Məhkəmə qərarları › İş №2(005)-181/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-181/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-181/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qalmış cehiz əşyaları: Mebel (divan-1 ədəd, kreslo-2 ədəd, jurnalnıy stol-1 ədəd, TV stend-1 ədəd, masa-1 ədəd, stul-6 ədəd, şifonyer-1 ədəd, taxt-1 ədəd, 2 tumba, trümo-1 ədəd) 12000 manat; mətbəx mebeli, soba, qaz sobası, aspirator daxil - 3000 manat, “LC” markalı paltaryuyan - 1500 manat, “Samsung” markalı soyuducu - 2000 manat, “Samsung" markalı televizor - 1500 manat, “Tefal” markalı ütü - 300 manat, ütü masası - 75 manat, “Rowenta” markalı tozsoran - 700 manat, “Kenwood” markalı ətçəkən - 500 manat, “ Tefal” markalı şirəçəkən - 450 manat, “Bosh” markalı blendor - 175 manat, “Kontakt Home” dükanından alınmış 1 ədəd masa və 4 ədəd stul - 500 manat, paltarasan 1 ədəd - 50 manat, hamam aksessuarları - 65 manat, təmizlik fırçaları, polsilən 200 manat, 3 ədəd böyük xalça, 2 ədəd kiçik xalça - 700 manat, 4 ədəd pərdə (4 hissəli) - 1200 manat, 5 ədəd çilçıraq - 1400 manat, 3 ədəd döşək (1 ədəd taxt döşəyi) - 500 manat, 2 ədəd yorğan - 250 manat, 6 ədəd yastıq - 150 manat, yataq dəsti 5 dəst (“Karaca” 2 dəst, “Madame Coco”- 2, “Elarf'- 1) - 1500 manat, yataq örtükləri 4 ədəd - 1200 manat, süfrə 1 ədəd (“Karaca”) - 300 manat, 3 böyük hamam dəsmalı - 150 manat, stəkan dəsmalları 18 cüt - 200 manat, kosmetik orqanayzer 2 ədəd - 50 manat, tərəzi - 25 manat, dekor əşyaları daxildir (güldan-2 ədəd, şamlar-4 ədəd, kitablar-12 ədəd, saat-1 ədəd, şamdanlar-3 ədəd) - 500 manat, xrustallar tam brend daxildir (güldan, 2 meyvə qabı, 2 çərəz qabı, 2 şirniyyat qabı, 2 qənd qabı, 1 külqabı) - 2700 manat, 4 dəst qazan dəsti - 1000 manat, yemək servisi 24 parça (“Korkmaz”) - 1200 manat, yemək servisi 6 nəfərlik (“Sehayer”) - 300 manat, qaşıq-çəngəl dəsti 24 parça - 350 manat, qaşıq-çəngəl dəsti 6 parça - 100 manat, yemək servisi 6 nəfərlik - 250 manat, qənd qabı 2 ədəd - 80 manat, qrafınka - 30 manat, bıçaq dəsti (“Sehayer”) - 30 manat, yemək bişirmək üçün alətlər - 50 manat, meyvə-tərəvəz üçün plastik qablar - 100 manat, yemək üçün saxlama qabları - 150 manat, ədviyyat üçün saxlama qabları - 100 manat, padnoslar 6 ədəd 140 manat, doğrama taxtaları 2 ədəd - 30 manat, səhər yeməyi set 150 manat, sadə stəkan 12 ədəd - 60 manat, xrustal stəkan 12 ədəd - 120 manat, nəlbəki 24 ədəd - 50 manat, çaydan 4 ədəd və çaynik 4 ədəd - 200 manat, qənd qabı 3 ədəd 45 manat, xəmir hazırlamaq üçün dəst - 50 manat, şirə üçün stəkanlar 24 ədəd - 72 manat, armudu stəkan 6 ədəd və 6 ədəd nəlbəki - 50 manat, kofe üçün fincanlar 6 ədəd və 6 ədəd nəlbəki- 50 manat, çörək qabları 3 ədəd və 2 ədəd saxlama qabı - 150 manat, şirniyyat qabları şüşə və plastik - 50 manat, meyvə qabı şüşə 4 ədəd - 200 manat, şüşə çərəz qabı və dekorativ çərəz qabı - 70 manat, nərdivan - 50 manat, paltar səbəti dəsti - 50 manat, dəmir qazan altlıqları 3 ədəd - 50 manat, plastik vedrə və vanna - 20 manat, mətbəxdə şüşə güldan 2 ədəd - 50 manat, fincanlar 45 manat, su stəkanları - 50 manat, razetka 24 ədəd - 48 manat, duz qabları - 20 manat, soyuducu içi orqanayzerlər 3 ədəd - 20 manat, orqanayzer 3 ədəd - 20 manat, paltaryuyan üçün paltar səbətləri - 40 manat, şirniyyat bişirmə qabları 2 ədəd - 70 manat, ayaqaltı qapı üçün 50 manat, təkərli meyvətərəvəz saxlayıcı 40 manat, boşqab altlıqları 6 ədəd - 45 manat, termos - 20 manat; cəmi: 39905 manat olan cehiz əşyalarının, bu cehiz əşyaları qətnamə icra olunan vaxt mövcud olmasa, onların cəmi dəyəri 39905 manat məbləğində pulun və həmin ünvanda qalmış qızıl-zinət əşyaları: nişan üzüyü ağ qızıl brilliant daşlarla 1 ədəd - 2200 manat, qızıl dəsti brilliant ağ qızıl daxildir (sırğa, üzük, sep, qolbaq) - 6000 manat, tək qolbaq İtaliya sarı qızılı - 500 manat, sırğa 1 cüt sarı İtaliya qızılı (hədiyyə verilmişdir) - 250 manat, tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir) - 190 manat, tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir) - 220 manat, tək qaş, sarı İtaliya qızıl üzük 1 ədəd (hədiyyə verilmişdir) - 200 manat, Qızıl qolbaq və qızıl sep türk qızılı (hədiyyə verilmişdir) - 320 manat, tək kulon sarı - 150 manat, cəmi: 10030 manat olan qızıl-zinət əşyalarının, qətnamə icra olunan vaxt mövcud olmasa, onların cəmi dəyəri 10030 manat məbləğində pulun, ümumillikdə cehiz və qızıl-zinət əşyaları mövcud olmasa, onların cəmi dəyəri 49935 manat məbləğində pulun, 50 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 190 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə ailə münasibətindən xx.xx.2023-cü il tarixdə X2 anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurandan sonra ilk vaxtlar onların ailə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar pozulmuşdur. Ailəni qoruyub saxlamaq mümkün deyildir. Nikahın pozulması ilə bağlı artıq məhkəməyə müraciət etmişdir, iş məhkəmə icraatındadır. Hazırda onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Adət-ənənəyə müvafiq olaraq hər bir qız kimi o da gəlin köçərkən cehiz aparmışdır və ona qızıl-zinət əşyaları hədiyyə olaraq verilmişdir. Onun ailə qurarkən gətirdiyi şəxsi və cehiz əşyaları həyat yoldaşının yaşadığı, Yeni Yasamal rayonu, Əsəd Əhmədov 28, mənzil 127, mərtəbə 7 ünvanında yerləşir. O, cavabdehdən cehiz və qızıl-zinət əşyalarının qaytarılmasını tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymur, müxtəlif bəhanələrlə bundan boyun qaçırır. Aşağıda göstərilən və ona verilən qızıl-zinət əşyaları qohumları və digər şəxslərin gözü qarşısında olmuşdur. Həmin qızıl-zinət əşyaları video çəkilişlərdə və şəkillərdə öz əksini tapmışdır. O, evdən döyülüb qovulmuşdur, özünə aid olan bütün cehiz və qızıl-zinət əşyaları yoldaşıyla yaşadığı ünvanda qalmışdır. Göstərilənləri nəzərə alaraq gəlin köçərkən cehiz kimi apardığı 39905 manat dəyərində əşyaların və ona hədiyyə alaraq verilmiş 10030 manat dəyərində qızıl-zinət əşyalarının və ya hər ikisi olmadıqda isə dəyərlərinin cavabdehdən alınaraq, ona verilməsi barədə iddia tələbi təmin olunmalı, pozulmuş hüquqları bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı ilə cavabdeh uşaq doğulmamışdan əvvəl bir dəfə ayrılıblar, sonra yenidən barışıblar. İddiaçının dediyinə görə səs yazısı həmin dövrdə yazılıb. Qarşı tərəfin təqdim etdiyi səs yazısının qeyd edildiyi vaxtdan sonra isə iddiaçı ilə cavabdeh yenidən barışmışdır. İddiaçı özü səs yazısında deyir ki, qızılları küsülü olan vaxt götürsə də sonradan barışıblar, qızılları evə qaytarıb. İddia ərizəsində göstərilən qızıllar və cehiz əşyaları cavabdehin qanunsuz sahibliyindədir. İddiaçı evi tərk edən zaman onların heç birini özü ilə götürə bilməmişdir. Bu səbəbdən də onların iddiaçıya qaytarılmasını tələb edirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddiaçı tez-tez evdən gedib, atasıgildə qalırdı. İddiaçı evdən narazılıq edirdi ki, ev onu sıxır, daha böyük ev lazımdır. Atasıgilə gedən zaman da həftələrlə orada qalırdı. İddiaçı qızılları anasıgildə saxlayırdı, evlənəndən bir müddət sonra, ora daha təhlükəsizdi deyərək aparmışdı. O, evdən çıxan gün də 20 çanta paltar yığıb götürüb. Yəni iddiaçının döyülməsindən söhbət gedə bilməz. Döyülən insan evdən çıxan gün 20 çanta özü ilə əşya aparmazdı. Cehiz əşyalarla bağlı da problem yoxdur. Cehiz əşyalarının onların evindən çıxarılmasını istəyirlər. Həmin cehiz əşyaları onlara mane olur. Cehiz əşyaları siyahıya alınmışdır. Sadaladıqları bütün cehizlər onların evindədir. Bu səbəbdən də iddia ərizəsində cehiz əşyalarının dəyəri kimi yazılmış qiymətlərə etiraz etmirlər. Hər bir halda məhkəmə qərar çıxaran kimi həmin əşyalar təqdim ediləcəkdir. İddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsində rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin hesabatından görünür ki, nişan üzüyü ağ qızıl brilliant daşlarla 1 ədəd, Qızıl dəsti brilliant ağ qızıl (sırğa, üzük, sep, qolbaq), tək qolbaq İtaliya sarı qızılı, sırğa 1 cüt sarı İtaliya qızılı (hədiyyə verilmişdir), tək qaş, sarı İtaliya qızılı, üzük 1 ədəd (hədiyyə verilmişdir), tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir), tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir), Qızıl qolbaq və qızıl sep türk qızılı (hədiyyə verilmişdir), tək kulon qızıl-zinət əşyalarının xx.xx.2025-ci il tarixinə bazar dəyəri 9612 manat təşkil edir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlə iddiaçı xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X2 doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1520/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 10 noyabr 2022-ci il tarixdə bağlanmış nikahın pozulması, 21 avqust 2023-cü il təvəllüdlü X1 iddiaçı (anası) İddiaçı yanında saxlanılması qət edilmişdir. Hazırda iddiaçı evdən çıxarkən qızıl-zinət əşyalarının, eləcə də cehiz əşyalarının cavabdeh tərəfdə qalmasına istinad edərək, həmin əşyaların cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir Qeyd olunmalıdır ki, qızıl-zinət və cehiz əşyalarının cavabdehdən alınması tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsi, belə iddiaların təmin olunması üçün əsas ola bilər. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həmin əşyaların mövcudluğunu, mövcudluğu sübuta yetirildiyi halda isə həqiqətən də birgə yaşadıqları evi, mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Hazırki işdə isə, qızıl-zinət əşyalarının hamısının mövcudluğu, onların həqiqətən qızıl olub-olmaması, iddia ərizəsində göstərilən qramda, əyarda olması, hətta onların mövcudluğu qəbul edilsə belə həqiqətən cavabdehdə qalması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş səs yazılarından da görünür ki, iddiaçı cavabdehə “Qızılları o dünyada görərsiz”, “Onları satsam da, dəyəri çox aşağıdır” cümlələri işlədir. Digər tərəfdən cavabdeh tərəfin bildirdiyinə görə, o daha öncədən dəfələrlə evi tərk etmiş və anasıgilə getmişdir. Qızılları isə evlənəndən bir müddət sonra, “orada daha təhlükəsizdir” bildirərək anasıgildə saxlamışdır. İddiaçı tərəf isə qızılları anasıgilə apardığını, lakin sonradan qaytardığını bildirmişdir. Göstərilənlər baxımından məhkəmə qızılların cavabdehdə qalmasını inandırıcı hesab etmir. Belə ki, mülki prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, qızıl-zinət əşyalarının mövcudluğunu, onları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunan hallarla bağlı iddiaçının izahatları o zaman işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Hazırki işdə isə belə bir sübutlar mövcud deyildir. Qeyd olunmalıdır ki, sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Bu baxımdan sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qızıl-zinət əşyalarının qaytarılması tələbinin təmin edilməsi üçün isə hazırki işdə müvafiq tələblərə cavab verən mötəbər sübutlar mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1 və 88-ci maddələri). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qızıl-zinət əşyalarının hazırda cavabdehin qanunsuz sahibliyində qalmasını sübuta yetirə bilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cehiz əşyalarının onlarda olmasını qəbul etmiş və qaytaracağını bildirmişdir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində sadalanan və qaytarılmasını tələb etdiyi cehiz əşyalarının mövcudluğu cavabdeh tərəfin izahatı və müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla təsdiq olunur. Həmin aktla cavabdehə məxsus mənzildə iddia ərizəsində göstərilən cehiz əşyaları siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia, iddia ərizəsində göstərilən cehiz əşyalarının qaytarılması hissəsində təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən iddia ərizəsində göstərilən bütün cehiz əşyalarının onlarda olduğunu qəbul etmişdir. Qaytarılmalı olan cehiz əşyalarının dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddələrinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Əşyaların iddia ərizəsində göstərilən dəyəri ilə bağlı həmçinin qeyd edilməlidir ki, həmin məbləğlər hazırki bazar qiymətləri nəzərə alınmaqla məntiqli və ağlabatandır. Həmçinin cavabdeh tərəf əşyaları qaytaracağını bildirərək onların dəyərini mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə, prosessual qənaət prinsipini, əşyaların üzərinə həbs qoyulduğunu və hazırki dövrdə mövcud olduğunu nəzərə alaraq əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin qaytarmalı olduğu əşyaların dəyəri iddia ərizəsində göstərildiyi kimi müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki iş materiallarından görünür ki, 50 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə 190 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.Cehiz əşyalarının qaytarılması tələbi qiymətləndirilməyən iddia olduğundan və iddia həmin hissədə təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, icra məmuru tərəfindən tərtib edilmiş aktla mənzildə mövcud olduğu müəyyən edilən və cavabdehin mövcudluğunu etiraf etdiyi, hazırda Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qalmış cehiz əşyaları: dəyəri 12000 manat olan mebel (divan-1 ədəd, kreslo-2 ədəd, jurnalnıy stol-1 ədəd, TV stend-1 ədəd, masa-1 ədəd, stul-6 ədəd, şifonyer- 1 ədəd, taxt-1 ədəd, 2 tumba, termo-1 ədəd); dəyəri 3000 manat olan mətbəx mebeli, soba, qaz sobası, aspirator daxil, dəyəri 1500 manat olan “LG” markalı paltaryuyan, dəyəri 2000 manat olan “Samsung” markalı soyuducu, dəyəri 1500 manat olan “Samsung" markalı televizor, dəyəri 300 manat olan “Tefal” markalı ütü, dəyəri 75 manat olan ütü masası, dəyəri 700 manat olan “Rowenta” markalı tozsoran, dəyəri 500 manat olan “Kenwood” markalı ətçəkən, dəyəri 450 manat olan “Tefal” markalı şirəçəkən, dəyəri 175 manat olan “Bosh” markalı blendor, dəyəri 500 manat olan “Kontakt Home” dükanından alınmış 1 ədəd masa və 4 ədəd stul, dəyəri 50 manat olan paltarasan 1 ədəd, dəyəri 65 manat olan hamam aksessuarları, dəyəri 200 manat olan təmizlik fırçaları, polsilən, dəyəri 700 manat olan 3 ədəd böyük xalça, 2 ədəd kiçik xalça, dəyəri 1200 manat olan 4 ədəd pərdə (4 hissəli), dəyəri 1400 manat olan 5 ədəd çilçıraq, dəyəri 500 manat olan 3 ədəd döşək (1 ədəd taxt döşəyi), dəyəri 250 manat olan 2 ədəd yorğan, dəyəri 150 manat olan 6 ədəd yastıq, dəyəri 1500 manat olan yataq dəsti 5 dəst (“Karaca” 2 dəst, “Madame Coco”- 2, “Elarf'- 1), dəyəri 1200 manat olan yataq örtükləri 4 ədəd, dəyəri 300 manat olan süfrə 1 ədəd (“Karaca”), dəyəri 150 manat olan 3 böyük hamam dəsmalı, dəyəri 200 manat olan stəkan dəsmalları 18 cüt, dəyəri 50 manat olan kosmetik orqanayzer 2 ədəd, dəyəri 25 manat olan tərəzi, dəyəri 500 manat olan dekor əşyaları (güldan-2 ədəd, şamlar- 4 ədəd, kitablar-12 ədəd, saat-1 ədəd, şamdanlar-3 ədəd), dəyəri 2700 manat olan xrustallar tam brend (güldan, 2 meyvə qabı, 2 çərəz qabı, 2 şirniyyat qabı, 2 qənd qabı, 1 külqabı), dəyəri 1000 manat olan 4 dəst qazan dəsti, dəyəri 1200 manat olan yemək servizi 24 parça (“Korkmaz”), dəyəri 300 manat olan yemək servizi 6 nəfərlik (“Sehayer”), dəyəri 350 manat olan qaşıq-çəngəl dəsti 24 parça, dəyəri 100 manat olan qaşıq-çəngəl dəsti 6 parça, dəyəri 250 manat olan yemək servizi 6 nəfərlik, dəyəri 80 manat olan qənd qabı 2 ədəd, dəyəri 30 manat olan qrafınka, dəyəri 30 manat olan bıçaq dəsti (“Sehayer”), dəyəri 50 manat olan yemək bişirmək üçün alətlər, dəyəri 100 manat olan meyvə-tərəvəz üçün plastik qablar, dəyəri 150 manat olan yemək üçün saxlama qabları, dəyəri 100 manat olan ədviyyat üçün saxlama qabları, dəyəri 140 manat olan padnoslar 6 ədəd, dəyəri 30 manat olan doğrama taxtaları 2 ədəd, dəyəri 150 manat olan səhər yeməyi set, dəyəri 60 manat olan sadə stəkan 12 ədəd, dəyəri 120 manat olan xrustal stəkan 12 ədəd, dəyəri 50 manat olan nəlbəki 24 ədəd, dəyəri 200 manat olan çaydan 4 ədəd və çaynik 4 ədəd, dəyəri 45 manat olan qənd qabı 3 ədəd, dəyəri 50 manat olan xəmir hazırlamaq üçün dəst, dəyəri 72 manat olan şirə üçün stəkanlar 24, dəyəri 50 manat olan armudu stəkan 6 ədəd və 6 ədəd nəlbəki, dəyəri 50 manat olan kofe üçün fincanlar 6 ədəd və 6 ədəd nəlbəki, dəyəri 150 manat olan çörək qabları 3 ədəd və 2 ədəd saxlama qabı, dəyəri 50 manat olan şirniyyat qabları şüşə və plastik, dəyəri 200 manat olan meyvə qabı şüşə 4 ədəd, dəyəri 70 manat olan şüşə çərəz qabı və dekorativ çərəz qabı, dəyəri 50 manat olan nərdivan, dəyəri 50 manat olan paltar səbəti dəsti, dəyəri 50 manat olan dəmir qazan altlıqları 3 ədəd, dəyəri 20 manat olan plastik vedrə və vanna, dəyəri 50 manat olan mətbəxdə şüşə güldan 2 ədəd, dəyəri 45 manat olan fincanlar, dəyəri 50 manat olan su stəkanları, dəyəri 48 manat olan razetka 24 ədəd, dəyəri 20 manat olan duz qabları, dəyəri 20 manat olan soyuducu içi orqanayzerlər 3 ədəd - 20 manat, orqanayzer 3 ədəd, dəyəri 40 manat olan paltaryuyan üçün paltar səbətləri, dəyəri 70 manat olan şirniyyat bişirmə qabları 2 ədəd, dəyəri 50 manat olan ayaqaltı qapı üçün, dəyəri 40 manat olan təkərli meyvə-tərəvəz saxlayıcı, dəyəri 45 manat olan boşqab altlıqları 6 ədəd, dəyəri 20 manat olan termos, qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumuna görə 100 manat və mediasiya xərcinə görə 50 manat olmaqla, cəmi 150 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən evdə qalmış cehiz əşyaları: dəyəri 12000 manat olan mebel (divan-1 ədəd, kreslo-2 ədəd, jurnalnıy stol-1 ədəd, TV stend-1 ədəd, masa-1 ədəd, stul-6 ədəd, şifonyer-1 ədəd, taxt-1 ədəd, 2 tumba, termo-1 ədəd); dəyəri 3000 manat olan mətbəx mebeli, soba, qaz sobası, aspirator daxil, dəyəri 1500 manat olan “LG” markalı paltaryuyan, dəyəri 2000 manat olan “Samsung” markalı soyuducu, dəyəri 1500 manat olan “Samsung" markalı televizor, dəyəri 300 manat olan “Tefal” markalı ütü, dəyəri 75 manat olan ütü masası, dəyəri 700 manat olan “Rowenta” markalı tozsoran, dəyəri 500 manat olan “Kenwood” markalı ətçəkən, dəyəri 450 manat olan “Tefal” markalı şirəçəkən, dəyəri 175 manat olan “Bosh” markalı blendr, dəyəri 500 manat olan “Kontakt Home” dükanından alınmış 1 ədəd masa və 4 ədəd stul, dəyəri 50 manat olan paltarasan 1 ədəd, dəyəri 65 manat olan hamam aksessuarları, dəyəri 200 manat olan təmizlik fırçaları, polsilən, dəyəri 700 manat olan 3 ədəd böyük xalça, 2 ədəd kiçik xalça, dəyəri 1200 manat olan 4 ədəd pərdə (4 hissəli), dəyəri 1400 manat olan 5 ədəd çilçıraq, dəyəri 500 manat olan 3 ədəd döşək (1 ədəd taxt döşəyi), dəyəri 250 manat olan 2 ədəd yorğan, dəyəri 150 manat olan 6 ədəd yastıq, dəyəri 1500 manat olan yataq dəsti 5 dəst (“Karaca” 2 dəst, “Madame Coco”- 2, “Elarf'- 1), dəyəri 1200 manat olan yataq örtükləri 4 ədəd, dəyəri 300 manat olan süfrə 1 ədəd (“Karaca”), dəyəri 150 manat olan 3 böyük hamam dəsmalı, dəyəri 200 manat olan stəkan dəsmalları 18 cüt, dəyəri 50 manat olan kosmetik orqanayzer 2 ədəd, dəyəri 25 manat olan tərəzi, dəyəri 500 manat olan dekor əşyaları (güldan-2 ədəd, şamlar-4 ədəd, kitablar-12 ədəd, saat-1 ədəd, şamdanlar-3 ədəd), dəyəri 2700 manat olan xrustallar tam brend (güldan, 2 meyvə qabı, 2 çərəz qabı, 2 şirniyyat qabı, 2 qənd qabı, 1 külqabı), dəyəri 1000 manat olan 4 dəst qazan dəsti, dəyəri 1200 manat olan yemək servisi 24 parça (“Korkmaz”), dəyəri 300 manat olan yemək servisi 6 nəfərlik (“Sehayer”), dəyəri 350 manat olan qaşıq-çəngəl dəsti 24 parça, dəyəri 100 manat olan qaşıq-çəngəl dəsti 6 parça, dəyəri 250 manat olan yemək servisi 6 nəfərlik, dəyəri 80 manat olan qənd qabı 2 ədəd, dəyəri 30 manat olan qrafınka, dəyəri 30 manat olan bıçaq dəsti (“Sehayer”), dəyəri 50 manat olan yemək bişirmək üçün alətlər, dəyəri 100 manat olan meyvə-tərəvəz üçün plastik qablar, dəyəri 150 manat olan yemək üçün saxlama qabları, dəyəri 100 manat olan ədviyyat üçün saxlama qabları, dəyəri 140 manat olan podnoslar 6 ədəd, dəyəri 30 manat olan doğrama taxtaları 2 ədəd, dəyəri 150 manat olan səhər yeməyi set, dəyəri 60 manat olan sadə stəkan 12 ədəd, dəyəri 120 manat olan xrustal stəkan 12 ədəd, dəyəri 50 manat olan nəlbəki 24 ədəd, dəyəri 200 manat olan çaydan 4 ədəd və çaynik 4 ədəd, dəyəri 45 manat olan qənd qabı 3 ədəd, dəyəri 50 manat olan xəmir hazırlamaq üçün dəst, dəyəri 72 manat olan şirə üçün stəkanlar 24, dəyəri 50 manat olan armudu stəkan 6 ədəd və 6 ədəd nəlbəki, dəyəri 50 manat olan kofe üçün fincanlar 6 ədəd və 6 ədəd nəlbəki, dəyəri 150 manat olan çörək qabları 3 ədəd və 2 ədəd saxlama qabı, dəyəri 50 manat olan şirniyyat qabları şüşə və plastik, dəyəri 200 manat olan meyvə qabı şüşə 4 ədəd, dəyəri 70 manat olan şüşə çərəz qabı və dekorativ çərəz qabı, dəyəri 50 manat olan nərdivan, dəyəri 50 manat olan paltar səbəti dəsti, dəyəri 50 manat olan dəmir qazan altlıqları 3 ədəd, dəyəri 20 manat olan plastik vedrə və vanna, dəyəri 50 manat olan mətbəxdə şüşə güldan 2 ədəd, dəyəri 45 manat olan fincanlar, dəyəri 50 manat olan su stəkanları, dəyəri 48 manat olan razetka 24 ədəd, dəyəri 20 manat olan duz qabları, dəyəri 20 manat olan soyuducu içi orqanayzerlər 3 ədəd - 20 manat, orqanayzer 3 ədəd, dəyəri 40 manat olan paltaryuyan üçün paltar səbətləri, dəyəri 70 manat olan şirniyyat bişirmə qabları 2 ədəd, dəyəri 50 manat olan ayaqaltı qapı üçün, dəyəri 40 manat olan təkərli meyvə-tərəvəz saxlayıcı, dəyəri 45 manat olan boşqab altlıqları 6 ədəd, dəyəri 20 manat olan termos, qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 manat və mediasiya xərcinə görə 50 manat olmaqla, cəmi 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar