Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1744/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağa görə çəkilmiş xərcin tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “uşağa görə çəkilmiş xərcin tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X5 əməliyyatı üçün çəkilmiş xərcin 1610 (min altı yüz on) manat məbləğinin yarısının, yəni 805 (səkkiz yüz beş) manatın və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi 29 may 2013-cü il tarixdə rəsmi nikahı dövlət qeydiyyatına alınmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan 12 may 2014-cü il təvəllüdlü X8 övladları vardır. Nərimanov rayon Məhkəməsinin 02 fevral 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş və Cavabdeh 150 manat alimentin tutulması qərara alınmışdır. İddiaçının övladı X1, hİdroçefaliya Şuntirovanic xəstəlikləri vardır, yəni uşağ gəzə bilmir, kənar şəxsin köməyi olmadan özü heç nə edə bilmir, daima qulluğa ehtiyacı vardır. 2014-cü ildə iddiaçının oğlu 4 aylıq olanda iki dəfə onurğa və başından əməliyyat olunmuş və başına beyninə su yığılmaması üçün aparat qoyulmuşdur. Cavabdeh dəfələrlə övladının “hər iki ayaqda vətər uzadılması əməliyyatı” təyin olunmuş və təcili əməliyyat olunmalı olduğunu, əməliyyatın yubandığını, əməliyyata çəkiləcək xərcin yarısını onun tərəfindən yarısının iddiaçı tərəfindən qarşılanmasını bildirsə də, iddiaçıya yalan dediyini, heç bir xərclərdə iştirak etməyəcəyini bildirdi. Uşağın səhhətinin günü gündən pisləşdiyindən iddiaçı məcbur olub uşağın əməliyyatını özü elədi. 12.01.2021-ci il tarixdə oğlu Amin Həsənov hər iki ayaqda axil vətər uzatmaları, dizlərdə laterial və medial hemstering uzatmaları, sol ayaq biləyində talonavikulyar artrodcz əməliyyatları olunmuşdur. İddiaçının övladı Aminin əməliyyatı üçün iddiaçı X2-Bakuya (X13) 1610 (min altı yüz on) manat pul ödəmişdir. İddiaçı bildirir ki, Cavabdeh övladı Aminlə maraqlanmır, indiyə qədər övladına edilmiş əməliyyatların heç birinin xərclərində, dərmanların alınmasında onlara nə maddi nə də mənəvi dəstək olmamış, hazırki əməliyyatın xərcini ödəməkdən imtina edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 11.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA2977848 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə doğulmuşdur. Astara RPŞ tərəfindən 26 iyul 2016-cı il tarixdə verilmiş AZE№11117797 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov Amin 12.05.2014-cü ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh və X7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli 2(005)-2478/2020 nömrəli qətnamənin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək 02.09.2020ci il tarixdən başlayaraq, Cavabdeh saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilsin, X5 müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə xərc və müayinə xərci 50 (əlli) manat İddiaçı xeyrinə tutulmaqla, hüquqi yardıma görə 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməsi qət edilmişdir. X10 19.08.2020-ci il tarixli müayinə vərəqəsindən görünür ki, iddiaçınn övladına Z00.1- Hidrosefaliya, spina bifida diqanozu qoyulmuşdur. AZ-İİİ №334125 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12.05.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh və anası X3r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 713 nömrə ilə qeyd edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı övladının müalicəsi üçün X12 11.01.2021-ci il tarixdə 110 manat məbləğində, 11.01.2021-ci il tarixdə 180 manat məbləğində 12.01.2021ci il tarixdə 1320 manat məbləğində ödənişlər etmişdir. X10 13.01.2021-ci il tarixli 102/21 nömrəli epikrizindən görünür ki, iddiaçının övladı X9 12.01.2021-ci il tarixində ümumi anesteziya ilə xəstəyə “aksessuar navikulyar sümük götürüldü, gips qoyuldu”. əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı vəziyyət fəsadsız keçmişdir. Xəstəyə 2 ünte Er-kütlə transfuziya olunmuşdur. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli 2(005)-2478/2020 nömrəli qətnamənin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək 02.09.2020-ci il tarixdən başlayaraq, Cavabdeh saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilsin, X5 müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə xərc və müayinə xərci 50 (əlli) manat İddiaçı xeyrinə tutulmaqla, hüquqi yardıma görə 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməsi qət edilmişdir. 12.01.2021-ci il tarixində cavabdehin oğlu X4 ayaqda yaranmış şişkinlik, ayaqda deformasiyaya görə “sol ayaq biləyinin kalkaneovalgusu, akessuar navikulyar sümüyü” diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. “X14”da əməliyyat olunmuş, ümumi müayinə və müalicəsinə əməliyyat olunduğu tarixdə cərrahi əməliyyata görə 1500 manat (1320+180) manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən xərclənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarında olan hüquqi mövqeyə görə məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Sadalanan qanunvericilik əsaslarından və müvafiq Plenum Qərarından göründüyü kimi məhkəmə valideynləri gələcəkdə çəkilməsi zəruri olan əlavə xərclərlə yanaşı, eləcə də faktiki çəkilmiş xərclərə cəlb edə bilər. İşin hallarından görünüyü kimi cavabdeh uşağın xəstəliyi ilə əlaqədar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli 2(005)-2478/2020 nömrəli qətnaməsi ilə gələcəkdə müalicəsi üçün əlavə xərclərə cəlb olunmuşdur. Bununla belə hazırki iddiada iddiaçı faktiki çəkilmiş xərcin əvəzini tələb etməkdədir. Məhkəmə hesab edir ki, “X14”da əməliyyat olunmuş X6 görə iddiaçı tərəfindən onun ümumi müayinə və müalicəsinə əməliyyat olunduğu tarixdə cərrahi əməliyyata görə 1500 manat (1320+180) manat məbləğində pul vəsaiti xərcləndiyindən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan övladının xəstəliyi ilə əlaqədar çəkilmiş xərclərin yarısı, yəni 750 (əlli) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 12.05.2014-cü il təvəllüdlü X5 cərrahi əməliyyatına çəkilmiş əlavə xərcə görə 750 (yeddi yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1744/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1744/2021
18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver