Məhkəmə qərarları › İş №2(103)-10552/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10552/2021

01.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10552/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və Əliyev Eynar Akif oğlunun və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı3 və Əliyev Eynar Akif oğlunun Cavabdeh qarşı (mübahidə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 cəlb edilməklə) “maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərlərin əvəzinin tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4833/2021 saylı mülki işi üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 cəlb edilməklə) qarşı "maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərlərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşamaqlarına, ondan istifadə etmələrinə (mənzilə daxil olmaq hüquqları təmin edilməklə), cavabdeh tərəfindən maneələrin törədilməsinin qadağan edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə görə onlara vurulmuş maddi ziyanın əvəzi qismində 5000 manat, mənəvi ziyan 2000 manat, dövlət rüsumunun ödənilməsinə görə 30 manat ümumilikdə 7030 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: İddiaçı3, İddiaçı1 və İddiaçı2 yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 16,mənzil 81-dir; ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ ilə 17 iyun 2019-cu il tarixdə ölmüş X2 vərəsəsi oğlunun - X4 adına 19 dekabr 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir; vətəndaş İddiaçı1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş İddiaçı1 və həmin mənzilə aidiyyəti olan şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur ; İddiaçı2 ilə X5 11 may 1985-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada "Əliyeva” soyadı verilmişdir; İddiaçı2 və İddiaçı3 adlarına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(001)-1630/2020-ci il tarixli qanuni quvvesini almamış qətnaməsinə əsasən Cavabdeh Bakı şəhəri 11 saylı notariat kontoruna və X9 qarşı 04 iyul 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda mərhum X12 tərəfindən 17 iyun 2019-cu il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakdan ona düşən paydan qardaşı X4 xeyrinə imtina etməsi barədə yazılmış ərizənin etibarsız hesab edilməsinə, ərizədən sonra yaranmış hüquqi nəticələrin ləğv edilməsinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, Cavabdeh dövlət rüsumuna görə 30 manat X4 xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. X11 25.05.2021-ci il tarixli ərizəsində ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olan İddiaçı3, İddiaçı1 və İddiaçı2 həmin mənzildə yaşmasına və mənzildən istifadə etməsinə razı olduğunu bildirmişdir .(iş səh.14, 15, 10, 13, 16, 17, 18, 42, 43, 44, 77, 7). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4833/2021 saylı mülki işi üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilinə daxil olmaqla yaşamaqlarına, ondan istifadə etmələrinə Cavabdeh tərəfindən maneələrin törədilməsinin qadağan edilməsi, Cavabdeh mənəvi zərərə görə 150 (bir yüz əlli) manat məbləğində vəsait tutularaq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədə "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə X9 (hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs) məxsusdur. İddiaçıların hər üçünün də yaşayış yeri mübahisəli mənzildir. İddiaçılar tərəfindən həmin mənzildən istifadə edilməsinə mülkiyyətçinin razı olmasına baxmayaraq lakin qohumluq münasibətlərində olan Cavabdeh iddiaçıların mübahisəli mənzildə yaşamalarına və mənzildən istifadə etmələrinə süni maneələr yaradır. Göründüyü kimi, mübahisəli mənzilin mülkiyyətçisinin iddiaçıların həmin mənzildə yaşamalarına və həmin mənzildən istifadə etmələrinə razı olduğu halda, cavabdehin iddiaçılara yaratdığı maneələr qanunsuzdur. Belə ki, Azərbacan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Belə olan halda, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçıların Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 16 saylı evin 81 saylı mənzilinə daxil olmaqla yaşamaqlarına, ondan istifadə etmələrinə cavabdeh tərəfindən maneələrin törədilməsi qadağan edilməlidir. Mənzildən istifadə etmələrinə qanunsuz maneələrin yaradılmasına görə iddiaçılar hüquq mühafizə orqanlarına şikayətlə müraciət etmək, daha sonra məhkəmədə ona qarşı iddia irəli sürmək, bunun üçün məhkəmə xərcləri çəkmək, iddia ilə bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və nəticədə iddiaçıların həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. İddia tələbi bu hissədə qismən təmin edilməli, mənəvi zərərin əvəzi kimi 150 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməli və həmin məbləğ cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Belə ki, yuxarıda qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddia tələbinin "5000 manat məbləğində dəymiş maddi ziyanın əvəzinin cavabdehdən tutulması” hissəsi ilə əlaqədar isə maddi ziyan dəydiyini bildirsələr də lakin qeyd olunanları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1 -ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 25 Avqust 2021-ci il 2(001)-4833/2021 saylı iddianın qismən təmi edilməsi , iddaçılar Əli Atamoğlan oğlunun, İddiaçı3 və İddiaçı1 Bakı Şəhəri Binəqədi Rayonu , Azdliq Prospekti , 16 saylı evin 81 saylı mənzilinə daxil olmaqla yaşamalarına, ondan istifadə etmələrinə cavabdeh X6 tərəfindən manelərin törədilməsi qadağan edilməsini,Cavabdeh mənəvi ziyan görə 150 manat məbləğin tutularaq İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməsinə, qalan hissədə iddianın təmin edilməməsinə dair qətnaməsi maddi və prosessual hüququ normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə işi araşdırıaıkən iddiaçıların nə vaxt həmin ünvana qeydiyyata düşməsini araşdırımamışdır. Belə ki , iddiaçıların həmin ünvana nə vaxt qeydiyyata düşməsinə aydınlıq gətirməli idi. Binəqədi rayon məhkəməsinin icraatında 2020-ci ilin yanvar ayından etibrən onun Binəqədi rayon məhkəməsinin icraatında 11 saylı Notariat kontoruna və X9 qarşı ərizənin etibarsız hesab edilməsi və sair tələbinə dair 2 2(001)-1630\2020 saylı mülki iş olmuş və həmin mülki iş bu gün Bakı Apellyasiya məhkəməsinin icraatında olmaqla apellyasiya şikayəti ilə baxışdadır. Yəni həmin evə dair verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi mübahisələndirilir. Həmin tarixdən sonra həmin evə qeydiyyata alınan şıxslərin ona qarşı qərəzli mövqeyi omaqla onu həmin mənzildən uzaqlaşdırmaq məqsədi güdür. Məhkəmənin icraatında olan mülki mübahisəli işlər üzrə sonradan hər hansı bir hüquqi hərəkətin edilməsi qanunla yol verilməzdir.Məhkəmə mülki işə baxarkən maddi və prosessual hüquq normalrım pozmaqla yanaşı , qanunvriciliyə açıq aşkar hörmətsilik etmişdir. İddiaçıların bu gün başqa bir ünvanda kifayət qədər yaşamaq sahəsi olmasına baxmayaraq , məhkəmə bu halı araşdırmamışdır. Mənzildə qeydiyytada olmaq hüquq vermir ki, mənzilə münasibətdə hər hansı bir tələblə çıxış edə bilsinlər.Məhkəmədə qaldırılan iddia tələbi ümumiyyətlə düzgün qoyulmamış və məhkəmə bu tələbi araşdırmadan belə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsində qeyd edir ki , iddiaçılar iddia ərizəsində qeyd edirlər ki , mübahisəli ünvanda pasport qeydiyyatındadırlar , həmin mənzildə qeydiyyata alındıqları vaxtdan yaşamışlar . Lakin müəyyən səbəblərə görə görə müvəqqəti olaraq həmin mənzildən çıxaraq başqa mənzildə qalmalı olmuşlar. İddia ərizəsinin bu hissəsinə diqqət edək, iddiaçı ərizədə qeyd etmir ki, onların mənzildən başqa yerə getməsinə cavabdeh mane olub. Yəni tərəf öz iradəsinə uyğun olaraq həmin mənzili tərk edir və başqa yyerd, yəni ərinin və ya arvadının, atasındın mülkiyyətində olan evə yaşamaq üçün getmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilməmişdir ki, iddiaçıların ərin-arvadın və ya atasının adına başqa yerdə xüsusi mülkiyyətdə olan ev vardırmı? Məhkəmə bu suala aydınlıq gətirməli idi. Cavabdeh tərəfin işdə iştirakının təmin etmədən, cavabdeh tərəfdən sübutların təqdiminə imkan vermədən qəbul edilən qətnamə məhkəmənin subyektiv fikrlərinə əsaslanmış qətnamədir.Məhkəmənin qəbul etdiyi qətnamənin qət etdiyi hissəsinin birinci bəndinə diqqət edək." Mənzildə yaşamaqlarına , ondan istifadə etmələrinə Cavabdeh tərəfindən maneələrin törədilməsi qadağan edilsin " iddia ərizəsinindən görünür ki , iddaçılar qeyd edir ki , müəyyən səbəblərə görə həmin mənzildən isə müvəqqəti olaraq həmin mənzildən çıxıb başqa yerə getmişlər. Yəni onlar özləri cavabdehin orda yaşmasına qədər mənzildən çıxıb gediblərsə hansı yaşmağa maneədən və qadağadan söhbət gedə bilər ? Məhkəmənin iddiaçıların mənzilə köçürmə tələbi barədə qanuni qüvvəsini almış qətnaməsi olmadan , o mənzili tərk edib getmə səbəblərini aydınlaşdırmır. Başqa məhkəmə baxışının predmeti olan X4 adına olan müahisələndirilən qeydiyyat vəsiqəsinə sübut kimi istinad edilir.Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mülki işin baxışının digər məhkəmə baxışı başa çatıb hüquqi qüvvəsinin alan qətnamə olana kimi dayandırılmasına dair verilən vəsatətə isə qətnamədə ümumiyyətlə fikr bildirilmir. Məhkəmə qətnaməsində Bakı şəıhər 11 saylı Notariat kontoru tərəfindən verilmiş 18 dekabr 2021-ci il tarxili qanun üzrə vərəsəlik işinə istinad edir. Lakin məhkəmə bu iş üzrə başqa məhkəmə baxışında məhkəmə araşdırması ola ola, digər məhkəmə baxışının predmeti olan və məhkəmədə mübahisələndirilən sənəd sübut kimi qəbul edilir. O ki, qaldı mənəvi ziyan tələbinə dair hissəsinə, aydın olur ki, məhkəmə iddiaçı tərəf qarşısında götürdüyü öhdəliyə əməl edərək cavabdeh kimi onu özlündə çıxılmaz hala salmış hesab edir. Maddi və mənəvi ziyan tələbi irəli iddia qaldıran iddiaçı tərəf buna sübut olaraq heç bir şey sübut kimi məhkəmədə bilmir. Məhkəmənin bütün normalara formal olaraq istinad etdiyi belə bir qətnamənin qanuni qüvvədə qalması Azərbaycan ədalət sisteminə ləkədən başqa bir şey deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar və mübahidə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qardaşı arvadı olduğunu, X4 anası vəfat etdikdən sonra miras açıldığını, X7 da bu zaman vəfat etdiyini, lakin vəfat etməmişdən əvvəl digər vərəsələr kimi X4 xeyrinə imtina etdiyini, cavabdehin hal-hazırda həmin mənzildə yaşadığını, apellyasiya şikayətinin formal xarakter daşıdığını, iş üzrə icraatın dayamdırılmasının əsassız olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İlk olaraq qeyd edilməlidir ki, məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvəsinə malik üçüncü şəxsin mülkiyyət hüquqlarının dövlət reyestrində daşınmaz əmlak üzrə qeydiyyatı, onun istənilən şəxsləri özü mülkiyyətində olan yaşayış sahəsinə müvəqqəti və ya daimi yaşamasına icazə vermək haqqını müəyyən edir. Əlbətdə bu icazə rejiminin rəsmiləşdirilməsi və ya qeyd edilən şəxslərə hüququn verilməsi başqa bir prosedurdur, ancaq ilk olaraq onların bu ünvana daxil olub yaşamasına mülkiyyətçinin iradə ifadəsi kifayətdir. Hazırki münasibətlər üzə tələbin məzmunu məhz mülkiyyətçinin iradə ifadəsi çərçivəsində olan iddiaçıların qeyd edilən mənzilə daxil olaraq maneəsiz yaşamasından ibarətdir. Bu müstəvidə diqqətə çatdırılmalıdır ki, iddiaçıların qeyd edilən mənzilə mübahisələndirilməyən inzibati qeydiyyatları da mövcuddur. Onların başqa yerdə yaşamaları və bunun üçün imkanlara malik olmaları sübuta yetirilmədiyindən bu məhrumiyyətlərin nəticəsi olaraq onların mənəvi sarsıntı keçirmələri istisna deyildir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 23,27, 139-158; Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 5, 9, 10; "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcllənin 382, 384.0.1, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4833/2021 saylı mülki işi üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar