Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-182/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1ə Hüsrəddin qızının, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, AR DƏDRX-in Bakı Ərazi İdarəsi və Cavabdeh4 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və AR DƏDRX-nın Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 272.54 kv.m. olan qeyri-yaşayış binasının 1/3 hissəsinin hərrac təşkilatının xx.xx.2020-ci il tarixli, 56 nömrəli yekun protokolunun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu sənədlər əsasında AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh4 cavabdeh qismində cəlb edilməsi, "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən, sahəsi 817.6 kv.m olan qeyri-yaşayış binasının 1/3 hissəsinin "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 56 nömrəli hərracın yekunları barədə protokolunun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında AR İqtisadiyyat Nazirliyi ƏMDK yanında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 817.6 kv.m olan qeyri-yaşayış binasının 1/3 hissəsində onun ½ payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X14 ilə xx.xx.2012-cü il tarixdə nikahı Bakı şəhər Səadət Sarayında rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Elif adlı uşaq anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş, uşağın cavabdehin yanında qalması müəyyən edilmişdir. Cavabdehlə birgə nikah dövründə, 2017-ci ilin aprel ayında, ünvan 2 ünvanında yerləşən sahəsi 272.54 kv.m. olan qeyri-yaşayış binasının 1/3 hissəsini almışlar. Həmin sahə sabiq həyat yoldaşı - cavabdeh X7 adına rəsmiləşdirilmişdir. Sahə bir neçə il icarədə olmuş, icarəyə verilməsi ilə cavabdeh məşğul olurdu. İcarə müqavilələri bağlandığı zaman əmlakın icarəyə verilməsinə dair notariat kontorunda rəsmi qaydada razılıq vermişdir. 2021-ci ilin noyabr ayında vəkil sorğusu əsasında cavabdehlə birgə nikah dövründə əldə olunmuş qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat əldə etmişdir. Sorğuya verilən cavab məktubu natamam olduğundan, daha ətraflı məlumat almaq üçün DƏDRX Bakı Ərazi İdarəsinə yeni sorğu göndərilmiş və reyestr xidmətinin xx.xx.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsi, 56 nömrəli hərrac təşkilatının yekunu barədə xx.xx.2020-ci il tarixli protokoluna və eyni tarixli müqaviləyə, habelə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1123-2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh İmanova Nigar, guya hansısa bir şəxsdən aldığı borcu qaytarmaq üçün yenidən Cavabdeh4 adlı şəxsdən 400000 manat məbləğində borc almış və onu qaytara bilmədiyi üçün borcun ödənilməsi birgə mülkiyyətlərində olan əmlaka yönləndirilmişdir. Cavabdeh İmanova Nigar onun xəbəri və razılığı olmadan öz “şəxsi maliyyə problemini” birgə mülkiyyətdə olan əmlak hesabına həll etmişdir. İxtisalaşdırılmış hərrac təşkilatı əmlakın alqı-satqı müqaviləsini təsdiq edərkən, əmlakın paylı mülkiyyət olmasını, əmlakın bir hissəsinin satışa çıxarılması və digər mülkiyyətçinin əmlakın özgəninkiləşdirilməsinə razılığının verilməsi zəruriliyini nəzərə almamışdır. Digər cavabdeh DƏDRX Bakı Ərazi İdarəsi, birgə nikahda əldə edilmiş daşınmaz əmlakı başqa şəxsin adına dövlət qeydiyyatına alarkən, qeyri-yaşayış üzərində olan əmlak hüququnu nəzərə almamışlar. Cavabdehlərin hərəkətləri nəticəsində mülkiyyət hüququ pozulmuşdur. Nərimanov rayon icra məmuru tərəfindən məhkəmə qətnaməsi icra edildiyi zaman, eyni qanun pozuntularına yol verilmişdir. Həmin qeyri-yaşayış binasının 1/3 hissəsi cavabdeh Nigar İmanova ilə birgə nikah dövründə əldə etdikləri əmlak olmaqla, hər ikisinin həmin əmlak üzərində mülkiyyət hüququ vardır. Cavabdeh kimlərəsə “külli miqdarda borclu olduğundan, sonradan həmin borcun ödənilməsi üçün yenidən borc alıb və borcun birgə əmlaka yönləndirilməsindən nə xəbəri, nə razılığı olmamışdır. Cavabdehin hər hansı “borcu” olmamış, əmlakın icarəsindən kifayət qədər gəlirləri var idi, sadəcə məqsədi əmlakı bu yolla satıb (yəni yazılı razılığı tələb olunmadan), əldə olunan pul vəsaitini tam şəkildə, payı nəzərə alınmadan özününküləşdirmək olmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh X14 ilə xx.xx.2012-ci il tarixdə nikah bağlamış, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cİ il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə nikaha xitam verilmişdir. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası xx.xx.2017-ci ildə cavabdeh X7 atası mərhum Murad Məmmədov tərəfindən onun vəsaiti hesabına hədiyyə şəklində əvəzsiz olaraq ailəsinin adına - həyat yoldaşı X2 1/3 hissə, qızı - İmanova (boşanmadan sonra Məmmədova) Nigar Murad qızına 1/3 hissə və qızı - X4 1/3 hissə olmaqla alınmış və hər birinin adına 1/3 hissə olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1123/2020) saylı icra vərəqəsi və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 9185-68998/20-15-7 saylı sifariş məktubunun icrası əsasında ixtisaslaşmış hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən xüsusi mülkiyyət hüququ ilə X10 məxsus olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasının 1/3 hissəsinə dair xx.xx.2020-ci il tarixdə hərrac keçirilmiş və başa çatdırılmışdır. Hərrac keçirilərkən mövcud qanunvericilik normaları və iddiaçının subyektiv hüququ pozulmadığından “hərrac keçirilərkən onun razılığının alınmaması” və “qeydiyyat orqanı tərəfindən daşınmaz əmlakın başqa şəxsin adına dövlət qeydiyyatına alınarkən onun əmlak hüquqlarının pozulması” ilə bağlı iddia tələbində iddiaçının istinad etdiyi formal mülahizələr əsassızdır. Hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun qanuni keçirilərək sənədləşdirilmiş, Cavabdeh2 və "xxxx" MMC tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinin tələblərinə riayət olunmuş, hərracı udmuş Ə.Cavabdeh4lə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə uyğun müqavilə bağlanılmışdır. İddiaçının iddia tələbində qeyd etdiyi ixtisaslaşdırılmış hərrac təşkilatı tərəfindən əmlakın alqı-satqı müqaviləsini təsdiq edərkən, əmlakın paylı mülkiyyət olmasını, əmlakın bir hissəsinin satışa çıxarılması və digər mülkiyyətçinin əmlakın özgəninkiləşdirilməsinə razılığın verilməsi zəruriliyinin nəzərə alınmaması” barədə formal dəlili də qanuna uyğun deyildir. Qanunvericilikdə məhkəmə qərarının icra edilməsi ilə əlaqədar borclunun mülkiyyətində olan əmlakla bağlı keçirilən hərracda müqavilə bağlanarkən digər şəxslərin razılığın alınması nəzərdə tutulmamışdır. Hərrac İddiaçı ilə Cavabdeh1 birgə nikah müddətində keçirilmişdir. Hərracın keçirilməsinə əsas verən məhkəmə qətnaməsi üzrə yaranmış borc da nikah müddətində olmuş, hərrac da nikah müddətində keçirilmiş, hərracın keçirilməsindən təxminən 17 ay sonra tərəflərin nikahına xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, 56 nömrəli yekun protokol və alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə imzalanmış, lakin protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 2 il sonra (qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 56 nömrəli yekun protokolunun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia irəli sürmüşdür. İddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçının hazırki iddia tələbi üzrə məhkəməyə müraciət hüququ üçün 1 illik iddia müddəti keçmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1ə Hüsrəddin qızı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, əmlak iddiaçı ilə cavabdehin birgə mülkiyyətində olan əmlakdır. Həmin əmlak iddiaçının da adına alına bilərdi. Hərrac birgə əmlaka yönəldilmişdir. Bu səbəbdən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçının əmək haqqı 500 manat olmuşdur. Onun heç bir əlavə gəliri olmamışdır. İddiaçının ailəsi də imkanlı deyildir ki, ona yardım etmiş olsun. Evləndikləri vaxt onun sadəcə ailəsinə məxsus mənzili olmuşdur. Evlənəndən sonra onun adına olan və ona məxsus mənzildə yaşamışlar. Mübahisələndirilən əmlakın alınmasından iddiaçının xəbəri belə olmamışdır. Həmin vaxtlar aralarındakı münasibətlər yaxşı olmadığından əmlakın alınması barədə ona məlumat verməmişdilər. Mübahisələndirilən əmlak o, anası və bacısı arasında 1/3 hissədə bölünmüşdür. Həmin əmlakı icarəyə də vermişdilər, icarə haqqından ona heç bir pay verilmirdi. Maşın alınmasında da atası pulun çox hissəsini vermişdi, sonradan maşını anasının adına keçirmişdir ki, pay tələb etməsin. Həmin maşından öz payını tələb etdiyindən iddiaçı qərəzli olaraq hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, əmlak cavabdehin mərhum atası tərəfindən alınmışdır. Sadəcə olaraq, əmlak Nigar xanımın adına rəsmiləşdirilmişdir. Əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. İddiaçı özü də bunu çox yaxşı bilir. Murad müəllim həmin əmlakı 2017-ci ildə almışdır, 2018-ci ildə isə qəflətən vəfat etmişdir. İddiaçının məqsədi bu ailədən mənfəət əldə etməkdir. Murad müəllim iddiaçıya avtomobil almış və iddiaçı onu öz anasının adına keçirərək, satmışdır. Hazırda da niyyəti bu istiqamətdədir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, 370 nömrəli məktubundan görünür ki, Bakı Şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsi, 7-ci dalan, 2A saylı torpaq sahəsi 1 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-1383 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsinə və torpağın bölgüsü sxeminə əsasən X7 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmçinin ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının 1/3 hissəsi (272.54 kv.m) 9 saylı notariat kontorunun 4ə-244 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyata alınmış, lakin xx.xx.2020-ci il tarixli, 56 nömrəli hərrac yekunu barədə protokoldan çıxarış və eyni tarixli müqavilə əsasında digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. xx.xx.2012-ci il tarixindən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri üzrə X7 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir; ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının X10 məxsus 1/3 hissəsi “Hərrac Təşkilatının hərrac yekunları barədə 56 nömrəli, xx.xx.2020-ci il tarixli protokolu”na və eyni tarixli müqaviləyə, habelə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 saylı, xx.xx.2020-cı il tarixli icra vərəqəsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır. Sözügedən protokolda və müqavilədə əmlakın (obyektin) alış qiymətinin 412986 manat olması qeyd edilmişdir. Barəsində soruşulan qeyri-yaşayış binasını əldə edən alıcının Cavabdeh4 olduğu həmin sənədlərdə göstərilmişdir; Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” X12 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsini “alıcı” X2 556650 manata satmışdır; Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” X12 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsini “alıcı” X4 556650 manat satmışdır; Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” X12 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsini “alıcı” X10 556700 manata satmışdır; AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1/3 hissədə X8, 1/3 hissədə X14 və 1/3 hissədə X3 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; İddiaçı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində verdiyi xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından paylı mülkiyyət hüququ üzrə arvadı X10 məxsus olan 1/3 hissənin icarəyə verilməsinə heç bir etirazı olmamışdır; İddiaçı 3 saylı Bakı “ASAN xidmət” mərkəzində verdiyi xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından paylı mülkiyyət hüququ üzrə arvadı X10 məxsus olan 1/3 hissənin icarəyə verilməsinə heç bir etirazı olmamışdır; Nərimanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 400000 manat məbləğində borcun Cavabdeh4 xeyrinə tutulması qət edilmişdir; “X6” MMC-nin (yeni adı "xxxx" MMC) xx.xx.2020-ci il tarixli, 56 saylı “Hərracın yekunları barədə” protokolunun surətindən görünür ki, X10 məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsi Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1123/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi və Cavabdeh2 xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən açıq hərracda tələbkar Nəbiyev Əbil oğlu tərəfindən 412986 manat məbləğində əldə edilmişdir; AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1/3 hissədə X8 və 1/3 hissədə X3 adına xx.xx.2017-ci il tarixdə, 1/3 hissədə Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Nərimanov Rayon Məhkəməsinin 2(005)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X14 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-1504/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X10 qarşı birgə nikah dövründə əldə olunmuş 8142 manat dəyərində Yamaha JU 109-Silent PE/SG2.L markalı pianinonun, Freywille brendinin 683 manat qızıl üzüyünün, 1530 manat dəyərində qızıl qolbağın, 1119 manat dəyərində kulonun, 235 manat dəyərində sepin, 1750 manat dəyərində qızıl sırğanın, 1500 manat dəyərində qızıl saat və “yoloçka” qızıl qolbağınln ½ hissəsi miqdarında, cəmi 7479,5 manat və ona məxsus X16 brendinin 2000 manat dəyərində olan brilyant qaşlı kişi nişan üzüyünün özü və ya dəyəri, ümumilikdə 9479,5 manat dəyərində əmlakın və ya onun dəyərinin cavabdeh X5 alınaraq ona verilməsi barədə iddia tələbi rədd edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5973/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Nərimanov Rayon Məhkəməsinin 2(005)-1504/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, Nigar xanımın atasını uzun müddətdir ki, tanıyırdı. Eyni zamanda Nigar xanım onun qızı ilə rəfiqə olmuşdur. Murad müəllim ona müraciət edərək, Nigar xanıma əmlak almaq istədiyini və onu almaq üçün pulunun çatmadığını bildirmişdi və ondan borc pul istəmişdi. Murad müəllim dəyəri hardasa bir milyondan çox olan əmlakı qızlarının və arvadının adına almışdı. Nigar xanımın evləndiyi oğlanın imkanı çox da yaxşı deyildi və bunu onları tanıyan hər kəs bilirdi. Murad müəllimi 2000-ci ildən tanıyır, uzun müddət münasibətləri olmuşdur. Murad müəllim ondan borc pulu 2017-ci ilin yanvar ayının sonu və ya fevral ayının əvvəlləri götürmüşdür. Murad müəllim pulu istədiyi vaxtdan bir ay sonra manat şəklində ona borc vermişdir. O borcu imkan olan kimi verəcəyini bildirmişdir. Ona güvəndiyi üçün borcun qaytarılmasına görə hər hansı vaxt qoymamış və pulu şifahi şəkildə vermişdir. Özü auidit fəaliyyəti ilə məşğuldur, həm də digər sahibkarlıq fəaliyyətini həyata keçirir. Arpa əkini mövsumi dövründə biznes fəaliyyəti ilə əlaqədar pul lazım olduğundan Nigar xanımdan pulunu istəmiş, artıq həmin dövrdə atası vəfat etmişdi. Həmin borc ona 2019-cu il tarixində Nigar xanım tərəfindən qaytarılmışdır. Pulu necə qaytardığını dəqiq deyə bilməsə də, kimdənsə borc alaraq qaytardığını eşitmişdir; Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 bildirmişdir ki, cavabdehin dayısı oğludur. Nigar xanımın və Elşad müəllimin gəliri çox az idi və Murad müəllim həmişə Nigargilə maddi yardım göstərirdi. Həmin əmlakı Murad müəllim almışdır. Əmlak səhv etmirsə Hüseynzadə küçəsində yerləşirdi. Sadəcə borc alındığını bilir, lakin borcun məbləği barədə məlumatı yoxdur. Murad müəllimin əmlakları və gəliri barədə də dəqiq məlumatı yoxdur. Onu deyə bilər ki, sahibkar kimi fəaliyyət göstərirdi, kolbasa məmulatlarının istehsalı ilə məşğul idi, imkanları yaxşı idi, bir neçə əmlakları var idi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2012ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2017-ci il tarixində alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsi X7 adına rəsmiləşdirilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 400000 manat məbləğində borcun Cavabdeh4 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2020-ci il tarixində həmin əmlak məhkəmənin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra icraatı qaydasında hərrac keçirilməklə özgəninkiləşdirilmiş və Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı sözügedən əmlakın birgə nikah dövründə əldə edilməsinə, hərracdan satılarkən onun razılığının alınmamasına istinad etməklə keçirilmiş hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini, həmin hərracda əmlakı əldə etmiş Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsini və əmlak üzərində onun payının müəyyən edilməsini məhkəmədən xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin tələblərinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Eyni zamanda Ailə Məcəlləsinin 32.1 və 32.2-ci maddələrinə uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “İcra haqqında” Qanunun 45.8-ci maddəsinə görə, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Ailə Məcəlləsinin 33.3 və 33.4-cü maddələrinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Müvafiq iddia tələbi irəli sürülərkən ilk növbədə müəyyən edilməli olan hallardan biri, həmin əmlakın ər-arvadın birgə nikah dövründə əldə olunub-olunmamasının, yəni daşınmaz əşyaya birgə hüququn mövcudluğunun araşdırılmasıdır. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiya müəyyən edir. Normanın mənasına görə, hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş əmlak hesab edilir. Bu halda pay tələb edən ər (arvad) əşyanı birgə təsərrüfat hesabına alındıqlarını sübuta yetirmək vəzifəsi daşımır. Belə sübut etmə yükü əksini iddia edən (etiraz edən) tərəfin üzərinə düşür. Əldə edilmiş əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilməsi şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun hüquqi mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarlar). Hazırki işdən göründüyü kimi, cavabdeh mübahisələndirilən daşınmaz əşyanın tərəflərin birgə nikah dövründə əldə etdikləri gəlirlər hesabına deyil, atası tərəfindən, hədiyyə kimi onun vəsaiti hesabına alındığını iddia edərək, bunları təsdiq edən sübut kimi şahid ifadələrini və digər dəlilləri əsas gətirir. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsinin paylı mülkiyyət hüququ üzrə tərəflərin nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır. Mövcud vəziyyətdə həmin əmlakın birgə əmlak hesab edilmədiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 272.54 kv.m. olan qeyri-yaşayış binası mərhum atası tərəfindən, atasının vəsaiti hesabına, vəsaitin bir qismi borc götürülməklə ona, anasına və bacısına hədiyyə kimi alınmışdır. Atası vəfat etdikdən sonra atası tərəfindən həmin əmlakın alınması üçün götürülmüş 400000 manat borcun qaytarılması zərurəti yaranmışdır. Həmin borcu atası Rəsət adlı tanışlarından almışdır. O isə öz pulunu tələb etdiyindən məcbur qalaraq Cavabdeh4 ilə kredit müqaviləsi bağlamış, ondan 400000 manat borc götürmüş və atasının borcunu bağlamışdır. Daha sonra Cavabdeh4 onu məhkəməyə verərək 400000 manat pul tələb etmiş, iddiası təmin edilmiş və məhkəmənin qətnaməsinin icrası zamanı onun adına olan və hazırda iddia predmeti olan qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə satılmışdır. Qeyd olunmalıdır ki, Nərimanov Rayon Məhkəməsinin cavabdeh X5 400000 manat məbləğində borcun tutulmasını müəyyən edən xx.xx.2020-ci il tarixli qətnaməsində də cavabdeh verdiyi izahatlarında bildirmişdir ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 54 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinə əsasən ona 400000 manat məbləğində borc pul vermişdir. Həmin borc məbləğini başqa şəxsə borcu olduğu üçün götürməyə məcbur olmuşdur. Belə ki, onun X9 pul borcu var idi. Buna görə də, Cavabdeh4 borc götürdüyü 400000 manat pulu X9 verərək, ona olan borcunu qaytarmışdır. Hazırda Cavabdeh4 olan 400000 manat məbləğində borc pulu qaytarmağa maddi imkanı yoxdur. Hazırki iş üzrə məhkəmə iclasında şahid qismində ifadə vermiş və yuxarıda qeyd edilən məhkəmə prosesi zamanı adı çəkilən borcun alındığı şəxs - X13 bildirmişdir ki, cavabdehin atası imkanlı olmuş, ailəsinə obyekt alarkən pulu çatmadığından ondan borc istəmiş, atası rəhmətə getdikdən sonra öz biznes fəaliyyəti ilə əlaqədar ona pul lazım olduğundan pulunu geri istəmiş, o, isə kimdənsə borc alıb pulunu qaytarmışdır. Cavabdehin etirazında istinad etdiyi diqqətəlayiq məqamlardan biri də odur ki, Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində bağlanmış daşınmaz əşyanın alqısatqı müqavilələrinin surətindən görünür ki, “satıcı” X12 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini eyni tarixdə, eyni ailənin üzvlərinə, hər birinə 1/3 hissə olmaqla cavabdeh X14, onun anası X8 və bacısı X1 və onların adına paylı mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Bir əmlakın eyni vaxtda bir ailənin üzvləri tərəfindən paylı mülkiyyət hüququ ilə satın alınması və adlarına qeydiyyata alınması isə mövcud vəziyyətdə həmin əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını müəyyən mənada şübhə altına alır. Bundan başqa iş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh X10 qarşı birgə nikah dövründə əldə olunmuş 8142 manat dəyərində markalı pianinonun, Freywille brendinin 683 manat qızıl üzüyün, 1530 manat dəyərində qızıl qolbağın, 1119 manat dəyərində kulonun, 235 manat dəyərində sepin, 1750 manat dəyərində qızıl sırğanın, 1500 manat dəyərində qızıl saat və “yoloçka” qızıl qolbağının ½ hissəsi miqdarında, cəmi 7479,5 manat və ona məxsus X16 brendinin 2000 manat dəyərində olan brilyant qaşlı kişi nişan üzüyünün özü və ya dəyəri, ümumilikdə 9479,5 manat dəyərində əmlakın və ya onun dəyərinin cavabdeh X5 alınaraq onun xeyrinə verilməsi barədə iddia qaldırmış, müvafiq iddia Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edildikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onlar evləndikdən sonra ona məxsus mənzilə köçmüş və orada yaşamışlar. 2018-ci ildə münasibətləri pisləşdiyindən iddiaçı əşyalarını götürüb onun mənzilindən çıxmışdır. Bu halı iddiaçı məhkəməyə ünvanladığı yazılı mülahizələrində təsdiq etmişdir. Cavabdeh göstərilən halın iddiaçının dörd yüz mindən çox əmlakı almaq imkanına malik olmaması barədə dəlillərini təsdiq edən hallardan biri olduğuna istinad etmişdir. Qeyd olunmalıdır ki, daşınmaz əşyanın birgə nikah dövründə əvəzli qaydada əldə olunmasına əsaslanaraq qarşı tərəfin dəlillərinə qiymət vermədən onun hər bir halda birgə əmlak kimi qəbul edilməsi mülki dövriyyə iştirakçılarının subyektiv hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin mövcud vəziyyət əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərin eyni zamanda mövcudluğu tələbini əhəmiyyətsiz etmiş olar. Bu cür yanaşma həm də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Belə ki, qanunvericilikdə “əldə edilmə, qazanma” ifadələri hüquqi-iqtisadi mənada işlədilir, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün o, həm hüquqi mənada, həm də iqtisadi mənada qazanılmalıdır. Odur ki, həmin əmlakın birgə nikah dövründə əldə edilməsi kifayət deyil, əmlak tərəflərin qazandığı gəlir hesabına əldə olunmalıdır. Yalnız bu şərtlərin mövcudluğu halında ər və ya arvadın razılığı olmadan bağlanmış müqavilə etibarsız hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4 və 337.5-ci maddələrinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən Mülki Məcəllənin 225.6-cı maddəsinə uyğun olaraq isə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, müvafiq hüquq ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş ümumi birgə əmlakın mülkiyyətçilərinə məxsusdur. Yəni birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən bütün əsasların mövcud olduğu, tərəflərin ümumi birgə əmlakı olduğu halda müvafiq iddia tələbi uğurlu hesab oluna bilər. Beləliklə, məhkəmə cavabdehin dəlillərinə, şahid ifadələrinə, əmlakın bir ailə üzvləri tərəfindən eyni gündə paylı mülkiyyət hüququ ilə əldə edilməsinə, əmlakın cavabdeh tərəfindən uzun müddət icarəyə verilməsinə və tərəflərin izahatına əsasən gəliri təkbaşına əldə etməsinə, eləcə də işin digər diqqətəlayiq hallarına (nikah bağlandıqdan sonra cavabdehin mənzilində yaşamaları və s.) məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi əmlak ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmədiyindən həmin əmlak barəsində bağlanmış əqdin etibarsız hesab edilməsi tələbi, eyni zamanda hərracın nəticələrinin etibarsız hesab olunması və əmlak üzərində payının müəyyən edilməsi tələbləri təmin edilə bilməz. Belə ki, hazırkı iddianın predmeti kimi çıxış edən daşınmaz əşya iddiaçı ilə birgə nikah dövründə alınsa da, ailənin birgə gəlirləri hesabına əldə olunmamışdır, bu hal isə həmin daşınmaz əşyanın ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunmasını istisna edir. Bu isə öz növbəsində iş üzrə müəyyən edilmiş faktiki halların iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən normaların dispozisiya şərtləri ilə uyğun gəlmədiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə müvafiq nəticəyə gələrkən qanunvericiliyin iddia tələbinin və ona etirazın əsasında duran hallara düzgün hüquqi qiymət verilməsi, tərəflərin izahatlarının, toplanmış sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsi, başlıcası qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılması tələblərini rəhbər tutumuşdur. Belə ki, məhkəmə qətnaməsi çıxarılarkən nəzərə alınmalı olan hallardan biri də Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Şahid ifadələrinin mötəbərliyi ilə bağlı məhkəmə qeyd edir ki, sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hazırki iş üzrə şahid ifadələri işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun gəldiyindən mötəbər sübut kimi qəbul olunur. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Məhkəmə cavabdehlərin müvafiq iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin ötürülmüş hesab edilməsinə dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsi və Cavabdeh4 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın yekunları barədə protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və sair tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı Şəhəri Cavabdeh2, Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsi və Cavabdeh4 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın yekunları barədə protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-182/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-182/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver