Məhkəmə qərarları › İş №2(005)-1864/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1864/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1864/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və onun vəkili X2, Cavabdeh "xxxxxxxxxxxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxxxxxxxxxxx" ASC-yə qarşı (“xxxxxxxxxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxx” ASC-dən 19.500 (on doqquz min beş yüz ) manat sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun (məhkəmə xərcinin) tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o “xxxxxxxx” ASC ilə xx xxx 2019cu il tarixdə lizinq müqaviləsi bağlayaraq 27.300 manat müqavilə üzrə müəyyənləşdirilmiş dövrülüklə ödəniş etməklə, “SHACMAN SX3255DR354” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili almışdır. “xxxxxxxxxxx” MMC avtomobilini 39.000 manat dəyərində qiymətləndirmişdir. Avtomobilini xx.xx.2019-cu il tarixdə Ml-010240 nömrəli müqaviləyə əsasən “xxxxxxxxxxxxx” ASC ilə aralarında sığorta müqaviləsi bağlanmaqla 3 il müddətinə 70% olmaqla sığorta etdirmişdir. Sığorta müqaviləsinə əsasən sığorta məbləğinin nəqliyyat vasitəsinin bazar dəyəri nisbətində 70% həcmində ödəniş olunacağı sığorta şirkəti ilə aralarında razılaşma olmuşdur. İddiaçını aldığı “SHACMAN SX3255DR354" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2019-cu il tarixdə qəza hadisəsi nəticəsində aşaraq tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh “xxxxxxxxxxxxx” ASC avtomobilin yararsız halda olduğunu müəyyən etdikdən sonra iddiaçıya 7.800 manat pul ayırmış, lakin həmin pul onun özünə yox, faydalanan şəxs qismində həmin sığorta ödənişi "xxxxxxxxxx" MMC-nin hesabına köçürülmüşdür. Sığorta şəhadətnaməsi üzrə cavabdeh “xxxxxxxxxxxxx” ASC sığorta şirkəti əmlakının dəyərinin, yəni 39.000 manatın 70%-ni, 27.300 manat pul vəsaitini faydalanan yəni "xxxxxxxx” ASCnə ödəməli olduğu halda yalnız 7800 manat ödəmiş və qalan məbləği isə yəni 19500 manatı qəsdən ödəməmişdir. Belə olan halda da iddiaçının bank qarşısında olan öhdəliyinin icrası ona çətinliklər yaranmışdır. Cavabdehin bu cür hərəkətlərini qanunsuz və əsassız hesab edərək, məcburiyyət qarşısında qaldığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında İddiaçı və onun vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Nümayəndə iddianı qismən qəbul etmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının xxxxxxxxxxxxx” ASC-dən 19.500 (on doqquz min beş yüz ) manat sığorta ödənişini tələb etməkdə haqlı deyil. Belə ki, “SHACMAN SX3255DR354" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin mülkiyyətçisi «xxxxxxxxxxx” MMC-dir. Nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsindən də görünür ki, yük avtomobili üzrə faydalanan şəxs kimi «xxxxxxxxxxx” MMC göstərilmiş və avtomobiləə dəymiş zərər tam məhv kimi müəyyən edilməklə 28840 manat olmuş, həmin məbləğdən 15 faiz azadolma 39000-5850-9945- 14000=9205 manat ödənilmişdir. Buna görə də, iddia tələbi rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümldən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “xxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03/0050/DLİZ saylı Daxili maliyyə lizinqi müqaviləsinin surətinə əsasən Lizinq verən “xxxxxxxxxxx” MMC 27.300 manat dəyərində lizinq obyekti olan “SHACMAN SX3255DR354" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Lizinq alan “xxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə lizinqə (icarəyə) vermişdir; İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək hər ay 1056,78 manat ödəmək öhdəliyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 6167 nömrəli Gəncə şəhər Avtoservis müəsisəsində tərtib edilmiş rəyin surətinə əsasən “SHACMAN SX3255DR354" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 26,450 manat ziyan dəyməsi müəyyən olunmuşdur; Mİ seriyalı, 010240 nömrəli nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsinə surətinə əsasən “SHACMAN SX3255DR354" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə sığortaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti, sığorta olunan İddiaçı, faydalan şəxs “xxxxxxxxxxx” MMC göstərilmişdir. Nəqliyat vasitəsi üzrə 800 manat azadolma məbləği olmaqla 27.300 manat həddində sığorta məbləği, Sığorta obyektinin dəyəri 39.000 manat, sığorta haqqı 2129,40 manat təşkil edir; Sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019 – xx.xx.2020-ci il qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən “xxxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxx” MMC-yə kasko sığorta ödənişi üçün 7,785.40 manat məbləğində pul ödənilmişdir; “xxxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli KSM 00332 salyı sığorta aktının surətinə əsasən “SHACMAN SX3255DR354" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 28.840 manat təşkil edir; avtomobilə dəymiş ziyan real bazar dəyərinin 70 faizi keçdiyi üçün avtomobil tam məhv kimi qiymətləndirilmiş, bu halda avtomobilin real bazar dəyərindən 15 faiz azadolma məbləği, natamamlıq avtomobilin qalıqlarının dəyəri çıxılmaqla 39000-5850-9945- 14000=9205 manat. 1419,60 manat xx xxxxxxxx 2019-cu il tarixinədək olan debitor borcundan (sığorta haqqının qalıq borcundan) silinmiş, 7785,40 AZN “xxxxxxxxxxx” MMCnin hesabına göçürülmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Daxili maliyyə lizinqi müqaviləsinin surətinə əsasən Lizinq verən “xxxxxxxxxxx” MMC 27.300 manat dəyərində lizinq obyekti olan “SHACMAN SX3255DR354" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Lizinq alan “xxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə lizinqə (icarəyə) vermiş, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək hər ay 1056,78 manat ödəmək öhdəliyi öz üzərinə götürmüş, nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən– xx.xx.2020-ci il tarixədək Nəqliyat vasitəsi üzrə 800 manat azadolma məbləği olmaqla 27.300 manat həddində sığorta məbləği, Sığorta obyektinin dəyəri 39.000 manat, sığorta haqqı 2129,40 manat təşkil etmiş, sığorta olunan İddiaçı, faydalan şəxs “xxxxxxxxxxx” MMC göstərilmişdir. İddiaçı sığorta ödənişinin ona ödnilməli olmasını iddia edir, cavabdeh isə bu halı qəbulğ etməyərək faydalan şəxs kimi “xxxxxxxxxxx” MMC-yə müvafiq ödəniş aparılmasını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 884.1-ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.4-cü maddəsinə görə, sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 884.6-cı maddəsinə görə, faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 909.1-ci maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər. 909.2-ci maddəsinə əsasən, girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır. 927.5-ci maddəsinə əsasən, girov qoyulan əmlakın tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik sığorta ödənişinin həyata keçirilmə qaydasını müəyyən etmiş, tərəflər arasında sığorta müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə uyğun sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. belə ki, Mülki Məcəllənin 927.2-ci maddəsinə görə, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; Məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, iddiaçının cavabdeh “xxxxxxxxxxxxx” ASC-dən 19.500 (on doqquz min beş yüz ) manat sığorta ödənişinin tələb etməsi əsassız, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxxxxxxxx" ASC-yə qarşı (“xxxxxxxxxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “sığorta ödənişinin tutulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxxxxxxxxxxx" ASC-yə qarşı (xxxxxxxxxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “sığorta ödənişinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar