Məhkəmə qərarları › İş №2(102)-1716/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1716/2022

18.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1716/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7) qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması, maddi və mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7) maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərlərin əvəzinin tu tulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10552/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Cahangir qızı tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanı X3 xüsusi mülkiyyətindədir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(001)1630/2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri 11 saylı notariat kontoruna və X5 qarşı 04 iyul 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda mərhum X8 tərəfindən 17 iyun 2019-cu il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona düşən paydan qardaşı X3 xeyrinə imtina etməsi barədə yazılmış ərizənin etibarsız hesab edilməsinə, ərizədən sonra yaranmış hüquqi nəticələrin ləğv edilməsinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, Cavabdeh dövlət rüsumuna görə 30 manat X3 xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (işə baxıldığı dövrdə qanuni qüvvəyə minməmişdir). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən 81 saylı mənzildə (bundan sonra – mübahisəli mənzil) yaşamaqlarına, ondan istifadə etmə lərinə (mənzilə daxil olmaq hüquqları təmin edilməklə), cavabdeh tərəfindən maneələrin törədilməsinin qadağan edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə görə onlara vurulmuş maddi ziyanın əvəzi qismində 5000 manat, mənəvi ziyan 2000 manat, dövlət rüsumunun ödənilməsinə görə 30 manat ümumilikdə 7030 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, onlar mübahisəli mənzildə daimi pasport qeydiyyatındadırlar. Qeydiyyata alındıqları vaxtdan orada yaşamış, lakin müəyyən səbəblərə görə müvəqqəti olaraq həmin mənzildən çıxaraq başqa mənzildə qalmalı olmuşlar. Mənzil əvvəllər onların mərhum qohumları X2 (İddiaçı2 münasibətdə qaynana və xala, İddiaçı3 münasibətdə ana, Nümayəndə münasibətdə nənə) məxsus olub, sonradan isə o, 2018-ci ildə vəfat etdikdən sonra vərəsəlik qaydasında onların qohumu X3 mülkiyyətinə keçmişdir. X10 mərhum digər oğlu X4 arvadı (mərhum Adilə Bayramovanın gəlini) Cavabdeh qanunsuzluq və özbaşınalıq edərək mənzilin qapısının qıfılını dəyişdirərək, onları mənzilə buraxmaqdan imtina edir. Halbuki, onların orada yaşamaqları üçün qanuni əsasları vardır. Həmçinin, mənzilin hazırki mülkiyyətçisi X7 onların orada yaşamaqlarına etiraz etmir. Onlar bir ailədirlər, İddiaçı1 himayəsində azyaşlı övladı var. Cavabdehin qanunsuz hərəkətlərinə görə mənzilə daxil ola bilmirlər və bunun nəticəsində isə ondan nə istifadə edə bilir, nə də ki yaşaya bilirlər. Cavabdehin qanunsuz, özbaşına hərəkətləri nəticəsində onlara hər ay maddi ziyan vurulur. Onlar məcbur olaraq uzun müddətdir ki, b aşqa mənzildə kirayədə qalır, hər ay 500 manat kirayə haqqı ödəyirlər. Bundan əlavə, onların nə ümumi, nə də ayrı daşınmaz əmlakları yoxdur. Cavabdehin mənzilə hər hansı bir hüququ yoxdur.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4833/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia qismən təmin edilmiş, iddiaçıların mübahisəli mənzilə daxil olmaqla yaşamaqlarına, ondan istifadə etmələrinə cavabdeh tərəfindən maneələrin törədilməsinin qadağan edilməsi, cavabdehdən mənəvi zərərə görə 150 manat vəsaitin tutularaq iddiaçılara ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzilin mülkiyyətç isinin iddiaçıların həmin mənzildə yaşamalarına və həmin mənzildən istifadə etmələrinə razı olduğu halda, cavabdehin iddiaçılara yaratdığı maneələr qanunsuzdur. İddiaçılar, həmçinin mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən iddiaçıların mənzildə yaşamaqlarına, həmin mənzildən istifadə etmələrinə qanunsuz maneələrin yaradılmasına görə iddiaçılar hüquq mühafizə orqanlarına şikayətlə müraciət etmək, daha sonra məhkəmədə ona qarşı iddia irəli sürmək, bunun üçün məhkəmə xərcləri çəkmək, iddia ilə bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və nəticədə mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Lakin məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, mənəvi zərərin əvəzi kimi 150 manat ağlabatan məbləğ hesab edilməlidir. Həmçini n 5.000 manat məbləğində dəymiş maddi ziyanın əvəzinin cavabdehdən tutulması hissədə təmin edilməməlidir. Belə ki, iddiaçılar cavabdehin qanunsuz hərəkətləri nəticəsində başqa mənzildə kirayə qaldıqlarını və bununla da onlara 5.000 manat məbləğində maddi ziyan dəydiyini bildirsələr də, bu halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10552/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki münasibətlər üzə tələbin məzmunu məhz mülkiyyətçinin iradə ifadəsi çərçivəsində olan iddiaçıların qeyd edilən mənzilə daxil olaraq maneəsiz yaşamasından ibarətdir. İddiaçıların qeyd edilən mənzilə mübahisələndirilməyən inzibati qeydiyyatları da mövcuddur. Onların başqa yerdə yaşamaları və bunun üçün imkanlara malik olmaları sübuta yetirilmədiyindən bu məhrum iyyətlərin nəticəsi olaraq onların mənəvi sarsıntı keçirmələri istisna deyildir. 11.Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçıların nə vaxt həmin ünvana qeydiyyata düşməsi araşdırımamışdır. Məhkəmə mülki işə baxarkən maddi və prosessual hüquq normalarını pozmaqla yanaşı, qanunvericiliyə açıq-aşkar hörmətsizlik etmişdir. İddiaçıların bu gün başqa bir ünvanda kifayət qədər yaşamaq sahəsi olmasına baxmayaraq, məhkəmə bu halı araşdı rmamışdır. Mənzildə qeydiyyatda olmaq hüquq vermir ki, mənzilə münasibətdə hər hansı bir tələblə çıxış edə bilsinlər. Məhkəmədə qaldırılan iddia tələbi ümumiyyətlə düzgün qoyulmamış və məhkəmə bu tələbi araşdırmadan belə qətnamə çıxarmışdır. Başqa məhkəmə baxışının predmeti olan X3 adına olan mübahisələndirilən qeydiyyat vəsiqəsinə sübut kimi istinad edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mülki işin baxışının digər məhkəmə baxışı başa çatıb hüquqi qüvvəsinin alan qətnamə olana kimi dayandırılmasına dair verilən vəsatətə isə qətnamədə ümumiyyətlə fikir bildirilmir. Məhkəmə qətnaməsində Bakı şəhər 11 saylı Notariat kontoru tərəfindən verilmiş 18 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik işinə əsassız istinad edib. Mənəvi ziyanın təmin edilməsi hissəsində də qətnamə qanuns uz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli q ərarı Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mülki Prosessual Məcəllə

19. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).

20. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

21. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).

22. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2).

23. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1).

24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.

27. Nəzərə alınmalıdır ki, iddia ərizəsinə üçüncü şəxs kimi cəlb olunmuş mübahisəli əmlakın mülkiyyətçisi X3 notariat qaydada təsdiq olunmuş ərizəsi əlavə edilmişdir. Həmin ərizədə sonuncu mübahisəli mənzildə qeydiyyatda olan iddiaçıların orada yaşamasına və ondan istifadə etməsinə razı olduğunu bildirmişdir.

28. Bu baxımdan mülkiyyətçinin iddiaçıların əmlaka sahibliyinə yol verdiyi halda (§ 17) işə baxılarkən mənzilə hər hansı hüququ müəyyən edilməmiş cavabdehin etirazı əsasında iddianın rədd olunması qanuni və əsaslı ola bilməzdi.

29. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10552/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar