Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1741/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahdan doğulmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 1 uşaq üçün 235 manat, 3 yaşınadək uşağın saxlanılması üçün 100 manat, ümumilikdə 335 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olub. xx.xx.2023-cü il tarixində rəsmi şəkildə nikahı ləgv olunmuşdur. İddiaçı bildirir ki, cavabdehin hazırda aylıq gəliri ilə bağlı məlumatı yoxdur. Buna görə də, aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərin arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişində göstərilmiş alimentin 200 manat hissəsi həmin dövr üçün minimum miqdarda, 100 manat hissəsi isə uşağın 3 yaşına çatanadək ona ödənilməsi razılaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini bildirərək məhkəmədən alimentin məbləğini müəyyən edərkən maddi imkanının kifayət qədər olmamasının da nəzərə alınmasını xahiş etdi. Həmçinin hazırda iddiaçı ona uşağı göstərmədiyi üçün barışıq sazişindəki alimenti ödəmədiyi bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 20 fevral 2024-cü il tarixli, AZ-İ 480158 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 56 № ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 01 iyun 2022ci il tarixdə verilən AZ-İV 750504 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00088 nömrəli “X1 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3167/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2021-ci il tarixində 1 saylı Bakı “ASAN xidmət" Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 1916 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir övladı doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3167/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə 300 manat məbləğində alimentin ödənilməsi barədə razılıq əldə olunmuşdur. Hazırda iddiaçı barışıq sazişindəki alimentin məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş minimum yaşayış həddindən az olduğunu bildirərək, cavabdehin yeni saziş bağlamasından imtina etməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 235 manat, habelə uşağın 3 yaşına çatanadək öz xeyrinə 100 manat aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, iddia tələbi bu hissədə təmin edilməli, birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit aliment cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən ərarvad bir-birlərinə kömək etmədikdə, köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçının xx.xx.2023-cü il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək cavabdehdən 100 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin cavabdehdən sabit pul miqdarında alimentin tutulacağını, eyni zamanda rəsmi gəlirlərinin 900 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən uşağın üç yaşına çatanadək iddiaçının özü üçün hər ay 100 manat məbləğində alimentin tutulması cavabdehin gəlirləri baxımından ədalətli deyildir və bu tələb qismən, hər ay cəmi 50 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə, xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 50 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2025-ci ilədək 50 (əlli) manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1741/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1741/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver