Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1872/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh övladları xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay hər bir uşağa görə uşaqların saxlanması üçün müəyyən edilən yaşayış minimumunun məbləğindən az olmamaqla alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4562/2017 saylı mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Xudiyeva (Nəbiyeva) Tamara Faiq qızı arasında nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X7 ananın yanında qalmış, onun yetkinlik yaşına çatanədək saxlanması üçün xx xxx 2017-ci ildən başlayaraq hər ay sabit pul məbləğində 137 manat alimentin tutulması və s. qət edilmişdir. Borclu qəsdən gecikdirmələrlə də olsa aliment borclarını ödəyir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh Fövqəladə Hallar Nazirliyində işləyir, yaxşı əməkhaqqı alır. Uşağın bütün qayğılarını, ehtiyacını çətinliklə ödədiyini, tək qadın olduğunu bildirmişdir. Uşağın adi qidasını belə tam təmin edə bilmədiyini qeyd etmişdir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında Cavabdeh iddia tələbini qəbul edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətində işləyir. Birgə nikahlarından doğulmuş xx xxxxxx 2012ci il təvəllüdlü oğlu üçün hər ay geçikmədən aliment ödəyir. Hazırda alimentin əmək haqqına yönəldilməsinə etiraz etmir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 642086 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 282294 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X8 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci tarixdə 437 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4562/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətinə əsasəniddiaçı X6 Cavabdeh arasında olan Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində xx xxxxx 2011-ci il tarixdə, akt qeydləri kitabında 377 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçı (anası) X6 himayəsində saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx xxx 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment X6 xeyrinə tutulması qət edilmişdir; Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh aylıq əmək haqqı - 647 manat 78 qəpik, orta illik əmək haqqı - 627 manat 16 qəpikdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4562/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçı (anası) X6 himayəsindədir, qətnamə ilə xx xxx 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment X6 xeyrinə tutulur. xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 oğlunun atası Cavabdeh (cavabdeh), anası İddiaçıdır (iddiaçı). İddiaçı Xudiyev Hikmət oğlunun saxlanılması üçün qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay hər bir uşağa görə uşaqların saxlanması üçün müəyyən edilən yaşayış minimumunun məbləğindən az olmamaqla aliment tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehdən uşaqların saxlanılması üçün alimentin tutulmasını tələb etməklə, hüquqi nəticə etibarı ilə həmin uşaqların saxlanılması üçün cavabdehdən artıq məhkəmə qaydasında tutulmuş aliment məbləğinin dəyişdirilməsini (artırılmasını) tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbi “müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi” tələbi kimi qiymətləndirilməli və məhz bu tələbə hüquqi qiymət verilməlidir. Məhkəmə cavabdehdən yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması ilə bağlı iddiaçının tələbinə münasibətdə qeyd edir ki, hazırkı aliment məbləğinin hər uşaq üçün 170 manat olduğunu nəzərə alaraq alimentin cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsinə yönəldilərək tutulması uşağın mənafeyinə daha uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. X2 X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsində aliment tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Aliment Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalı, aliment məbləği qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(005)-4562/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1872/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1872/2020
27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver