Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1796/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi, artıq hesablanmış borcun silinməsi və ilkin müqavilənin şərtlərinin davam etdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi, artıq hesablanmış borcun silinməsi və ilkin müqavilənin şərtlərinin davam etdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ünvan 1 Zeytun sovxozu, Zeytun küçəsi, 134 B saylı fərdi yaşayış evinə dair verilmiş xx.xx.2022-ci il tarixli tutmanın yönəldilməsi barədə İcra qeydi ləğv olunması, şişirdilərək cavabdehlər tərəfindən qanunsuz hesablamaqla artıq məbləğ olaraq yazılmış 36826,35 manat əsas borc, 1953,37 manat faiz borcu və 3906,74 manat dəbbə pulu, ümumilikdə 42686,46 manat borc məbləği silinməsi, həmçinin aylıq ödənişlərdən yayınmadığına və imtina etmədiyinə görə ilkin müqavilə şərtlərinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 Zeytun sovxozu, Zeytun küçəsi, 134 B saylı 90000 manat dəyərində olan mülkiyyətində olan evi xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən ipoteka yolu ilə girov qoyaraq "xxxx" ASC-dən pul götürmüşdür. Artıq 11 ildir ki, hər ay 400 manat olmaqla bank qarşısında müqavilə üzrə olan öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmişdir. Dünya ölkələrində, eləcədə Azərbaycan Respublikasında Covid-19 pandemiyası ilə əlaqədar gəlirlərinə mənfi təsir etdiyindən bir neçə ay ödənişlərində gecikmələr baş vermişdir. Yaranmış bu vəziyyəti iddia üzrə cavabdehlər "xxxx" ASC və "xxxx" ASC fürsət bilərək Bakı şəhəri 9 saylı notariat ofisi ilə xidməti müqavilələrindən istifadə edərək bu günə qədər ödədiyi pulları nəzərə almadan şişirdilmiş əsas borc, faizlər və dəbbə pulunu üzərinə yazaraq, borcu ipoteka predmeti olan qiymətini dəyərindən aşağı yazdıqları evinə yönəltməklə borcu bağlamağa cəhd edirlər. Bütün bu proseduralardan xəbəri olmamış və yalnız Xətai rayon İcra şöbəsinin icra məmurları tərəfindən İcra şöbəsinə dəvət edilərkən xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 1 həftə olar ki, icra qeydinin verilməsindən xəbər tutmuşdur. Həmin tarixli icra qeydi verilərkən ümumiyyətlə onun banka ödədiyi məbləğlər düzgün hesablanmamış, müqavilə üzrə yazılan 36826,35 manat əsas borc, 1953,37 manat faiz borcu və 3906,74 manat dəbbə pulu, ümumilikdə 42686.46 manat borcunun olması həddin artıq şişirdilmişdir. Çox vaxt kredit üzrə ödəmələrini artıq ödəmiş, heç vaxt müqavilə üzrə ödənişlərini ödəməkdən imtina etməmiş və artıq Azərbaycan Respublikasında iş yerlərində Covid-19 pandemiyası ilə bağlı məhdudiyyətlər aradan qaldırıldığından ödənişlərini də vaxtında davam edəcəkdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2022-ci il tarixli, 8İ-935 nömrəli icra qeydindən görünür ki, tələbkar "xxxx" ASCnin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 Zeytun sovxozu, Zeytun küçəsi, 134 B saylı ünvanında yerləşən fərdi yaşayış evinə öhdəlik yaradan "xxxx" ASC və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 36826,35 manat əsas borc, 1953,37 manat faiz borcu və 3906,74 manat dəbbə pulu, ümumilikdə 42686.46 manat borc üzrə tutma yönəldilməlidir. ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli 8İ/935 reyestr nömrəsi ilə icra qeydi aparılmış Cavabdeh1 ASC və İddiaçı arasında rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli 4Ə/390 reyestr saylı Alqı-satqı və ipoteka müqaviləsini İcra edilməsi göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu tələbkarın təqdim etdiyi sənədlər əsasında, araşdırma aparmadan xx.xx.2022-ci il tarixdə İcra qeydi tərtib edərək icra edilməsi üçün müvafiq icra qurumuna göndərmişdir. İddiaçı həmin icra qeydindən narazı qaldığından, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə araşdırılmış işin hallarına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş icra qeydində qeyd edilən 3906,74 manat dəbbə pulu borcu əsas borc 36826,35 manat məbləğə mütanasib olmadığından, məhkəmədə şübhə doğurur. Qeyd edilənlərdən görünür ki, tələbkar tərəfindən notariat ofisinə təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu əks edilməmişdir. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi, icra qeydinin ləğv edilməsinə dair iddiaçının tələbi əsaslıdır. Məhkəmə iddianın “şişirdilərək cavabdehlər tərəfindən qanunsuz hesablamaqla artıq məbləğ olaraq yazılmış 36826,35 manat əsas borc, 1953,37 manat faiz borcu və 3906,74 manat dəbbə pulu, ümumilikdə 42686,46 manat borc məbləği silinməsi, həmçinin aylıq ödənişlərdən yayınmadığına və imtina etmədiyinə görə ilkin müqavilə şərtlərinin bərpa edilməsi” hissəsinə dair qeyd edir ki, iddiaçı tərəf cavabdeh ilə arasında bağlanmış kredit müqaviləsini, ödəniş qəbzləri və həmçinin iddianın qeyd olunan hissədə təmin olunması üçün sübut təqdim etməmişdir. Həmçinin icra qeyd ləğv edilərkən qeyd edilən borc məbləğlərinin icra qeydinə əsasən ödənilməsinə ehtiyac qalmamasını və müqavilə üzrə tərəflər öhdəliklərinə davam edəcəyini məhkəmə qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri 9 saylı ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-935 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 9 saylı ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-935 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1796/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1796/2022
30.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver