Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1886/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X3 İddiaçı yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay olmaqla, 235 manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nigaha daxil olmuşdur, hazırda isə nigahları qüvvədədir. Nikahdan 2012-ci il təvəllüdlü övladları X5 dünyaya gəlmişdir. Cavabdeh ilə birgə yaşamaq mümkün olmadığına görə hazırda iddiaçı övladı ilə birgə ayrı yaşamaqla həyatını davam etdirir. Azyaşlı övladının maddi və mənəvi, təhsil və digər ehtiyacları iddiaçı tərəfindən qarşılanır, hazırda isə bunu etməkdə çətinlik çəkir və ona görə də məhkəməyə müraciət etdiyini bildirir. 2024-cü ildə uşaqların ehtiyac meyarı 235 manat müəyyən edilmişdir. Hazırda aliment miqdarı 235 manat müəyyən edilmişdir, uşaqların xərcləri isə artmışdır. Bu məsələnin mediasiya vasitəsilə həll edilməsi mümkün olmamış, bu barədə Mediasiya təşkilatı arayış vermişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZ-İİ 235039 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 28 oktyabr 2017-ci il tarixində nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2017-ci ilin oktyabrın 28 günündə 3626 nömrə ilə qeyd edilmişdir. - AZ-İİİ 239785 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı 27 oktyabr 2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. - ünvan 2qust 2017-ci il tarixli Nərimanov rayon İcra şöbəsinə ünvanlanan İddiaçı ərizəsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7332/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh hər ay 117 manat aliment alınaraq ona verilməlidir. O hal-hazırda Cavabdeh ilə barışmış və onun ona aliment borcu qalmır. Ona görə də xahiş edir yuxarıda qeyd etdiyi icra sənədinə xitam verilsin. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7332/2016 saylı, 14 sentyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 17 avqust 2016-cı il tarixdən başlayaraq, 20 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7391/2016 saylı, 22 sentyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə Abdullayeva (Tarverdiyeva) Nərminə Vaqif qızı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış və 844 nömrə ilə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları 20 fevral 2012-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarından olan ünvan 2qust 2017-ci il tarixli Nərimanov rayon İcra şöbəsinə ünvanlanan İddiaçı ərizəsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7332/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh hər ay 117 manat aliment alınaraq ona verilməlidir. O halhazırda Cavabdeh ilə barışmış və onun ona aliment borcu qalmır. Ona görə də xahiş edir yuxarıda qeyd etdiyi icra sənədinə xitam verilsin. Buradan görünür ki, cavabdeh tərəfindən 22 avqust 2017-ci il tarixindən etibarən aliment ödənilmir. Hazırda iddiaçı bu müddətdən sonra ilk dəfə olaraq alimentlə bağlı müraciət edir. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalı və qətnamə dərhal icra edilməlidir. Təyin ediləcək alimentin məbləği barədə hissədə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X2 Nərminə Vaqif qızının yanında saxlanılmalı, İddiaçı Cavabdeh ilə ailə münasibətlərindən olan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh 235 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 Nərminə Vaqif qızının yanında saxlanılsın, xx.xx.2024cü il tarixdən başlayaraq, İddiaçı Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 235 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1886/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1886/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver