Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-179/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil Əjdər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-ziynət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-ziynət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qapı girişindəki kolidorda olan güzgülü və divanlı qardolab (1500 m), Qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol.), 2 ədəd Televizor LG və Artel markalı, Kondesioner 1 ədəd Divan (1500 m), Yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), Raskladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostincexol dəstləri 7 ədəd, 1 ədəd setfon yorğan, can dəsmalları, əldəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, Mətbəx mebeli 2500 manat, Qabqacaq dəstləri 3000 manat, Xrustal dəst (7 parça) 1000 manat. Qaşıq çəngəl dəstləri 500 manat, Plastik qablar 100 manat, Saxlama qablar (48 parça) 350 manat, Plastik siyirməli şkaf, Paltaryuyan maşın LG 600 manat, Qabyuyan maşın Lvrolux 600 manat, Soyuducu Hotpoint 1 ədəd, Mətbəxmasası, 2 stul və divan 400 m, Qaz sobası 1 ədəd , Soba 450 manat, Mikrovalnovka 350 manat, Gtmaşını 1 ədəd, Toster 1 ədəd Blender 1 ədəd Mikser 1 ədəd Qazan dəstləri 3 ədəd Ləyən və plastik qablar, Elcktronsac 1 ədəd Süfrələr 3 ədəd Sokçəkən maşın, Elektron samovar 1 ədəd Paltartikənmaşın 1 ədəd Tozsoran 1 ədəd 500 manat, Uşaq otaqı mebeli Beşik 450 manat, Oyun Setkası 300 manat, Oyuncaqlar, Hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd olan cehiz əmlakların və həmin əmlaklardan hər hansı biri olmadıqda dəyərinin, eyni zamanda toyda taxılan 750 əyarlı boyunbaqı, qolbağ, sırğa və üzük, bayramda taxılan 586 əyarlı qolbağ və boyunbağı, atasının hədiyyə etdiyi 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlıdır, anasının hədiyyə etdiyi 2 üzük 585 əyarlı qızıl zinyət əşyalarının və həmin qızıl ziynət əşyalarının hər hansı biri olmadıqda onun dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25.11.2018-ci il tarixdə, 3270 qeydiyyat nömrəli, 1 saylı Bakı Asan Xidmət mərkəzində nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikah münasibətindən 28.04.2020-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. Bu səbəbdən Nərimanov rayon məhkəməsinə nikahın pozulmasına dair iddia ərizəsi vermiş, Nərimanov rayon məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia pozulmuşdur. İddiaçı ilə ailə qurarkən cehiz əmlakları aparmış və həmin cehiz əmlakları hazırda cavabdehin yaşadığı ünvan 1 ünvandadır. Eyni zamanda qızıl zinyət əşyalarını əlindən almışdır. Ona verilməmişdir. ünvan 1 ünandan məcburi qaydada çıxarılmışdır. Yəni cavabdeh tərəfindən döyülərək evdən qovulmuşdur. Bu barədə Polisə şikayət etmişdir. Şikayəti əsasında araşdırma aparılmış və nəticəsində cavabdeh Abşeron rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılınası cəzasına məhkum edilmişdir. Cavabdehin evində qalan cehiz əşyalarım aşağıdakılardır: qapı girişindəki kolidorda olan güzgülü və divanlı qardolab (1500 m), Qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol.), 2 ədəd Televizor LG və Artel markalı, Kondesioner 1 ədəd Divan (1500 m), Yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), Rasladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostincexol dəstləri 7 ədəd, 1 ədəd setfon yorğan, can dəsmalları, əldəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, Mətbəx mebeli 2500 manat, Qabqacaq dəstləri 3000 manat, Xrustal dəst (7 parça) 1000 manat. Qaşıq çəngəl dəstləri 500 manat, Plastik qablar 100 manat, Saxlama qablar (48 parça) 350 manat, Plastik siyirməli şkaf, Paltaryuyan maşın LG 600 manat, Qabyuyan maşın Lvrolux 600 manat, Soyuducu Hotpoint 1 ədəd, Mətbəxmasası, 2 stul və divan 400 m, Qaz sobası 1 ədəd , Soba 450 manat, Mikrovalnovka 350 manat, Gtmaşını 1 ədəd, Toster 1 ədəd Blender 1 ədəd Mikser 1 ədəd Qazan dəstləri 3 ədəd Ləyən və plastik qablar, Elcktronsac 1 ədəd Süfrələr 3 ədəd Sokçəkən maşın, Elektron samovar 1 ədəd Paltartikənmaşın 1 ədəd Tozsoran 1 ədəd 500 manat, Uşaq otaqı mebeli Beşik 450 manat, Oyun Setkası 300 manat, Oyuncaqlar, Hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd, hər bir otaq üçün çılçıraq ümumilikdə 5 ədəd. Eyni zamanda uşağın və özünün geyimləri orada qalmışdır. Toyda taxılan 750 əyarlı boyunbaqı, qolbağ, sırğa və üzük, bayramda taxılan 586 əyarlı qolbağ və boyunbağı. Atasının hədiyyə etdiyi 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlıdır, anamın hədiyyə etdiyi 2 üzük 585 əyarlı qızıl zinyət əşyaları da cavabdehdə qalmışdır. Evdən çıxanda döyülərək qovulduğum üçün heç nə ümumiyyətlə qızıl ziynət əşyaları götürməmişdir. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə fotoşəkillər təqdim etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehdə olmasını, ümumiyyətlə nə vaxtsa cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı mənzildən gedərkən ona heç bir maneə olmamış, istədiyi əşyaları götürə bilmişdir. İddiaçı ona verilməsi təmin olunmayan qızıl-zinət əşyalarla bağlı sübutlar təqdim edə bilmədiyindən iddia həmin hissədə rədd olunmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Əjdər oğlu 18.01.2021-ci il tarixdə ərizə təqdim edərək, qapı girişindəki dəhlizdə olan güzgülü və divanlı qardolab (1500 m), Qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol.),2 ədəd Televizor LG və Artel markalı, Kondesioner 1 ədəd Divan (1500 m), Yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), Raskladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostin çexol dəstləri 7 ədəd, 1 əd sendifon yorğan, Can dəsmalları, əldəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, Mətbəx mebeli 2500 m, Qabqacaq dəstləri 3000 m, Xrustal dəst (7 parça) 1000 m, Qaşıq çəngəl dəstləri 500 m, Plastik qablar 100 m, Saxlama qablar (48 parça) 350 m, Plastik siyirməli şkaf, Paltaryuyan maşın LG 600 m, Qabyuyan maşın Evrolux 600 m, Soyuducu Hotpoint 1 əd, Mətbəxmasası, 2 stul və divan 400 m, Qaz sobası 1 ədəd, Soba 450 m, Mikrovalnovka 350 m, Ətmaşını 1 ədəd, Toster 1 ədəd, Blender 1 ədəd, Mikser 1 ədəd, Qazan dəstləri 3 ədəd, Ləyən və plastik qablar, Elektronsac 1 ədəd, Süfrələr 3 ədəd, Sokçəkən maşın, Elektron samovar 1 ədəd, Paltartikən maşın 1 ədəd, Tozsoran 1 ədəd 500 m, Uşaq otağı mebeli Beşik 450 m, Oyun Setkası 300 m, Oyuncaqlar, Hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd olan cehiz əmlakları və həmin əmlaklardan hər hansı biri olmadıqda dəyərinin, eyni zamanda toyda taxılan ümumi dəyəri 5000 manat olan 750 əyarlı boyunbaqı, qolbaq, sırğa və üzük, bayramda taxılan qiyməti 250 manat olan 585 əyarlı qolbağ və dəyəri 300 manat olan 585 əyarlı boyunbağı, atasının hədiyyə etdiyi ümumi dəyəri 1800 manat olan 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlıdır, anasının hədiyyə etdiyi ümumi dəyəri 900 manat olan 2 üzük 585 əyarlı qızıl zinyət əşyalarınını və həmin qızıl ziynət əşyalarının hər hansı biri olmadıqda onun dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Əjdər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)-897/2021 saylı qətnaməsinə əsasən iddia qismən edilmiş, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 25.11.2018-ci ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 3270 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 15 mart 2020-ci il təvəllüdlü X2 iddiaçı (anası) İddiaçı yanında saxlanılması, 09.12.2020-ci il tarixdən başlayaraq Cavabdeh 15 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(005)- 162/2021 saylı hökmünə əsasən Cavabdeh AR CM-nin 128-ci maddəsi ilə nəzərtə tutulmuş cənayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Bakı şəhəri Abşeron Rayon İcra Şöbəsinin tərtib etdiyi 16.08.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)-3959/2021 saylı iddianın təmin tədbiri barədə qərardadının icrası ilə bağlı ünvan 2 ünvanda olmuş, lakin qapını açan olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh ilə 25.11.2018-ci il tarixdə, 3270 qeydiyyat nömrəli, 1 asaylı Bakı Asan Xidmət mərkəzində nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikah münasibətindən 28.04.2020-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. İddiaçı cavabdehlə ailə qurarkən ünvan 2 ünvanda olan mənzilə gəlin gəlmiş və iddiada sadalanan cehiz əmlaklarını gətirmişdir. Eyni zamanda ona iddiada göstərilən qızıllar hədiyyə olunmuşdur. Məhkəmə tərəfindən iddianın təmin tədbir barədə qərardad qəbul olunsa da cavabdeh tərəfindən əmlaka baxış keçirilməsinə şəraət yaradılmamışdır. Mülki Prosessual Məcəllənin 106.1 maddəsinə əsasən - İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasənməhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanda –qapı girişindəki dəhlizdə olan güzgülü və divanlı qardolab (1.500 manat), Qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol., 2 ədəd Televizor LG və Artel markalı, Kondesioner 1 ədəd Divan (1500 manat), Yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), Raskladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostin çexol dəstləri 7 ədəd, 1 ədəd sendifon yorğan, Can dəsmalları, əl dəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, Mətbəx mebeli 2.500 manat, Qabqacaq dəstləri 3000 manat, Xrustal dəst (7 parça) 1000 manat, Qaşıq çəngəl dəstləri 500 manat, Plastik qablar 100 manat, Saxlama qablar (48 parça) 350 manat, Plastik siyirməli şkaf, Paltaryuyan maşın LG 600 manat, Qabyuyan maşın Evrolux 600 manat, Soyuducu Hotpoint 1 əd, Mətbəx masası, 2 stul və divan 400 manat, Qaz sobası 1 ədəd, Soba 450 manat, Mikrovalnovka 350 manat, Ət maşını 1 ədəd, Toster 1 ədəd, Blender 1 ədəd, Mikser 1 ədəd, Qazan dəstləri 3 ədəd, Ləyən və plastik qablar, Elektronsac 1 ədəd, Süfrələr 3 ədəd, Sokçəkən maşın, Elektron samovar 1 ədəd, Paltartikən maşın 1 ədəd, Tozsoran 1 ədəd 500 manat, Uşaq otağı mebeli Beşik 450 manat, Oyun Setkası 300 manat, Oyuncaqlar, Hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd olan cehiz əmlakları, toyda taxılan ümumi dəyəri 5000 manat olan 750 əyarlı boyunbaqı, qolbaq, sırğa və üzük, bayramda taxılan qiyməti 250 manat olan 585 əyarlı qolbağ və dəyəri 300 manat olan 585 əyarlı boyunbağı, atasının hədiyyə etdiyi ümumi dəyəri 1800 manat olan 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlı, anasının hədiyyə etdiyi ümumi dəyəri 900 manat olan 2 üzük 585 əyarlı qızıl zinyət əşyaları, Cavabdeh alınaraq İddiaçı verilsin. Yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda, onların dəyəri Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-179/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-179/2022
19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver