Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1814/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X12 Mehdi qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh MMC-nin nümayəndəsi X4, X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-nə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi, yeni inşa edilmiş binanın 4-cü mərtəbəsində sahəsi 81,5 kv.m olan 2 otaqlı tam təmirli mənzilin onlara verilməsi, eyni zamanda, dəymiş maddi və mənəvi ziyana görə Cavabdeh MMC-dən 20.000 manat məbləğində pulun onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili birgə nikah dövründə əldə etmişlər və çıxarışa əsasən həmin mənzil mülkiyyət hüququ əsasında İddiaçı1 Analolyevnanın adına qeydiyyatdan keçmişdir. “Sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilmiş və yaşadıqları bina Pilot Layihənin həyata keçirilməsi üzrə dövlət proqramına daxil edilmişdir. Bunun əsasında İddiaçı1 Analolyevna ilə "xxxx" MMC arasında xx.xx.2017 -ci il tarixli T15 saylı müqavilə bağlanmış, müqaviləyə zamin olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri sökülən evin sakinlərini əmin etmişlər ki, yeni tikilmiş evdə yaşayış sahəsi və yaşayış sahəsindənstifadə hüquqları pozulmayacaq və həmçinin ödəniş şərtləri dəyişməyəcək. Həmin müqaviləyə əsasən cavabdeh təşkilat İddiaçı1 Analolyevnaya tam təmirli, yaşayış sahəsi 68 kv.m. olan 2 otaqlı mənzil verməli, mənzil verilənədək hər ay 400 manat kirayə haqqı ödəməli idi. Daha sonra cavabdeh təşkilatın nümayəndəsi bildirmişdir ki, 2 otaqlı mənzillər 81,5 kv.m. təşkil edir və bu səbəbdən İddiaçı1 Analolyevnaya inşa edilən binanın 4-cü mərtəbəsində ümumi sahəsi 79 kv.m. olan 2 otaqlı 12 saylı tam ləmirli mənzil verəcəklər və buna görə İddiaçı1 Analolyevnadan 2000 manat ödəniş almışlar. Lakin, cavabdeh təşkilal verdiyi vədə əməl etməmiş və üzərinə düşən öhdəlikləri kobud surətdə pozaraq, bina və mənzillərdə təmir işləri tamamlanmamış, yaşayış kompleksinin ərazisində tikinti işləri tamamlanmamış, (həyətdə təmir-tikinti işləri bu gün da davam edir), inşa edilən bina rəsmi istismara və istifadəyə verilməmiş, aylıq kirayə haqqının ödənişini dayandıraraq, İddiaçı1 Analolyevnaya binanın 4-cü mərtəbəsində ümumi sahəsi 76.5 kv.m., təmiri isə yararsız olan 12 saylı mənzili təqdim etmişlər. Hesab edir ki, cavabdeh tərəfindən onların hüquqları kobud şəkildə pozulmuş, qanunvericiliyin tələblərinə, o cümlədən Azərbaycan Respublikasının qoşulmuş olduğu beynəlxalq müqavilələrdən ölkə üçün irəli gələn öhdəliklərə əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qəran iiə qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını həyata keçirməlidir. Cavabdeh təşkilat tərəfindən baş vermiş pozuntular aşağıdakılardan ibarətdir: 1. Cavabdeh MMC-nin işçilərinin təqsiri üzündən A.Əlizadə, ev 72 ünvanında yeni tikilmiş evdə İddiaçı1 Analolyevnaya ayrılmış 12 saylı mənzilin sənədləri düzgün tərtib olunmayıb. Həmin evin 13 saylı mənzilinə bütün kommunal xəttlər (işıq, qaz, su) verilib. Bu səbəbdən İddiaçı1 Analolyevnaya ayrılan mənzildə qaz yoxdur; 2. Cavabdeh MMC tərəfindən 26 iyul 2017-ci il tarixli T 15 nömrəli müqavilənin 1.1-ci, 2.2-ci bəndlərinə uyğun olaraq mənzildə aparılan tikinti və təmir işləri standartlara və keyfiyyətə cavab vermir, səs izolyasiyası yoxdur, giriş qapısı keyfiyyət standartlarına cavab vermir, santexnika və rəngləmə işləri keyfiyyətsizdir. Keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması ilə bağlı dəfələrlə Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etsələr də, hələ də onlar tərəfindən heç bir tədbir görülməyib; 3. Cavabdeh MMC-nin imzalanmaq üçün təklif etdiyi mənzilin qəbulu və təhvil verilməsi üzrə yekun müqavilə standartlara uyğun gəlmir, yəni müqavilənin məzmunu müqavilənin predmetinə müvafiq deyil; 4. Mənzil dövlət proqramına uyğun olaraq sökülən şəxsi mənzilin müqabilində İddiaçı1 Analolyevnaya verilsə də, müqavilədə alqı-satqı şərtləri var; 5. “xx.xx.2019" imzalanma tarixi mənzilin imzalanaraq istifadəyə verildiyi gün qüvvədə olan tarixə uyğun gəlmir (müqavilə imzalanmamışdır); 6. 2.2.1-ci bənd - Cavabdeh MMC-nin elan etdiyi, sahəsi 81,5 kv.m olan 2 otaqlı mənzilin əvəzinə 2 otaqlı mənzilin faktiki ümumi sahəsi 76,5 kv.mdir; 7. Cavabdeh MMC-nin müqaviləsində 3-cü mərtəbədəki 13 saylı mənzil qeyd olunub, halbuki gerçəkdə yeni tikilmiş binanın 4-cü mərtəbəsində ayrılmış mənzilin nömrəsi “12”dir. Onlar dəfələrlə şirkət rəhbərliyinin və işçilərinin diqqətini bu məqamlara yönəltmişlər və çoxsaylı müraciətlərindən sonra Cavabdeh MMC 2021-ci ilin may ayında müqavilənin tarixini dəyişdi, lakin məzmun eyni qaldı. Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq, onlar Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli yazılı müraciətdə qeyd etdikləri dəyişikliklərin edilməsini təklif etmişlər. Təklif bunlardan ibarət olmuşdur: 1. Mənzilin istismara qəbulu və təhvil verilməsi müqaviləsini uyğunlaşdırmaq; 2. Mənzilin istismara qəbulu və təhvil verilməsi müqaviləsinə görülmüş təmir işlərinin aktını əlavə olaraq təqdim etmək; 3. Qarajdan istifadə şərtlərini uyğunlaşdırmaq, çünki əvvəllər sökülən evin həyətində nəqliyyat vasitəsini pulsuz saxlamaq üçün yerləri var idi; 4. Mövcud dövlət tariflərinə uyğun olaraq kommunal xidmətlərin ödənilməsi şərtlərini uyğunlaşdırmaq, çünki onlar dövlət Pilot Layihəsinin iştirakçılarıdırlar və İdarəedən Şirkət "xxxx" MMC tərtibatçı tərəfindən ev sakinlərinin iştirakı və razılığı olmadan müstəqil olaraq seçilmişdir. Lakin Cavabdeh MMC-nin rəhbərliyi məsələnin həllini bilərəkdən gecikdirir, onları öz şərtlərini qəbul etməyə məcbur edir. 2021-ci ilin iyul ayında o, idarəetmə şirkətinin ofisinə növbəti səfəri zamanı yaşayış kompleksinin ərazisində tikinti işləri başa çatdırılmadığı və təhlükəsizlik standartlarına əməl edilmədiyi üçün xəsarət almışdır. Nəticədə, yıxıldıqdan sonra onurğanın yerdəyişməsi baş vermiş, o, xəstəxanaya düşmüş, mürəkkəb əməliyyat keçirmiş və hələ də sərbəst hərəkət edə bilmir. Cavabdeh MMC-nin nümayəndəsi 11 aprel 2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-cı il tarixli, 267 nömrəli Sərəncamına əsasən, Cavabdeh MMC-yə rayonun Təbriz, Ə.Əlizadə, T.Şıxəliyev və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılmasına icazə verilmişdir. Eyni zamanda "xxxx" MMC ilə ərazidə yaşayan sakin İddiaçı1 arasında 26 iyul 2017-ci il tarixində № T15 saylı ilkin müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1 bəndinə əsasən vətandaş İddiaçı1 T.Şıxəliyev küçəsi ev 12, mənzil 47 ünvanında olan 2 (iki) otaqlı, 54 kv.m ibarət mülküyyətində olan mənzilinin ümumi sahəsinə 15-25 faiz əlavə edilməklə, mənzili "xxxx" MMC-yə təhvil verməsi barədə öz üzərinə öhdəlik götürmüşdür. "xxxx" MMC isə vətandaş İddiaçı1 mülküyyətində olan 2 (iki) otaqlı, 54 kv.m ibarət mənzilin əvəzinə, həmin ünvanda 68,0 kv.m ibarət 2 otaqlı təmirli mənzili təhvil verlməsi barədə öhdəlik götürmüşdür. 26 iyul 2017-ci il tarixli № T15 saylı ilkin müqavilənin 2.1.2-ci bəndinə əsasən tikinti başa çatanadək, "xxxx" MMC tərəfindən vətandaş İddiaçı1 hər ay müvəqqəti yaşayış məqsədi ilə 400 ( dörd yüz) manat kirayə haqqı verilməsi barədə öhdəlik götürmüşdür. Qeyd olunan müqavilənin 2.2.4. bəndinə əsasən binanın bünövrəsi qoyulduqdan sonra "xxxx" MMC tikinti işlərini 18 aya çatdırılması barədə öhdəlik götürmüşdür. Diqqətinizə çatdırmağı zəruri hesab edirik ki, 2019-cu ilin yanvar ayında tikinti işləri başa çatmışdır. Vətandaş İddiaçı1 "xxxx" MMC-nin ofisinə dəvət edilmişdir. Ona yaşayış binasının 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən 12 saylı, 3 otaqlı, ümumi sahəsi 81,5 kv.m ibarət olan mənzil təklif edilmişdir. Vətandaş İddiaçı1 izah edilmişdir ki, 68,0 kv.m mənzilinin əvəzinə 79,8 kv.m əvəzləmə yolu ilə 1,7 kv.m əlavə sahəyə görə 2.000 (iki min) manat ödəniş etməlidir. O, 2000 (iki min) manat ödənişi etsə də xx.xx.2019cu il tarixli müqaviləni imzalamaqdan onlara məlum olmayan səbəblərdən imtina etmişdir. Vətəndaş İddiaçı1 19.02. 2019-cu il tarixli müqaviləni imzalamadığına görə onun mənzilində qaz, su, işıq sayğaclarında problemlər yaranır. Müqavilə imzalandıqdan sonra qısa zamanda problemlərin aradan qaldırılması mümkündür. Vətəndaş İddiaçı1nm tikinti işlərinin keyfiyyətsiz aparılması tələbinə cavab olaraq bildiririk ki, təmirin sakinlər tərəfindən aparılmasını ilkin olaraq biz vətəndaşlara təklif edirik və hər bir kv.m uyğun olaraq onlara təmir üçün təklif veririk. Vətəndaş təklifdən imtina etdikdə, təmir bizim tərəfimizdən həyata keçirilir. Təmir işlərinə vətandaşlar özləri nəzarət edir, onlara rəng, divar kağızlarının, kafel-metlaq və aksesuarlarm seçilməsində üstünlük, sərbəstlik verilir. Bütün sakinlərin mənzillərinə eyni giriş qapıları qoyulur, vətəndaş bizim qoyduğumuz qapılarla razılaşmadıqda, qapının dəyər qiyməti onlara ödənilir, vətəndaş istədiyi qapını özü alır. Vətəndaş İddiaçı1nm atasına şirkətin əməkdaşları tərəfindən xəsarət yetirilməmişdir. Onun 11 gün müalicə almasına görə bizim məsulliyyətimiz yoxdur. Vətəndaş İddiaçı1nm tikintidən əvvəl qarajı olmadığına görə qarajla təmin edilməmişdir. Müqavilə üzrə də qaraj barədə öhdəliyimiz olmamışdır. Vətəndaş İddiaçı1nm binanın saxlanmasına görə kommunal xidmətlərin ödənilməsi şərtlərindən narazıcılığmın isə bizimlə hec bir əlaqəsi yoxdur. Sakinlər özləri müstəqil müəssisə yarada bilərlər. "xxxx" MMC vətəndaş İddiaçı1 26 iyul 2017-ci il tarixli № T15 saylı ilkin müqavilə şərtlərinə görə 68,0 kv.m. ibarət 2 otaqlı təmirli mənzil təhvil verməsi barədə öhdəlik götürmüşdür. Lakin biz humanistlik göstərərək vətəndaş İddiaçı1 oxdan-oxa ümumi sahəsi 81,5 kv.m ibarət olan mənzil təklif edirik və təmirdə möcud olan kicik nöqsanları da aradan qaldırılmasına söz veririk. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh MMC tərəfindən mənzilin təhvil-təslim aktının təqdim edilməsi, müqavilənin 2.2.4, 2.2.5, 2.2.6, 2.2.7-ci maddələrinə uyğun olaraq təmir-tikinti işləri aparılarkən baş vermiş nöqsanların aradan qaldırılması, yeni tərtib edilmiş müqavilədə X2 mülkiyyətçi kimi göstərilməsi, ekspert rəyinə müvafiq olaraq, verilən mənzilin 4-cü mərtəbədə yerləşməsi və ümumi sahəsinin 76,5 kv.m., olmaqla 12 saylı mənzilin olmasının müqavilədə göstərilməsi və Cavabdeh MMC üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, yeni inşa edilmiş binanın 4-cü mərtəbəsində sahəsi 2 otaqlı tam təmirli 12 saylı mənzilin bizə verilməsi, eyni zamanda dəymiş maddi ziyana görə Cavabdeh MMC-dən 13600 manat aylıq kirayə haqqı, 6400 manat tikinti materiallarına görə və mənəvi ziyana görə 20 000 manat məbləğində pulun onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi onun tərəfindən imzalanmamış 19 fevral 2019-cu il tarixli alqı satqı müqaviləsini məhkəməyə təqdim edərək bildirmişdir ki, güya onlar müqaviləni imzalamayaraq mənzili qəbul etməkdən imtina etmişlər. Əvvəla məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh təşkilat mübahisəsi aparılan mənzili ona alqı-satqı müqaviləsi əsasında deyil, onlara məxsus Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində yerləşən 12 saylı evin 47 nömrəli mənzilinin Pilot Layihənin əsasında sökülməsi nəticəsində əvəzində verilən mənzildir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli imzasız müqavilədə isə guya mənzilin 1 (bir) kv.metrini 1200 manata ona satdığını göstərmişdir. Halbu ki, yuxarıda qeyd etdiyi kimi, Pilot layihə əsasında onlara məxsus mənzil sökülmüş və əvəzində yeni, təmir edilmiş mənzil təqdim edilməlidir. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2017 -ci il tarixli T15 saylı müqaviləyə istinad etmişdir. Həmin müqaviləyə əsasən cavabdeh təşkilat ona tam təmirli, yaşayış sahəsi 68 kv.m. olan 2 otaqlı mənzil verməli, mənzil verilənədək hər ay 400 manat kirayə haqqı ödəməlidir. Daha sonra cavabdeh təşkilatın nümayəndəsi bildirmişdir ki, ona inşa edilən binanın 4-cü mərtəbəsində ümumi sahəsi 79 kv.m. olan 2 otaqlı 13 saylı tam təmirli mənzil verəcəklər və buna görə ondan 2000 manat ödəniş almışlar. Lakin, cavabdeh təşkilat verdiyi vədə əməl etməmiş, və üzərinə düşən öhdəlikləri kobud surətdə pozaraq, bina və mənzillərdə təmir işləri tamamlamamış, yaşayış kompleksinin ərazisində tikinti işləri tamamlanmamış ( həyətdə təmir-tikinti işləri bu gün də davam edir), inşa edilən bina rəsmi istismara və istifadəyə verilməmiş, aylıq kirayə haqqının ödənişini dayandıraraq, ona binanın 4-cü mərtəbəsində ümumi sahəsi 76,5 kv.m, təmiri isə yararsız olan 12 saylı mənzili təqdim etmişlər. Halbuki, mənzildə aparılan təmir işləri ilə bağlı cavabdeh təşkilatın nümayəndələri dəfələrlə ondan tikinti materialların alınması üçün pul almışlar və alınan tikinti materiallrma baxmayaraq, çox keyfiyyətsiz təmir işləri görmüşlər. Cavabdeh MMC-nin işçilərinin təqsiri üzündən A.Əlizadə, ev 72 ünvanında yeni tikilmiş evdə ona ayrılmış 12 saylı mənzilin sənədləri düzgün tərtib olunmayıb. Həmin evin 13 saylı mənzilinə bütün komunal xətlər (işıq, qaz, su) verilib. Bu səbəbdən ona ayrılan mənzildə qaz yoxdur. Cavabdeh MMC tərəfindən 26 iyul 2017-ci il tarixli T15 nömrəli müqavilə əsasında 1.1; 2.2 bəndlərinə uyğun olaraq mənzildə aparılan tikinti və təmir işləri standartlara və keyfiyyətə cavab vermir: səs izolyasiyası yoxdur, giriş qapısı keyfiyyət standartlarına cavab vermir, santexnika və rəngləmə işləri keyfiyyətsizdir. Keyfiyyətsiz təmir işlərinin aradan qaldırılması ilə bağlı dəfələrlə Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etsələr də, hələ də onlar tərəfindən heç bir tədbir görülməyib. Daha sonra, təmiri yekunlaşmamış binanın həyətində tikinti materiallarının qalıqlarının arasından keçmək məcburiyyətində olan həyat yoldaşı qəflətən yıxılmış və xəsarət almışdır. Xəsarət nəticəsində onurğada yerdəyişmə baş verdiyindən əməliyyat olunmuşdur. Nəticədə ailələrinə maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X6 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 510999 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 və İddiaçı1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 871 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC (bundan sonra “Satıcı”) Bakı şəhəri Nərimanov rayonu Qarabağ, Tələt Şıxəliyev və Əliəşrəf Əlizadə küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasından mənzili İddiaçı1 (bundan sonra “Alıcı”) mülkiyyətinə verir. “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən qaydada “Satıcı”ya ödəyir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən “Alıcı” yuxarıda göstərilən yaşayış binasının 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən 12 saylı, 3 otaqlı, ümumi sahəsi 81,5 kv.m-dən ibarət olan tam təmirli mənzilin hər kvadrat metri üçün 1200 manat olmaqla ödəməyi öz öhdəsinə götürür, 79,8 kv.m sahəni əvəzləmə yolu ilə ödədi, 1,7 kv.m sahənin ödənişi olunmalıdır. Müqavilənin 2.2.2-ci bəndinə əsasən “Alıcı” ümumi məbləğ 2000 (iki min) manat ödəməlidir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən “Alıcı” ümumi məbləğ olaraq 2000 (iki min) manat ödədi və borcu yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, T15 saylı müqavilədən görünür ki, Cavabdeh MMC T.Şıxəliyev küçəsi ev 12 mənzil 47 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, 54,0 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15- 25% əlavə etməklə tam təmirli 2 otaqlı 68,0 kv.m mənzili «Mülkiyyətçi»nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu Müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-nə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli AKX-02862xx/xx-2021 nömrəli Müqavilədən görünür ki, həmin müqavilədə istehlakçı İddiaçı1 qazla təmin ediləcəyi ünvan Qarabağ küçəsi Cavabdeh MMC Bina 72 mənzil 13 nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2004-cü il qeydiyyat tarixli ÖM seriyalı 179656 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri T.Şıxəliyev küçəsi 12 saylı evin 33,4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 47 saylı mənzili İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan 1651 nömrəli epikrizin surətindən görünür ki, İddiaçı2 xx.xx.2021-xx.xx-2021-ci il tarixlərdə İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə X7 Şəxsdə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 10/4357 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, ünvan 2 ünvanındakı yeni tikilmiş evin 12 saylı mənzilinin faktiki ümumi sahəsinin 76,51 kv.metr təşkil etdiyi müəyyən olunur. Belə olan halda, ünvan 2 ünvanındakı yeni tikilmiş evin 12 saylı mənzilinin sahəsi 19 fevral 2019-cu il tarixli müqavilədə göstərilən sahəyə (81,5 kv.metr) uyğun olmadığı müəyyən edilmişdir. Mülki iş materiallarında olan və baxış zamanı əldə olan məlumatlara əsasən ünvan 2 ünvanındakı yeni tikilmiş evin 12 saylı mənzilində faktiki aparılmış təmir işlərinin dəyərinin 20160,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən mənzildə görülmüş işlərə dair smeta tərtib edilmədiyindən, mənzildə aparılmış təmir işlərinin kim tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olmamışdır. Aparılan təmir işlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin norma və qaydalarına uyğunluğu barədə hər hansı bənd Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmamışdır. Mənzilin sanitar qovşağında qızdırıcı və su kranının quraşdırılmasında qüsurların olduğu müəyyən edilmişdir. Yaranmış qüsurların aradan qaldırılması üçün təqribən 500,00 manat məbləğində vəsait tələb olunur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və Cavabdeh MMC arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5-ci maddəsinə əsasən Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6-cı maddəsinə əsasən Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7-ci maddəsinə əsasən, əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavədə qeyd etdiyi iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən normasının tələblərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən mənzilin təhvil-təslim aktının təqdim edilməsi, müqavilənin 2.2.4, 2.2.5, 2.2.6, 2.2.7-ci maddələrinə uyğun olaraq təmir-tikinti işləri aparılarkən baş vermiş nöqsanların aradan qaldırılması, yeni tərtib edilmiş müqavilədə X2 mülkiyyətçi kimi göstərilməsi, ekspert rəyinə müvafiq olaraq, verilən mənzilin 4-cü mərtəbədə yerləşməsi və ümumi sahəsinin 76,5 kv.m., olmaqla 12 saylı mənzilin olmasının müqavilədə göstərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin sökülməsi, yeni tikiləcək binada mənzilin verilməsi və onun verilməsi şərtləri, həmin müqavilə münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində verilən əmlakın sahəsini, təmirini və s.ni öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini müəyyən edir. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə iddiaçılar xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini əsas götürərək özləri tərəfindən təklif edilmiş şərtlərlə müqavilə bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini və cavabdehin öz üzərinə həmin şərtlərlə müvafiq öhdəliklər götürməsini tələb edirlər. Bu baxımdan məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən heç kimin müqavilə bağlamağa məcburedilməsinə yol verilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış 26 iyul 2017-ci il tarixli № T15 saylı müqavilənin 1.1 bəndinə əsasən vətandaş İddiaçı1 T.Şıxəliyev küçəsi ev 12, mənzil 47 ünvanında olan 2 (iki) otaqlı, 54 kv.m ibarət mülküyyətində olan mənzilinin ümumi sahəsinə 15-25 faiz əlavə edilməklə, mənzili "xxxx" MMC-yə təhvil verməsi barədə öz üzərinə öhdəlik götürmüş, "xxxx" MMC isə vətandaş İddiaçı1 mülküyyətində olan 2 (iki) otaqlı, 54 kv.m ibarət mənzilin əvəzinə, həmin ünvanda 68,0 kv.m ibarət 2 otaqlı təmirli mənzili təhvil verlməsi barədə öhdəlik götürmüşdür. 26 iyul 2017-ci il tarixli № T15 saylı ilkin müqavilənin 2.1.2-ci bəndinə əsasən tikinti başa çatanadək, "xxxx" MMC tərəfindən vətandaş İddiaçı1 hər ay müvəqqəti yaşayış məqsədi ilə 400 ( dörd yüz) manat kirayə haqqı verilməsi barədə öhdəlik götürmüşdür. Qeyd olunan müqavilənin 2.2.4. bəndinə əsasən binanın bünövrəsi qoyulduqdan sonra "xxxx" MMC tikinti işlərini 18 aya çatdırılması barədə öhdəlik götürmüşdür. 2019-cu ilin yanvar ayında tikinti işləri başa çatmışdır. Vətandaş İddiaçı1 "xxxx" MMC-nin ofisinə dəvət edilmişdir. Ona yaşayış binasının 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən 12 saylı, 3 otaqlı, ümumi sahəsi 81,5 kv.m ibarət olan mənzil təklif edilmişdir. Vətandaş İddiaçı1 izah edilmişdir ki, 68,0 kv.m mənzilinin əvəzinə 79,8 kv.m əvəzləmə yolu ilə 1,7 kv.m əlavə sahəyə görə 2.000 (iki min) manat ödəniş etməlidir. O, 2000 (iki min) manat ödənişi etsə də xx.xx.2019cu il tarixli müqaviləni imzalamaqdan imtina etmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olmaz. Belə ki, tərəflər arasında ilk olaraq müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Tərəflər öz aralarında müqavilə bağlayaraq, öhdəliklər götürmüşlər. Daha sonra cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə tərtib olunaraq imzalanmaq üçün iddiaçılara təqdim edilmişdir. Lakin iddiaçılar tərəfindən müqavilənin imzalanmamasına baxmayaraq, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi mübahisləndirilə bilməz. Göründüyü kimi, hazırda iddiaçılar onlar tərəfindən imzalanmayan müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini tələb edir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, məhkəmə bildirir ki, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də müqavilə öhdəliklərinin icra edilməməsi faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair tələbi irəli sürməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə aid edilməli, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulsun, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1814/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1814/2023
08.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver