Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-405/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Suliddin qızı cavabdehlər xxxx MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “söküntü işlərinin qanunsuz hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Suliddin qızı cavabdehlər xxxx MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “söküntü işlərinin qanunsuz hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçılar 29.04.2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin elektron poçt ünvanına elektron ərizə ilə müraciət edərək, məhkəmə iclasının keçirilməsindən imtina etdiyini bildirmişlər və nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini qeyd edərək, işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi, eyni məzmunlu ərizəsini təqdim edərək, həmçinin də iddianın təmin tədbirinə dair qərardadın ləğv edilməsinə dair ərizə təqdim etdi. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizələrə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarının 15-ci bəndinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3593/2020 saylı, 30.09.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3593/2020 saylı, 30.09.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdehlər "Cavabdeh2" MMC və "Cavabdeh1" MMC tərəfindən ünvan 2 ünvanında aparılan söküntü işlərinin dayandırılması qərara alınmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3593/2020 saylı, 30.09.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Suliddin qızı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “söküntü işlərinin qanunsuz hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3593/2020 saylı, 30.09.2020-ci il tarixli qərardadı ilə görülmüş təmin tədbiri ləğv edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-405/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-405/2021
29.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver