Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1758/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası” Cavabdeh MMC-yə qarşı (Cəlilabad Rayon İcra Şöbəsi, X3 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və əmlakın yeni qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh tərəfindən aparılmış 153 nömrəli 29.12.2020-ci il tarixli qiymətləndirilmə barədə hesabatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 8(073)- 348/2018 saylı 03.07.2018-ci il tarixli qərardadı üzrə Cəlilabad rayon İcra və probasiya şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini rəhbər tutaraq mübahisəli əmlakın hərrac vasitəsilə satılınası üçün adına olan “Opel Astra” markalı, **-BM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi məqsədilə Cavabdeh MMC-yə sifariş vermiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Cavabdeh tərəfindən əmlakın qiyməti düzgün müəyyən edilməmişdir, yəni bazar qiymətindən təxminən 2 dəfə aşağı 3.500 manata qiymətləndirmişdir. Bu da həmin əmlakın cavabdeh tərəfindən müəyyən etdiyi məbləğdə hərraca çıxarılmasına səbəb ola bilər. Halbuki həmin avtomobilin real qiyməti 8.500- 9.500 manat dəyərindədir. Odur ki, cavabdeh tərəfindən həyata keçirilən qiymətləndirilmə hesabatı ləğv edilməli, avtomobilə dair yenidən qiymətləndirilmə aparılmalıdır. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş teleqramla müraciət edərək,məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin digər iclaslarında iştiak edən iddiaçı iddia tələbini müdafiə etdiyinə və təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MMC-nin qiymətləndirilmə barədə hesabatdan görünür ki, ”Opel Astra” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 3500 manat qiymətləndirilmişdir; İş üzrə təyin edirmiş əmtəəşünaslıq ekspertizası olaraq Əmlak Ekspert Mərkəzinin 06.10.2021-ci il tarixli rəyindən görünür ki, ”Opel Astra” markalı,**-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı bazar dəyəri 8.800 və likvid dəyəri 8.300 manat məbləğində qiymətləndirilmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, , Cəlilabad Rayon Məhkəməsinin 8(073)-348/2018 saylı 03.07.2018-ci il tarixli qərardadı üzrə Cəlilabad rayon İcra və probasiya şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini rəhbər tutaraq mübahisəli əmlakın hərrac vasitəsilə satılınası üçün adına olan “Opel Astra” markalı, **-BM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi məqsədilə Cavabdeh MMC-yə sifariş vermiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Cavabdeh tərəfindən əmlakın qiyməti düzgün müəyyən edilməmişdir, yəni bazar qiymətindən təxminən 2 dəfə aşağı 3.500 manata qiymətləndirmişdir. Əmlak Ekspert Mərkəzinin iş üzrə alınmış rəyinə əsasən, ”Opel Astra” markalı,**-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 8.800 və likvid dəyəri 8.300 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar vardır. Məhkəmə hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, “Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası” Cavabdeh MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, onun texniki göstəricilərinə dair məlumatlar yazılmış və əmlakın bazar dəyəri obyektiv təyin edilməmiş və bunun nəticəsi olaraq ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında cüzi deyil, daha çox fərqlər yaranmışdır. (4800 manat) “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; Məhkəmənin mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. Hazırkı vəziyyətdə isə ididaçıya məxsus əmlak dəyərindən 4800 manat aşığı olmaqla qiymətləndirilmiş və bununla da İddiaçı əmlak hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və əmlakın yeni qiymətinin müəyyən edilməsi tələbi təmin edilməlidir. ”Tərəqqi” MMC-nin qiymətləndirilmə barədə hesabatı ləğv edilmədilir, həmçinin ”Opel Astra” markalı,**-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac zamanı likvid dəyəri 8.300 manat məbləğində qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsi barədə 29.12.2020-ci il tarixli 159 saylı hesabatı ləğv edilsin. İddiaçı məxsus ”Opel Astra” markalı,**-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 8.300 manat məbləğində qiymətləndirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1758/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1758/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver