Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-178/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X7, İlkin iddia üzrə Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC və Cavabdeh2 QSC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) sığorta ödənişinin, maddi və mənəvi zərərin ödənilməsi tələbi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 Sığorta Şirkəti ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı pul tələbi barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC, "xxxx" ASC və Cavabdeh2 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ədliyyə Nazirliyinin məhkəmə sığorta ekspertizasının standartlarına uyğun olaraq kompensasiya müəyyən edilməsi, qanun çərçivəsində ona çatacaq sığorta və kompensasiyanın, sağlamlığına dəyən maddi və mənəvi zərərin sığortasının hər 3 cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi və "xxxx" ASC-nin cavabdehlər sırasından çıxarılması barədə ərizə təqdim edərək, Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 67300 manat ödənilməmiş sığorta ödənişinin, 239520 manat dəbbə pulunun, Cavabdeh2 QSC-dən mənəvi zərərin əvəzi kimi 100000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə Cavabdeh2 QSC-də qazla kəsici vəzifəsində işə başlamışdır. Hər zaman işində dəqiq olsa da, gözləmədiyi hadisə ilə üzləşməli olub. TOME sahəsinin 8-cı aşırımında üst-üstə yığılmış dəmir yolu reysləri qazla kəsicı ilə kəsən zaman Posanın töküldüyü yerdə torpaq altında qalmış partlayıcı qurğu istinin təsirindən qızışaraq partlamışdır. Bunun nəticəsində xx.xx.2013-cü il saat 18:20 radələrində “Sağ qulaq pərdəsinin (AD) cırılması” diaqnozu qoyularaq ilkin tibbi yardım göstərilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə barədə AKT №2 və həkimlərin verdiyi diaqnoz və rəy var. Buna baxmayaraq cavabdeh "xxxx" sığorta şirkəti və Cavabdeh2 QSC ona dəymiş zərərə Əmək Məcəlləsinin 194-cü maddəsinin “c” və “ç” bəndinə əsasən biganə yanaşmışlar. Ona dəymiş zərər düzgün hesablanmamışdır. Onun bədən üzvünün zərər görməsinə laqeyd yanaşaraq ona kompensasiya və sığorta vermək adı ilə ağrılarının acısından anlaqsız vəziyyətdə olmağından sui istifadə edərək, bir neçə sənədləri imzalatmışlar. "xxxx" sığorta şirkəti QSC tərəfindən 60000 manat hesablansa da, ona 30000 manat verilmiş, yerdə qalan dəymiş zərərə görə tam ödəniş edilməmişdir. Lakin "xxxx" sığorta ASC az miqdarla qarşılamış, standart ödəniş tələbindən az ödəniş etmişdir. İşlədiyi və bədbəxt hadisə yaşadığı müəssisə heç bir kompensasiya ödəməmişdir. Müayinə və müalicələr onun şəxsi hesabına edilmişdir. Bu günə kimi də bütün dərman xərclərini özü ödəyir. Cavabdeh2 QSC-nin işçisi olsa da, əmək haqqından başqa xəstəliyilə bağlı heç bir maddi yardım almamışdır. Onun üçün sığorta hesablanması düzgün dəyərlənməmiş və kompensasiya ödənilməmişdir. Cavabdeh olan hal-hazırda işçisi olduğu "xxxx" QSC tərəfindən aylıq əmək haqqından başqa heç bir yardım almamışdır. Əmək qabiliyyətini qismən itirməsinə əsasən Əmək və əhalinin sosial müdafiə Nazirliyinin TSHK tərəfindən müəyyən edilmiş 3-cü qrup daimi əlildir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddiaçıya ödənilmiş, 30000 manat məbləğində pulun sığorta ödənişi olmadığını və müalicəsi ilə bağlı kömək məqsədi ilə könüllü ödənilmiş vəsait olduğunu bildirmişdir. Buradan da belə nəticəyə gəlinir ki, hazırki ərizə üzrə tələb etdikləri sığorta məbləği tam həcmdə iddiaçıya ödənilməlidir. Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak edən zaman iddiaçıya hesablanmış sığorta ödənişinin 41010.59 manat olduğunu müəyyən etməsi ilə bağlı hesablamanı məhkəməyə təqdim etmişdir. Lakin həmin hesablamanın qeyri dəqiq olduğunu və iddiaçıya ödəniləcək sığorta ödənişinin ən azı 67300 manat təşkil etdiyini hesab edirlər. Sığorta hadisəsi xx.xx.2013-cü il tarixdə baş vermiş, lakin bu günə kimi qanunla nəzərdə tutulan müddətdə və qaydada sığorta ödənişi iddiaçıya ödənilməmişdir. Buna görə də hesab edir ki, qanunla müəyyən edilmiş qaydada iddiaçıya hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməlidir. Qanunvericiliyin tələbinə əsasən, Cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan 67300 manat sığorta ödənişinin ödənilmədiyi hər gün üçün 0.1 faiz həcmində, yəni 67.3 manat dəbbə pulu hesablanmalıdır. Belə olan halda cavabdeh bugünə kimi iddiaçıya 3559 gün üçün cəmi 239 520,7 manat dəbbə pulu ödəməlidir. İddiaçı sağlamlığını Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı zaman itirmiş, lakin Cavabdeh2 MMC işçisi olmuş iddiaçıya nə sığorta ödənişinin alınmasında, nə də ki, öz təşəbbüsü ilə iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzini ödəməmişdir. Cavabdeh2 MMC tərəfindən əməyin mühafizəsi qaydalarına riayət olunmadığına görə baş vermiş istehsalat qəzası zamanı iddiaçı sağlamlığını (50% əmək qabiliyyətini) itirmişdir. Belə olan halda cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir. Cavabdeh1 Sığorta Şirkəti ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Cavabdeh1 Sığorta Şirkətində “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə sığorta olunmuş İddiaçı 24 dekabr 2013-cü il tarixində bədbəxt hadisə nəticəsində xəsarət almışdır. İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbini nəzərə alaraq, iş üzrə araşdırmalar başlanmışdır. Nəticədə müəyyən olunmuşdur ki, iddiaçının əlilliyi sığorta müqaviləsinin qüvvədə olmadığı dövrdə, yəni 26 yanvar 2021-ci il tarixində təyin edilmişdir. Bu səbəbdən iddiaçıya “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.12-ci maddəsinin tələbləri nəzərə alınaraq əlilliyin sığorta müqaviləsinin qüvvədə olmadığı dövrdə təyin edilməsi səbəbindən 02 iyul 2021-ci il tarixli O-H-2021-0357 saylı məktubla imtina barədə məlumat verilmişdir. Həmçinin buna baxmayaraq araşdırma davam etdirilmiş və ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı əlilliyin təyin olunması üçün əsas olmuş xəstəliklər hadisə zamanı onun almış olduğu xəsarətlə səbəbli əlaqədə olmamış, xroniki xəstəliklərin nəticəsi olmuşdur. İş materiallarına əlavə olunmuş, hadisə ilə bağlı tərtib edilmiş “İZ” aktına əsasən hadisə nəticəsində İddiaçı “sağ qulaq pərdəsinin cırılması” diaqnozu qoyulmuşdur. Belə ki, qeyd edilən hadisədən sonra İddiaçı əmək fəaliyyətini davam etdirmiş və bir gün də olsun stasionar müalicədə olmamışdır. Bədbəxt hadisənin baş verməsindən 8 il sonra 26 yanvar 2021-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyası 0053003AAECH saylı Forma 88 göndərişini əsas tutaraq, İddiaçı “iki tərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə. İV dərəcə. Təbil pərdəsinin perforasiyası, xroniki irinli orta otit” diaqnozu ilə “istehsalat zədəsi” səbəbindən peşə əmək qabiliyyətini 50% itirməklə üçüncü dərəcəli əlillik təyin etmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, eyni tarixdə yəni 26 yanvar 2021-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlillik dərəcəsi verilməsindən imtina edilib, “ümumi xəstəlik” səbəbindən əlillik təyin edilib və sonda “istehsalat zədəsi” səbəbindən əlillik təyin edilib. Qeyd edilən əməliyyatlar üçün əsas 0053003AAECH saylı Forma 88 olmuşdur. Elə həmin sənəddə İddiaçı olan xəstəliyin başlama tarixi xx.xx.2013-cü il yəni, bədbəxt hadisədən 10 ay əvvəlki tarix qeyd edilmişdir. Bir sözlə, yuxarıda göstərilən halların araşdırılması məqsədilə Cavabdeh1 Sığorta Şirkəti tərəfindən Agentliyə müxtəlif tarixlərdə məktublar göndərilmiş, o cümlədən əlilliyin təyin edilməsi ilə bağlı uyğunsuzluqları nəzərə alaraq, Cavabdeh1 Sığorta Şirkəti tibbi sənədlər, eləcə də İddiaçı əyani müayinəyə cəlb etməklə iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsini təşkil etmişdir. Ekspertiza lor mütəxəssis cəlb edilməklə tibbi sənədlər və İddiaçı əyani məhkəmə-tibbi müayinəsi yolu ilə keçirilmişdir. Ekspertizanın 06 iyun 2022-ci il tarixli 115/KEŞ ekspert rəyinə görə “hər iki qulaqda ağır eşitmə əlamətlərinin (daxili qulağın patologiyası) travmadan əvvəl olmasına əsas vardır” qeyd olunmuşdur. Baxılan halda, ekspertizanın 06 iyun 2022-ci il tarixli 115/KEŞ ekspert rəyi nəzərə alınaraq, İddiaçı əmək zədəsi ilə bağlı təyin olunmuş əlilliyə, eləcə də peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə yenidən baxılması zərurəti yaranmış, bu səbəbdən hazırda sözügedən Qərarla bağlı “öhdəliyin icrası” iddiası qaydasında sığortaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Beləliklə o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 ASC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 39.000 manat pul vəsaiti və 207 manat dövlət rüsumunun Cavabdeh1 Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbini nəzərə alaraq, iş üzrə araşdırmalar başlanmışdır. Lakin İddiaçı Cavabdeh1 Sığorta Şirkətinə müraciət edərək, istehsalat zədəsilə bağlı müalicəyə ehtiyacının olduğunun nəzərə alınmasını və 30.000 manat pul məbləğinin ona ödənilməsini xahiş etmiş, nəticədə, Cavabdeh1 Sığorta Şirkəti onunla, yəni İddiaçılə 19 avqust 2022-ci il tarixli Razılaşma bağlamışdır. Razılaşmaya əsasən, Cavabdeh1 Sığorta Şirkəti İddiaçı 30.000 manat məbləğində ödəniş etmiş, İddiaçı isə, 24 dekabr 2013-cü il tarixində baş vermiş hadisə ilə bağlı 30.000 manat məbləğində ödənişdən başqa, hər hansı ödənişin, o cümlədən sığorta ödənişinin, zərər, ziyan, faizin verilməsi ilə əlaqədar heç bir iddia və tələbi olmadığını və gələcəkdə də olmayacağını öhdəsinə götürmüşdür. Həmçinin Razılaşmanın 3-cü bəndinə əsasən, İddiaçı Razılaşmanın 2-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə bu Razılaşmanın ləğv olunduğunu və Cavabdeh1 Sığorta Şirkətinə 1-ci bənddə göstərilən məbləği, yəni 30.000 manatı qaytarmağı öhdəsinə götürdüyünü və həmin məbləğin 30 faizi həcmində Cavabdeh1 Sığorta Şirkətinə cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı tərəfdən hazırda məhkəmədə iddianın qaldırılması 19 avqust 2022-ci il tarixli Razılaşmanın 2-ci bəndinin tələblərinin birbaşa pozulmasıdır. Bu səbəbdən, Cavabdeh1 Sığorta Şirkəti tərəfindən İddiaçı 08 iyun 2023-cü il tarixli O-H-2023-0367 saylı pretenziya məktubu göndərilmiş, Razılaşmanın şərtləri onun tərəfindən pozulduğu üçün 39.000 manat pul məbləğinin Cavabdeh1 Sığorta Şirkətinin hesabına ödənilməsi tələb edilmişdir. Lakin İddiaçı bu günədək sözügedən məbləği Cavabdeh1 Sığorta Şirkətinin hesabına ödəməmişdir. Bundan əlavə, İddiaçı vəkili 25 sentyabr 2023-cü il tarixli məhkəmənin hazırlıq iclası zamanı 19 avqust 2022-ci il tarixli Razılaşmanı əhəmiyyətsiz olduğu üçün etibarsız saydıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, sığorta şirkətinin məhkəmədə söylədiklərinə görə, 30000 manat pulu onlar sığorta ödənişi kimi deyil, yardım məqsədilə vermişdilər. Bu səbəbdən də həmin məbləğ sığorta ödənişi kimi nəzərə alınmamalıdır. Onlar sığorta ödənişini 67300 manat hesablayıblar, həmin məbləği də tələb edirlər. İşəgötürənə gəlincə isə onlar öz işçilərini hadisə baş verən gün lazımi qaydada təlimatlandırdıqlarını, təhlükəsizlik qaydalarına əməl etdiklərini bildirirlər. Lakin bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etmirlər. Tərəf artıq neçə ildir ki, sığorta ödənişini ala bilmir. Hesab edir ki, bu məsələdə Cavabdeh2-nin də təqsiri var. Müəssisə ən azı işçisinin hüquqlarını sığorta şirkətindən tələb etməli idi. Hər halda işçiyə zərər dəymişdir, sığorta ödənişi ödənilməmişdir. Bu səbəbdən də müəyyən miqdarda kompensasiya ödənilməlidir. Qarşılıqlı iddiaya etiraz edir. Razılaşmanın hər hansı hüquqi qüvvəsi yoxdur. Pul kömək məqsədilə verilib. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, istehsalatda bədbəxt hadisə baş verən zaman qanunun tələbinə uyğun olaraq nəzarəti həyata keçirən orqana məlumat vermişlər. Orqan da komissiya yaradıb və təhqiqat aparıb. Təhqiqat aktından da görünür ki, Cavabdeh2-nin əməkdaşı Akif İslamov və “X12 ASC”-nin qazla kəsicisi İddiaçı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıblar. Onlar xəsarət almalarını gizlətmirlər. Eyni zamanda təhqiqat aktı ilə priotexnikin təqsiri müəyyən edilmişdir. Təhqiqat aktı ilə də müəyyən olub ki, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilmişdir. Priotexnik baxış zamanı görməli olduğu halda görmədiyi üçün partlayış onun nəticəsində baş vermişdir. İşçi tərəflərindən təlimatlandırılıb. Bununla da bağlı mübahisə yoxdur. Təhqiqat aktından da görünür ki, şəxslər icazə-buraxılış vərəqəsi əsasında işə buraxılırlar. Əməyin mühafizəsi, ümumiyyətlə təhqiqat aktı ilə bağlı mübahisə olmayıb. Birmənalı olaraq onlar tərəflərindən əməyin mühafizəsi pozulmamışdır. Əgər pozulubsa belə Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən maddi məsuliyyət onların üzərinə düşmür. 2013-cü ildə baş vermiş hadisə ilə bağlı Akif İslamovun işinə sığorta şirkətində baxılıb. Necə ola bilər ki, Akif İslamovun işi həll edilib, amma İddiaçı işi həll edilməsin. Hadisə onların istehsalatında baş verib. Lakin, hadisə baş verən zaman qarşı tərəf onların işçisi olmayıb, “X12”ın işçisi olub, onlara ezam olunub. “X12” ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmişlər. Sığorta şirkəti ilə "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanmışdır. “X12”ın əvvəlki adı "xxxx" ASC olub. Hadisə baş verdikdən sonra 2014-cü ildə İddiaçı işə götürmüşlər. Aylıq olaraq 1100 manat əmək haqqı ödənilir, lakin işə gəlmir. Onlar vətəndaşa mənəvi zərər vurduqlarını hesab etmirlər, çünki baş vermiş hadisədə onların hər hansı bir təqsiri yoxdur. Onlar da istəyər ki, vətəndaş sığorta haqqını alsın. İddianın onlara münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X10 bildirmişdir ki, Akif İslamov və İddiaçı hadisəsi eyni vaxtda baş verib. Bununla bağlı Ali Məhkəmənin də qərarı var. İş materiallarına əlavə edilib. Yəni, onlar bunu mübahisələndirmirlər. Onlar hadisədən sonra zəruri sənədləri əldə etmişlər. Burada əsas məsələ odur ki, sığorta şirkətinin öhdəliyi nə zamandan yaranır. Bunu təsdiq edən sənəd olmalıdır ki, sığorta şirkəti müəyyən addım ata bilsin. Tərəf gərək əmək qabiliyyətini itirsin və bunu təsdiq edən sənəd olsun ki, sığorta şirkəti sığorta ödənişinə dair qərar qəbul edə bilsin. Onlara nə vaxt müraciət edilməsindən asılı olmayaraq əgər tərəf əmək qabiliyyətini itirməyibsə onların sığorta ödənişinə dair sənəd qəbul etmələri mümkünsüzdür. Tərəf də əlilliyinə dair müvafiq orqana 2021-ci ildə müraciət edib. Onlar isə araşdırma edən zaman sənədlərdə uyğunsuzluq olduğunu görmüşlər. Çünki iddiaçıya bir dəfə əlillik verilməsindən imtina edilib, bir dəfə ümumi xəstəlik, bir dəfə isə istehsalat zədəsi yazılıb. İşin mübahisəsiz halıdır ki, tərəflərindən 30000 manat İddiaçı ödənilmişdir. Tərəflər arasında 19 avqust 2022-ci il tarixli razılaşma olub. Razılaşmanın 3-cü bəndinə əsasən İddiaçı ödənişi qəbul edir və bununla bağlı iddia tələbi olmayacaq. Əgər məsələni məhkəmədə mübahisələndirərsə onlar tərəfindən ödənilən ödənişin 30 faizi həcmində cərimə ödəyəcək. Onlar da ödəniş edildikdən sonra qarşı tərəf onları məhkəməyə vermişdir. Buna görə də onlar da qarşılıqlı iddia ərizəsi vermişlər. Əgər qarşı tərəf razılaşmanı etibarsız əqd hesab edirsə, belə olan halda qarşı tərəf onlara həmin ödənişi qaytarmağa borcludur. Ekspert rəyi ilə razı deyillər. Belə ki, sığorta ödənişi hesablanarkən yaş əmsalı kimi əlilliyin alındığı dövrdəki yaş deyil, hadisənin baş verdiyi dövrdəki yaş həddi əsas götürülmüşdür. Halbuki mövcud təcrübəyə əsasən əlilliyin baş verdiyi dövrdəki yaş həddi əsas götürməlidir. Həmçinin ekspert rəy verərkən səlahiyyət həddini aşıb. Onun qarşısında dəbbə pulunun hesablanması ilə bağlı hər hansı sual qoyulmasa da həmin sualı cavablandırmışdır. Hərçənd ki onlar arasında müqavilə imzalanmışdır, pul ödənilmişdir. Digər iş üzrə də məhkəmə həmin müqaviləni əsas götürərək dəbbə pulunu təmin etməmişdir. Eləcə də sığorta ödənişinin ödənilibödənilməməsi ilə bağlı mübahisə olduğundan, əlilliklə bağlı sənədlərdə əlilliyin səbəbi kimi müxtəlif göstərişlərin, ümumi xəstəlik və s. qeyd edilməsi, onların ekspertiza təyin etməsi, TSEK-in qərarını inzibati məhkəmədə mübahisələndirmələri vaxtın uzanmasına səbəb olmuşdur. Mübahisə olduğundan müddətin axımı dayanmış, bu səbəbdən də həmin dövr üçün dəbbə pulu hesablana bilməz. İlkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, hadisə ilə bağlı X11 tərəfindən təhqiqat aparılmışdır. Təhqiqat aktında hadisəyə səbəb kimi işçinin diqqətsizliyi göstərilmişdir. Bir qayda olaraq, işçinin diqqətsizliyinə görə məsuliyyəti təhlükəsizliyi həyata keçirən şəxs daşıyır. Baxıb nəzarət etmək, baxış keçirmək, əraziyə baxmaq onun vəzifəsidir. Hazırki işdə işçinin diqqətsizliyinə görə kimin məsuliyyət daşıması məsələsi onların səlahiyyət həddində deyildir. Bu məsələlər Sığorta Şirkəti və Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilir. Onlara sadəcə müəssisə tərəfindən məlumat verilir, bundan sonra araşdırma aparılır və təhqiqat aktı tərtib edilir. Onun əsasında isə müəssisə tərəfindən iz aktı tərtib edilir və sığorta şirkətinə göndərilir. Onlar təqsirkar şəxsləri müəyyən edirlər. Təhqiqat aktında həmin şəxslər göstərilmişdir. Digər məsələlər isə onların səlahiyyətinə aid deyildir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə “X12” ASC ("xxxx" ASC) arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “X4”ndə qazla kəsici peşəsi üzrə işə qəbul edilmişdir; - “X12” ASC-nin İdarə heyətinin sədrinin 22 noyabr 2013-cü il tarixli, 069/ÜM nömrəli əmrinin surətindən görünür ki, istehsalat zərurəti ilə əlaqədar İddiaçı xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinədək həmin əlavədə göstərilmiş vəzifələrə/peşələrə keçirilməsi və Cavabdeh2 MMC-yə ezam edilməsi qərara alınmışdır; - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından İcbari Sığorta müqaviləsinə” xx.xx.2013-cü il tarixli, 02000 nömrəli əlavə razılaşmanın surətindən görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC ilə "xxxx" ASC bağlanmış müqaviləyə əsasən İddiaçı istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur; - "X16" MMC-nin elektrik poladəritmə sahəsinin böyük ustası X9 və "X13" ASC-nin qazla kəsicisi İddiaçı xx.xx.2013-cü il tarixdə saat 18:20 radələrində baş vermiş və xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktının surətindən görünür ki, "X16" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin xx.xx.2013-cü il tarixli, M.Ə/417 saylı məktubuna əsasən, "X12" ASC-nin xx.xx.2013-cü il tarixli 069/üm saylı əmri ilə 64 nəfər işçi "xxxx" MMC-yə ezam olunmuşlar, o cümlədən də qazla kəsici İddiaçı. İddiaçı təkrar qara metal emalı sahəsinin 3-cü briqadasında qazla kəsici təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə İddiaçı iş rejiminə uyğun olaraq saat 16.00-da iş yerinə gəlmiş, usta-briqadir Ələkbər Ələkbərovdan iş tapşırığı və təlimat aldıqdan sonra usta və pirotexnik tərəfindən tərtib olunmuş icazə-buraxılış vərəqinə imza edib işə başlamışdır. Saat 18.20 radələrində İddiaçı 8-ci aşırımda üst-üstə qoyulmuş dəmir yol relslərinin kəsərkən yerə tökülən metal ərintisinin (posanın) altından qığılcımlar qalxdığını görmüşdür. A.Babayev qazla kəsici alətin kranını bağlamaq istərkən fışıltı səsi gəlmiş və ardınca partlayış olmuşdur. Baş vermiş bədbəxt hadisəyə görə müfəttiş-pirotexnik X3 diqqətsizliyini müəyyən edilmişdir; - İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 2 №-li aktın surətindən görünür ki, TQME sahəsinin 8-ci aşırımında üst-üstə yığılmış dəmiryolu relsləri qazla kəsici ilə kəsərkən bu zaman posanın töküldüyü yerdə torpaq altında qalmış partlayıcı qurğu istinin təsirindən qızışaraq partlamışdır. Bunun nəticəsində “X12” ASC-nin qazla kəsicisi İddiaçı Barətəli oğluna “sağ qulaq pərdəsinin cırılması” diaqnozu qoyularaq ilkin tibbi yardım göstərilmişdir; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il çap tarixli Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, İddiaçı İİİ dərəcə əlillik mövcuddur. Əlilliyin səbəbi ümumi xəstəlikdir; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il çap tarixli Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, İddiaçı əlilliyin verilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacın olmaması, 2013-cü ildən xəstə olmasına baxmayaraq 1 gün də olsun stasionar müalicəsinin olmaması, əmək müqaviləsinin olması, ağır eşitmə qüsuru olmasına baxmayaraq xx.xx.2018-ci il tarixdə sağlamlıq arayışı təqdim edərək B kateqoriyalı sürücülük vəsiqəsi alması göstərilmişdir; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il çap tarixli Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışının surətindən görünür ki, İddiaçı İİİ dərəcə əlillik mövcuddur (təyinat tarixi xx.xx.2021-ci il). Əlilliyin səbəbi istehsalat zədəsidir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-nin 115/KEŞ saylı, xx.xx.2022-ci il tarixli ekspert aktının surətindən görünür ki, təqdim edilmiş sənədlərə əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdə “Sağ qulaq pərdəsinin (AD) cırılması” xəsarəti almışdır. Almış olduğu xəsarətlə əlaqədar, o, xx.xx.2014-cü il tarixdə 29 saylı Birləşmiş xəstəxanasına ambulator qaydada müraciət etmiş və ona “Akustik travma kəskin otit” daha sonra isə xx.xx.2018-ci il tarixdə təkrar müraciəti zamanı “Xroniki otit neyrosensor ağır eşitmə” diaqnozları təyin edilmişdir. Hər iki müraciətdə xəsarətin hansı qulaqda olması və müalicələrin təyin edilməsi haqqında qeydiyyat aparılmamışdır. İddiaçı aparılmış BERA müayinəsi zamanı onda hal- hazırda “Hər iki qulaqda 4-cü dərəcəli neyrosensor tip ağıreşitmə” təsbit edilmişdir. LOR mütəxəssisin obyektiv müayinəsində isə sağ təbil pərdəsinin arxa hissəsində zəif çapıq toxumasının, yəni barotravma izinin olduğu qeyd edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və mütəxəssis müayinəsinə əsasən, İddiaçı əvvəlcədən eşitmə sinirinin nevriti əlamətləri olmuşdur. Bununla belə, baş vermiş partlayış (barotravma) nəticəsində sağ qulaqda travma əlamətlərinin izinin olmasını (zəif çapıq toxuması) nəzərə alaraq, sağ qulaqda eşitmə zəifliyi arta bilər. Sol qulaqda travma izi olmamış və partlayışın (barotravmanm) sol qulağa təsiri, yəni eşitmənin zəifləməsi istisna edilir. İddiaçı adına 29 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən rəsmilləşdirilmiş 0053003AAECH nömrəli göndərişdə mövcud olan xəstəliyinin xroniki gedişli olması və başlanma müddəti xx.xx.2013-cü il tarixdə qeydə alınması göstərilmişdir. Beləliklə, hər iki qulaqda ağır eşitmə əlamətləri (daxili qulağın patologiyası) travmadan əvvəl olmasına əsas vardır; - Cavabdeh1 Sığorta Şirkəti ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmanın surətindən görünür ki, Sığortaçı tərəfindən xx.xx.2013-cü il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı İddiaçı 30000 manat məbləğində ödəniş edilməsi və İddiaçı gələcəkdə bundan başqa hər hansı ödənişin, o cümlədən sığorta ödənişinin, zərər, ziyan, faizin verilməsi ilə əlaqədar heç bir iddia və tələbi olmadığı və gələcəkdə olmayacağı razılaşdırılmışdır; - 9282 saylı ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən İddiaçı 30000 manat məbləğində pul ödənilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4743 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında olan məlumatlar, əmək müqavilələri, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında Akt, AR NK-nin xx.xx.2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması" qaydasında göstərilənlər və “İcbari sığorta haqqında” AR Qanununun tələbləri nəzərə alınmaqla İddiaçı xx.xx.2013-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənilməli olan əsas sığorta məbləği 43.342,20 manat, həmin məbləğin gecikdirilməsinə görə ödənilməli olan dəbbə pulu 152.080,00 manat” ümumi ödənilməli olan məbləğ isə 195.422,20 manat müəyyən edilmişdir. Ekspertiza xərci 145 manat təşkil edir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı “X12” ASC-nin əməkdaşı olmuş, hadisə baş verən dövrdə Cavabdeh2 QSC-yə ezam olunmuşdur. Cavabdeh1 Sığorta Şirkəti ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən İddiaçı istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. xx.xx.2013-cü il tarixdə iddiaçı ezam olunduğu Cavabdeh2 QSC-də əmək funksiyasını yerinə yetirən zaman istehsalatda qəza baş vermiş və nəticədə onun sağlamlığına zərər dəymişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə “iki tərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə. İV dərəcə. Təbil pərdəsinin perforasiyası, Xroniki irinli orta otit” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi istehsalat qəzası müəyyən edilmişdir. Cavabdeh1 Sığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə sığorta ödənişinin verilməsindən imtina edilmiş, daha sonra TSEK-in müvafiq qərarı inzibati qaydada mübahisələndirilmiş, lakin iddiaları hər üç intansiya məhkəmələri tərəfindən mümkün sayılmamışdır. Sığorta Şirkəti ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsi imzalanmış, həmin razılaşmaya əsasən iddiaçıya dəymiş zərərə görə 30000 manat məbləğində pul sığortaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı ona ödənilən pulun sığorta ödənişi deyil, maddi yardım məqsədilə verildiyinə, sığorta məbləğinin düzgün hesablanmadığına, sığorta ödənişinin ödənilməməsinə, onun gecikdirilməsinə istinad edərək, sığorta ödənişi və dəbbə pulunun tutulmasını, Cavabdeh2dən isə vurulmuş mənəvi zərərin əvəzinin tutulmasını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC isə iddiaçı ilə bağlanmış razılaşmanın şərtlərinin pozulduğuna (məhkəməyə müraciət edilməyəcəyi ilə bağlı) istinad edərək ödədikləri 30000 manat pulun və 9000 manat cərimənin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutalaraq onlara ödənilməsini xahiş edir. Məhkəmə ilk növbədə ilkin iddia üzrə İddiaçı icbari sığorta müqaviləsi üzrə sığortaçı olan Cavabdeh1 Sığorta Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə münasibət bildirilməsini zəruri hesab edir. İstehsalat qəzası baş verən dövrdə iddiaçının Cavabdeh1 Sığorta Şirkətində istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması işin mübahisələndirilməyən halıdır. İddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirməsi də, həmin halı təsdiq edə biləcək müvafiq ica hakimiyyəti orqanının (TSEK-in) qərarı ilə təsdiq olunmuşdur. İddiaçı həmin qərarı mübahisələndirsə də, işə baxan inzibati məhkəmələr (kollegiyalar) tərəfindən iddiası mümkün sayılmamışdır. İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası qaydalarını müəyyən edən Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 239-cü maddəsinin 1 və 5-ci bəndlərinə görə, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi - icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Qeyd edilən Qanunun 10.1.1-ci və 10.1.2-ci maddələrinə müvafiq olaraq, istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı və müvafiq icra hakimiyyəti orqanınin istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında sığorta hadisəsi müəyyən olunur. Hazırki iş üzrə istehsalatda bədbəxt hadisənin baş verməsi və bunun nəticəsində iddiaçının əmək qabiliyyətini 50 faiz itirməsi və müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi iş materiallarına əlavə edilmiş təhqiqat aktı, iz aktı və əlilliyin müəyyən edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə öz təsdiqini tapmışdır. Hadisə baş verən dövrdə isə iddiaçı sığortaçı təşkilatda icbari sığortalandığından, baş vermiş sığorta hadisəsinə görə sığorta təşkilatının sığorta ödənişini faydalanan şəxsə ödəmək vəzifəsi yaranmışdır. Belə ki, sığorta ödənişinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etmək sığortaçının vəzifəsidir. Sığorta ödənişinin məbləği ilə bağlı qeyd olunmalıdır ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Həmin Qanunun 16.3.1-ci maddəsinə görə, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə birdəfəlik sığorta ödənişi verilir. Qanunun 17.4-cü maddəsinə əsasən, bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı (həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin 2 iyul 2010-cu il tarixli, 289 saylı fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Qanunun 18.3-ci maddəsinə görə isə birdəfəlik sığorta ödənişi icbari sığorta müqaviləsi və ya annuitet müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydasının 2.1.1-ci bəndinə görə, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildiyi halda, birdəfəlik sığorta ödənişinin məbləği göstərilən düsturla hesablanır: BSÖ = P x W x A 100 Burada BSÖ — birdəfəlik sığorta ödənişinin məbləği; P — sığorta olunanın illik əmək haqqı fondu; W — sığorta olunanın peşə əmək qabiliyyətini itirmə dərəcəsi (faizlə ifadə olunur); A — bu Qayda ilə müəyyən edilmiş 3 nömrəli cədvəlin “Müddət müəyyən edilmədikdə” adlı sütununda nəzərdə tutulan, sığorta olunanın yaşına uyğun hesablama əmsalıdır. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəyindən görünür ki, İddiaçı xx.xx.2013cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənilməli olan əsas sığorta məbləği 43.342,20 manat təşkil edir. Həmin rəydə qeyd edilir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması" Qaydasının 2.1.3cü maddəsinə əsasən sığorta olunanın hadisə baş verərkən mövcud olan (34 yaş) yaşına uyğun qeyd olunan 3 nömrəli cədvəldə göstərilən hesablama əmsalı (13,1740) tətbiq etməklə hesablama aparılmalıdır. Cavabdeh tərəfindən mübahisələndirilən məsələlərdən biri sığorta olunanın yaşına uyğun hesablama əmsalının müəyyən edilməsi ilə bağlı olmuşdur. Belə ki, hazırki mülki iş üzrə İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü) xx.xx.2013-cü il tarixdə istehsalatda bədbəxt hadisə baş verən zaman 34 yaşı olmuşdur. Digər tərəfdən isə iş materiallarından görünür ki, iddiaçının əlilliyi ilk dəfə 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edilmişdir. Həmin dövrdə isə iddiaçının 42 yaşı olmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə yuxarıda qeyd edilən düsturda yaş əmsalının konkret olaraq hansı tarixdən götürülməli olması barədə hər hansı göstəriş yoxdur. Bu isə qeyd edilən məsələ ilə bağlı qanunvericilikdə boşluq olduğuna istinad etməyə əsas verir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.9-cu maddəsinə qanunvericilikdə boşluqlar-əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması kimi şərh edilmişdır. Belə bir hal isə vətəndaşın ziyanına şərh oluna bilməz. Sığorta ödənişi hesablanarkən hansı yaş əmsalının əsas götürülməli olması qanunvericilikdə birbaşa müəyyən edilməsə də nəzərə alınmalıdır ki, normayaratma fəaliyyətinin əsas prinsiplərindən biri insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipidir. Konkret ictimai münasibətləri tənzimləyən norma mövcud olmadığı halda hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunarkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır (“Normativ hüquqi aktlar haqqında” Qanunun 13.4-cü maddəsi). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta ödənişinin məbləği hesablanarkən müvafiq məsələ istehlakçının xeyrinə həll edilməli, şəxsin əlilliyi aldığı dövrdə olan deyil, hadisə baş verən dövrdə olan yaşı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ekspert rəyi ilə razılaşaraq İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənilməli olan sığorta ödənişinin 43342,2 manat məbləğində olması qənaətinə gəlir. Qeyd edilən məbləğdən 30000 manatın xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən iddiaçıya ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 13342,2 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. İddiaçının tərəflər arasında bağlanmış razılaşmaya əsasən ödənilən məbləğin sığorta ödənişi olmaması barədə dəlilləri ağlabatan olmamaqla iş materialları ilə təkzib olunur. Sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 18.9-cu maddəsinə uyğun olaraq, sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 196 sayli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması” Qaydalarının 2.1.2-ci bəndinə görə birdəfəlik sığorta ödənişi - sığorta ödənişinin təyin edildiyi tarixdən 3 (üç) iş günü müddətində ödənilməlidir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, sığortaçı sığorta ödənişini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Nəzərə alınmalıdır ki, sığorta hadisəsi nəticəsində zərər çəkmiş şəxsin sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan müayinədə iştirak etmək, belə müayinənin nəticələri ilə bağlı qərarla razı olmadıqda həmin qərarı inzibati qaydada və məhkəmədə mübahisələndirmək, yeni müayinənin keçirilməsini tələb etmək, eləcə də sığorta hadisələri üzrə məlumatı əldə etmək, yoxlamaq və zəruri hallarda səlahiyyətli dövlət orqanlarına sorğular vermək sığortaçının əsas hüquqları kimi müəyyən edilmişdir (“İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 9.1.2 və 9.1.4-cü bəndləri). Maddələrin məzmunundan göründüyü kimi, sığortaçının yenidən araşdırma aparılmasını, yeni müayinə keçirilməsini tələb etmək, həmçinin müvaiq icra hakimiyyəti orqanının qərarını mübahisələndirmək hüququ vardır. Hazırki iş üzrə iddiaçı hadisənin üzərindən 8 il keçdikdən sonra (2021-ci ildə) peşə əmək qabiliyyətini itirməsi ilə bağlı müvafiq orqana müraciət etmiş və Tibbi Sosial Ekspert Komissiyasının peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı almışdır. Bundan sonra sığorta təşkilatına müvafiq sənədləri təqdim edərək sığorta ödənişinin ödənilməsini tələb etmişdir. İş materiallarından da görünür ki, İddiaçı barəsində olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müayinə sənədlərində müxtəlif vaxtlarda müxtəlif diaqnozlar qeyd edilmiş, onun əlilliyi, əlilliyin dərəcəsi ilə bağlı müxtəlif məlumatlar sistemə daxil edilmişdir. Sığortaçı tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsi təşkil edilmişdir. Həmçinin Cavabdeh1 Sığorta Şirkəti ASC “təyin edilmiş əlillik və əmək qabiliyyəti itirilməsi dərəcəsinin təkrar qiymətləndirilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3183/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya və kassasiya instansiyaları tərəfindən qərardad dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktubların surətindən görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC İddiaçı əlillik səbəbi, dərəcəsi kimi məsələlərin müəyyən edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Bu hal özlüyündə tərəflər arasında sığorta hadisəsinin baş verib-verməməsi ilə bağlı mübahisənin mövcudluğuna dəlalət edir. Bu baxımdan məhkəmə yuxarıda qeyd edilən halları, xüsusilə hadisənin üzərindən uzun müddət keçdiyini, əlilliklə bağlı sənədlərdə əlilliyin səbəbi kimi müxtəlif halların (ümumi xəstəlik və s.) göstərilməsini, sığortaçının təşəbbüsü ilə məhkəmə tibbi ekspertizasının keçirilməsini, sığortaçının öz hüququndan istifadə edərək müvafiq icra hakimiyyəti orqanının qərarını mübahisələndirdiyini nəzərə alaraq, sığorta olunan tərəfindən müvafiq sənədlər təqdim edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində sığorta ödənişinin ödənilməməsini onun gecikdirilməsi kimi qəbul etmir. Həmçinin iş materiallarından görünür ki, baş vermiş sığorta hadisəsi ilə bağlı 30000 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi barədə tərəflər razılığa gəlmiş və bu barədə müqavilə bağlanmışdır. Göründüyü kimi, sığorta ödənişinin Sığorta Şirkətinin təqsiri üzündən gecikdirilməsi barədə iddiaçının dəlilləri əsassızdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının ilkin iddia üzrə Cavabdeh2 QSC-dən mənəvi zərərin tutulması tələbi ilə bağlı qeyd edir ki, müvafiq məsələ həll edilərkən ilk növbədə araşdırılmalı olan hal cavabdeh müəssisənin təqsirinin olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Hazırki mülki iş materiallarına əlavə edilmiş “X12” ASC-nin qazla kəsici İddiaçı xx.xx.2013-cü il tarixdə saat 18:20 radələrində baş vermiş və xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının surətindən görünür ki, baş vermiş hadisəyə səbəb müfəttiş-pirotexnik X3 diqqətsizliyi olmuşdur. Adıçəkilən şəxsin cavabdeh müəssisənin işçisi olması faktı cavabdehin özü (Cavabdeh2 QSC) tərəfindən qəbul edilmişdir. Həmçinin təhqiqat işinin materiallarında olan Təmzəddin Xairovun izahatından görünür ki, o, briqadirlə birlikdə ərazidə baxış keçirən zaman həmin qurğunun gövdəsinin torpaq rəngli olduğundan diqqətindən yayındığını bildirmişdir. Qeyd olunduğu kimi, hadisə baş verən dövrdə İddiaçı Cavabdeh2 QSC-nin deyil, “X12” ASC-nin işçisi olmuş, cavabdeh müəssisəyə ezam olunmuşdur. Hadisənin baş verməsinə səbəb isə məhz iddiaçının ezam olunduğu müəssisənin əməkdaşının diqqətsizliyi olmuşdur. Göründüyü kimi, cavabdeh müəssisənin işçisinin diqqətsizliyi ucbatından istehsalatda bədbəxt hadisə baş vermiş və nəticədə İddiaçı sağlamlığına zərər dəymişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə görülən işi təşkil etməyən işəgötürən - Cavabdeh2 QSC iddiaçıya vurulmuş mənəvi zərərə görə məsuliyyət daşımalıdır. İddiaçının isə həmin hadisədən mənəvi zərər çəkməsi, sağlamlığına zərər vurulması, əmək qabiliyyətinin itirilməsi, bunun nəticəsində mənəvi və fiziki iztirab keçirməsi işin halları ilə təsdiq olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının sağlamlığına dəymiş zərər nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi, fiziki əzab çəkməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), hadisədən 10 ildən çox müddət keçməsini, hadisədən sonra cavabdeh təşkilatın iddiaçını işə götürməsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 5000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 Sığorta Şirkəti ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı pul tələbi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, istehsalatda bədbəxt hadisə baş verdikdə, həmin hadisəyə məruz qalmış işçiyə onun işlədiyi müəssisənin sığortaçısı tərəfindən icbari qaydada sığorta ödənişi ödənilməlidir. Hazırki iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqavilədə aşağıdakılar qeyd edilmişdir: “Araşdırma zamanı müəyyən edilmişdir ki, “Sığorta olunan”a əlilliyin təyin olunması üçün əsas olmuş xəstəliklər hadisə zamanı onun almış olduğu xəsarətlə səbəbli əlaqədə olmamış, xroniki xəstəliklərin nəticəsi olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X8” X15 06 iyun 2022-ci il tarixli 115/KEŞ ekspert rəyinə görə: hər iki qulaqda ağır eşitmə əlamətləri (daxili qulağın patologiyası) travmadan əvvəl olmasına əsas vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin **********8 saylı 01 dekabr 2021-ci tarixli məktubunda 26 yanvar 2021-ci il tarixdə “Sığorta olunan”a təyin edilmiş "istehsalat zədəsi" səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyinə səbəb olan hər iki qulaqdakı ağıreşitmənin digər səbəblərdən (qulağın digər iltihabı xəstəliyi, davamlı olaraq zərərli istehsalat sahəsində çalışması və s.) əmələ gəlməsi istisna edilməmişdir. “Sığortaçı” yuxarıda göstərilənləri nəzərə alaraq, “Sığorta olunan”a 26 yanvar 2021-ci il tarixində “istehsalat zədəsi” səbəbilə təyin edilmiş əlillik və əmək qabiliyyəti itirilməsi dərəcəsi ilə bağlı qərarı mübahisələndirir. “Sığortaçı” “Sığorta olunan”a 30.000 (otuz min) manat məbləğində ödəniş edir. "Sığorta olunan” 24 dekabr 2013-cü il tarixində baş vermiş hadisə ilə bağlı 1-ci bənddə göstərilən ödənişdən başqa, hər hansı ödənişin, o cümlədən sığorta ödənişinin, zərər, ziyan, faizin verilməsi ilə əlaqədar heç bir iddia və tələbi olmadığını və gələcəkdə olmayacağını öhdəsinə götürür. “Sığorta olunan” hazırki Razılaşmanın 2-ci bənddə göstərilən öhdəliyi icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə bu Razılaşma ləğv olunur və “Sığorta olunan” 1-ci bənddə göstərilən məbləği “Sığortaçı”ya qaytarmağı öhdəsinə götürür və həmin məbləğin 30 faizi həcmində “Sığortaçı”ya cərimə ödəyəcəyini vəd edir. İstehsalatda bədbəxt hadisə ilə bağlı “Sığorta olunan”ın əlilliyi ləğv edilərsə, bu Razılaşma bağlandığı andan etibarsız hesab edilir və “Sığorta olunan” bu razılaşma üzrə ona ödənilmiş məbləği dərhal “Sığortaçı”ya qaytarmağı öhdəsinə götürür”. Məhkəmə işin hallarını, bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq iddiaçıya ödənilmiş məbləği sığorta ödənişi kimi qəbul edir. Həmin müqavilənin “göstərilən ödənişdən başqa, hər hansı ödənişin, o cümlədən sığorta ödənişinin, zərər, ziyan, faizin verilməsi ilə əlaqədar heç bir iddia tələbi olmadığını və gələcəkdə olmayacağını öhdəsinə götürməsi” müddəası ilə bağlı isə məhkəmə hesab edir ki, həmin müddəa istehlakçının hüquqlarını qanunda nəzərdə tutulan hüquqlara nisbətən məhdudlaşdırdığından etibarsızdır. Bu baxımdan həmin şərtin pozulmasına görə 30 faiz cərimə ödəniləcəyi barədə müqavilə şərti də əhəmiyyətsizdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə görə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.5-ci maddəsinə görə, əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Hazırki iş üzrə iddiaçının düşdüyü ağır vəziyyət, fiziki imkanlarının məhdud olması, maddi imkanının olmaması, iddiaçını 30000 manat məbləğində sığorta ödənişinin verilməsinə razılıq verməsi məcburiyyətində qoymuşdur. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının dəlilləri əsaslı olmadığından qarşılıqlı iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 124-cü maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul Cavabdeh1 Sığorta Şirkəti ASC-dən, 70 manat məbləğində pul isə Cavabdeh2 QSC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin ekspertiza Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı olan tələb üzrə həyata keçirildiyindən ekspertiza xərci də ondan tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İlkin iddia üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 13342,2 manat ödənilməmiş sığorta ödənişi və ilkin iddia üzrə Cavabdeh2 QSC-dən mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. İlkin iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul Cavabdeh1 Sığorta Şirkəti ASC-dən, 70 manat məbləğində pul isə Cavabdeh2 QSC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 145 manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 Sığorta Şirkəti ASC-dən 13342,2 (on üç min üç yüz qırx iki manat, iyirmi qəpik) manat ödənilməmiş sığorta ödənişi və ilkin iddia üzrə Cavabdeh2 QSC-dən mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 130 (yüz otuz) manat məbləğində pul Cavabdeh1 Sığorta Şirkəti ASC-dən, 70 (yetmiş) manat məbləğində pul isə Cavabdeh2 QSC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X5, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 Sığorta Şirkəti ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-178/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-178/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver