Məhkəmə qərarları › İş №2(102)-5641/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5641/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5641/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, "xxxx" MMC və Cavabdeh3 ASCyə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5641/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh3 ASC-nin vəkili Məmmədov Amid Əbülfəz oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, "xxxx" MMC və Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə d air Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4165/2021 saylı, 21.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-2(81)-578/2017 nömrəli iş üzrə qəbul olunmuş 15.12.2014-cü il tarixli qətnamə və həmin iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul olunmuş məhkəmə aktlarına görə İddiaçı və "xxxx" MMCdən "xxxx" ASC-nin xeyrinə cəmi 2.056.709,94 ABŞ dolları məbləğində pul tutulmalı, tutma ipoteka predmeti olan, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev № 31-də yerləşən üç mənzilə - 58, 60 və 92 №-li mənzillərə yönəldilməlidir. Məhkəmə tərəfindən icra sənədi verilmiş, icra m əmurunun şifarişi əsasında "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. Hazırkı işdə hərrac iki mənzilə - 58 və 92 №-li mənzillərə münasibətdə mübahisələndirilib. Həmin mənzilərə dair 3 dəfə hərrac keçirilib: 1) birinci hərrac - 28.01.2019-cu ildə (iş v. 200); 2) təkrar hərrac - 18.02.2019-cu ildə (iş v. 204). 3) üçüncü hərrac - 30.08.2019-cu ildə (iş v. 213). Üçüncü hərracdan sonra - 06.09.2019-cu il tarixdə hərrac təşkilatı mənzilləri təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə almağı "xxxx" ASC-yə təklif etmiş, 04.10.2019-cu il tarixdə "xxxx" ASC 92 №-li mənzili 195.712,50 manata, 58 №-li mənzili isə 85.106,25 manata almışdır. 04.10.2019-cu il tarixdə hərracın yekunları barədə protokollar və alqı-satqı müqavilələri tərtib edilmiş, 07.03.2020-ci il tarixdə 92 və 58 №-l i mənzillər üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınaraq reyestr çıxarışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1nda yerləşən 58 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı 30.08.2019-cu il tarixdə keçirilən hərracın və həmin hərracın nəticələri olan “hərracın yekunları barədə” 04.10.2019-cu il tarixli, 65/03 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 04.10.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında sözügedən mənzilə dair "xxxx" ASC-yə verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzil üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi; ünvan 1nda yerləşən 92 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı 30.08.2019-cu il tarixdə keçirilən hərracın və həmin hərracın nəticələri olan “hərracın yekunları barədə” 04.10.2019-cu il tarixli, 65/04 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 04.10.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında sözügedən mənzilə dair "xxxx" ASC-yə verilmiş çıxarışın ləğv edilməsi və həmin mənzil üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi; ünvan 1nda yerləşən 58 saylı və ünvan 1nda yerləşən 92 saylı mənzillər üzərində "xxxx" Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin xeyrinə qeydə alınmış ipotekaya xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı hərracın keçirilməsi barədə məlumatlandırılmamış, ona bildiriş lər göndərilməmiş, mənzillərin mülkiyyətçisi olan iddiaçının iştirakı olmadan alqı-satqı müqaviləsi tərtib olunmuş, bununla da, hərracın keçirilməsinə dair qanunvericiliyin tələbləri pozulmuş, keçirilmiş hərralardan sonra isə bank qanunla müəyyən edilən müddət ərzində əmlakı mülkiyyətinə qəbul etməmişdir.

4. Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(005)-172/2021 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.3, 178.1, 269.4, 317, 319.1, 414-416-cı maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir.

6. Cavabdeh3 ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhk əməsinin (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova və X.Cəmilova) 21.05.2021-ci il tarixli, 2(103)-4165/2021 nömrəli qətnaməsi ilə Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(005)-172/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev № 31-də yerləşən 58 və 92 №-li mənzillərə dair Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC tərəfindən keçirilmiş hərrac və hərracın nəticələri üzrə tərtib olunmuş 04.10.2019-cu il tarixli protokollar və alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, həmin hərracın nəticələri əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev № 31-də yer ləşən 58 və 92 №-li mənzillər üzərində Cavabdeh3 ASC-nin mülkiyyət hüququna dair aparılmış qeydiyyat və verilmiş reyestr çıxrışları ləğv edilmiş, İddiaçı mülkiyyət hüququna dair qeydiyyatın bərpa edilməsi, həmin mənzillərə dair yenidən hərrac keçirilməsi, ipotekaya xitam verilməsi barədə tələbin rədd olunması qət edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın 2 əsası var. 1ci əsas ondan ibarətdir ki, 3 dəfə hərrac keçirilməsi qanunvericiliyə ziddir, ona görə hərrac etibarsız sayılmalıdır. 2-ci əsas ondan ibarətdir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində bank ipoteka predmetini əldə etmədiyinə görə ipotekaya xitam verilməlidir.

9. Apellyasiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, “İpoteka haqqında” Q anunun 43-cü maddəsində yalnız 2 hərracın keçirilməsi nəzərdə tutulub, hər hansı əsasla yeni hərracın keçirilməsi qanunsuzdur. Bu mövqe “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qərarında da əks olunmuşdur. Ona görə də, 58 və 92 №-li mənzillərə münasibətdə hərrac etibarsız hesab olunmalıdır.

10. Apellyasiya Məhkəməsi ipotekaya xitam verilməsi barədə tələblə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəylə razılaşmayaraq belə hesab etmişdir ki, 30 təqvim günü hesablanarkən hüquqi müəyyənlik prinsipinə əməl edilməlidir, yəni banka aydın olmalıdır ki, 30 təqvim günü nə vaxtdan başlayır. Çünki bu müddətin keçməsi ipotekaya xitam verilməsi ilə nəticələnir və bank kreditin təminatından məhrum olur. Hə rracın qanunla müəyyənləşdirilmiş qaydada keçirilməsinə görə bank məsuliyyət daşımır. Hərracın keçirilməsi qaydalarını hərrac təşkilatı pozub, bank isə 30 təqvim günü ərzində ipoteka predmetini əldə edib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması olduğu halda, məhkəmə heç bir əsas olmadan, o cümlədən analogiya qaydaları ilə bağlı ardıcıllığa əməl etmədən birbaşa hüququn prinsipinə əsaslanmaqla, maddi hüquq normasının tətbiqində ciddi səhvə yol vermişdir. İlk iki hərracın etibarsızlığı tələbi irəli sürülmədiyi halda məhkəmə əmlaklarla bağlı keçirilmiş bütün hərracları etibarsız hesab etmiş və yenidən hərrac keçirilməsini qərara almışdır. Belə qənaət iddia tələbindən kənara çıxma deməkdir ki, buda MPM-nin 218.3. maddəsinin tələblərinə ziddir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı Cavabdeh3 ASC-nin etirazı daxil olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh3 ASC-nin vəkili Məmmədov Amid Əbülfəz oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassator və digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə ic lasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. “İpoteka haqqında” AR Qanunu: Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərra cın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tə ləblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

21. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, 3 dəfə hərrac keçirilməsi qanunvericiliyə zidd olduğundan hərrac protokolları və alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir.

22. Apellyasiya Məhkəməsi keçirilən hərracları etibarsız hesab etməklə iddia tələbindən kənara çıxmamışdır. Açıq hərrac ipoteka ilə yüklü edilmiş əmlakın satışının həyata keçirilməsi ilə bağlı həyata keçirilən vahid prosedurlardan ibarətdir. Hərracın mahiyyəti əşyanın, əmtəənin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması, auksion, yəni açıq artırma üsulu ilə satılmasıdır.

23. Hazırkı işdə ipoteka ilə yüklü edilmiş əmlakla bağlı hərraclar mübahisələndirilir. Qüvvədə olan qanunvericilmik belə hərracların keçirilməçsi zamanı həm ipoteka qoyanın və həm də ipoteka saxlayanın hüquqlarını qoruyur. Apelyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hərracın keçirilməsində qanunsuzluğa yol verilməsinə görə ipoteka saxlayan məsuliyyət daşıya bilməz və onun hüquqları qanunla qorunur. İstər 2-ci hərracın qanunsuz olaraq təxirə salınması və istərsə də 3-cü hərracın keçirilməsində ipoteka saxlayan məsuliyyəti daşıya bilməz. Ona görə Apelyasiya Məhkəməsi hərracı etibarsız hesab edərək yenidən hərracın keçirilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

24. Kollegiya bir məsələni də qeyd edir, nə qədər ki, hərracın qanunsuz keçirilməsi sübuta yetirilmişdir, həmin hərraclardan sonra əmlakın ipoteka saxyan tərəfindən 30 gün ərzində qəbul edilib-edilməməsi ilə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət aradan qalxmış olur. Çünki bu məsələ qanuni keçirilm iş həraclardan sonrakı münasibətləri inazama salan prosedurlara aiddir.

25. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4165/2021 saylı, 21.05.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar