Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1743/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh Məmmədov Cavabdeh nümayəndəsi və vəkili Vəkil oglunun iştirakı ilə, İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklara qayların müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklara qayların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə banka depozitə qoyulmuş və cavabdeh tərəfindən onun icazəsi (xəbərim olmadan) olmadan depozitdən çıxarılmış 20.000(iyirmi min) ABŞ dollarının 10000(on min) ABŞ dolları hissəsində payının tanınması; 20.000(iyirmi min) ABŞ dollarının 10.000(on min) ABŞ dollarının cavabdeh Məmmədov Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, valideynləri tərəfindən ona cehiz əşyalarıNın alınması üçün hədiyyə edilmiş 20.000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitini gəlin getdiyi evdə bütün lazimi mebellər olduğundan adına depozitə qoyulmasını cavabdeh Məmmədov Cavabdeh təklif etmişdi. Bir neçə gün sonra “xxxx” ASC- də həmin pul məbləğini cavabdehlə birlikdə depozitə qoymuşlar. Lakin həmin vaxt “sən maşında otur mən sənədləri həll edib imzalanması üçün sənə gətirəcəm” demiş və oda inanaraq ona təqdim etdiyi sənədləri imzalamışdı. Cavabdeh Məmmədov Cavabdeh ilə boşandıqdan bir müddət sonra “xxxx” ASC yaxınlaşdıqda cavabdeh Məmmədov Cavabdeh tərəfindən valideynlərinin mənə hədiyyə etdiyi və onun hesabına depozitə qoyulduğunu zənn etdiyi 20.000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitinin 2014-cü ilin sentyabr ayında 3-cü şəxsin xeyrinə adlanan depozit hesabına qoyduğunu və xəbəri olmadan ona məxsus 20.000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitini elə həmin il xx.xx.2014-cü ildə 14.000(on dörd min) ABŞ dollarını, xx.xx.2014-cii il tarixində isə 6.000(altı min) ABŞ dollarını hissə-hissə iki dəfəyə çıxardığını öyrənmişdir. Cavabdeh valideynləri tərəfindən ona verilmiş hədiyyənin, yəni 20000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitinin öz adına guya onun xeyrinə depozitə qoymuşdur. Bu depozit hesabında isə pulu qoyan şəxs özü onun razılığı olmadan istənilən vaxt çıxartmaq hüququ olmuşdur. Buradan belə məlum olur ki, cavabdeh qərəzli bu addımı atmış və bütün bunları planlamışdır. Belə ki, banklardan öz xeyrinə istifadə edə biləcəyi, lakin onun adına formal qeyd olunan depozit hesabı barəsində əvvəlcədən maraqlanması hadisələrin belə cərəyan etməsindən xəbər vermişdir. Qeyd edir ki, bu depozit hesabı əslində cavabdehin adına açılır, lakin 3-cü şəxsin xeyrinə adını daşıyır. Pulu qoyan şəxs pulu istənilən vaxt 3-cü şəxsin xəbəri və icazəsi olmadan çıxarmaq imkanına malikdir. Məhz bu səbəbdən cavabdeh Məmmədov Cavabdeh qarşı “valideynlərim tərəfindən hədiyyə olunmuş pul vəsaitlərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə tərəfimdən Nərimanov rayon məhkəməsinə müraciət olunmuşdur. Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-316/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməyə əsasən iddia tələbim qismən təmin edilərək mənə məxsus 20000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitinin cavabdeh Məmmədov Cavabdeh alınaraq onun xeyrinə tutulmasına, iddia tələbinin qalan hissədə təmin olunmamasına dair qət edilmişdir. Belə ki, şahid ifadələrinə əsasən mübahisə predmeti olan pul vəsaitinin onun valideynləri tərəfindən ona məhz cehiz əşyalarının alınması üçün verildiyi sübuta yetirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələblərinə müvafiq olaraq nikaha girənədək ər- arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir normalarına istinadən Nərimanov Rayon Məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiva Məhkəməsinin 2(103)-8350/19 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti isə təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-316/2019 saylı qətnaməsinin iddianın təmin olunan hissəsində (yəni, cavabdehdən 20000 ABŞ dolları pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində) ləğv olunması, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə ki, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq tərəfindən irəli sürülən halları əsaslandıra bilmədiyimi və bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyim qənaətinə gəlmişdir. Həmçinin, tərəfindən təqdim edilmiş şahidlərdə iddia tələbimin təmin olunması üçün əsaslı qəbul edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər dispozitiv şərtlərdən irəli gəldiyini vindikasiya iddiasının irəli sürülməsi üçün mənim əmlakın mülkiyyətçisi olmalı, öz əmlakım üzərində faktiki sahiblikdən məhrum olmalı, məhrum olduğum əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Apellyasiya məhkəməsinin Mülki kollegiyası tərəfindən göstərilən normanın şərtlərinin mövcud olmaması səbəbindən iddia tələbim rədd olunmuşdur. Qeyd edit ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8350/19 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsində müqavilə tərəfləri “xxxx” ASC ilə cavabdehin olduğu göstərilmişdir. Cavabdeh 3(üç) ay mddətinə 9(doqquz) faizlə üçüncü şəxsin, yəni onun xeyrinə pul vəsaitini banka qoymuşdur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 952.2-ci maddəsi, yəni bank əmanəti müqaviləsi bağlamış şəxs onun əmanət üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində əmanətçi hüquqlarından üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək istifadə edə bilər normasına əsasən onun əmanətçi kimi hüquqlarından istifadə etməyi kimi hərəkətlər tərəfindən realizə edilmədiyindən (banka müraciət etməmiş və uzun zaman ərzində pul vəsaiti ilə maraqlanmamış) apellyasiya şikayətim təmin olunmamışdır. Belə ki, mübahisə predmeti olan əmlakın əldə olunması birgə nikah dövrünə təsadüf etdiyindən məhkəmə tərəfindən birgə nikah dövründə qazanılmış əmlak kimi xarakterizə edilmişdir. Bununlada, mübahisə predmeti olan 20000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaiti üzərində '/2 hissədə pay hüququmun mövcudluğu məhkəmə tərəfindən tanınmışdır. Yuxarıda qeyd olunan qətnamədən tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)8350/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilmişdir. Sadalanan hallara müvafiq olaraq, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmə tərəfindən gəlinən nəticədən belə aydın olunur ki, mübahisə predmeti olan sözü gedən 20000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitinin verilməsi, onun cavabdeh tərəfindən depozitə qoyulması birgə nikah dövrünə təsadüf etmişdir. Məhz bu səbəbdən, məhkəmənin yekun qərarına uyğun olaraq birgə nikah dövründə əldə olunmuş mübahisə predmeti olan 20000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitinin 1/2 hissəsində payının müəyyən olunmalı və birgə nikah cövründə əldə olunmuş 20000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitinin 1/2 hissəsində, yəni 10000(on min) ABŞ dolları cavabdeh Məmmədov Cavabdeh alınaraq mənim xeyrimə ödənilməlidir. Bütün yuxarıda qeyd olunanlara əsasən mübahisə predmeti olan birgə nikah dövründə əldə olunmuş 20000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitinin 1/2 hissəsində payların müəyyən edilməsi, yəni 20000(iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitinin 10000(on min) ABŞ dolları hissəsində payının tanınmaqla cavabdeh Məmmədov Cavabdeh alınaraq mənim xeyrinə ödənilməsi qanunauyğundur. Qanunla müəyyən olunmuş pozulmuş hüquqlarımın bərpa edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə sığınır və mübahisənin həlli üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədov Cavabdeh nümayəndəsi və vəkili Vəkil hazırki iddia üzrə bildirmişdir ki, İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka dair 2/1 hissədə payların müəyyən edilməsi” tələbi barədə iş Sizin icraatınızdadır. Həmin iş üzrə iddiaçı birgə nikah dövründə banka depozitə qoyulmuş 20000(iyirmi min) ABŞ dolları hissəsində payının tanınması və həmin pulun yarısının yəni 10000(on min) ABŞ dollarının cavabdehdən iddiaçının xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbi barədə Bakı şəhər Nərimanov rayon Məhkəməsində iddia qaldırmış, sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək "valideynləri tərəfindən iddiaçıya hədiyyə kimi verilmiş 20.000(iyirmi min) ABŞ dollar pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə araşdırılması müddətində iddiaçının cehiz əşyaları iddiaçıaya icra məmurunun iştirakı ilə təhvil verildiyindən iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəni məhkəməyə təqdim edərək yalnız 20000(iyirmi min) ABŞ dolları və əldən çıxmış fayda olaraq 3000(üç min) ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli (hakim Kəmalə Əmirxanova) qətnaməsi ilə iddia qismən təmin edilərək 20000(iyirmi min) ABŞ dolları pulun cavabdehdən iddiaçının xeyirinə tutulması qət edilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)8350/2019 saylı, (Sədrlik edən hakim R.Eyvazov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətim təmin edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin olunan hissəsində (yəni 20000 (iyirmi min) ABŞ dolları pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində) ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəf kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1234/2020 saylı, xx xxxx 2020-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-316/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Məmmədov Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları miqdarında pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)8350/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin olunan hissəsində (yəni 20000 (iyirmi min) ABŞ dolları pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində) ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1234/2020 saylı, xx xxxx 2020-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklara qayların müəyyən olunması tələbinə dair iddiası üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklara qayların müəyyən olunması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1743/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1743/2021
19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver