Məhkəmə qərarları › İş №2(005)-1896/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1896/2022

19.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1896/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdehlər Cavabdeh1 ASCnin Nərimanov rayon Sukanalı İdarəsi və Cavabdeh1 ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Nərimanov rayon Sukanalı İdarəsi və Cavabdeh1 ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Su Kanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 600671 nömrəli aktın və onun hüquqi nəticələri ləğv edilsin və Cavabdeh1 ASC-nin xx.xx.2021-ci il tarixli, 01/4/01-7/6/16579 saylı və Nərimanov Rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 01/01- 11/01-701 saylı cavab məktubları qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəməyə tələbin həcminin azaldılması ərizəsi ünvanlayaraq, cavabdeh Nərimanov Rayon Su Kanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 600671 nömrəli aktın ləğv edilməsi və akt üzrə hesablanmış 1610 (min altı yüz on ) manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyi Azərbaycan Respublikası Nazirlər Kabiretinin 2011-ci il 15 iyul tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların" siyahısına daxildir. Təhsil Nazirliyinin Xalq Təhsili Muzey bu siyahıya daxil olduğundan onun maliyyələşməsi də təhsil qanunvericiliyinə əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Muzey büdcə təşkilatf olduğundan və onun maliyyələşməsi Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyindən mübahisələnəndirilən hazırkı akt bilavasitə Təhsil Nazirliyinin hüquq və mənafeyinə toxunur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Azərsu"ASC-nin Nərimanov Rayon Su Kanal İdarəsinin əməkdaşları Təhsil Nazirliyinin ərazisinə daxil olaraq, su xətlərinə baxış keçirmiş və 30 iyul 2021-ci il tarixli 600671 saylı akt tərtib etmişlər. Aktda qeyd edilir ki, “Xətai prospekti 49 ünvanında yerləşən Təhsil Muzeyinin su sayğacına və su xəttinə baxış keçirilən zamanı məlum oldu ki, obyektin su sayğacından öncə amarikanka quraşdırılmışdır. Bu hal müqavilə şərtini pozduğu üçün sayğacdan öncə quraşdırılmış amerikankanın diametri üzrə dəymiş ziyan tərtib olunması, d-16 mm-lik boru ilə götürülməsi məqsədə uyğundur". Nəzərinizə çatdırırıq ki, amerikanka deyilən su nasosu 2006-cı ildən həmin yerdə mövcud olub. 2008-ci ildə binaya sayğac quraşdırılarkən nasosdan gələn su borusunu sayğaca “Azərsu" ASC-nin əməkdaşları qoşmuşdur. Sonradan həmin sayğaclar elektron su sayğacları ilə əvəz edilərkən su nasosundan gələn boru xətti STKM-nin əməkdaşları tərəfindən sayğaca qoşulmuşdur. Cavabdeh1 ASC-nin əməkdaşları müxtəlif vaxtlarda muzeyə daxil olan su xətlərini yoxlamış və muzeyin binasına gələn su xəttinin nasos vasitəsilə sayğaca qoşulmasınm müqavilə şərtlərinin pozulması kimi heç vaxt irad bildirməmişlər. Digər tərəfdən STKM- nin əməkdaşları hər ay sayğaca baxış keçirmiş və su sərfiyyatınm istifadə miqdarını müəyyən edərkən bu məsələyə münasibət bildirməmişlər. Belə ki, su sayğacına baxış keçirən əməkdaşlar bilirdilər ki, bu qoşulma STKM-nin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Lakin, cari ilin iyul ayında gələn əməkdaşlar su nasosundan gələn borunun sayğaca qoşulmasını irad kimi qəbul edərək, akt tsrtib etmişlər. Baxmayaraq ki, su xəttində heç bir kənar qoşulma aşkar edilməmişdir. Hesab edirik ki, aktı tərtib edən əməkdaşlar qərəzli olaraq və ehtimallara əsaslanaraq su nasosunun sayğacdan öncə olduğunu qeyd etmişlər. Halbuki, su nasosundan gələn xətti sayğaca STKM-nin əməkdaşları qoşmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının 2.1.3-cü bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STMK-nın əsas vəzifəsidir. Lakin STKM-nın əməkdaşları 2008-ci ildən hazırkı dövrə qədər dəfələrlə su qurğularına baxış keçirmiş və nasosun sayğaca qoşulması barədə heç bir irad bildirməmişlər. "Azərsu” ASC-yə və X1 İdarəsinə 06 sentyabr 2021 -ci il tarixdə 32 saylı məktubla müraciət edilərək, aktın qanunsuz və əsassız olduğundan onun ləğv edilməsi barədə müraciət olduğuna baxmayaraq, bundan imtina edilmiş və cavab olaraq bildirilmişdir ki, Nəimanov ərazisində yerləşən müqavilə nömrəsi 092551 olan obyektə baxış keçirilən zaman su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindər xx.xx.2021-ci il tarixli 600671 saylı akt tərtib olunmuş 1610 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məktubda yazılmış cərimənin ödənilməsi tələb edilmişdir. Nərimanov Rayon Sukanal İdarəsinin 12 oktyabr 2021-ci il tarixli, 01/01-11/01-701 saylı cavab məktubunda qeyd edilmişdir ki, su təchizatı və tullantı sularının axıdılması sisteminə qeyri-qanuni qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxslərdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının 8.6-cı bəndinə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən tələb etməlidir. Nərimanov Rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 600671 saylı aktın yazılmasına baxmayaraq, su xəttinə hər hansı bir qoşulma və kənar xətt aşkar edilməmişdir. Buna baxmayaraq, əsassız olaraq akt tərtib edilərək, iddiaçını 1610 manat cərimə etmişlər. Bildiririk ki, STKM əməkdaşları nazirliyin su xəttində hər hansı bir qoşulma aşkar etsəydilər "Sudan istifadə Qaydaları”nm tələbinə uyğun olaraq, su təchizatını sistemdən ayırmaqla suyun verilməsini dayandırmaq onların vəzifəsi hesab edilir. Görünən odur ki, Xalq Təhsili Muzeyinin su xəttinə heç bir qoşulma olmadığından və bu qoşulmanı təsdiq edən heç bir fakt aşkar edilmədiyindən su təchizatı dayandırılmamışdır. Bu əsaslarla aktın ləğv edilməsi barədə cavabdehlərə müraciət edilmişdir. Lakin qeyd olunan aktlar ləğv edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan; Cavabdeh1 ASC-nin Nərimanov rayon Sukanalı İdarəsi tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli 600671 saylı aktın surətindən görünür ki, “Xətai prospekti 49 ünvanında yerləşən Təhsil Muzeyinin su sayğacına və su xəttinə baxış keçirilən zamanı məlum oldu ki, obyektin su sayğacından öncə amerikanka quraşdırılmışdır. Bu hal müqavilə şərtini pozduğu üçün sayğacdan öncə quraşdırılmış amerikankanın diametri üzrə dəymiş ziyan tərtib olunması, d-16 mm-lik boru ilə götürülməsi məqsədə uyğundur" bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərsu ASC-nin xx.xx.2021-ci il tarixli Qeyri qanuni istifadə nəticəsində itirilmiş su hesabatı fakturasından görünür ki, xx.xx.2021-ci il tarixli, 600671 saylı Akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edildiyindən 0.61 kub.m X 5 saat X 22 gün (ayda) X 12 ay = su 805 manat, çirkab 805 manat olmaqla cəmi 1610 manat dəymiş maddi ziyan müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 01/4/01-7/6/16579 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq su təchizatı və tullantı sularının axıdılması sisteminə qeyri-qanuni qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxslərdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının 8.6-cı bəndinə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən tələb etməlidir. Nərimanov Rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 092551 olan obyektə baxış keçriilən zaman su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixli 600671 nömrəli akt tərtib olunmuş, 1610 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ASC-nin Nərimanov rayon Sukanalı İdarəsi tərəfindən “Xətai prospekti 49 ünvanında yerləşən Təhsil Muzeyinin su sayğacına və su xəttinə baxış keçirilən zamanı məlum oldu ki, obyektin su sayğacından öncə amarikanka quraşdırılması müəyyən edilərək iddiaçı barəsində 30 iyul 2021-ci il tarixli 600671 saylı akt tərtib edilmişdir. Bununla bağlı iddiaçının müraciətinə cavab olaraq cavabdeh aparılmış yoxlama zamanı sudan qeyriqanuni istifadə halların aşkar olunması səbəbindən iddiaçıya 1610 manat dəymiş ziyan hesablanmışdır. Bununla razılaşmayan iddiaçı məhkəməyə aktın ləvğ edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli “Sudan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarının 4.1.5-ci bəndindən görünür ki, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçıların vəzifəsidir. Həmin qərarın 4.1.7-ci bəndindən görünür ki, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifəsidir. Həmin qərarın 6.16-cı bəndindən görünür ki, su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKMin nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Həmin qərarın 6.17-ci bəndindən görünür ki, tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Həmin qərarın 6.4-cü bəndindən görünür ki, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə qeyd etmək lazım bilir ki, iddiaçıya məxsus suölçən cihaz ümumi istifadədə olan ərazidə quraşdırıldığından, onun işlək vəziyyətdə saxlanılmasına iddiaçı cavabdehlik daşımır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya məxsus sayğac barədə tərtib edilmiş akt, iddiaçıya tətbiq edilmiş cərimə ləğv edilməlidir. O da qeyd edilməlidir ki, iddiaçı Cavabdeh1 ASC-nin Nərimanov rayon Sukanalı İdarəsinə və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsilə müraciət etmişdir. Bununla belə Cavabdeh1 ASC-nin strukturu ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 328 saylı, 29 iyul 2019-cu il tarixli Qərarına görə Nərimanov Rayon Sukanal İdarəsi Cavabdeh1 ASC-nin nəzdində olan hüquqi şəxs olmayan təşkilatdır. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021ci il tarixli Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 600671 saylı qərar ləğv edilməli və qərar əsasında hesablanmış 1610 manat borcun silinməsi Cavabdeh1 ASC-nin üzərinə vəzifə kimi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ xx.xx.2021-ci il tarixli Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 600671 saylı qərar ləğv edilsin və 600671 saylı qərar əsasında hesablanmış 1610 manat borcun silinməsi Cavabdeh1 ASC-nin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar