Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1830/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a)Tələb: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat olmaqla sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 hər ay hər bir uşaq üçün 150 manat toplamda 300 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı bildirir ki, X12 ilə xx.xx.2008ci il tarixdə 423 nömrəli nikah şəhadətnaməsi ilə ailə həyatı qurmuşdur. Hazırda X3 rayonu Qobustan qəsəbəsi ünvanı üzrə cəzaçəkmə müəssisəsində cəzasını çəkir. İddiaçının qaynanası Cavabdeh pensiya alır və İddiaçı və övladlarına köməklik göstərmir. Onların ailə münasibətlərindən xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, həyat yoldaşı həbsdən çıxmışdır. Lakin o, ödəniş etmək iqtidarında deyildir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. -Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ 423884 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X12 arasında xx.xx.2008-ci il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 423 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir. -460608 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. -364046 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. -AR DİN-nin xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küç, D1,ev 1 ünvanında qeydiyyatdadır. -Abşeron Rayon Məhkəməsinin 1(012)-222/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X12 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək və ona qəti olaraq 1 il, 5 ay, 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmağa başlanması hökm edilmişdir. -Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3894/2024 saylı xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsinin təmin edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Əsaslandırıcı hissə: b) İşin faktiki halları: İddiaçı ilə X12 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə, 423 № ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X11 adlı üç uşaqları var. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-222/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X12 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 5 ay, 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hazırda iddiaçı maddi yardıma ehtiyacı olduğundan xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün cavabdeh X2 hər ay hər bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin məhkəmə araşdırılması zamanı iddiaçının izahatı və cavabdehin qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçının əri X12 cəzasını çəkməsini başa vurmuşdur, hazırda azadlıqdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinə 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4.-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin qiymətləndirməsi: Qeyd edilən normaların məzmunundan göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxslər öz valideynləri tərəfindən saxlanmalıdırlar. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan uşaqlar saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik olan baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırda iddiaçı cavabdehin nəvələrinə aliment ödəmək üçün zəruri vəsaitə malik olması barədə sübut təqdim edilmədiyindən, iddia tələbi təmin oluna bilməz. Cavabdehin nəvəsinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı cavabdehin nəvəsinin saxlanması üçün zəruri gəlirə malik olmasını göstərsə də, bu barədə hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı özü də uşağın valideyni olmaqla, onu saxlamaq vəzifəsini daşıyır, həmçinin uşaqların valideyni olan ataları artıq cəzaçəkmə müəssisəsində deyildir. Yəni hazırda iddiaçı uşaqların atasından aliment tələb etmək hüququna malikdir. Rəsmi olaraq heç bir yerdə işləməmək və qazanca malik olmamaq valideyni uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə olan halda iddia tələbi Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilən həm birinci şərtlə, həm də ikinci şərtlə uzlaşmır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş mediasiya xərcləri iddiaçıya aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə ödənilmiş mediasiya xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1830/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1830/2025
17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver