Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1745/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Cavabdeh –Cavabdeh Novruz qızının iştirakı ilə, İddiaçı Cavabdeh Novruz qızına qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Novruz qızına qarşı “aliment tutulması” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nigahından xx.xx.2006-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 176 (bir yüz yetmiş altı) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə 2002-ci ildə qeyri rəsmi nikaha daxil olmuşlar, nigahlarını sonradan rəsmiləşdirmişlər. Birgə nigahlarından 2 övladı doğulmuşdur. Cavabdeh iiə aralarında olan rəsmi nigah qeydi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2003-cü il tarixli 2(005)-395/19 saylı qətnaməsi ilə ləğv edilmişdir. Həmin qətnaməyə əsasən birgə nigahdan doğulmuş 2 övladı Cavabdeh himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat ümumilikdə 200 manat aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh 2018-ci ilin aprel ayında Cavabdeh ilə birgə nigahdan xx.xx.2006-cı ildə doğulmuş X8 anasının tərk edərək onun yanına gələrək onunla ə yaşamaq arzusunda olduğunu bildirmişdi. O, bu faktın təsdiq edilməsi üçün Ağdam rayon məhkəməsinə müraciət etmiş və Ağdam rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(013)-683/18 saylı qətnaməsi ilə həmin fakt təsdiq edilmişdir. Lakin bu illər ərzində cavabdeh ilə birgə nigahından doğulmuş uşaqlarının biri onun digəri anasının himayəsində qalmasına baxmayaraq o yanvar 2021-ci il tarixdək cavabdehə hər ay 100 manat aliment pulu ödəmişdir. xx xxxxxx 2021 -ci il tarixində oğlunun 18 yaşı tamam olduğundan həmin iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Novruz qızı iddianı qəbul etməyərək və iddiaya yazılı etiraz verərək bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Ağdam rayon məhkəməsi hakim Elşad Bayramovun sədrliyi ilə İddiaçı cavabdeh qismində ona qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, «İddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat miqdarında alimentin xx.xx.2018-ci il tarixdən başdayaraq, İddiaçı xeyrinə ödənilməsi» barədə qətnamə qəbul edilmişdir. Ağdam rayon məhkəməsinin 2(13)-3134/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən o, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiya şikayəti üzrə işə baxaraq apellyasiya şikayətinin təmin edilməsi, Ağdam rayon məhkəməsinin 2(13)-3134/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul etmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və hal-hazırda Gəncə Apcllyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 1071/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsindədir. Əlavə olaraq bildirir ki, o, iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək İddiaçı ilə xx xxxxxx 2001- ci ildə qeyd etdirdiyi nigahın pozulması, xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X5 onunla qalması və onların həddi-buluğa çatanadək saxlanması üçün onların hər birinə ayrı-ayrılıqda hər ay cavabdeh İddiaçı 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Nərimanov rayon VVADQ Şöbəsində bağlanmış, xx xxxxxx 2001-ci il tarixdə nigahın bağlanması haqqında akt qeydləri kitabında 667 saylı qeyd edilmiş nigahın pozulması, tərəflərin birgə nigahından anadan olmuş X10 və X5 Cavabdeh yanında qalması, xx.xx.2012-ci il tarixdən başlayaraq İddiaçı birgə nigahdan xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 üçün hər ay sabit pul məbləğində 100 manat alimentin alınaraq Cavabdeh ödənilməsi, X3 Firəngiz Novruz qızının himayəsinə verildiyi gündən başlayaraq İddiaçı birgə nigahdan xx.xx.2006cı il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 100 manat alimentin alınaraq Cavabdeh qızma ödənilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-2741 /2014 saylı xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin, edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 395/2013 saylı iş üzrə xx xxxx 2013-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4627/14 saylı xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2015-ci il iyun ayının 5-də Ağdam Rayon İcra Şöbəsi yuxarıda qeyd etdiyi Ali Məhkəmənin qərarına əsasən xx.xx.2006-cı il təvəllüdlü qızı - X7 İddiaçı alıb ona vermiş və onu Bakıya gətirmiş, Bakıda Nərimanov rayonu, A.Qərib küçəsindəki 172 saylı evdə qaldmişlar, N.Nərimanov rayonu 178 saylı orta məktəbdə təhsil almağa başlamışdı, lakin Namiq onu qaçırdığına görə 2018-ci ilin fevral ayının 01-dən təhsilini davam etdirə bilmədi. 2018-ci ilin yanvar ayının 1-də Ələkbərov X9 onun qonşusu Əhmədova Məleykənin evinin təmiri ilə əlaqədar Bakıya gəlmiş və bir aya yaxın onun evini təmir etmişdi. Bu ərəfədə məhkəmə qətnaməsinə əsasən hər həftənin altıncı - bazar günləri onun Nərimanov rayonu, A.Qərib küçəsindəki 172 saylı evimdə Nərgizlə görüşüb ünsiyyətdə olurdu. xx xxxxxx 2018-ci ildə Namiq axşam saat 11-də Nərgizlə onun Bakı şəhəri Nərimanov rayonu, Aşıq Qərib küçəsindəki 172a saylı evində görüşəndə ona bildirmişdi ki, evdə qalma, hara istəyirsən baş götür qaç. xx xxxxxx 2018-ci ildə isə yuxudan durandan sonra səhər saat 09:30-da Nərgiz əl-üzünü yumaq adı ilə evdən çıxmış və evə qayıtmamışdı. O, 102-yə zəng etmək istəmiş, Namiq isə bildirmişdi ki, lazım deyil, bəlkə də rayona gedib, saat 16:00-a kimi gözləyək. 16:00-da Namiq Xındırıstanın Yüzbaşılı kəndində yaşayan əmisi Salehə zəng etmiş, Saleh isə ona bildirmişdir ki, Nərgiz oradadır. Sonra başa düşmüşdü ki, Namiq Nərgizi evdən qaçırmaq məqsədi ilə çıxarıb. Məhkəmə qətnaməsi üzrə Nərgiz Namiqdən alınıb ona veriləndən sonra 3 il müddətində onunla qalmış, lakin Namiq məhkəmə qətnaməsi ilə ona müəyyən edilmiş 3.600 manat məbləğində alimenti ona verməmişdir. Bundan əlavə Səbuhiyə görə də hazırda məhkəmə qətnaməsinə əsasın Namiqin mənə 900 manat məbləğində aliment borcu qalmışdır. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi Namiq fərdi qaydada usta işləyir (onun aylıq qazanc və gəliri 1000 manatdan yuxarı olur). O isə rəsmi qaydada heç bir yerdə işləmir, fərdi qaydada iş olanda evlərin təmizliyi ilə məşğul olur və əldə etdiyi cüzi gəlirlə Səbuhinin maddi təlabatını qismən ödəyir. Buna görə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası AR Ailə Məcəlləsinin 78.2, 78.3-cü maddələrinə əsasən İddiaçı ona qarşı aliment tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İşdə olan Agdam rayon Təhsil Şöbəsindən verilən 37 saylı, xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, X8 2018-ci il tarixdə Agdam rayon H.K.Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbin 6-cı sinifinə qəbul edilib və hazırda həmin məktəbin 9-cu sinifində oxuyur. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(005)-395/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Nərimanov rayon VVADQ Şöbəsində bağlanmış, xx xxxxxx 2001-ci il tarixdə nigahın bağlanması haqqında akt qeydləri kitabında 667 saylı qeyd edilmiş nigahın pozulması, tərəflərin birgə nigahından anadan olmuş X10 və X5 Cavabdeh yanında qalması, xx.xx.2012-ci il tarixdən başlayaraq İddiaçı birgə nigahdan xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 üçün hər ay sabit pul məbləğində 100 manat alimentin alınaraq Cavabdeh ödənilməsi, X3 Firəngiz Novruz qızının himayəsinə verildiyi gündən başlayaraq İddiaçı birgə nigahdan xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 100 manat alimentin alınaraq Cavabdeh qızma ödənilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir; İşdə olan Agdam Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, xx xxxx 2006-cı il təvəllüdlü X5 atası İddiaçı öhdəsində olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Agdam Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 2006-cı il təvəllüdlü X8 atası İddiaçı öhdəsindədir. X8 2018-ci il tarixdə Agdam rayon H.K.Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbin 9-cu sinifində oxuyur. Cavabdehin daimi iş yeri yoxdur, işləmir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi aliment məbləğinin tutulması hissəsində qismən təmin edilərək, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 (əlli) manat manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.Qalan hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulma vaxtı xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 (əlli) manat manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ogluna verilsin. Alimentin tutulma vaxtı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia tələbi təmin olunmasın. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1745/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1745/2021
13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver