Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1715/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8 qızının, İddiaçı Cavabdehin nümayəndəsi və vəkili-Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair ilk iddiası; Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qızına qarşı aliment məbləginin artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-199/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər uşağa görə hər ay 170 manat deyil, hər uşağa 100 manat olmaqla ümumilikdə 300 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiaını onunla əsaslandırmırdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-199/2020 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah pozulmuş, nikahın pozulmasından sonra birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 cavabdehin yanında qalması və hər ay hər uşağa görə xx.xx.2014-cü il taıixdən başlayaraq 170 manat olmaqla ümumilikdə 510 manat məbləğində alimentin ondan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Bildirmək istəyir ki, məhkəmə qətnaməsi ilə tutulan aliment məbləği həddindən artıq çoxdur, o, X10 şirkətinə bağlı “X14” da aşpaz vəzifəsində çalışır. Əvvəl onun əmək haqqı 850 manat idi, hazırda isə 466 manat məbləğindədir. Bu barədə bankdan arayışda iddia ərizəmə əlavə etmişdir. Bundan başqa xəstə anasıda onun himayəsindədir və anası şəkərli diabet xəstəliyindən əziyyət çəkir, onun bütün müalicəsi və dərmanlarını o alır. Aldığı əmək haqqı bütün bu xərcləri qarşılamır. Cavabdeh isə “Baxçalı Saray” Şadlıq evində işləyir və müstəqil qazancı vardır. Hazırda hər uşağa 100 manat olmaqla cəmi 300 manat ödəməyə maddi imkanı çatır. Onun əlavə gəliri və qazancı yoxdur, evdə tək işləyən odur. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qızına qarşı aliment məbləginin artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək,cavabdeh İddiaçı tutulacaq alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, alimentin məbləği artırılaraq hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 600 manat məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1199/2020 saylı, xx xxxxxx 2020-cı il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X3 onun yanında saxlanılması və cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh uşaqları ilə maraqlanmır, onlara qayğı göstərmir, onların digər təminatlarına heç bir köməklik etmir. O, isə təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Bu səbəbdən hesab edir ki, cavabdehdən tutulacaq alimnetin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, alimentin məbləği artırılaraq hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 600 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəmə iclasında ilk iddia tələbini müdafiə etmiş və təmin olunmasını, qarşılıqlı iddianı qəbul etməyərək onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı qəbul etməyərək rədd olunmasını, qarşılıqlı iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymən verib hesab edir ki, ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1199/2020 saylı, xx xxxxxx 2020-cı il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ilə Cəfərova (Məmmədova) Lamiyə Telman qızı arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 400 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 (anası) Cəfərova (Məmmədova) Lamiyə Telman qızının yanında saxlanılması, İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla 510 (beş yüz on) manat aliment hesablanaraq Cəfərova (Məmmədova) Lamiyə Telman qızının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırki yaşayış minimumunu, yetkinlik yaşına çatmayan uşaqların mənafelərini nəzərə alıb hesab edir ki, aliment məbləğinin azaldılması onların mənafeyinə ziddir, bu günkü gündə onların maddi tələbatını ödəməyəcək. Ona görə də ilk iddia tələbi rədd olunmalıdır. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, qarşılıqlı iddia qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-1199/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, cavabdeh İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla 525 (beş yüz iyirmi beş) manat aliment iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair ilk iddiası rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-1199/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla 525 (beş yüz iyirmi beş) manat aliment iddiaçı Cavabdeh xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qalan hissədə qarşılıqlı iddia təmin olunmasın. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1715/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1715/2021
14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver