Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1736/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh1 BOKT MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh1 BOKT MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli ipoteka müqaviləsinin və 21 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə 11.08.2006-cı il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında 25 oktyabr 2017-ci il tarixli, 507 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə cavabdeh “PSG FİNANS" BOKT MMC tərəfindən Cavabdeh3 25 oktyabr 2023-cü il tarixinədək illik 14% olmaqla 72 ay müddətinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pul ayrılmışdır. Daha sonra 25 oktyabr 2017-ci il tarixli, 507 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuş və 25.10.201 7-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 BOK l MMC qarşısında yüklü edilmişdir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 BOKT MMC, Cavabdeh3 və X4 arasında 25 oktyabr 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və X4 zamin kimi durmuşdur. “PSG FİNANS" BOKT MMC ilə Cavabdeh3 arasında 21 dekabr 2018-ci il tarixli, 023/2 saylı kredit müqaviləsi bağİanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 BOKT MMC tərəfindən Cavabdeh3 21 dekabr 2021-ci il tarixinədək illik 24% olmaqla 36 ay müddətinə 26.000 (iyirmi altı min) manat məbləğində pul ayrılmışdır. Daha sonra 21 dekabr 2018-ci il tarixli, 023/2 25 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuş və 21.12.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 BOKT MMC qarşısında yüklü edilmişdir. Cavabdeh3 onun əridir. Onun tərəfindən ipotekaya qoyulmuş ev tərəflərin birgə nikah dövründə alınmışdır. Lakin Cavabdeh3 onlara məxsus olan əmlakı ipotekaya qoyduğundan iddiaçı məlumatsız olmuşdur. Halbuki birgə nikah dövründə alınmış əmlak üzərində iddiaçının ½ hissədə pay hüququ olduğundan Cavabdeh1 BOKT MMC ilə ipoteka müqaviləsi bağlanan zaman iddiaçının da razılığı alınmalı idi. İddiaçı bu yaxın günlərdə evə məktub gələrkən ipoteka müqaviləsinin mövcudluğundan xəbər tutmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə vasitəsilə yazılı ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işin başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 BOKT MMC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bu səbəbdən iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 25.10.2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 25.10.2017-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, 50 saylı mənzili Cavabdeh1 BOKT MMC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər. Mənzil 200.000 (iki yüz min) manat məbləğində qiymətləndirilmişdir; Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 21.12.2018-ci il tarixli, 023/2 saylı sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 21.12.2018-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, 50 saylı mənzili Cavabdeh1 BOKT MMC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər. Mənzil 200.000 (iki yüz min) manat məbləğində qiymətləndirilmişdir; İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 24.10.2017-ci il tarixli ərizənin mətnində “yazıb sizə bildirirəm ki, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka(girov) qoyulmasına etiraz etmirəm. İpotekaya (girova) qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm” qeyd olunmuşdur; İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 05.12.2018-ci il tarixli, **********133 nömrəli ərizənin mətnində “yazıb sizə bildirirəm ki, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka(girov) qoyulmasına etiraz etmirəm. İpotekaya (girova) qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm” qeyd olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1582 nömrəli, 06 dekabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan 24 oktyabr 2017-ci il tarixli və 05 dekabr 2018-ci il tarixli ərizələrdə ‘'İddiaçı” qrafalarındakı "Zeynalova” yazıları İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manatdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür; 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər; 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir; 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Kredit müqaviləsində alınan borcun xarici valyutada ifadə edilməsi bankın iddiaçını aldatmasını iddia etmək üçün yetərli ola bilməz. Konkret halda, müqavilə bağlanan yəni manatın dollara münasibətdə daha dayanıqlı olduğu vaxtda tərəflərdən hər hansı birinin iki ildən sonra manatın devalvasiyaya məruz qalacağını bilərək kontragenti aldadacığını düşünmək, bu anlamda “əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğunu” iddia etmək inandırıcı və ağlabatan deyildir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 25.10.2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 25.10.2017-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, 50 saylı mənzili Cavabdeh1 BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 21.12.2018-ci il tarixli, 023/2 saylı sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 21.12.2018-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, 50 saylı mənzili Cavabdeh1 BOKT MMC qarşısında ipoteka ilə yüklü edilməsinə razılıq əldə etmişlər. İddiaçı hazırda Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli ipoteka müqaviləsinin və 21 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir və ipotekaya qoyulmuş ev tərəflərin birgə nikah dövründə alındığından onunda razılığının alınmalı olduğunu bildirir. Cavabdeh tərəf iddia qəbul etmir və Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli ipoteka müqaviləsinin və 21 dekabr 2018-ci il tarixli ipoteka müqavilələri bağlanarkən iddiaçının razılığının alındığını bildirir. İddiaçı 24.10.2017 və 05.12.2018-ci il tarixli ərizələrin sonunda “Zeynalova” yazıları və həmin ərizənin aşağı hissəsində “İmza:” qrafasındakı imzanın onun tərəfindən icra olunmadığını bildirir. Məhz onun vəsatəti əsasında məhkəmənin müvafiq qərardadı ilə mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş ekspert rəyində “İddiaçı” qrafalarındakı "Zeynalova” yazıları İddiaçı tərəfindən icra olunduğu göstərilmişdir. Məhkəmə, məhkəmə araşdırmasının nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1582 nömrəli, 06 dekabr 2021ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, İddiaçı adından olan 24 oktyabr 2017-ci il tarixli və 5 dekabr 2018-ci il tarixli ərizələrin sonunda “Zeynalova” yazıları və həmin ərizənin aşağı hissəsində “İmza:” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Bu da öz növbəsində iddianın rədd edilməsini şərtləndirir. Belə ki, iddiaçı tərəfindən 24 oktyabr 2017-ci il tarixli və 5 dekabr 2018-ci il tarixli ərizələrin sonunda “Zeynalova” yazıları İddiaçı tərəfindən imzalandığını təsdiq edir. İddiaçı, iddiasının hüquqi əsası kimi eyni zamanda Mülki Məcəllənin 347.2.2-ci maddəsinə istinad etməklə əqdin məzmunu barəsində səhv etdiyini, razılıq ərizələrini imzalamadığını irəli sürmüşdür. Məhkəmənin qənaətinə görə, bu norma hazırki münasibətlərə tətbiq oluna bilməz. Çünki işin hallarından aydındır ki, iddiaçı məhz ipoteka müqaviləsinin bağlanmasını arzulamışdır və bu səbəblə də əqdin məzmununda yanılmanın olması mümkün deyildir. Hər bir halda, ipoteka müqaviləsinin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni özü imzalamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh1 BOKT MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspert tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh1 BOKT MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 120 (bir yüz iyirmi) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1736/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1736/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver