Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1797/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X17 oglunun katibliyi, İddiaçı X9 nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X5 və X7 qarşı “yaşayış sahəsindən istifadə zamanı yaranmış maneələrin aradan qaldırılması, birgəyaşayış qaydalarına əməl olunması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə zamanı yaranmış maneələrin aradan qaldırılması, birgəyaşayış qaydalarına əməl olunması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 yaşayış evində sahibkarlıq fəaliyyəti nəticəsində istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 638 nömrəli evin istifadəsində yaranmış maneələrin aradan qaldırılması, o cümlədən onlara ümumi istifadədə olan kanalizasiya xəttinin sahibkarlıq fəaliyyətləri nəticəsində fəaliyyətinin pozulmasının qarşısının alınması və həmin fəaliyyət nəticəsində dəymiş 10.000 (on min) manat məbləğində maddi və dəymiş 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin evin qonşuluğunda 640 nömrəli evdə yaşayan yuxarıda adları qeyd edilmiş cavabdehlər və onun ailə üzvləri tərəfindən heyvan başı, ayağı və qarınını təmizləyərək emala hazırlanması nəticəsində antisanitariya vəziyyəti yaranır. Belə ki, həmin iri buynuzlu heyvanarın təmizlənməsi nəticəsində evin bütün çirkab suları və digər tullantılar onun evinin içinə axır. Emal zamanı əmələ gələn tullantılar ortaq kanalizasiya xəttində tutulmalar və keçməməzliklər yaradır, kəskin qoxunun və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Qeyd olunan fakt Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12 may 2020-ci il tarixli və 25 avqust 2020-ci il tarixli aktları və 18 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin 16 iyun 2020-ci il tarixli aktı ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən yaradılmış antisanitar vəziyyəti ilə bağlı onun tərəfindən dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, X1 Bakı Regional Bölməsinə, Bakı şəhri Nərimanov Rayon Su kanal İdarəsinə, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunmuşdur. Həmin idarələr tərəfindən ona araşdırlma aparılması barədə məlumat verilsə də, antisanitaya vəziyyəti hələ də aradan qaldırılmamışdır. Yaranmış vəziyyət nəticəsində o ağır mənəvi sarsıntı keçirmiş, hər gün heyvanların qoxusu, çirk içində və yoluxucu xəsləliklərin yaranması ehtimalı ilə yaşamağa məcbur qalmışdır. Bu barədə də iradını bildirdikdə bütün qonşuların içərisində dəfələrlə onu ən pis söyüşlərlə təhqir etmişlər ki, bu da onun şərəf və ləyaqətini alçaltmışdır. Onların onu və ailə üzvlərini müxtəlif küçə söyüşləri ilə təhqir etməsindən sonra onun keçirdiyi ağır mənəvi iztirablar səhhətində ciddi problemlər yaratmışdır. Halbuki, o uzun illərdir ki, müəllimə işləmiş, “əməkdar müəllimə” adına qədər ucalmışdır. Cavabdehlərin yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri nəticəsində yaşadığı evin döşəməsini tamamilə yararsız vəziyyətə düşməsi nəticəsində bir neçə dəfə dəyişmiş, bir neçə dəfə də cari təmir işləri görmüş, mətbəxin döşəməsini isə sübut kimi saxlamışdır. Bu isə onun üçün ciddi maddi ziyandır ki, aşağıda qeyd etmişdir. Bu səbəbdən də, adları qeyd olunmuş cavabdehlərin yaşayış evində sahibkarlıq fəaliyyəti nəticəsində onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 638 nömrəli evin istifadəsinə yaranmış maneələrin aradan qaldırılması və həmin fəaliyyət nəticəsində dəymiş 10.000 (on min) manat məbləğində maddi və 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi zərurəti vardır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X5 və X7 qarşı “yaşayış sahəsindən istifadə zamanı yaranmış maneələrin aradan qaldırılması, birgəyaşayış qaydalarına əməl olunması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X3 və X6 yaşayış evində sahibkarlıq fəaliyyəti nəticəsində onun istifadədə olan Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi 638 nömrəli evin istifadəsində yaranmış maneələrin aradan qaldırılması, o cümlədən onlara ümumi istifadə olan kanalizasiya xəttinin sahibkarlıq fəaliyyəti nəticəsində fəaliyyətin pozulmasının qarşısının alınması və həmin fəaliyyət nəticəsində dəymiş 10.000 (on min) manat məbləğində maddi və dəymiş 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə İddiaçı əsl iddiaçı X13 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı X9 nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 18 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 16 iyun 2020-ci il tarixli aktının surətindən və məzmunundan görünür ki, Daş Karxanası 638 saylı evdə yaşayan İddiaçı şikayəti əsasında Daş Karxanası 640 saylı evdə olmuşlar, müəyyən etmişlər ki həmin ev X10, Cavabdeh2 və Cavabdeh5 adına qeydiyyatdan vəsiqəsi əsasında bölünmüşdür. Bu qardaşlar öz həyətlərində iribuynuzlu mal-qara dırnağı təmizləməklə xırda sahibkarlıqla məşgul olurlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1-in 3 otagı 31.08.2012-ci ildən X9 mülkiyyətindədir; İddiaçı ünvanlamış ünvan 2anov Rayon İcra Hakimiyyətindən daxil olmuş 10.12.2019-cu il tarixli, Ə-i 93-075 saylı məktub ilə qonşuluqda yerləşən Daş Karxanası küçəsi, ev 640 ünvanında sanitariya norma və qaydalarına riayət olunmadan iri buynuzlu heyvan baş-ayağının, içalatının təmizlənərək satışının təşkil olunması, nəticədə ümumi kanalizasiya xəttinin tutulması, səs-küy və digər narahatçılıq hallarının yaranmasına dair müraciətiniz ilə əlaqdar həmin ünvanda Azərbaycan Respublikası X1 əməkdaşları tərəfindən keçiriləcək profilaktik tədbirlə zəruri köməkliyin göstərilməsi tapşırılmışdır. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan ünvanda X1 əməkdaşları tərəfindən keçiriləcək profilaktik tədbirlərə ərazi üzrə 18 saylı MKlS-nin_əməkdaşları tərəfindən zəruri köməklik göstəriləcəkdir. İşdə olan Sanitariya müayinəsi barədə 25 avqust 2020-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvana baxış keçirildi.Məlum oldu ki, küçədən keçən kanalizasiya xəttində qəzalı vəziyyət-tutulma səbəbindən çirkab sular növbəti dəfə axaraq vətəndaş İddiaçı evinə yıgılmışdır.Həmin evin antisanitar vəziyyətə düşməsinə səbəb olmuşdur. İşdə olan Sanitariya müayinəsi barədə 12 may 2020-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvana baxış keçirildi.Məlum oldu ki, küçədən keçən kanalizasiya xəttində qəzalı vəziyyət-tutulma səbəbindən çirkab sular vətəndaş İddiaçı evinə yıgılmışdır.Həmin evdə antisanitar vəziyyət yaranmışdır. İddiaçı ünvanlamış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15/15 saylı, 15.01.2020-ci il tarixli məktubunda gösrtərilir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 09.01.2020ci il tarixli 04- 22/1-28 nömrəli məktubu ilə daxil olmuş şikayət ərizənizlə əlaqədar olaraq 10.01.2020-ci il tarixində iştirakınızla şikayət etdiyiniz ərazidə tərəfimizdən sanitar müayinə işləri aparılmışdır. Apardığımız müayinə zamanı məhəllədaxili kanalizasiya xətlərində və yaşadığınız 638 nömrəli evdə heç bir kanalizasiya qəzası aşkarlanmadı. Lakin buna baxmayaraq 10.01.2020-ci il tarixli 08/15 nömrəli məktubla Nərimanov rayonu Sukanal İdarəsinə şikayət etdiyiniz ərazidəki kanalizasiya xətlərində bir daha tutulmaların və qəzalı vəziyyətin olub- olmaması barədə təftiş işləri aparıb məlumat verilməsi xahiş olunmuşdur. Məktubunuzla əlaqədar olaraq 14.01.2020-ci il tarixində Nərimanov rayonu Sukanal İdarəsinin qoza briqadası nümayəndəmizin iştirakı ilə ərazidə təftiş işləri aparmışdır. Yekunda məlum olmuşdur ki, ərazidəki kanalizasiya xətlərində heç bir tutulma və qəzalı vəziyyət yoxdur, evinizin və küçədən keçən kanalizasiya xətləri işlək vəziyyətdədir. Bundan başqa ərizədə göstərdiyiniz 640 nömrəli evdə yaşayan ailənin qanunsuz olaraq heyvan başı, ayağı və qarınını təmizləyərək emala hazırlanması zamanı əmələ gələn narahatçılığınızla əlaqədar olaraq məsələnin araşdırılması üçün Nərimanov rayonu 17-ci Polis Bölməsinə 13.01.2020-ci il tarixli 09/15 nömrəli məktubla tərəfimizdən müraciət olunmuşdur. İddiaçı ünvanlamış Baş Polis İdarəsinin 13.02.2020-ci il tarixli məktubunda gösrtərilir ki, İddiaçı qonşusunun evində açdığı sexin qanunsuz fəaliyyət göstərməsindən və orada iri buynuzlu heyvanların ayaq və baş nahiyyələrinin təmizlənməsi nəticəsində yaranan anti-sanitariya vəziyyətinin aradan qaldırılmamasından narazı qalmışdır. Bildiririk ki, sözügedən ünvanda yerləşən sexin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, təyinatının dəyişdirilməsi məsələsinə baxılması barədə Nərimanov Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə, eləcə də, qida təhlükəsizliyi və sexin anti-sanitar şəraitdə faəliyyət göstərməsi ilə bağlı tədbir görülməsi üçün Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinə təqdimatlar göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən ünvanda yerləşən sexin qanunsuz faəliyyət göstərməsi faktına hüquqi ciymət verilməsinin təmini məqəsədi ilə zəruri təhqiqat araşdırmasının aparılması, eləcə də. həmin ünvanda nəzarət-profilaktik tədbirlərin həyata keçirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə müvafiq göstəriş verilmişdir. İddiaçı ünvanlamış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bğlməsinin 03.02.2021-ci il tarixli məktubunda gösrtərilir ki, Sizin Azərbaycan Respublikası X1 “Çağrı mərkəzinə” ünvanladığınız ünvan 7nların antisanitar vəziyyətdə qarın və ayaq hissələrinin təmizlənərək satışının həyata keçirilməsi barədə 15.01.2021 -ci il tarixli müraciətinizə Agentliyin Bakı regional bölməsində aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə əlaqədar əməkdaşlarımız tərəfindən qeyd olunan ünvanda aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, baytarlıqsanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə heyvan mənşəli xammallar emal olunur və satışa verilir. Eyni zamanda bildiririk ki, sözügedən ünvanda sanitariya - gigiyena normalarına əməl edilməməsi, antisanitar şəraitdə heyvan mənşəli xammalların emal olunmasına görə Azərbaycan Respublikası Prezidentinin 1681 nömrəli 13 noyabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməmin 3.0.9-cu yarımbəndinə əsasən fəaliyyətinin dayandırılması ilə bağlı 17 avqust 2020-ci il tarixdə verilmiş göstərişə əməl edilməməsi ilə əlaqədar fiziki şəxs Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2 ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4000 (dörd min) manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd olunan ünvanda qanunsuz fəaliyyətin qarşısının alınması istiqamətində Bakı şəhər Baş Polis idarəsinə(18.09.2020 -ci il) və Nərimanov rayon polis idarəsinə (14.08.2020- ci il) tarixlərində müraciətlər ünvanlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2144 nömrəli 15.07.2021-ci il tarixli rəyinin məzmunundan görünür ki, ünvan 3 evin divar və döşəmələrində qüsurların yarandığını və həmin qüsurların su sızmaya xarekterikdir. 638 saylı fərdi yaşayış evinə su axıdılmasının texniki səbəbini müəyyən etmək üçün 640 saylı evə baxış keçirilməsi zəruri olmuş, lakin 640 saylı fərdi yaşayış evinin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. Mülki iş materialında olan molurmtlara vo Nərimanov rayonu 18 №-li MKİS-nın əməkdaşlarının 16 iyun 2020-ci il tarixdə tərtib etdiyi AKT-a əsasən cavabdehlər onlara məxsus 640 saylı fərdi yaşayış evinin həyətində iri buynuzlu heyvan dırnağı təmizləməklə xırda sahibkarlıqla məşğul olduqları qeyd olunmuşdur. Bununla əlaqədar qeyd olunur ki, 638 saylı fərdi yaşayış evinə su axıdılmasının səbəbi qonşuluqda yerləşən cavabdehlərə məxsus 640 saylı fərdi yaşayış evinin həyətində iri buynuzlu heyvanların təmizlənərkən yaranmış tullantıların kanalizasiya sisteminə axıdıldılması zamanı kanalizasiya xəttində tutulmalardan baş verdiyi müəyyən edilmişdir. ünvan 3 evə su axıdılması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1074 manat məbləgində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Rasim Əliyevin mülkiyyətində olan ünvan 1 ünvanın qonşuluğunda 640 nömrəli evdə yaşayan yuxarıda adları qeyd edilmiş cavabdehlər və onun ailə üzvləri tərəfindən heyvan başı, ayağı və qarınını təmizləyərək emala hazırlanması nəticəsində antisanitariya vəziyyəti yaranır. Belə ki, həmin iri buynuzlu heyvanarın təmizlənməsi nəticəsində evin bütün çirkab sular və digər tullantılar onun evinə axır. Emal zamanı əmələ gələn tullantılar ortaq kanalizasiya xəttində tutulmalar və keçməməzliklər yaradır, kəskin qoxunun və yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Bu səbəbdən iddiaçı Rasim Əliyev cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X5 və X7 qarşı “yaşayış sahəsindən istifadə zamanı yaranmış maneələrin aradan qaldırılması, birgəyaşayış qaydalarına əməl olunması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X3 və X6 yaşayış evində sahibkarlıq fəaliyyəti nəticəsində onun istifadədə olan Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi 638 nömrəli evin istifadəsində yaranmış maneələrin aradan qaldırılması, o cümlədən onlara ümumi istifadə olan kanalizasiya xəttinin sahibkarlıq fəaliyyəti nəticəsində fəaliyyətin pozulmasının qarşısının alınması və həmin fəaliyyət nəticəsində dəymiş 10.000 (on min) manat məbləğində maddi və dəymiş 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2144 nömrəli 15.07.2021-ci il tarixli rəyləri əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissəsində 1074 (bir min yetmiş dörd) manat hissədə təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X5 və X7 yaşayış evində sahibkarlıq fəaliyyəti nəticəsində iddiaçının istifadədə olan Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi 638 nömrəli evin istifadəsində yaranmış maneələr aradan qaldırılmalı və cavabdehlərə ümumi istifadə olan kanalizasiya xəttinin sahibkarlıq fəaliyyəti nəticəsində fəaliyyətin pozulmasının qarşısı alınmalıdır. Eyni zamanda məhkəmə, iddianın vurulmuş mənəvi ziyana görə 50.000 manatın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının evi yaşamağa yararsız, antisanitariya vəziyyətinə düşmüş və bununlada ona maddi zərərin vurulmasının sübut edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı dəymiş maddi zərər nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş və buna görə iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə belə hesab edir ki, mənəvi zərər hissədə iddia qismən təmin edilməli və mənəvi zərərin əvəzi olaraq 500 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi kimi 1074 (bir min yetmış dörd) manat, mənəvi zərər olaraq 500 manat pul vəsaiti cavabdehlərdən tutulub iddiaçının xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X5 və X7 yaşayış evində sahibkarlıq fəaliyyəti nəticəsində iddiaçının istifadədə olan Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi 638 nömrəli evin istifadəsində yaranmış maneələr aradan qaldırılmalı və cavabdehlərə ümumi istifadə olan kanalizasiya xəttinin sahibkarlıq fəaliyyəti nəticəsində fəaliyyətin pozulmasının qarşısı alınmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 1074 (bir min yetmış dörd) manat, mənəvi zərər olaraq 500 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X2 və X4 tutulub iddiaçı X18 oglunun xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X5 və X7 yaşayış evində sahibkarlıq fəaliyyəti nəticəsində iddiaçının istifadədə olan Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi 638 nömrəli evin istifadəsində yaranmış maneələr aradan qaldırılsin və cavabdehlərə ümumi istifadə olan kanalizasiya xəttinin sahibkarlıq fəaliyyəti nəticəsində fəaliyyətin pozulmasının qarşısı alınsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X2 və X4 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1797/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1797/2021
18.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver