatının ləğv edilməsi və avtomobilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2019-cu ul tarıxli 289 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatda və məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının xx.xx.2020-ci il tarixli 065/LBC saylı rəyində mübahisəli avtomobilə müəyyən edilmiş qiymətlər arasında əhəmiyyətli dərəcədə fərq müşahidə edildiyindən, ləğv edilməsi xahiş edilən hesabat həqiqətə uyğun olmadığından qüvvədə qala bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, "QAZ 3302" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cı il tarixli hesabat ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "QAZ 3302" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cı il tarixli hesabat ləğv edilsin. "QAZ 3302" markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri yenidən müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar