Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1782/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun saxlanmağı ilə əlaqədar (onkoloji xəstəliyi ilə əlaqədar müayinə və müalicəsi üçün) aylıq 300 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla X3 birgə nikahından xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh adlı övladı anadan olmuşdur. Övladı yetkinlik yaşına çatmış və onun yetkinlik yaşına çatanadək hər bir maddi və mənəvi tələbatlarının ödənilməsində iştirak etmiş, ali təhsil alması ilə bağlı bütün zəruri xərcləri ödəmişdir. Cavabdeh oğlu hal-hazırda 6 saylı Ərazi Vergilər Baş İdarəsində işləyir və təxminən 1500-2000 manat aylıq əmək haqqı alır. Lakin iddiaçı və həyat yoldaşı 2-ci qrup əlildir, digər oğlu X6 1-ci qrup əlildir onların himayəsində yaşayır, əlil övladının əmək qabiliyyəti olmadığından onun bütün maddi və mənəvi tələbatları da ödənilir. İddiaçı da 2-ci qrup əlil olmaqla, əmək qabiliyyətsizdir, Əlilliyə görə aldığı müavinətdən başqa heç bir qazanc və gəlir mənbəyi yoxdur. O özünün və xəstə övladının maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə onun övladı olmaqla, ona maddi yardım göstərməyə borclu olduğu halda, heç bir maddi yardım göstərmir və 6 ildən artıq müddətdir onunla birgə yaşamır. Onunla və atası və 1-ci qrup əlil qardaşı ilə ümumiyyətlə maraqlanmır. İddiaçı onkoloji xəstəlikdən əziyyət çəkir, hər ay müalicə və müayinəsi üçün kifayət qədər yüksək məbləğdə pul tələb olunur. Mütəmadi olaraq fizioterapiya və şüa qəbuluna gedir. Onkoloji xəstəliyi ilə əlaqədar 2020-ci ildə əməliyyat olunmuş və cavabdeh onun əməliyyat olunması və müalicələri ilə bağlı ona heç bir məbləğdə maddi yardım göstərməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Həmin maddəyə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1986-cı il tarixdə verilmiş V-SL seriyalı, 324509 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx.xx.1986-cı il tarixdə Quqark rayonunda doğulmuşdur. Anası İddiaçıdır; Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məlumatın surətindən görünür ki, İddiaçı sol baldır nahiyəsi dəri törəməsinin epidermisində və dermada irinli – nekrotik və qranulematoz iltihab, dermada stromanın hialenozu və dəri artımının reaktiv proliferasiyası, damarların vaskuliti diaqnozu qoyulmuşdur; Akademik M.A.Topçubaşov adına X9 Patomorfologiya Laboratoriyası tərəfindən verilmiş patohistoloji müayinədən görünür ki, Patomorfologiya Laboratoriyası tərəfindən verilmiş patohistoloji müayinədən görünür ki, İddiaçı qeyri-toksiki çoxdüyünlü ur. diaqnozu qoyulmuşdur; Turan klinikası tərəfindən verilmiş USM cavabından görünür ki, İddiaçı qalxanvari vəzin hiperplaziyası, hər iki payda düyünlər, əsasən sol payda iri həcmli. diaqnozu qoyulmuşdur; “Elektron Məhkəmə Sistemi” ilə müəyyən edilir ki, İddiaçı əlilliyə görə 268.61 manat, sosial ödəniş olaraq isə 80 manat alır; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə X3 birgə nikahından xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh doğulmuşdur. Cavabdeh hazırda yetkinlik yaşına çatmış, daimi gəlir mənbəyinə malikdir. İddiaçı 2-ci qrup əlildir və onkoloji xəstədir. Lakin buna baxmayaraq cavabdeh öz anasına heç bir maddi yardım göstərmir, hətta öz uşaqlarını və həyat yoldaşını da anasının yanında qoyaraq getmişdir. İddiaçı xəstə olduğu üçün heç bir yerdə işləmir, əlilliyə görə aldığı ödənişdən başqa gəlir mənbəyi yoxdur. İddiaçı hazırda cavabdehdən öz müayinə və müalicə xərcləri üçün aylıq 300 manat sabit pul məbləğində aliment tələb edir. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. 83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. 83.2. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. 83.3. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər. İddiaçının iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 82-ci maddəsi təşkil edir; həmin maddi hüquq normasına görə isə, “əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər”. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar əslində onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşır, belə ki, məhkəməsi sosial ədalət prinsipini nəzərə almaqla qeyd edir ki, iddiaçı özünün gündəlik qayğıları, onkoloji xəstə və əlil olması, daima müraciə olunması, digər tərəfdən Cavabdeh keçmiş arvadının və uşaqlarının İddiaçınnı himayəsində yaşaması Ailə Məcəlləsinin 82-ci maddəsinin dispozisiya şərtləri baxımından əhəmiyyət kəsb edən faktor kimi nəzərdən keçirilməlidir. Məhkəmə iddiaçının tələbinin qismən təmin olunmasına münasibətdə qeyd edir ki, iddiaçı 300 manat aliment tələbi etsə belə iddiaçının aldığı pensiya və ona təyin olunan aliment məbləği birlikdə götürüldükdə isə, onun qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ – hətta digər övladlarından aliment tələb etmək hüququnun olduğu nəzərə alınmadan belə - təmin edilmiş olacaqdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin hallarını, ididaçının maddi yardıma ehtiyacının olmasını, müalicəsi üçün xərclərin zəruri olmasını nəzərə alaraq, hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xeyrinə Cavabdeh hər ay 210 manat məbləğində alimentin tutulması ədalətli və əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 2520 manat) ödənilməli olan dövlət rüsumu 45,2 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdeh X1 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xeyrinə Cavabdeh hər ay 210 manat məbləğində aliment tutulsun. Aliment məbləği xx.xx.2022-ci il tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilməmiş dövlət rüsumu olaraq 45,2 (qırx beş manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti X1 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1782/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1782/2022
26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver