Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-337/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MMC-nin nümayəndəsi (direktoru) X7, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-ə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzillərin təhvil verilməsi, mənzillərə dair digər şəxslərlə bağlanmış müqavilələrin ləğv edilməsi, dəymiş maddi və mənəvi zərərin qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-ə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 “mənzillərin təhvil verilməsi, mənzillərə dair digər şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 264 nömrəli və 125 a nömrəli müqavilələr üzrə ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzilin və ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsinə, həmin mənzillərin ondan sonra müvafiq olaraq Cavabdeh3, X3 və qeyrilərinə satılması barədə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmçinin Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 56 000 manat pulun və mənəvi zərərin əvəzi kimi 20 000 manat pulun Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə və tələbin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 264 nömrəli və 125a nömrəli müqavilələr üzrə ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzilin və ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsinə, həmin mənzillərin ondan sonra müvafiq olaraq Cavabdeh3, Cavabdeh2 və qeyrilərinə satılması barədə bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə, həmçinin Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində mənzillərdən birinə görə əldən çıxmış fayda kimi 31 500 manat, digər mənzilə görə isə ödədiyi kirayə haqqının əvəzi olaraq vurulmuş maddi ziyan kimi 31 500 manat pulun və bu illər ərzində ona vurduqları mənəvi zərərin əvəzi kimi 20 000 manat pulun Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxx 2021-ci il tarixdə iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında qeydiyyatda olan X8 hazırki mülki iş üzrə cavabdeh kimi cəlb edilməsi, Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış ünvan 3 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilin Cavabdeh4 adına rəsmiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və digər hissələrdə iddia tələbinin, onun dəyişdirilməsinin və artırılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 2015-ci il tarixdə Cavabdeh1 MMC-nin direktoru ilə Mənzil Tikintisinə və Satışına dair 264 saylı və 125 a saylı müqavilələr bağlamışdır. Həmin müqavilələrə görə o, Sifarişçi, cavabdeh isə İcraçı adlanır. Aralarında bağlanmış 264 saylı Müqaviləyə əsasən Sifarişçi İcraçıya ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzili tikib Sifarişçiyə təhvil verməyi sifariş edir. 125 a saylı Müqaviləyə əsasən Sifarişçi İcraçıya ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzili tikib Sifarişçiyə təhvil verməyi sifariş edir. Müqavilələrə əsasən Sifarişçi mənzillərin dəyərini tam ödəməyi, İcraçı isə mənzillərə aid olan bütün hüquqlarını (şəxsi mülkiyyət hüququ daxil olmaqla) mənzillərin ümumi qiymətinin tam ödənilməsindən sonra İcraçıya təhvil verməyi öhdəsinə götürür. 264 saylı Müqavilə üzrə 94 m² sahəsi olan mənzilin dəyəri 1 m²-ə görə 725 ABŞ dolları olmaqla, cəmi 68 150 ABŞ dolları, 125 saylı Müqavilə üzrə isə 106 m² sahəsi olan mənzilin dəyəri 725 ABŞ dolları olmaqla, cəmi 76 850 ABŞ dolları təşkil etmişdir. xx xxxxxxx 2015-ci il tarixdə iddiaçı tərəfindən həmin məbləğlər, yəni 68 150 ABŞ dolları və 76 850 ABŞ dolları İcraçıya tam ödənilmiş və bu mənzillərə dair heç bir borcunun olmaması barədə maliyyə arayışları verilmişdir. Lakin buna baxmayaraq, İcraçı Cavabdeh1 MMC hal-hazıra qədər mənzilləri ona təhvil verməmişdir. Bundan başqa İcraçı Cavabdeh1 MMC ona və keçmiş direktoruna qarşı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq onunla Cavabdeh1 MMC-nin keçmiş direktoru arasında bağlanmış Mənzil Tikintisinə və Satışına dair 264 saylı və 125a saylı müqavilələrin etibarsız hesab edilməsini tələb etmişdir. Cavabdeh1 MMC iddia etmişdir ki, iddiaçıya məxsus mənzilləri o, Cavabdeh2 və Cavabdeh3 ondan daha əvvəl satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)-2383/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)9717/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(102)-2613/2018 saylı qərarı ilə onun kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)9717/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Onun apellyasiya şikayətinə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli 2(103)-7603/2018 saylı qətnaməsində qət etmişdir ki, apellyasiya şikayəti təmin olunsun, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2383/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və İcraçı Cavabdeh1 MMC-nin ona və keçmiş direktoruna qarşı iddiası rədd edilsin. Həmin qətnamədən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti də Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-888/2019 saylı qərarı ilə təmin edilməmiş və bununla da Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-7603/2018 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamədə Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin iddia etdiyi kimi onun müqavilələri yox, Cavabdeh2 və Cavabdeh3 müqavilələri saxtadır və bu səbəbdən etibarsızdır. Belə ki, həmin şəxslərlə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələr onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən sonra tərtib edilərək imzalanmışdır. Yuxarıda göstərilən məhkəmə qərarlarından da göründüyü kimi Cavabdeh1 MMC əsassız iddiaları ilə ona mənzilləri təhvil verməkdən imtina etmişdir. Bununla da ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbinin artırılması və dəyişdirilməsi barədə ərizələri onunla əsaslandırmışdır ki, Cavabdeh1 hal-hazıra qədər mənzilləri ona təhvil verməmişdir. Bundan başqa Cavabdeh1 MMC-nin iddia kimi onun müqavilələri yox, Cavabdeh2 və Cavabdeh3 müqavilələri saxtadır və bu səbəbdən imzalandığı andan etibarsızdır. Belə ki, həmin şəxslərlə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələr onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən sonra tərtib edilərək imzalanmışdır. İddia ərizəsində göstərilən məhkəmə qərarlarından da göründüyü kimi Cavabdeh1 MMC əsassız iddiaları ilə ona mənzilləri təhvil verməkdən imtina etmişdir. Bununla da ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. 2015-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayınadək, ümumilikdə 63 ay ərzində Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində o, bir mənzilə görə aylıq kirayə haqqı kimi ayda 500 manat olmaqla, ümumilikdə 31 500 manat əldən çıxmış fayda kimi gəlirdən məhrum olmuş, ikinci mənzillə bağlı ayrı yaşayış yeri olmadığına görə isə 63 ay ərzində Nərimanov rayonu ərazisində 3 otaqlı mənzildə ailəsi ilə birlikdə kirayədə qaldığına görə hər ay ödədiyi 500 manat kirayə haqqı kimi, ümumilikdə 31 500 manat maddi ziyan çəkmişdir. Bu səbəbdən həmin məbləği Cavabdeh1 MMC-dən tələb edir. Bundan başqa bu illər ərzindən ona vurduqları mənəvi zərərə görə, yaşatdıqları mənəvi iztirablara və onun cəmiyyətdəki işgüzar nüfuzuna vurduqları ziyana görə Cavabdeh1 MMC-dən əlavə olaraq 20 000 manat mənəvi zərərin əvəzini də tələb edir. Bundan başqa hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilənin predmeti olan G.Qədirbəyova küçəsi, 5 a ünvanında yerləşən hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzil xx xxxx 2018-ci il tarixdə qanunsuz olaraq Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilə etibarsız olduğuna görə hesab edir ki, Cavabdeh4 adına rəsmiləşdirilmiş müqavilə də etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi (direktoru) X16 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, cavabdehlərdən Cavabdeh2 ərizəsi əsasında ona satılmış mənzil Cavabdeh4 satılmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia ona aid hissədə rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, ərizəsi əsasında ona satılmış mənzil Cavabdeh4 satılmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 iddianın ona aid hissədə rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, o, Cavabdeh2 razılığı əsasında mənzili almışdır. Mənzili təmir etdirmişdir və hal-hazırda həmin mənzildə yaşayır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, müqavilələrin bağlanmasından uzun müddət keçmişdir. Bununla belə iddiaçı hazırki vaxtadək müraciət etməmişdir. Eyni zamanda evi alan şəxslər evə əsaslı təmir xərci çəkmişlər və hazırda orada yaşayırlar. O, həmçinin məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia ərizəsinə münasibətdə mülki qanunvericiliyə uyğun olaraq iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər Cavabdeh4 mübahisəli mənzili cavabdeh X1 razılığı əsasında alaraq təmir etdirdiyini və hal-hazırda həmin mənzildə yaşadığını bildirmişdir. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASAN 1 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ASAN 2 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh3 ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh2 ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı arasında xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış 125a nömrəli müqavilənin surətindən görünür ki, Sifarişçi İcraçıya ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzili tikib Sifarişçiyə təhvil verməyi sifariş edir, İcraçı isə sifarişi yerinə yetirməyi öhdəsinə götürür. Mənzilin 1 m²-nin qiyməti 725 ABŞ dolları dəyərində, ümumi qiyməti isə 76 850 ABŞ dolları dəyərində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə verilmiş İSR/SH/125a nömrəli Maliyyə arayışının surətindən görünür ki, ünvan 9 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MMC-ə məxsusdur. Həmin binanın 3-cü giriş, 3-cü mərtəbəsində ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilin sahibi İddiaçı maliyyə borcu yoxdur. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixdə doldurulmuş 87 nömrəli Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən payçının ödənişi şəklində 125a saylı müqavilə üzrə 80 692,50 manat (76 850 ABŞ dolları) məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı arasında xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış 264 nömrəli müqavilənin surətindən görünür ki, Sifarişçi İcraçıya ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzili tikib Sifarişçiyə təhvil verməyi sifariş edir, İcraçı isə sifarişi yerinə yetirməyi öhdəsinə götürür. Mənzilin 1 m²-nin qiyməti 725 ABŞ dolları dəyərində, ümumi qiyməti isə 68 150 ABŞ dolları dəyərində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə verilmiş İSR/SH/264 nömrəli Maliyyə arayışının surətindən görünür ki, ünvan 9 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MMC-ə məxsusdur. Həmin binanın 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzilin sahibi İddiaçı maliyyə borcu yoxdur. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixdə doldurulmuş 88 nömrəli Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən payçının ödənişi şəklində 264 saylı müqavilə üzrə 71 557,50 manat (68 150 ABŞ dolları) məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7603/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2383/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər İddiaçı və X2rşı cavabdeh X5 ilə cavabdeh İddiaçı arasında ünvan 10 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzil barədə ilk öncə bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 265 saylı mənzil tikintisinə və satışına dair müqavilənin, daha sonra həmin mənzil barədə cavabdehlər Aleksandr Alekseyev və İddiaçı arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 125a saylı mənzil tikintisinə və satışına dair müqavilənin, eləcə də cavabdehlər A.Alekseyev və İddiaçı arasında ünvan 10 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci girişinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzil barədə bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 264 saylı mənzilin tikintisinə və satışına dair müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-888/2019 saylı Qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh1 MMC-nin direktoru X16 və vəkili Vəkil2 kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7603/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh1 MMC-nin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixdə doldurulmuş 145 nömrəli Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən X6 152 250 manat (145 000 ABŞ dolları) məbləğində pul verilmişdir. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 2(005)-3299/2020 saylı sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********94 nömrəli cavabdan görünür ki, ünvan 11 ünvanda yerləşən binada Cavabdeh2 və Cavabdeh3 adlarına mənzillərin qeydiyyatdan keçməsinə dair məlumat idarənin arxivində aşkar edilməmişdir. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 2(005)-3299/2020 saylı sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş **********56 nömrəli cavabdan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-ə ünvanlanmış xx xxxx 2018-ci il tarixli Ərizənin surətindən görünür ki, o, xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən onun adına sənədləşdirilmiş ünvan 12 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsini və həmin mənzili aralarında olan razılığa əsasən Cavabdeh4 adına sənədləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx xxxx 2018-ci il tarixli Protokolunun surətindən görünür ki, Cavabdeh1 MMC-nin ünvan 12 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzil sahəsinin sahibi Cavabdeh2 ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilənin ərizəyə əsasən ləğv edilməsi və həmin mənzil Cavabdeh4 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən xx xxxxxx 2016-ci il tarixdə verilmiş 265a nömrəli Maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, ünvan 13 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MMC-ə məxsusdur. Həmin binanın 3-cü giriş, 3-cü mərtəbəsində ümumi sahəsi 106 m² olan 2 otaqlı, 155 nömrəli mənzilin sahibi Cavabdeh2 maliyyə borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış 265a nömrəli müqavilənin surətindən görünür ki, Sifarişçi İcraçıya ünvan 12 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² 6 ay müddətində tikib Sifarişçiyə təhvil verməyi sifariş edir, İcraçı isə sifarişi yerinə yetirməyi öhdəsinə götürür. Mənzilin 1 m²-nin qiyməti 1 026 manat dəyərində, ümumi qiyməti isə 108 756 manat dəyərində müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixdə doldurulmuş 13 nömrəli Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən mənzil haqqı şəklində 265a saylı müqavilə üzrə 23 675 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixdə doldurulmuş 149 nömrəli Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən mənzil haqqı şəklində 265a saylı müqavilə üzrə 50 000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixdə doldurulmuş 12 nömrəli Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən mənzil haqqı şəklində 265a saylı müqavilə üzrə 35 081 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “FEMİDA” vəkil bürosunun vəkili Vəkil1 sorğusuna cavab olaraq fərdi sahibkar X10 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş cavabdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 3 otaqlı “Leninqrad” layihəli mənzillərin 2015-2020-ci illərdə icarəyə verilmə qiyməti bazarda təxminən 500-600 manat civarında olmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş PR- 616/2020 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, ünvan 4 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 94 m² olan mənzilin xx xxxxxx 2020-ci il tarixə olan bazar qiyməti 141 000 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş PR- 617/2020 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, ünvan 4 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 106 m² olan mənzilin xx xxxxxx 2020-ci il tarixə olan bazar qiyməti 159 000 manat təşkil edir. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxxx 2015-ci il tarixdə Cavabdeh1 MMC-nin direktoru ilə Mənzil Tikintisinə və Satışına dair 264 saylı və 125 a saylı müqavilələr bağlamışdır. 264 saylı Müqaviləyə əsasən Sifarişçi İcraçıya ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzili tikib Sifarişçiyə təhvil verməli, 125 a saylı Müqaviləyə əsasən isə ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzili tikib təhvil verməli olmuşdur. Müqavilələrə əsasən iddiaçı tərəfindən mənzillərə görə məbləğlər, yəni 68 150 ABŞ dolları və 76 850 ABŞ dolları tam ödənilmiş və bu mənzillərə dair heç bir borcunun olmaması barədə maliyyə arayışları verilmişdir. Bununla belə Cavabdeh1 MMC hal-hazıra qədər mənzilləri ona təhvil verməmişdir. Bundan başqa İcraçı Cavabdeh1 MMC ona və keçmiş direktoruna qarşı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq onunla Cavabdeh1 MMC-nin keçmiş direktoru arasında bağlanmış Mənzil Tikintisinə və Satışına dair 264 saylı və 125a saylı müqavilələrin etibarsız hesab edilməsini tələb etmiş, Cavabdeh1 MMC iddia etmişdir ki, iddiaçıya məxsus mənzilləri o, Cavabdeh2 və Cavabdeh3 ondan daha əvvəl satmışdır. Son məhkəmə aktlarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-7603/2018 saylı qətnaməsi ilə Cavabdeh1 MMC-nin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 MMC-nin direktoru Dursunov İmdad və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-888/2019 saylı qərarı ilə təmin edilməmişdir. Həmin məhkəmə aktlarına əsasən İddiaçı mənzillərə dair müqaviləsinin Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən əvvəl bağlandığı müəyyən edilmişdir. Daha sonra həmin iddia tələbi ilə məhkəmə mübahisəsinin olduğu dövrdə Cavabdeh2 xx xxxx 2018-ci il tarixli ərizə ilə Cavabdeh1 MMC-nə müraciət edərək xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən onun adına sənədləşdirilmiş ünvan 12 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsini və həmin mənzili aralarında olan razılığa əsasən Cavabdeh4 adına sənədləşdirilməsini xahiş etmişdir. Bu əsasla Cavabdeh1 MMC-nin xx xxxx 2018-ci il tarixli protokolu əsasında həmin mənzilin Cavabdeh4 adına sənədləşdirilməsi qərara alınmışdır. Cavabdeh tərəf iddiaçının mübahisələndirdiyi mənzilləri son olaraq Cavabdeh3 və Cavabdeh4 adına rəsmiləşdirildiyi və hal-hazırda bu mübahisəli mənzillərdə onların yaşadığı bildirilmişdir. İddiaçının adına hər hansı əmlak mövcud deyildir. “xxxx” MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabata əsasən ünvan 4 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 94 m² olan mənzilin xx xxxxxx 2020-ci il tarixə olan bazar qiyməti 141 000 manat, ünvan 4 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 106 m² olan mənzilin bazar qiyməti isə 159.000 manat təşkil edir. Mübahisəli ərazidə mənzillərin 2015-2020-ci illərdə icarəyə verilmə qiyməti bazarda təxminən 500-600 manat civarında olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə əqdin etibarsızlığı ilə bağlı ilk növbədə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd edir ki, sözügedən maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). O da nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən əsaslar iddia müddətinin tətbiq edilmə imkanının mümkün olduğu halları nəzərdə tutur. Hazırki iddia tələbləri ilə mübahisənin predmeti və xarakteri nəzərə alınmaqla iddia müddətinin tətbiqinə dair ərizəni məhkəmə əsaslı hesab etmir. Məhkəmənin belə mövqeyi onunla əsaslandırılır ki, birinci əsas olaraq, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. İkinci əsas isə onunla izah edilir ki, etibarsız əqdlər dedikdə mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər başa düşülür. Mülki Məcəllədə mübahisələndirilən əqdlərin aid olduğu hallar sırasında hansı əqdlərin mübahisələndirilə bilən əqd olması göstərilmişdir. Hazırki mülki iş üzrə olan əqd isə həmin sadalanan hallar sırasına aid olan əqd deyildir. Əhəmiyyətsiz əqdlərə münasibətdə isə əhəmiyyətsiz əqd bağlanıldığı andan özü özlüyündə əhməyyətsiz əqddir. Qanunvericiyiliyin belə göstərişi isə ona əsas verir ki, əhəmiyyəsizliklə bağlı hal müddətdən asılı edilməmişdir. Üçüncü əsas odur ki, Mülki Məcəllənin 372.1-ci maddəsində iddia müddətinin yalnız başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna şamil edildiyi qeyd edilmişdir. Qanunvericiliyin belə mövqeyindən aydın olur ki, əqdin etibarsız hesab edilməsi üçün müddətin ötürülməsi həmin əqdin müddət ötdükdən sonra etibarlı olması ilə nəticələnmir. Çünki etibarsızlığı şərtləndirən əhəmiyyətsiz əqd özü-özlüyündə əhəmiyyətsiz əqddir. Qeyd edilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqinə dair ərizə əsassız olduğundan iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-7603/2018 saylı qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-888/2019 saylı qərarı ilə müəyyən edilmiş hallardan göründüyü kimi həmin məhkəmə aktlarına əsasən İddiaçı mənzillərə dair müqaviləsinin Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən əvvəl bağlanmışdır. Bu əsasla iddiaçı mübahisəli mənzillərlə bağlı müqavilələrin etibarsızlığını tələb etməkdədir. İşin hallarından göründüyü kimi ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzilə dair Cavabdeh3 ilə “Cavabdeh1 MMC-nin direktoru X16 arasında xx xxxxxx 2015-ci il tarixli 264 saylı mənzil tikintisinə dair müqavilə bağlanarkən və ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilə dair Cavabdeh2 ilə “Cavabdeh1 MMC-nin direktoru X16 arasında xx xxxxxx 2015-ci il tarixli 265 a saylı mənzil tikintisinə dair müqavilə bağlanarkən bu mənzillər Cavabdeh1 MMC ilə İddiaçı arasında xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış 125a nömrəli müqavilə üzrə və Cavabdeh1 MMC ilə İddiaçı arasında xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış 264 nömrəli müqavilə üzrə İddiaçı hüquqları ilə yüklü olmuşdur. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Alqı-satqı müqaviləsinin bağlanmasının zəruri şərtlərindən biri də Mülki Məcəllənin 572-ci maddəsinə uyğun olaraq satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad surətdə olan əşyanın verilməsidir. Sadalanan qanunvericlik əsaslarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə hesab edir ki, Cavabdeh2 ilə “Cavabdeh1 MMC-nin direktoru X16 arasında xx xxxxxx 2015-ci il tarixli 265 a saylı mənzil tikintisinə dair müqavilə və Cavabdeh3 ilə “Cavabdeh1 MMC-nin direktoru X16 arasında xx xxxxxx 2015-ci ilı tarixli 264 saylı mənzil tikintisinə dair müqavilə İddiaçı hüquqları ilə yüklü olan mənzillərə dair hissədə etibarsız hesab olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi ünvan 4 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 2 otaqlı mənzilə dair Cavabdeh2 ilə “Cavabdeh1 MMC-nin direktoru X16 arasında xx xxxxxx 2015-ci il tarixli 265 a saylı mənzil tikintisinə dair müqavilə xx xxxxxx 2015-ci il tarixli ərizəyə əsasən ləğv edilməklə həmin mənzilin Cavabdeh4 adına sənədləşdirilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı və tərəflərin təqdim etdiyi sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 müqavilə üzrə mübahisəli mənzilə dair əvvəllər Cavabdeh1 MMC tərəfindən İddiaçı qarşı iddia qaldırıldığı və məhkəmə mübahisələrinin mövcud olduğu dövrdə, yəni xx xxxx 2018-ci il tarixində ərizə ilə mənzilin Cavabdeh4 adına sənədləşdirilməsini etibarsız hesab olunmalı əqdə əsaslanmaqla xahiş etmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılması hüququnun olduğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyul 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi üzrə əqdlərin etibarsızlığı Mülki Məcəllənin 337.4-cü maddəsində əqdin etibarsızlığın hüquqi nəticələrinin tətbiqini və bu əsasla hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını zəruri edir. Odur ki, Cavabdeh2 ilə “Cavabdeh1 MMC-nin direktoru X16 arasında xx xxxxxx 2015-ci il tarixli 265 a saylı mənzil tikintisinə dair müqavilə hazırki iddia ilə etibarsız hesab olunduğundan əqdin etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə Cavabdeh4 ilə “Cavabdeh1 MMC arasında bağlanmış müqavilə də etibarsız hesab edilməlidir. Cavabdeh4 ilə “Cavabdeh1 MMC arasında alqı-satqı müqaviləsi bağlandığını tərəflər mübahisələndirmədiyindən məhkəmə həmin müqavilənin mövcudluğunun mübahisələndirilməməsi hissəsində kifayətlənərək iddiaya hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2020-ci il Qərarında olan mövqeyə görə müqavilənin etibarsızlığı ilə bağlı mənzildən çıxarılan şəxsin dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq tələb irəli sürülə bilər. Bu baxımdan Cavabdeh3 ilə “Cavabdeh1 MMC-nin direktoru X16 arasında xx xxxxxx 2015-ci il tarixli 264 saylı mənzil tikintisinə dair müqavilənin İddiaçı hüquqları ilə yüklü olan mənzilə dair hissədə etibarsızlığı hazırki iddia üzrə Cavabdeh3 “Cavabdeh1 MMC-nin direktoru X12 arasında bağlanmış müqavilə üzrə və Cavabdeh4 ona müqavilə şərtlərində nəzərdə tutulan qaydada başqa mənzili tələb etmək və mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi hüququ istisna edilmir. Məhkəmənin qənaətinə görə iddiaçı hər iki mənzilə görə dəyərini tam ödəməsi ilə mənzilə mülkiyyətə dair hüquqlarını əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilənlər baxımından iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi üçün ünvan 11 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv. olan mənzil və ünvan 11 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv. olan mənzil Cavabdeh3 və Cavabdeh4 Fehruz oğlu tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə iddiaçının kirayə haqqının əvəzi olaraq 31500 manat məbləğində ziyan tələbi ilə bağlı hissədə iddia tələbini əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş **********56 nömrəli məktubdan göründüyü kimi İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh1 MMC ilə İddiaçı arasında xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış 125a nömrəli və 264 nömrəli müqavilələrin 5.1-ci bəndinə görə qiymətin tam ödənilməsindən sonra mənzillərə dair bütün hüquqlar İddiaçı verilməli idi. İddiaçı xx xxxxxxx 2015-ci il tarixdə mənzillərin dəyərini tam ödəmişdir və maliyyə borcu yoxdur. xx xxxxxx 2020-ci il tarixdə X10 tərəfindən verilmiş məlumat məktubundan göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Leninqrad” layihəli mənzillərin 2015-2020-ci illərdə icarəyə verilmə qiyməti bazarda təxminən 500-600 manat civarında olmuşdur. İddiaçının yaşamaq üçün başqa mənzilinin olmamasını və xx xxxxxxx 2015-ci il tarixdə mənzillərin dəyərini tam ödədikdən sonra mənzilin iddiaçıya verilməməsilə onun kirayədə yaşaması ilə bağlı iddia tələbinin əsaslandırılmasına dair sübutları və mübahisəli mənzillərin yerləşdiyi ərazidə 500-600 manat kirayə haqqı məbləğinin olduğunu nəzərə alaraq xx xxxxxxx 2015-ci il tarixdən hal-hazıradək kirayə haqqının əvəzi olaraq 31500 manat məbləğində ziyan tələbinin Cavabdeh1 MMC-dən tutulması hissəsində iddianı məhkəmə əsaslı hesab edir. Mənəvi zərərin ödənilməsinə dair hissə ilə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə görə “Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” Həmin Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X9rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. X15 və Avropa Məhkəməsinin Qərarlarında olan yanaşma əsaslarından göründüyü kimi mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. İddiaçının yaşamaq üçün başqa mənzilinin olmamasını və xx xxxxxxx 2015-ci il tarixdə mənzillərin dəyərini tam ödədikdən sonra mənzilin iddiaçıya verilməməsilə onun kirayədə yaşaması ilə bağlı iddia tələbinin əsaslandırılmasına dair sübutları, eləcə də “xxxx” MMCnin verdiyi Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabat əsasında ünvan 4 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 94 m² olan mənzilin xx xxxxxx 2020-ci il tarixə olan bazar qiymətinin 141 000 manat təşkil etməsi, ünvan 4 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 106 m² olan mənzilin xx xxxxxx 2020-ci il tarixə olan bazar qiymətinin 159 000 manat təşkil etməsilə Cavabdeh1 MMC tərəfindən əmlakların iddiaçıya qanunsuz olaraq verilməməsi məhkəmədə iddiaçıya mənəvi zərərin yetirilməsi qənətinə gəlməyə əsas verir. Odur ki, 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi “Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmasını məhkəmə məqsədəmüvafiq hesab edir. İddiaçı tərəfindən “əldən çıxmış faydaya görə 31500 manat məbləğində pulun ödənilməsilə” bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 11 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixli 265 a saylı və ünvan 11 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv. olan mənzilə dair hissədə Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixli 264 saylı müqavilələr etibarsız hesab edilməli, əqdlərin etibarsızlığının hüquqi nəticəsi tətbiq edilməklə ünvan 11 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilməli, ünvan 11 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv. olan mənzil Cavabdeh4 tərəfindən və ünvan 11 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh1 MMC-dən maddi ziyana görə 31500 (otuz bir min beş yüz) manat və mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna dair tələb olmadığından iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 11 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında xx.xx.2015-ci il tarixli 265 a saylı müqavilə və ünvan 11 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv. olan mənzilə dair hissədə Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında xx.xx.2015ci il tarixli 264 saylı müqavilə etibarsız hesab edilsin. Əqdlərin etibarsızlığının hüquqi nəticəsi tətbiq edilməklə ünvan 11 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilə etibarsız hesab edilsin. ünvan 11 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv. olan mənzil Cavabdeh4 tərəfindən və ünvan 11 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh1 MMC-dən maddi ziyana görə 31500 (otuz bir min beş yüz) manat və mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-337/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-337/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver