Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1808/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə X1 və onun vəkili X5 iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 cavabdeh X6 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin, X1 cavabdehlər İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 cavabdeh X6 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat alnaraq İddiaçı1, 5000 (beş min) manat alnaraq İddiaçı2, 5000 (beş min) manat alınaraq İddiaçı3, 5000 (beş min) manat alınaraq İddiaçı4 və 5000 (beş min) manat alınaraq İddiaçı5 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X9 iddiaçılarla qonşuluqda, ünvan 1 ünvanında yaşayır. X9 qeyri-adekvat hərəkətlər edərək, iddiaçıları söyür, onların ünvanında nalayiq ifadələr işlədərək, təhqir edir, hər dələ üz-üzə gələndə şərəfə ləyaqətini alçaldır. Cavabdehin hərəkətləri barədə hər biri ayrı-ayrılıqda və kollektiv qaydada dəfələrlə Polis İdarəsinə məlumat verilməsi baxmayaraq, Bakı şəhəri Baş Polis İdarəsinin cavab məktublarında X3 izahatının alınması və onunla profilaktik söhbətlərin aparılması qeyd olunmuşdur. Lakin cavabdeh onun barəsində heç bir inzibati və ya digər tədbir görülmədiyindən, qeyri-adekvat hərəkətlər etməkdə davam edir. Bu isə iddiaçıların hər birinin şərəf və ləyaqətini alçaldır. Cavabdehin bu cür hərəkətləri nəticəsində ağır sarsıntı və iztirab keçirmişlər. Hər biri cavabdehin hərəkətlərindən sonra əsəbiləşdiyindən səhhətlərində problem yaranır. Belə ki, cavabdeh, iddiaçıların iş yerlərinin rəhbərliyinə şikayət ərizəsi ilə müraciət edərək, onların saxta yolla işə qəbul olunmağını bildirərək, iş yerinin rəhbərliyindən onların işdən azad olunmasını tələb edir. Bunun da nəticəsində işgüzar nüfuzlarına xələl gətirir. Məhkəmə hazırlıq iclasında X3 qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdehlər İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 müştərək qaydada 28000 manat pulun tutularaq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi qərara alınmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X10 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin rəisinə müraciət edərək, əsassız şikayətlərin və digər sənədləri tələb etmiş, məhkəməyə müraciət etmək üçün hazırlıq görmək istəsə də Polis bölməsindən sənədlər təqdim edilmədiyi üçün vaxtında iddia qaldırılması mümkün olmamışdır. İlkin iddia tələbi üzrə iddiaçılar özlərini müdafiə etmək məqsədi ilə hazırkı iddia tələbini qaldırmışlar. İlkin iddia tələbində göstərilən dəlillərə dair sübut əlavə edilməmiş, iddia tələbi şifahi mülahizələrə əsaslanmışdır. İddia ərizəsində iş yerlərinə əsassız şikayətlər edilməsi, işgüzar nüfuza xələl gətirilməsi göstərilmişdir. Lakin İddiaçı2, İddiaçı5 təqaüdçüdürlər, İddiaçı1 işləmir (iş yeri barədə məlumat yoxdur), S.Quİiyevanın iş yerini bilmir, İddiaçı4 tərəfindən isə iddia ərizəsi ümumiyyətlə imza edilməmişdir. Ülviyyə Baxşıyeva öz vətəndaşlıq borcunu yerinə yetirir. Belə ki, onun müraciəti əsasında A.Neymətulla küçəsi, ev 76 ünvanında yerləşən 1001 xırdavat mağazasında yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması barədə müraciəti Azərbaycan Respbublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X4 tərəfindən araşdırılmış və ərizədə göstərilən hallar öz təsdiqini tapdığından həmin şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırkı iddia tələbindən başqa ilkin iddia tələbi üzrə iddiaçılar əvvəllər də dəfələrlə əsassız şikayətlər etmişlər, onların şikayətlərinə görə tez-tez hüquq mühafizə orqanlarına çağırılır, vaxt itkisi, həmçinin narahatlıq və əsəb gərginliyinə səbəb olur, maddi və mənəvi zərər vurulur. Ülviyyə Baxşıyevaya qarşı törədilmiş cinayət əməli ilə əlaqədar Nərimanov Rayon Məhkəməsində cinayət işinə baxılan zaman şahid qismində dindirilən İddiaçı1 təhqiredici ifadələr işlətmiş, Ülviyyə Baxşıyevanın "psixikasında problemlər" olması, həmçinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən Ceyhun Cəlalov tərəfindən dindirilən zaman "mən Ülviyyəyə dedim ki, sən ruhi xəstəsən, get müalicə al" kimi ifadə verməklə onu kobud surətdə təhqir etmişdir. Bundan başqa İddiaçı1 və İddiaçı2 cinayət işinin istinaqı zamanı yalançı şahidlik etmələrinə baxmayaraq, İddiaçı2 heç bir məhkəmə iclasına gəlməmiş, məhkəmə təqsirləndirilən şəxslərə ittiham hökmü çıxarmış, lakin İddiaçı1 və İddiaçı2 əməllərinə hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəmsinə baxılan zaman isə qeyd olunan hal ilə əlaqədar ayrıca şikayət etmək hüququ izah edilmişdir. Bundan başqa qeyd olunan şəxslər bir neçə dəfə yalançı şahidlik etmişlər. Müvafiq sənədlər iddia ərizəsinə qoşma kimi əlavə edilir. Bundan başqa 2018-ci ilin sentyabr ayında İddiaçı2, İddiaçı1 və İddiaçı5 tərəfindən Ülviyyə Baxşıyevaya qarşı əsassız ittiham irəli sürərək, onun məcburi müayinəyə göndərilməsi tələb etmişlər. İlkin iddia tələbi üzrə iddiaçılar Ülviyyə Baxşıyeva barəsində əsassız şikayətlər etməsi, təhqir etmələri nəticəsində Ülviyyə Baxşıyeva mənəvi sarsıntılar, iztirab keçirmişdir. Mütəmadi olaraq hüquq mühafizə orqanlarına çağırılma, vaxtı itkisi və ən əsası mənəvi zərər vurulmuşdur. Ülviyyə Baxşıyevanın riyaziyyat və beynəlxalq iqtisadi münasibətlər üzrə ali təhsilli var. İddiaçı3n Ülviyyə Baxşıyevadan başqa onun anası 86 yaşında professor xanım olan X7 qarşı da qanunsuz əməllərə yol vermiş, bununla bağlı şikayət edilmiş və 26-cı Polis Bölməsi tərəfindən ona xəbərdarlıq edilmişdir. Bundan başqa İddiaçı3 tərəfindən bir neçə dəfə Ülviyyə Baxşıyevanın mənzilinin giriş qapısının qarşısına müxtəlif növ kimyəvi maddələr, həşəratlar üçün istifadə edilən dərman və neft tökülmüşdür. Halbuki heç bir həşarat olmamışdır. Həmçinin adi vətədaşın zəhərli maddə və neft məhsulunun istifadə yol verilməzdir və ağır nəticələrə səbəb olar bilər. Saya Quliyeva polis bölməsində qeyd olunan halı etiraf etməsə də, təsdiqedici sms-lər mövcuddur. İlkin iddia ərizəsinə sübut kimi təqdim edilmiş kollektiv müraciətdə yuxarıda qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs Ülviyyə Baxşıyevanı cinayət törətməkdə ittiham edərək, ibtidai istintaq zamanı yalançı şahidlik etmişlər və AR Baş Prokuroruna əsassız şikayət etmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı1 hər biri ayrılıqda, iddia tələbini müdafiə edib, ona uyğun izahat verib iddianın təmin edilməsini, qarşılıqlı iddanı qəbul etməyərək rədd edilməsini xahiş etdilər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 ilkin iddia tələbini qəbul etmərək, onun rədd edilməsi, qarşılıqlı iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək, qarşılıqlı iddanın təmin edilməsi barədə qtənamə qbəul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilkin və qarşılıqlı iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X11 Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 76 saylı binanın sakinləridir. Onların arasında müxtəlif mübahisələr var. İlkin və qarşılıqlı tələb eyni mübahisə üzərində qurulub. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə mübahisəli məsələ tərəflərin bir-biriləri barəsində olan şikayət xarakterli fikirlərindən ibarətdir. Şikayətlərin əsasını qonşuluq münasibətləri zəminində yaranan konfliktlər, hüquq mühafizə orqanlarına ünvanlanmış şikayətlər təşkil edir. Məhkəmə iddia tələbində qeyd olunmasa belə hər iki tərəfin məhkəmədə mənəvi ziyan tələb etmələrini şərəf və ləyaqətin alçaldılması, şəxsi nüfuza xələl gətirilməsi ilə əlaqələndirilmələrinə görə aşağıdakıları qeyd edir. Belə ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə qonşular arasında münasibətlərin gərgin olmasına əsas yaradan halların mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçıların şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Məhkəmə qeyd edir ki, məhz bu üç şərtin hamısı mövcud olduqda şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu barədə iddia təmin olunur. Bundan başqa, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X17 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X17 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X17 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-cimaddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5, həmçinin qarşılıqlı iddia X1 fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 cavabdeh X6 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə ilkin iddia ərizəsi dair iddia tələbi təmin edilməsin. X1 cavabdehlər İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı5 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1808/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1808/2020
26.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver