Məhkəmə qərarları › İş №2(005)-172/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-172/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-172/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, “xxxx” MMC-yə, “xxxx” ASC-yə qarşı “hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətə dair verilmiş çıxarışın ləğv edilməsi, mülkiyyət hüuqunun bərpası və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, “xxxx” MMC-yə, “xxxx” ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 1 saylı Bakı İnibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 95.4 kv.m, yaşayış sahəsi 55.7 kv.m, yardımçı sahəsi 39.7 kv.m olan 2 otaqlı 58 nömrəli mənzilin ilkin satış qiyməti 133.500 manat, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 118.8 kv.m, yaşayış sahəsi 74.3 kv.m. yardımçı sahəsi 44.5 kv.m olan 3 otaqlı 60 nömrəli mənzilin ilkin satış qiymətinin 142.500 manat, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yüsifov küçəsi, cv 31 ünvanında yerləşən ümumi sahəsi 614.1 kv.m, yaşayış sahəsi 239.7 kv.m. yardımçı sahəsi 374.4 kv.m olan 6 otaqlı 92 nömrəli mənzilin ilkin satış qiymətini 307.000 manat məbləğində müəyyən edilməklə və tutmanın həmin mənzillərə yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin xxxx (Azərbayca) ASC-yə ödənilməsi, tutmanın X7 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 113875-3-150 saylı “dövriyyədəki malların girov müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri. Keşlə qəsəbəsi Köndələn küçəsi, 4 ünvanında yerləşən girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mebellərə, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 113875-3- 185 saylı “dövriyyədəki malların girov müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A, Nərimanov rayonu, A.Rəcəbli küçəsi, 33 və Keşlə qəsəbəsi Köndələn küçəsi, 4 ünvanında yerləşən girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mebellərə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi, ipoteka ilə yuklü edilmiş, yaşayış sahələrinin açıq hərracda satıldıqan sonra 1 ay ərzində ipoteka qoyan İddiaçı çıxarılaraq boşaldılması qət edilmiş, ilkin idddia qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh3 ASC və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı idddia üzrə idddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibali-lqtisadi Kollegiyasının 2- 2(103)- 74/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməs ilə ilkin iddiaçının apellyasdiya şikayəti təmin edilməmiş, qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin olunaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-578/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın “tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 95.4 kv.m, yaşayış sahəsi 55.7 kv.m yardımçı sahəsi 39.7 kv.m olan 2 otaqlı 58 nömrəli mənzilin ilkin satış qiymətini 133.500 manat, ünvan 3 ünvanında yerləş ümumi sahəsi 118.8 kv.m, yaşayış sahəsi 74.3 kv.m. yardımçı sahəsi 44.5 kv.m olan 3 otaqlı 60 nömrəli mənzilin ilkin satış qiymətinin 142.500 manat, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 614.1 kv.m, yaşayış sahəsi 239.7 kv.m. yardımçı sahəsi 374.4 kv.m olan 6 otaqlı 92 nömrəli mənzilin ilkin satış qiymətini 307.000 manat məbləğində müəyyən edilməklə və tutmanın həmin mənzillərə yönəldilməsi” satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçı Cavabdeh3 ASC olan borclarının ödənilməsinə yönəldilməsi” hissəsində ləğv edilmiş, iıkin iddia həmin hissədə təmin edilməmiş, qətnamə qarşılıqlı iddia təmin olunmuş, Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 113875-NEDVİJ- 1335 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 95.4 kv.m, yaşayış sahəsi 55.7 kv.m. yardımçı sahəsi 39.7 kv.m olan 2 otaqlı 58 nömrəli mənzilin ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 118.8 kv.m, yaşayış sahəsi 74.3 kv.m. yardımçı sahəsi 44.5 kv.m olan 3 otaqlı 60 nömrəli mənzilin və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 614.1 kv.m, yaşayış sahəsi 239.7 kv.m. yardımçı sahəsi 374.4 kv.m olan 6 otaqlı 92 nömrəli mənzilin üzərinə qoyulmuş ipotekaya xitam verilmiş və qətnamə qalan hissolərdə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh xxxx Azərbaycan ASC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-287/18 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh3 ASC-nin kassasiya şikayəti qisməntəmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2( 103)-74/2018 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən - “ilkin iddianın “tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 95.4 kv.m, yaşayış sahəsi 55.7 kv.m, yardımçı sahəsi 39.7 kv.m olan 2 otaqlı 58 nömrəli mənzilin ilkin satış qiyməti 133.500 manat, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 118.8 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yardımçı sahəsi 44.5 kv.m olan. 3 otaqlı 60 nömrəli mənzilin ilkin satış qiyməti 142.500 manat, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 614.1 kv.m, yaşayış sahəsi 239.7 kv.m, yardımçı sahəsi 374.4 kv.m olan 6 otaqlı 92 nömrəli mənzilin ilkin satış qiyməti 307.000 manat məbləğində müəyyən edilməklə, həmin mənzillərə yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Cavabdeh3 ASC-yəödənilməsi” hissəsində ləğv edilməsi, ilkin iddianın həmin hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması, Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 113875-NEDVİJ-1335 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 95.4 kv.m, yaşayış sahəsi 55.7 kv.m, yardımçı sahəsi 39.7 kv.m olan 2 otaqlı 58 nömrəli mənzilin, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 118.8 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yardımçı sahəsi 44.5 kv.m olan 3 otaqlı 60 nömrəli mənzilin, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 614.1 kv.m, yaşayış sahəsi 239.7 kv.m, yardımçı sahəsi 374.4 kv.m olan 6 otaqlı 92 nömrəli mənzilin üzərinə qoyulmuş ipotekaya xitam verilməsi” hissəsində ləğv edilmişdir, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, ilkin iddia tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 95.4 kv.m, yaşayış sahəsi 55.7 kv.m, yardımçı sahəsi 39.7 kv.m olan 2 otaqlı 58 nömrəli mənzilin ilkin satış qiyməti 133.500 manat, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 118.8 kv.m, yaşayış sahəsi 74.3 kv.m. yardımçı sahs 44.5 kv.m olan 3 otaqlı 60 nömrəli mənzilin ilkin satış qiyməti 142.500 manat, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 614 kv.m, yaşayış sahəsi 239.7 kv.m, yardımçı sahəsi 374.4 kv.m olan 6 otaqlı 92 nömrli mənzilin ilkin satış qiyməti 307.000 manat məbləğində müəyyən edilməklə, həmin mənzillə yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Cavabdeh3 ASC-yə ödənilməsi” hissəsində təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, qətnamə ilkin iddianın təmin edilməməsi ilə bağlı qalan hissədə dəyişdirilmədə saxlanılmışdır. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(81 )- 578/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli, 65/03 nömrəli protokola və əmlakın xx xxxxxxx 2019-cu il tarixli alqı-satqısı barədə müqaviləyə əsasən əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 95.4 kv.m, yaşayış sahəsi 55.7 kv.m yardımçı sahəsi 39.7 kv.m olan 2 otaqlı 58 nömrəli mənzil xxxx ASC-yə satılmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-578/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli, 65/04 nömrəli protokola və əmlakın xx xxxxxxx 2019-cu il tarixli alqısatqısı barədə müqaviləyə əsasən ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 614.1 kv.m, yaşayış sahəsi 239.7 kv.m, yardımçı sahəsi kv.m olan 6 otaqlı 92 nömrəli mənzil xxxx ASC-yə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 31, 58 saylı və 92 saylı mənzillər, Cavabdeh3 ASC-niıı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 31, 58 saylı mənzil xx.xx.2020-ci il tarixdə ********** nömrə və Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 31, 92 saylı mənzil xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Halbuki, hərracın keçirilməsinə dair X4 mütəmadi olaraq məlumat verilməmişdir. Belə ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilməmiş, iddiaçı hərracın keçirilməsinə dair məlumatlandırılmamışdır. Bununla da, mənzilin mülkiyyətçisinin, yəni iddiaçı X3 məlumatı və iştirakı olmadan, ona hərracın yeri və vaxtı barədə məlumat verilmədən, onun mənzilinə dair hərrac keçirilmiş, alqı-satqı müqaviləsi tərtib olunmuş, mənzillər Cavabdeh3 ASC-nin mülkiyyətinə keçirilmiş və ona müvafiq dövlət orqanı tərəfindən mülkiyyət hüquqlarına dair reystrdən çıxarış verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2( 102)-287/l 8 saylı, xx xxxx 2018-ci il tarixli yeni qərar çıxarıldığı halda, için irası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 578/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsi əsasında apnlmışdır. Qanunvericiliyin tələbinə görə bütün nəticələr ləğv olunmalıdır. Hesab edirəm ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 mənzil 58-ə dair “xxxx” MMC tərəfindən hərracın yekunları barədə tərtib olunmuş xx xxxxxxx 2017-ci il tarixli, 65/03 nömrəli protokolun və “xxxx”xxxx“Cavabdeh3 ASC arasında mənzilin alqı-satqısına dair imzalanmış xx.xx.2018-ci il tarixli alqı-satqı barədə müqavilənin etibarsız heab edilmə'.i, mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** nömrəli Çıxarışın ləğv edilməsi edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 mənzil 92-yə dair “xxxx” MMC tərəfindən hərracın yekunları barədə tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli, 65/04 nömrəli protokolun və “xxxx”xxxx“Cavabdeh3 ASC arasında mənzilin alqı-satqısına dair imzalanmış xx.xx.2018-ci il tarixli alqı-satqı barədə müqavilənin etibarsız heab edilməli, mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** nömrəli Çıxarışın ləğv edilməsi edilməlidir. xx.xx.2020-ci il tarixdə İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 58 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə keçirilən hərracın və həmin hərracın nəticələri olan “hərracın yekunları barədə” xx.xx.2019- cu il tarixli, 65/03 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında sözügedən mənzilə dair “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 92 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə keçirilən hərracın və həmin hərracın nəticələri olan “hərracın yekunları barədə” xx.xx.2019-cu il tarixli, 65/04 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında sözügedən mənzilə dair “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 58 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 92 saylı mənzillər üzərində “xxxx” Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin xeyirinə qeydə alınmış ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, 2(005)- 2097/2020 saylı mülki işin baxılması məhkəmənin icraatındadır. Hesab edir ki, işə baxılarkən aşağıda qeyd olunanların nəzərə alınması zəruridir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi, Bakı şəhəri Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında hərrac prosesi başlanılmış və hərrac təşkilatı tərəfindən ilkin hərrac xx xxxxxx 2019-cu il tarixə, təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin edilsə də, sonradan bir daha xx xxx 2019-cu il tarixə təkrar hərrac təyin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 31 saylı evin 60 saylı mənzili həmin hərracda X6 tərəfindən alınmışdır (ərizəyə əlavə edilir). Bundan sonra hərrac təşkilatı digər mənzillərlə bağlı bir daha xx xxxxxx 2019-cu il tarixə təkrar hərrac təyin etmiş və həmin hərrac da baş tutmadığından Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 31 saylı evin 58 və 92 saylı mənzilləri xx xxxxxxx 2019-cu il tarixdə ‘'Cavabdeh3” ASC tərəfindən əldə edilmişdir. Göründüyü kimi, hərrac təşkilatı tərəfindən mübahisəli mənzillərlə bağlı dörd dəfə hərrac keçirilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair" xx xxxxxxx 2014-cü il tarixli qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, müraciətdən və Konstitusiya Məhkəməsi Plenumunun iclasındakı çıxışlardan göründüyü kimi, bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Həm ipoteka qanunvericiliyinin hazırkı mübahisəni tənzimləyən maddələrinin məzmunundan, həm də Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında iladə olunan hüquqi mövqədən göründüyü kimi, iki dəfədən artıq hərracın keçirilməsi qanuna ziddi hesab edilir və bu halda ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Hazırkı işdən də açıq-aydın görünür ki, təkrar hərrac xx xxxxxx 2019-cu il tarixdə baş tutmamış, lakin bizə bəlli olmayan səbəblərdən sonradan iki dəfə əlavə təkrar hərrac keçirilmişdir. Bank isə xx xxxxxx 2019-cu il tarixdə təkrar hərrac baş tutmamış elan edilməsindən sonra 30 gün ərzində ipoteka predmetlərini əldə etməmişdir. Bankın ipoteka predmetlərini əldə etmə müddəti keçdiyi tarixdən etibarən iddiaçının (ipoteka qoyanın) mənzillər üzərində ipotekaya xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də xx xxxxxx 2019-cu il tarixli hərrac və onun nəticələri etibarsız hesab edilməli və mənzillər üzərindəki ipotekaya xitam verilməlidir. Bundan başqa, cavabdeh bankın nümayəndəsi məhkəmə iclasında İddiaçı adından “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəni məhkəməyə təqdim edərək guya İddiaçı ərizə ilə müraciət edərək hərracın təxirə salınmasını xahiş etməsini və bu səbəbdən hərracın təxirə salındığını bildirmişdir. Halbuki, ilk öncə nəzərə alınmalıdır ki, həmin ərizə İddiaçı tərəfindən imzalanmamış və onun tərəfindən hərrac təşkilatına göndərilməmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilən həmin ərizə saxtadır. Məhz bu məsələnin aydınlaşdırılması məqsədi ilə Vəkil müraciəti əsasında “X1” MMC-də sözügedən ərizədə icra olunan imzanın İddiaçı tərəfindən icra olunub-olunmaması araşdırılmış və nəticədə həmin ərizədəki imzanın İddiaçı tərəfindən imzalanmamasının müəyyən edilməsi barədə əsaslandırılmış rəy verilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə o, hərrac prosesləri müddətində ölkə ərazisində olmayıb. Yəni ki, həmin ərizəni imzalayaraq hərrac təşkilatına təqdim etməsi mümkün ola bilməzdi. Açıq-aydın görünür ki, bank hazırkı iddianın rədd edilməsinə nail olması üçün sübutları saxtalaşdırmışdır. Ona görə də həmin ərizənin hərrac təşkilatına hansı vasitə ilə (əlbəəl və ya poçt) təqdim edilməsi məsələsi mütləq araşdırılmalı və bunun nəticəsində həmin ərizənin nə dərəcədə mötəbər olmasına məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Bundan əlavə, hətta həmin ərizə həqiqətən də İddiaçı tərəfindən təqdim edilməsi fərz edilsə belə (halbuki elə deyildir), hərrac təşkilatı bu ərizə əsasında yenidən təkrar hərrac keçirə bilməzdi. Çünki, qanunvericilikdə hərracın hər hansı səbəbdən təxirə salınması və yenidən keçirilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, hər bir halda dörd hərracın keçirilməsi qanunvericiliyə uyğun olmamışdır. Bunlardan əlavə olaraq işin hallarından da göründüyü kimi iddiaçının adından ərizə hazırlayıb imzalamaqla sənədlər saxtalaşdırılmışdır. Hesab edir ki, cavabdehlərin vəzifəli şəxslərinin əməllərində Cinayət Məcəlləsinin 313-cü maddəsinin əlamətlərinin olması nəzərə alınaraq xüsusi qərardad qəbul edilməli və prokurorluğa göndərilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının tələbinin əsası əsasən hərrac barədə ona məlumat verilməməsi arqumentindən ibarətdir. Digər cavabdeh “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə keçirləcək 01 saylı bildiriş xx.xx.2018-ci il tarixdə ipoteka qoyan İddiaçı göndərilmişdir. Bundan əlavə ilkin hərrac keçirilən zaman İddiaçı nümayəndəsi hərrac mərkəzinə müraciət edərək onlara vaxt verilməsini xahiş etmişdir. Bu o deməkdir ki, İddiaçı hərracdan xəbərdar olub. İddiaçı hərracın baş tutduğu tarixə qədər borcunu bağlayaraq ipoteka predmetinin girovdan azad edilməsinə nail olmaq kimi imkanının olmasına baxmayaraq kredit borcunu ödəməmiş və mübahisəli əmlakı satın almağa çalışmamışdır. Bundan başqa onu da qeyd edirlər ki, Bank hərracın təşkilatçısı olmadığından ona aid prosedurlara nəzarət etmək vəzifəsi yoxdur və vicdanlı satın alan şəxs olaraq iddiaçının hansı hüququnu pozub ki, hərrac mərkəzi ilə onun arasında bağlanmış müqavilə tibarsız hesab olunsun.Belə bir əsas olmadığı üçün etibarsızlığa rəvac verə biləcək əsas da mövcud deyil. İddiaçının tələbinin rədd edilməsinin digər əsası da odur ki, bank sözügedən əmlaka dair çıxarış alaraq, vicdanlı əldə edən hesab olunur. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, Banka təklif məktubu daxil olduğu zaman cavab vaxtında verilmişdir. İddiaçı dəfələrlə banka köməklik edilməsi üçün müraciət etmişdir. Bank isə ona öz növbəsində bildirmişdir ki, bank əmlakın götürülməsindən çox pulun ödənilməsində maraqlıdır. Qeyd edir ki, 4 dəfə hərrac keçirilməyib, pandemiya ilə əlaqədar mart ayında keçirilməli olan hərrac baş tutmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin nümayədəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 58 saylı mənzil “xxxx” ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 92 saylı mənzil “xxxx” ASC-nin adına qeydiyyata alınmışdır. “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə, Cavabdeh3 ASC-yə, İddiaçı və Bakı şəhəri Cavabdeh1nə ünvanlanmış xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli, 01, 02 nömrəli, xx.xx.2019-cu il tarixli 02 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-578/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 58 saylı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 92 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 60 saylı mənzilə yönəldilməsi, hərracda 133500 manat, 307000 manat, 142500 manat ilkin, təkrar hərracda 113475 manat, 260950 manat, 121125 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2019-cu il tarixdə keçiriləcəyi bildirilmişdir. Hərrac Təşkilatının № 65/03 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 58 saylı mənzil 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-578/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Bakı şəhəri Cavabdeh1 Cavabdeh1 16247-182046/18-15-4 saylı, xx.xx.2018ci il tarixli sifariş məktubunun və “xxxx” ASC -nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 133.500 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 113.475 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 85.106,25 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqı barədə müqaviləyə əsasən Cavabdeh3 ASC əmlakı qəbul edərək balansına götürmüşdür. Hərrac Təşkilatının № 65/04 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 92 saylı mənzil 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-578/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Bakı şəhəri Cavabdeh1 Cavabdeh1 16247-182046/18-15-4 saylı, xx.xx.2018ci il tarixli sifariş məktubunun və “xxxx” ASC -nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 307.000,00 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 260.950,00 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 195 712,50 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Həmin tarixli hərracın yekunları üzrə əmlakn alqı-satqı barədə müqaviləyə əsasən Cavabdeh3 ASC əmlakı qəbul edərək balansına götürmüşdür. “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 92 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 58 saylı mənzili ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyası 2-2(102)- 287/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh3 ASCnin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-74/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən - “ilkin iddianın "tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 95.4 kv.m, yaşayış sahəsi 55.7 kv.m, yardımçı sahəsi 39 7 kv.m olan 2 otaqlı 58 nömrəli mənzilin ilkin satış qiyməti 133.500 manat, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 118.8 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yardımçı sahəsi 44.5 kv.m olan.3 otaqlı 60 nömrəli mənzilin ilkin satış qiyməti 142.500 manat, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 614.1 kv.m, yaşayış sahəsi 239.7 kv.m, yardımçı sahəsi 374.4 kv.m olan 6 otaqlı 92 nömrəli mənzilin ilkin satış qiyməti 307.000 manat məbləğində müəyyən edilməklə, həmin mənzillərə yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin "Cavabdeh3” ASC-yə ödənilməsi” hissəsində ləğv edilməsi, ilkin iddianın həmin hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması, "Cavabdeh3” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 113875-NEDVİJ-1335 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ürvanında yerləşən, ümumi sahəsi 95.4 kv.m, yaşayış sahəsi 55.7 kv.m, yardımçı sahəsi 397 kv.m olan 2 otaqlı 58 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 118.8 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yardımçı sahəsi 44.5 kv.m olan 3 otaqlı 60 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 614.1 kv.m, yaşayış sahəsi 239.7 kv.m, yardımçı sahəsi 374.4 kv.m olan 6 otaqlı 92 nömrəli mənzilin üzərinə qoyulmuş ipotekaya xitam verilməsi” hissəsində ləğv edilməsi, Həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi, ilkin iddia “tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi sahəsi 55.7 kv.m, yardımçı sahəsi 39.7 kv.m olan 2 otaqlı 58 nömrəli qiyməti 133.500 manat, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov ünvanında yerləşən, ümumi sahəsi 118.8 kv.m, yaşayış sahəsi 74.3 kv.m, yardımçı sata 44,5 kv.m olan 3 otaqlı 60 nömrəli mənzilin ilkin satış qiyməti 142.500 manat, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 614 kv.m, yaşayış sahəsi 239.7 kv.m, yardımçı sahəsi 374.4 kv.m olan 6 otaqlı 92 nöməli mənzilin ilkin satış qiyməti 307.000 manat məbləğində müəyyən edilməklə, həmin mənzillə yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Cavabdeh3" ASC-yə ödənilməsi" hissəsində təmin edilməsi, qarşılıqlı iddia təmin edilməməsi, qətnamə ilkin iddianın təmin edilməməsi ilə bağlı qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli İpoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Cavabdeh1 16247-182046/17-15-4 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən borclu “xxxx” MMC-yə məxsus ipoteka ilə yüklü Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, 58 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 92 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 85106.25, 195712.5 manat olmaqla ipoteka saxlayana təklif olunur. xx.xx.2019-cu il tarixli təklifin qəbulu haqqında məktubun surətindən görünür ki, Cavabdeh3 ASC-də (bundan sonra "Bank“) ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən, 95.4 kv.m ümumi. 55.7 kv.m yaşayış, 39.7 kv.m yardımçı sahəsi olan 2 otaqlı 58 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən 614.1 kv.m ümumi. 239.7 kv.m yaşayış, 374.4 kv.m yardımçı sahəsi olan 6 otaqlı 92 saylı mənzili Cavabdeh1 sifariş məktubuna əsasən keçirilmiş təkrar hərracda satılmadığına görə, tələbkar "Bank" Sizin Ü1 9043 saylı. xx.xx.2019-cu il tarixli təklifinizi qəbul edir, həmin daşınmaz əmlakı Ali Məhkəməsinin 2-2( 102)-287/2018 saylı. xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən borcun əvəzinə almağa razılıq verir. Bununla əlaqədar qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi tərəfindən bu əmlakın hərracı ilə əlaqədar olaraq çəkilmiş xərclər barədə məlumat təsdiq edici sənədlə birlikdə Cavabdeh1 vasitəsilə və ya bilavasitə Banka təqdim olunduqda Bank o xərcləri ödənilməsinə zəmanət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən “İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir”. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarının 1-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Sözügedən qərarın 2-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Həmin Qərarın 3-cü bəndinə əsasən “İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-2(102)-287/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh3 ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş,.... "Cavabdeh3” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 113875-NEDVİJ-1335 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə ... mənzilin üzərinə qoyulmuş ipotekaya xitam verilməsi” hissəsində ləğv edilməsi, ilkin iddia “tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş .... mənzilin ilkin satış qiyməti 307.000 manat məbləğində müəyyən edilməklə, həmin mənzillə yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Cavabdeh3" ASC-yə ödənilməsi" hissəsində təmin edilməsi, qarşılıqlı iddia təmin edilməməsi, qətnamə ilkin iddianın təmin edilməməsi ilə bağlı qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-578/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Cavabdeh1nə göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində mübahisəli əmlak hərraca çıxarılmış, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə təkrar hərrac keçirilmiş və hərrac baş tutmadığı üçün xx.xx.2019-cu il tarixdə “xxxx” MMC "Cavabdeh3” ASC-yə məktub ünvanlayaraq hərracın baş tutmadığını bildirmiş, ipoteka predmetini mülkiyyətinə qəbul etməyi təklif etmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə "Cavabdeh3” ASC ipoteka predmetini borcun əvəzinə mülkiyyətinə qəbul edilməsi barədə təkliflə razı olduğunu bildirmiş və mübahisəli əmlaklar xx xxxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən cavabdeh Bankın balansına qəbul edilmişdir. Daha sonra Cavabdeh3 ASC Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışlar əsasında mübahisəli əmlaklara dair mülkiyyət hüququ əldə etmişdir. Hazırda iddiaçı iddia edir ki, mübahisəli əmlaklara dair hərrac təşkilatı tərəfindən ilkin hərrac xx xxxxxx 2019-cu il tarixə, təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin edilsə də, sonradan bir daha xx xxx 2019-cu il tarixə təkrar hərrac təyin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 31 saylı evin 60 saylı mənzili həmin hərracda X6 tərəfindən alınmışdır. Bundan sonra hərrac təşkilatı digər mənzillərlə bağlı bir daha xx xxxxxx 2019-cu il tarixə təkrar hərrac təyin etmiş və həmin hərrac da baş tutmadığından Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 31 saylı evin 58 və 92 saylı mənzilləri xx xxxxxxx 2019-cu il tarixdə ‘'Cavabdeh3” ASC tərəfindən əldə edilmişdir. Göründüyü kimi, hərrac təşkilatı tərəfindən mübahisəli mənzillərlə bağlı dörd dəfə hərrac keçirilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh bank dörd dəfə hərrac keçirilməsi ilə bağlı iddia tələbinə etiraz edərək, mübahisəli əmlakları təkrar hərracdan sonra hərrac təşkilatının təklifini qəbul etməklə, 30 gün müddətində qanunauyğun şəkildə əldə etdiklərini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.). Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (maddə 317.2.). Mülki Məcəllənin 319.5-ci maddəsinə görə, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.( 416.2-ci maddəsi). Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.( 337.1-ci maddəsi) "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə, İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. (maddə 41.2.). Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. (maddə 41.3.). Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. "İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətə dair verilmiş çıxarışın ləğv edilməsi, mülkiyyət hüuqunun bərpası və ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. Çünki yuxarıda qeyd edildiyi kimi, cavabdeh “xxxx” MMC tərəfindən iki dəfədən çox hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirilmişdir. Belə ki, ipoteka predmeti olan mənzillər birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməlidir. Cavabdeh Bankın iddiaya etirazı ilə bağlı mövqeyi ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə mənzillər Banka təklif olunmuş, xx.xx.2019-cu il tarixdə isə, yəni 30 günlük müddətin başa çatmasına 03 gün qalmış Bank tərəfindən mübahisəli əmlakların mülkiyyətə qəbul edilməsi barədə hərrac təşkilatının təklifi ilə razı olduğunu bildirmişdir. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, bu mövqe səhvdir. Çünki yuxarıda qeyd edilən AR Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında bildirildiyi kimi də, "İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir.. Habelə "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən 30 günlük müddət kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əmlakı əldə etmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarı). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 15 mənzil 58 və 92 ünvanında yerləşən mənzillərin açıq hərracdan satılmasına dair xx.xx.2019-cu il tarixli, 65/03 saylı və 65/04 saylı hərracın nəticələri haqqında protokollar və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilələr etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2020-ci il və ********** nömrəli xx.xx.2020-ci il tarixli çıxarışlar ləğv edilməli və ünvan 15 mənzil 58 və 92 ünvanında yerləşən mənzillər üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilməli, ünvan 15 mənzil 58 və 92 ünvanında yerləşən mənzillərin üzərində olan ipotekaya xitam verilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddiaçının cavabdehlərin vəzifəli şəxslərinin əməllərində Cinayət Məcəlləsinin 313-cü maddəsinin əlamətlərinin olması nəzərə alınaraq xüsusi qərardad qəbul edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən əsassızdır və qeyd olunan hallar mülki xarakterli mübahisələr olduğundan təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 15 mənzil 58 və 92 ünvanında yerləşən mənzillərin açıq hərracdan satılmasına dair xx.xx.2019-cu il tarixli, 65/03 saylı və 65/04 saylı hərracın nəticələri haqqında protokollar və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilələr etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2020-ci il və ********** nömrəli xx.xx.2020-ci il tarixli çıxarışlar ləğv edilsin və ünvan 15 mənzil 58 və 92 ünvanında yerləşən mənzillər üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilsin. ünvan 15 mənzil 58 və 92 ünvanında yerləşən mənzillərin üzərində olan ipotekaya xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar