Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1734/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, X5, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi, daşınmaz əmlakın qaytarılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar Məhərrəmova Qaratel Şükür qızı və İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 may 2005-ci il tarixdə Bakı şəhəri 44 saylı Dövlət Notariat Kontorunda bağlanmış 7E-1866 nömrəli Notariat işi üzrə onun adından saxta yolla verilmiş 7E1866 nömrəli etibarnaməni, bunun əsasında, 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4Ə/749 saylı Notariat işi üzrə 26 oktyabr 2005-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsini, həmin 7E-1866 nömrəli Notariat işi üzrə verilmiş saxta etibarnamə əsasında 18 mart 2011-ci il tarixdə, Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda, bağlanmış 4Ə-01/101 nömrəli Notariat işi üzrə 18 mart 2011-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi barədə əqdlərin etibarsız hesab edilməsi, iddiaçının qanuni mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti, 119 B, ünvanında yerləşən daşınmaz əmlakı, qeyri yaşayış sahəsini tam şəkildə onun mülkiyyətinə verilməsi, mülkiyyətinin əldən çıxması nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərər məhkəmə qaydasında hesablanaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar Məhərrəmova Qaratel Şükür qızı və İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, 11 may 2005- ci il tarixli 7E-1866 nömrəli saxtalaşdırılmış, legitim olmayan etibarnamə əsasında, həmçinin 2 iyun 2004-cü il tarixli saxta etibarnamə əsasında, 13 oktyabr 2005-ci il tarixli saxta etibarnamə əsasında, Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda 4Ə/749 nömrə ilə Məhərrəmova Qaratel Şükür qızının qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsi, əvvəlki ünvanı (Bakı şəh, Ağa Neymətulla küç, 45 ünvanı olan), hazırda (Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti, 119 B ünvanda yerləşən, əvvəlki adı Ekspress kafesi, hazırda həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin bundan sonra, saxta yolla özgəninkiləşdiriməklə, Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətində olan əvvəlki ünvanı (Bakı şəh, Ağa Neymətulla küç, 45 ünvanda yerləşən) hazırki ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti, 119 B ünvanda yerləşən qeyri-yaşayış sahəsi, daşınmaz əmlakın ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)- 1563/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(005)- 1563/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)-6420/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qərardadından iddiaçılar Məhərrəmova Qaratel Şükür qızı və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(102)-6047/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)- 6420/2022 nömrəli qərardadının İddiaçı cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün göndərilməsi, qərardadın Məhərrəmova Qaratel Şükür qızına aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(103)- 1685/2023 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilərək hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)- 1563/2022 nömrəli qərardadı İddiaçı cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə işə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Mülki işə yuxarıda qeyd olunan hissədə baxılarkən iddiaçı 02 May 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, əmlakın qanunsuz yolla əldən çıxması nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında İddiaçı nümayəndəsi və vəkili Vəkil1, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 baxılan iddia üzrə ekspertiza təyin olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Nərimanov rayon Məhkəməsinə, iddiaçılar Məhərrəmova Qaratel Şükür qızı və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 3 saylı notariat ofisi və Bakı şəhəri 44 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “saxta etibarnamələr əsasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, qanuni mülkiyyətdə olan daşınmaz əmlakın qaytarılması” tələbi üzrə Nərimanov rayon Məhkəməsindən qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)- 1563/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6420/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6420/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etmişdir: İddiaçı Məhərrəmova Qaratel Şükür qızının kassasiya şikayəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6420/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərardadı, İddiaçı cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün göndərilsin. X15 Şükür qızına aid hissədə dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 08 fevral 2023-cü il tarixdə işə yenidən baxaraq,İddiaçı tərəfindən verilmiş şikayəti qismən təmin etmiş,həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022ci il tarixli, 2(005)-1563/2022 nömrəli qərardadını İddiaçı cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edərək,həmin hissədə işə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 29 noyabr 2022-ci il tarixli qərarında işin halları üzrə müəyyən edilmişdir: 1.ünvan 5 ünvanda yerləşən dövlət əmlakı - “Ekspress” kafesi start qiymətinin 15 %-i özəlləşdirmə çekləri ilə və 53.133.000 manat pul tam ödənilməklə xx.xx.1997-ci il tarixli alqı-satqı müqavilə əsasında Məhərrəmova Qaratel Şükür qızına və X1. Bu barədə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixli, 7575 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. 2.A.Neymətulla küçəsi 45 ünvanda yerləşən “Ekspress” kafesi xx.xx.2005-ci il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsi əsasında 460.000.000 manata Cavabdeh1 satılmışdır. Alğı-satqı müqaviləsini satıcıların adından etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Həmin qeyri-yaşayış sahəsinə Cavabdeh1 adına 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. 3.Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 555100 manata Cavabdeh2 satıb. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyriyaşayış binasına Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası bu iş üzrə 29 noyabr 2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki,(bax:bu iş üzrə Ali Məhk.Qərarının 2-ci səh.”İşin halları” bölməsi 1-ci və 2-ci bənd.) Dövlət, hazırda İddiaçı tərəfindən mübahisə edilən əmlakı dəyəri Məhərrəmova Qaratel Şükür qızı və X16 tərəfindən tam ödənilməklə onlara alqı-satqı yolu ilə satmış və onların adına bu barədə DƏKsi tərəfindən xx.xx.1997-ci il tarixli,7575 qeydiyyat nömrəli şəhadətnamə vermişdir. Mülkiyyətçilər Məhərrəmova Qaratel Şükür qızı və X16 öz əmlaklarını 26 oktyabr 2005-ci il tarixli,AN-1 №0052217 saylı alqı-satqı müqaviləsi əsasında 460.000.000 manata Cavabdeh1 satmışdır. Həmin qeyri-yaşayış sahəsinə Cavabdeh1 adına 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Mülkiyyətçi Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 555100 manata Cavabdeh2 satıb. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binasına Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunmalıdır ki,iddiaçı uzun illərdir hazırkı əmlak barədə gedən məhkəmə mübahisələrində,bacısı Məhərrəmova Qaratel Şükür qızının nümayəndəsi qismində onu təmsil edib.Heç bir vaxt özünün hər hansı subyektiv hüquqa malik olduğunu bildirməyib və hər hansı hüququnu təsdiq edən sənəd təqdim etməyib. Kassasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “57.Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsin dinləyib hesab edir ki, aşağıdakılara əsasən Qaratel Məhərrəmovanın kassasiya şikayəti təmin edilməməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərardadı, İddiaçı cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün göndərilməli, qərardad Qaratel Məhərrəmovaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 63.İşdən göründüyü kimi baxılan iddianın Qaratel Məhərrəmovaya münasibətdə subyektləri (tərəfləri), irəli sürülmüş iddianın predmeti və əsasları, əvvəl baxılmış iddia tələblərində mövcud olmuş işin tərəfləri, predmeti və əsasları ilə eynilik təşkil edir. Qaratel Məhərrəmova iddiasının əsaslarını və tələbini bir qədər fərqli təqdim və izah etməsinə baxmayaraq, iddianın bütün elementləri mahiyyəti etibarilə əvvəlki iddialarla eynidir. 64.Buna görə də məhkəmə kollegiyası Qaratel Məhərrəmovaya münasibətdə mülki iş üzrə icraata xitam verilməsi ilə razılaşır. 70.İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Xüsusilə İddiaçı iddia üzrə subyektiv hüquqlarının olması araşdırılmalıdır.” Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını hissəvi ləğv edərək “İddiaçı iddia üzrə subyektiv hüquqlarının olması araşdırılmalıdır” göstərişini qoymuşdur. İş materiallarından göründüyü kimi,iddiaçının mübahisələndirdiyi əmlaka hər hansı subyektiv hüququ mövcud deyil.Bu əsasla Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının “iddiaçının xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair iddia irəli sürmək barədə subyektiv hüququnun olmaması iddianın rədd olunması üçün əsasdır” mövqeyi ilə razılaşır. Hazırkı iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının (66.) bəndində qeyd olunur: “İddiaçı İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «xx.xx.2005-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə İddiaçı əvvəl baxılmış işdə tərəf olmuş, onun həmin qeyri-yaşayış sahəsində çıxarılması tələbi təmin edilmişdir.” Həmin qərarın (67.) bəndində yenidən araşdırılmasına göstəriş olaraq qeyd olunur: “Apellyasiya instansiyası məhkəməsinin “İddiaçı da həmin işlərin birində tərəf (cavabdeh) olmuş, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə də aydınlıq gətirilmişdir” əsaslandırılması iş üzrə icraata xitam verilməsi üçün kifayətedici əsas deyildir. Əvvəla, məhkəmənin özü də qeyd edir ki, İddiaçı işlərin birində tərəf olmuşdur. Bundan başqa, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə hansı aydınlıq gətirilməsi qeyd olunmamışdır.” Qeyd olunan göstərişlə əlaqədar bildirirəm ki,həqiqətən də İddiaçı əvvəl baxılmış işdə tərəf(cavabdeh) olmuş, İddiaçı həmin qeyriyaşayış sahəsində çıxarılması barədə iddiaçı Cavabdeh1 iddia tələbi təmin edilmişdir. Həmin iş: “iddiaçı X4 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında alınmış mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi,mülkiyyət hüquqlarının bərpa edilməsi barədə iddia ərizəsi, Həşim Cəfər oğlu X2 və X12 qarşı mülkiyyətdə olan sahədən çıxarılma tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə” Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli Qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4039/2015 saylı 08 iyun 2015-ci il tarixli Qətnaməsidir. Qeyd olunan qətnamədə göstərilir:”X25 Hacıyevə olan idasını onunla əsaslandırıb ki,Voroşilin Həsənə olan borcu onların birgə kommersiya-biznes fəaliyyəti müddətində yaranıb.Voroşil bu borcu heç vaxt danmamışdır.Voroşil ilə Q.Məhərrəmova qardaş-bacı olsalar da,Q.Məhərrəmova qardaşının borcuna görə mülkiyyətindən məhrum edilə bilməz.Voroşil ilə Həsənin arasında yaranmış borcla bağlı mübahisə ayrıca icraatda onların birinin təşəbbüsü ilə həll edilməlidir.”(bax: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4039/2015 saylı 08 iyun 2015-ci il tarixli Qətnaməsi. Səh.2.) Həmin qətnamənin yuxarıda göstərilən səhifəsində qeyd olunub:”Cavabdeh, Cavabdeh1 öz növbəsində X13 və X12 qarşı qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək mülkiyyətində olan “Ekspres kafesi”ndən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.İddiasını həmin əmlakın mülkiyyətçisi olması ilə əsaslandırmışdır.” X13 hansı səbəbdən obyektdə olmuşdur ki,onun oradan çıxarılması tələbi zəruri olmuşdur? Bu suala Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4039/2015 saylı 08 iyun 2015-ci il tarixli Qətnaməsinin 3-cü səhifəsində aydınlıq gətirilib: “Kafedə müəyyən tikinti işləri aparılan müddətdə qarşılıqlı iddia üzrə cavabdehlər Voroşil Məhərrəmov və Y.Müseyibov aralarında olan borc məsələsinə görə müəyyən vaxt ərzində kafedə fəaliyyət göstərmələrini Cavabdeh1 xahiş etmiş,sonuncu da tikinti işləri aparılan müddətə qədər buna razılıq vermişdir.2006-cı ilin avqust-sentyabr aylarında Cavabdeh1 cavabdehlərdən kafedən çıxmağı və fəaliyyətlərini dayandırmağı tələb etmiş,lakin onlar bundan imtina etmişlər.Belə olan halda Cavabdeh1 mülkiyyətçi kimi Bakı şəhəri Vergilər Departamentinə və Nərimanov Rayon Qaz İdarəsinə müraciət etmişdir.Onun müraciəti əsasında müəyyən tədbirlər görülsə də,cavabdehlər kafeni boşaltmaqdan imtina etmişlər.xx.xx.2006-cı ildə Q.Məhərrəmova ilk iddia ilə Məhkəməyə müraciət etmiş və Cavabdeh1 qarşılıqlı iddia qaldırmışdır.Mübahisəyə baxan Nərimanov Rayon Məhkəməsi xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Q.Məhərrəmovanın iddiasının təmin edilməməsi, Cavabdeh1 qarşılıqlı iddiasının isə təmin edilməsi,İddiaçı və Y.Müseyibovun mübahisəli kafedən çıxarılmalarını qət etmişdir.” Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ünvan 5 ünvanda yerləşən dövlət əmlakı - “Ekspress” kafesi start qiymətinin 15 %-i özəlləşdirmə çekləri ilə və 53.133.000 manat pul tam ödənilməklə xx.xx.1997-ci il tarixli alqısatqı müqavilə əsasında Məhərrəmova Qaratel Şükür oğluna və X1. Bu barədə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixli, 7575 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. A.Neymətulla küçəsi 45 ünvanda yerləşən “Ekspress” kafesi xx.xx.2005-ci il tarixli, AN- 1 № ******* saylı alqı-satqı müqaviləsi əsasında 460.000.000 manata Cavabdeh1 satılmışdır. Alğı-satqı müqaviləsini satıcıların adından etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Həmin qeyri-yaşayış sahəsinə Cavabdeh1 adına 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 555100 manata Cavabdeh2 satıb. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyriyaşayış binasına Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Qaratel Məhərrəmovanın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı (İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin maraqlı şəxs qismində göstərildiyi) “ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin, bu alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi” barədə iddia tələbi rədd edilmiş, Cavabdeh1 İddiaçı və Yaqub Müseyibova qarşı “mülkiyyətində olan sahədən çıxarılmaları” tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Qaratel Məhərrəmovanın apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Qaratel Məhərrəmovaya aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı “alqı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı “alqı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi”nə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Qaratel Məhərrəmova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 26 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Qaratel Məhərrəmovanın apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi Qaratel Məhərrəmovaya aid hissədə, həmçinin Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən Qaratel Məhərrəmovanın iddia tələbi qismən təmin edilmiş, 41 saylı DNK tərəfindən 4Ə/749 saylı reyestrlə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi və Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə Qaratel Məhərrəmovaya aid hissədə ləğv edilməklə, onun mülkiyyət hüququ bərpa edilmiş, Cavabdeh1 41 saylı DNK-ya qarşı “26 oktyabr 2005- ci il tarixli alqı-satqı müqaviləsində notariat kontoruna təqdim edilmiş digər etibarnamələrlə yanaşı, Cavabdeh3 adına verilmiş etibarnamənin əks etdirilməsinin notariusa həvalə edilməsi” barədə iddia tələbi isə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı ilə isə Ali Məhkəmənin 06 fevral 2012-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi ilə Qaratel Məhərrəmovanın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi Qaratel Məhərrəmovaya aid hissədə, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarıxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə Qaratel Məhərrəmovanın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv olunaraq, Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı “Bakı şəhəri, A.Neymətulla küçəsi 45-də yerləşən "Ekspress" kafesinin alqı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilədə Məhərrəmova Qaratel Şükür qızı tərəfindən X9 verilmiş 02 iyun 2004-cü il tarixli Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhər notariat kontorunda təsdiq edilmiş etibarnamənin əks etdirilməsinin Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi” tələbinə dair iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Qaratel Məhərrəmovaya qarşı “daşınmaz əmlaka hüququn rəsmiləşdirilməsinin qanunsuz sayılması və çıxarışın etibarsızlığının tanınması” tələbi təmin olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində Məhərrəmova Qaratel Şükür qızının Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti, 119B ünvandakı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi qanunsuz sayılmış və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı çıxarış etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə Məhərrəmova Qaratel Şükür qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018ci il tarixli qərarı ilə Qaratel Məhərrəmovanın kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxılan mülki iş üzrə hazırda İddiaçı cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması, maddi və mənəvi ziyan tələbinə dair hissədə iddiaya qiymət verməlidir. İş materialları ilə müəyyən edilir ki, ünvan 9 ünvanda yerləşən “Ekspress” kafesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Dövlət Əmlakının Hüquqi və X26 haqqında 01 oktyabr 1997-ci il tarıxlı Şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında Məhərrəmova Qaratel Şükür qızına və X9 məxsus olmuş, Rusiya Federasiyası, İrkutsk vilayəti, Ust-İlimsk şəhərində yaşayan X10 Bakı şəhərində yaşayan qardaşı X9 Bakı şəhərı, A.Nemətulla küçəsi 45- də yerləşən “Ekspress” kafesi və “Samir” restoranı uzərındə sərəncam hüququ verən 02 iyun 2004-cü il tarixli etibarnamə vermiş, həmin tarixdə eyni zamanda Qaratel Məhərrəmovanın əri X22 etıbarnamədə göstərilən əmlakların satılması barədə razılıq imzalamış, həm etibarnamə, həm də razılıq Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərinin notariusu S.İ.Frolova tərəfindən təsdiq olunmuş, 11 may 2005ci il tarixdə Qaratel Məhərrəmovanın qardaşı X18 Bakı şəhərində yaşayan Cavabdeh3 üç il müddətinə ona məxsus olan əmlak üzərində sərəncam hüququ verən etibarnamə vermiş, Cavabdeh3 Bəhram Məhərrəmovun verdiyi 11 may 2005-ci il tarixlı etıbarnamə və eləcə də Qaratel Məhərrəmova tərəfindən Cavabdeh3 adına verılmış ona məxsus olan “Samir” restoranı və “Ekspress” kafesi üzərində sərəncam huququ verən və 13 oktyabr 2005-ci il tarixdə Rusiya Federasiyası Perm vilayətinin Perm şəhərınin notariusu tərəfindən təsdiq edilmiş etibarnamə əsasında “Ekspress” kafesinin 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhərinin 41 saylı notariat kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 460 000 000 manata satmış, alqı-satqı müqaviləsinə əsasən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti “Ekspress” kafesinə mülkiyyət hüququnu bildirən 18 noyabr 2005-ci il tarixli şəhadətnamə vermiş, 05 mart 2006-cı il tarixdə X19 vəfat etmiş, 2006-cı ilın sentyabr ayında Qaratel Məhərrəmova Cavabdeh3, Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ekspress” kafesinin 80 faizinin ona, qardaşı Bəhram Məhərrəmova məxsus olmaqla onların mülkiyyətində olmasını, qardaşı İddiaçı iş üzrə Cavabdeh3 borcunun olması ilə əlaqədar borcun təminatı kimi kafenin sənədlərini və eləcə də əmlaklı üzərində sərəncam hüququ verən Bəhram Məhərrəmov tərəfindən imzalanmış etibarnaməni təqdim etməsini, İddiaçıla Cavabdeh3 arasında olan razılaşmaya əsasən İddiaçı borcunu qaytardıqdan sonra Cavabdeh3 kafeyə aid olan sənədləri qardaşına qaytarmalı olmasına baxmayaraq Cavabdeh3 borcun təminatı məqsədi ilə ona müvəqqəti etibar edilmiş əmlakı Cavabdeh1 satmasını və bununla da onun mülkiyyətindən məhrum olunmasını əsas göstərməklə 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli şəhadətnamənin ləğv edilməsinə və "Ekspress" kafesinə onların mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisəli kafeni alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 İddiaçı, X11 qarşı cavabdehlərin kafedən çıxarılmaları barədə qarşılıqlı tələb irəli sürmüş, Qaratel Məhərrəmovanın iddiasına və Cavabdeh1 qarşılıqlı iddiasına mahiyyəti üzrə məhkəmədə baxılana qədər Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla “Ekspress” kafesinin mülkiyyətçiləri Qaratel Məhərrəmova və Bəhram Məhərrəmovun etibarnamə üzrə nümayəndəsi arasında kafenin alqısatqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilənin bağlanması zamanı notariat kontoruna X14 Federasiyası, Urkutsk vilayəti, Ust-İlimsk şəhərinin notariusu tərəfındən təsdiq olunmaqla Bəhram Məhərrəmova verilmiş 02 iyun 2004-cü il tarixli etibarnamənin təqdim edilməsinə baxmayaraq, alqı-satqı müqaviləsində həmin etibarnamənin qeyd edilməməsini əsas göstərməklə alqı-satqı müqaviləsində həmin etibarnamənin əks etdirilməsinin 41 saylı Dövlət Notariat Kontorunun notariusuna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, işə məhkəmə instansiyalarında baxılan ərəfədə mübahisəli “Ekspress” kafesi Cavabdeh1 tərəfindən 18 mart 2011-ci il tarixdə notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış və onun həmin əmlak üzərində mülkiyyət hüququ 25 avqust 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır İş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli əmlakı notariatda təsdiq olunmuş müqavilə əsasında dəyərini ödəməklə əldə etmiş və bu zaman təmsilçi Cavabdeh3 mülkiyyətçi Qaratel Məhərrəmovaya aid hissədə əmlakı özgəninkiləşdirməyə hüququnun olmamasını bilməmiş, eləcə də Cavabdeh1 əldə etdiyi əmlaka münasibətdə vicdansız sahib olması iddiaçı Qaratel Məhərrəmova tərəfindən sübuta yetirilməmişdir. Məhkəmələr Qaratel Məhərrəmovanın iddia tələblərinin rədd olunmasını həm də belə əsaslandırmışlar ki, mübahisəli əmlak Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmaqla həmin əmlak mülkiyyət hüququ əsasında hazırda sonuncuya məxsusdur. Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 555100 manata Cavabdeh2 satmış, Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyriyaşayış binasına Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir Hazırda İddiaçı qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür. Məhkəmə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə hesab edir ki, həmin tələb hər hansı hüquqi əsasa söykənmir, eyni zamanda iddiaçının belə bir iddia irəli sürməsi üçün yuxarıda qeyd olunduğu kimi subyektiv hüququ da olmamışdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti,119B saylı ünvanda yerləşən qeyri-yaşayış binası üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, həmin qeyri-yaşayış sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbina dair iddia ərizəsi iddiaçının subyektiv hüququ yaranmadığında hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıların subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Məhkəmə iddia tələbinin “əmlakın qanunsuz yolla əldən çıxması nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin etibarsızlığı tələbi rədd olunduğundan və maddi və mənəvi zərər tələbi ondan törəmə tələb olduğundan həmin hissədə də iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi, daşınmaz əmlakın qaytarılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “əqdin etibarsız hesab edilməsi, daşınmaz əmlakın qaytarılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1734/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1734/2023
18.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver