Məhkəmə qərarları › İş №2(005)-191/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-191/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-191/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1, “Unibank" Kommersiya Bankı ASC qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1, “Unibank" Kommersiya Bankı ASC qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinə dair "xxxx" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış Hərrac təşkilatının İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 59/05 saylı, xx.xx.2021ci il tarixli Protokol etibarsız hesab edilməsi, bağ evi və torpaq sahəsinə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən DƏDRX-dən verilmiş ********** nömrəli Çıxarışın ləğv edilməsi və bu barədə DƏDRX- nin 1 saylı Bakı Ərazi İdarəsini tərəfindən müvafiq qeydiyyatın aparılması, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə dair “Unibank" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 59/06 saylı, xx.xx.2021-ci il tarixli protokol etibarsız hesab edilsin, torpaq sahəsinə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən DƏDRX-dən verilmiş ********** nömrəli Çıxarış ləğv edilsin və bu barədə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsini tərəfindən müvafiq qeydiyyatın aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, əsas məbləği üzrə 298 981.00 ABŞ dolları, faiz borcu üzrə 30.253.69 ABŞ dolları, cərimə borcu uzrə 31.273,68 ABŞ dolları cəmi 360508.37 ABŞ dolları borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN. ipoteka predmetınə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xıdməl haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmetlərı olan Əliyev Elçin Yunus oğlunun mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsinə və onun üzərində olan 835 saylı bağ evinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Əliyev Elçin Yunus oğlunun xx.xx.2015-cı il tarixli 09Y/13-5 saylı əlavə kredit müqaviləsi uzrə 360.508.37 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetınə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu. Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ilkin satış qiymət nin 176.000 manat məbləğində və Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsinin və onun üzərində olan 835 saylı bağ evinin ilkin satış qiymətinin 140 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Bınəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsinə və onun üzərində olan 835 saylı bağ evinə tutma yönəldikdə və satıldıqda on geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı və Əliyev Elçin Yunus oğlunun çıxarılması, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş elmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim Şeyda Məhərrəmova) 2(001 )- 1638/2018 saylı, 14.03 2018-cı il larixli qəmaməsı ilə iddia qismən təmin edilmiş, ödəniş gününə olan məzənnə üzrə əsas məbləği üzrə 296368,54 ABŞ dolları, faiz borcu üzrə 28815,51 ABŞ dolları, cərimə borcu uzrə 10000 ABŞ dolları cəmi 335184,05 ABŞ dolları borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetınə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xıdməl haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun, cəmi 90 manat rüsumun 50%-i, yəni 45 manat pulun iddiaçıya aid edilməsi, qalan 45 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, iş üzrə aparılmış ekspertizanın dəyəri olan 200 manatın 50%-i, yəni 100 manat pulun iddiaçı "xxxx" ASC tərəfindən, digər 50%-i, yəni 100 manat pulun cavabdehlərdən müştərək qaydad tutularaq dövlət büdcəsinə keçirilməsi, tutmanın Əliyev Elçin Yunus oğlunun mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsinə və onun üzərində olan 835 saylı bağ evinə yönəldilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ilkin satış qiymət nin 240000 manat məbləğində və Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsinin və onun üzərində olan 835 saylı bağ evinin ilkin satış qiymətinin 170 000 manat məbləğində müəyyən edilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Əliyev Elçin Yunus oğlunun iddiaçı "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan, ipoteka predmeti olan Bakı şəhəri, Bınəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsinə və onun üzərində olan 835 saylı bağ evinə tutma yönəldikdə və satıldıqda on geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı və Əliyev Elçin Yunus oğlunun çıxarılması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 1638/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh Əliyev Elçin Yunus oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(103)- 72/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətləri ilə bağlı hissədə dəyişdirilib, sahəsi 0.40 kv.metr olan torpaq sahəsinin ilkin satış qiymətinin 480000 manat, sahəsi 0.1076 ha olan torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiymətinin 180000 manat məbləğində müəyyən olunması, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi cavabdeh Əliyev Elçin Yunus oğlu kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)- 5621/2020 saylı Qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(103)-72/2020 saylı icra sənədinə əsasən Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədov tərəfindən xx.xx.2021-ci il tarixli, e40714/2021-4 nömrəli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin icra sənədinə əsasən Binəqədi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021ci il tarixli, 17/68 № 40714-4 saylı sifariş məktubuna əsasən "xxxx" KB ASC-nin kredit tələbi üzrə tutmanın yönəldildiyi və Əliyev Elçin Yunus oğluna məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ilkin satış qiyməti 480000 manat olmaqla və İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində olan 0.1076 ha torpaq sahəsinə və onun üzərində olan 835 saylı bağ evinin ilkin satış qiyməti 180 000 manat məbləğində olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. Belə ki. hərrac təşkilatçısı “Külək" MMC tərəfindən xx.xx.2021-ci il tarixində ipoteka predmetlərinin açıq hərracdan satılması məqsədi ilə ilkin hərrac keçirilmiş və alıcı olmadığından ilkin hərrac baş tutmamışdır. Hərrac təşkilatçısı "Külək” MMC tərəfindən xx.xx.2021-ci il tarixində ipoteka predmetlərinin açıq hərracdan satılması məqsədi ilə təkrar hərrac keçirilmiş və alıcı olmadıından təkrar hərrac baş tutmamışdır. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı “Birja Yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli hərrac təşkilatçısı "xxxx" MMC-yə ünvanladığı məktubda qeyd edilir ki, “Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001 )-1638 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsində göstərilən əmlak üzrə hərracın təşkil edilməsi və açıq hərracda satılması üçün "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli sifariş göndərilmişdir. Belə ki. iş üzrə borclu İddiaçı tərəfindən icra hərəkətlərindən şikayət verildiyi və icraata qəbul edildiyi üçün hərrac hərəkətlərinin dayandırılması sizdən xahiş olunur." Qeyd edilən məktubun məzmunundan da aydın olur ki, sifarişçi Binəqədi rayon İcra şöbəsi nəyinki hərracların keçirilməsini, həmçinin sonrakı hərəkətlərin, yəni yekun protokol bağlanmasının da dayandırılmasını xahiş edir. Eyni zamanda iş materiallarında olan hərrac təşkilatçısı uKülək" MMC tərəfindən ipoteka saxlayan "xxxx" KB ASC-yə ünvanlanmış ipoteka predmetlərinin əldə edilməsinə dair təklif məktubunda qeyd edilir ki, “Binəqədi Rayon icra Şöbəsinin 17/68 № 40714-4 saylı xx.xx.2021- ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş 1) Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 0.1076 ha torpaq sahəsi və üzərində 835 saylı bağ evi 2) Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri" qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “ipoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 1) 114750 manat və 2) 306000 manat olmaqla ipoteka saxlayana təklif olunur." Məktubun məzmunundan aydın olur ki, xidmət haqqı ödənilmədən yekun protokolun bağlanması qeyri-mümkündür. Növbəti hərəkət olaraq “Unibank" KB ASC-nin hərrac təşkilatçısına ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir ki, “Sizin 01 3923 saylı. xx.xx.2021-ci il tarixli "ipoteka predmetinin alınması barədə təklif məktubunuza cavab olaraq bildiririk ki, X7 icra işi üzrə Binəqədi rayon icra şöbəsinin sifarişi əsasında hərrac vasitəsi ilə satışa çıxarılmış "xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evi və Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin təkrar hərracdakı ilkin satış qiymətinin 25 faiz az olmayan qiymətlə almağa etiraz etmirik” "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7- cı maddəsinə əsasən Qanunun 43.1.1 -ci maddəsinin tələblərinə görə nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Lakin qeyd edilən məktubda xidmət haqqının ödənilməsinə dair heç bir sübut olmadığı halda hərrac mərkəzi xidmət haqqı ödənilmədən bir iş günü ərzində protokolu tərtib edə bilir. İpoteka predmetləmin əldə olunmasına dair Təklif məktubunun xx.xx.2021-ci il tarixdə verilməsi və artıq növbəti iş günündə xx.xx.2021-ci il tarixində protokolun tərtib edilməsi həmin protokolun sonradan əvvəlki tarix ilə bağlanmasına dəlalət edir. Belə ki, bank tərəfindən hərrac təşkilatçısına xidmət haqqının hansı tarixdə ödənilməsi barədə vəkil sorğusu hərrac təşkilatçısı tərəfindən cavablandırılmamışdır. Lakin İcra şöbəsinin dayandırma məktubunun xx.xx.2021-ci il tarixdə Hərrac təşkilatçısına daxil olduğu qeyd edilmişdir. Bu baxımdan dayandırma məktubunun olduğu halda protokolun tərtib edilməsi qanunaziddir. Buna görə də hesab edir ki, iş üzrə yekun alqı-satğı protokolu icra məmurunun sifarişin dayandırılması barədə məktubundan yəni, xx.xx.2021-ci il tarixdən sonra xidmət haqqı hərrac təşkilatçısına ödənildikdən sonra, lakin xx.xx.2021-ci il tarix ilə rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə tərəflər arasında bağlanmış Hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ləğv prosesində olan "xxxx" Kommersiya Bankı” ASC-nin nümayəndəsi X6 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hazırki məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, Əliyev Elçin Yunus oğlu xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. "xxxx" MMC tərəfindən Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunur ki, Binəqədi Rayon İcra Şöbəsinin 17/68 № 40714-4 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş 1) Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 0.1076 ha torpaq sahəsi və üzərində 835 saylı bağ evi 2) Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri'' qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 1) 114750 manat və 2) 306000 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7,43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-niıı 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Hərracın yekunları barədə 59/05 və 59/06 nömrəli, xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, "xxxx" ASC Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evini 114750 manata, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsini isə 306000 manata açıq hərracdan əldə etmişdir. Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Əliyev Elçin Yunus oğlunun xx.xx.2020-ci ildə vəfat etməsi səbəbindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1638/2015 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat borclu Əliyev Elçin Yunus oğluna aid hissədə dayandırılmışdır. Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, borclu X5 tərəfindən icra hərəkətlərindən şikayət verildiyi və icraata qəbul edildiyi üçün hərrac hərəkətlərinin dayandırılması xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş vəkil sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Binəqədi Rayon İcra Şöbəsinin dayandırma məktubu xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə daxil olmuşdur. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərnamələrdən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli hərracların keçirilmə vaxtı və yeri barədə məktublar göndərilmiş, X5 xx.xx.2021-ci il tarixli hərraca dair bildirişi xəbərnaməyə imza atmaqla almış, xx.xx.2021-ci il tarixli hərraca dair bildiriş ünvan bağlı olduğundan İddiaçı çatmamışdır. Əliyev Elçin Yunus oğlu adına olan bildirişlər isə “Əliyev” soyadları şəxs tərəfindən imza atılmaqla götürülmüşdür. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 251 və 258 saylı çıxarışlarından göürnür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi və Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışların surətlərindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi, həmçinin Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evi "xxxx" Kommersiya Bankı ASC-nin tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. "xxxx" MMC tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, tələbkar “Unibank “Açıq Səhmdar Cəmiyyəti (etibarnamə əsasında nümayəndəsi X12) xx.xx.2021-ci il tarixdə hərrac təşkilatına gələrək X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində, 0.1076 ha torpaq sahəsi və üzərində yerləşən 835 saylı bağ evinə dair “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olan qiyməti 114750 manat olmaqla təklifi tələb etmişdir və təklif məktubu bankın əməkdaşına təqdim olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (etibarnamə əsasında nümayəndəsi X12) xx.xx.2021-ci il tarixində təklifə cavab məktubunu təqdim edərək protokolun tərtib olunmasım tələb etmişdir. Hərrac təşkilatı protokolu xx.xx.2021-ci il tarixində hazırlamışdır. Müvafiq olaraq bank tərəfindən xidmət haqqı ödəndikdən sonra protokol banka təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, "xxxx" Kommersiya Bankı ASC Əliyev Elçin Yunus oğlu və X4 məxsus əmlakların hərracdan alışına dair 3442.5 manat komissiya haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə dair iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinə dair keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət esə də, özünün də təsdiq etdiyi kimi Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsi və onun üzərində yerləşən 835 saylı bağ evi onun mülkiyyətində olmuş, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi isə X5 deyil, Əliyev Elçin Yunus oğlunun mülkiyyətində olmuşdur. X1 Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə heç bir subyektiv hüququ yoxdur və həmin əmlak üzərində olmayan hüquqlarının bərpa və ya müdafiəsini tələb edə bilməz. Belə ki, mülki hüquqda subyektiv hüquq dedikdə, insanın müəyyən bir şəkildə hərəkət etmək hüquq qabiliyyəti başa düşülür. Bu hüquq digər şəxslərdən müəyyən hərəkətləri (və ya hərəkətlərdən çəkinməyi) tələb etmək imkanı ilə təmin edilir. Beləliklə, sahibi əmlakına sahib ola, istifadə edə və sərəncam verə bilər və başqalarından onun hüququnu pozmamaqlarını tələb edə bilər. Hazırki halda isə mübahisə predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi Əliyev Elçin Yunus oğlunun mülkiyyətində olmuşdur. Əliyev Elçin Yunus oğlu X5 ilə rəsmi nikahda olmuş, xx.xx.2020-ci il tarixdə ölmüşdür. X5 isə Əliyev Elçin Yunus oğlunun əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Əliyev Elçin Yunus oğlunun əmlakına hansısa hissədə payı olduğu, bununla əlaqədar da həmin hüqunun müdafiəsini tələb etmək imkanı olduğu sübut edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsi ilə bağlı hissələrdə təmin edilməməlidir. Məhkəmə digər iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinə dair keçirilmiş hərracın nəticələrinin etibarız hesab olunmasını tələb edir və bu tələbi:

1. "xxxx" Kommersiya Bankı ASC tərəfindən hərraca dair komissiya haqqının dənilməməsi

2. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraatın dayandırılması bərədə qərar qəbul etməsi və bu barədə "xxxx" MMC-yə məktub göndərməsinə baxmayaraq, əmlakların hərracdan satılması ilə əsaslandırır. İş materiallarında olan hesabdan çıxarışdan da məlum olduğu kimi, "xxxx" Kommersiya Bankı ASC tərəfindən hərraca dair komisiyya haqqı olaraq 3442.5 manat ödəniş edilmişdir. Həmçinin iş materiallarından aydın olur ki, Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraat xx.xx.2021-ci il tarixdə dayandırılmış, hərrac hərəkətlərinin dayandırılması barədə məktub həmin tarixdə "xxxx" MMC-yə göndərilmiş və "xxxx" MMC tərəfindən həmin tarixdə də qəbul edilmişdir. Hərrac da xx.xx.2021-ci il tarixdə baş tutumuş, bu barədə həmin tarixli protokol tərtib edilmişdir. İddiaçı tələbini "xxxx" MMCnin icra sənədi üzrə icraatın dayandırıldığını bildiyi halda hərracı keçirməsi ilə əsaslandırsa da, göründüyü kimi hərracdan əmlakların satılması və icra sənədi üzrə icraatın dayandırılması eyni tarixdə olmuşdur və dayandırmanın hərracdan əvvəl və ya sonra olması, o cümlədən "xxxx" MMC-nin hərrac hərəkətlərinin dayandırılması barədə məktubu hərracdan əvvəl və ya sonra alması iş materialları ilə müəyyən edilə bilmir. Yəni iddiaçı "xxxx" MMC-nin hərrac hərəkətlərini dayandırmalı olduğunu bildiyi halda bu hərəkətləri etməsini sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi iddia tərəfindən göstərilən hallar sübut edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Bakı Şəhəri Binədəqi Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, borclu X5 tərəfindən icra hərəkətlərindən şikayət verildiyi və icraata qəbul edildiyi üçün hərrac hərəkətlərinin dayandırılması xahiş olunmuşdur. Aydındır ki, X5 həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinin hərracdan satılmasına dair icra işi barədə məlumatlı olmuşdur. Həmçinin həmin əmlakların hərracdan satılması barədə bildirişi də imza edərək almışdır. Belə olan halda onun keçən müddət ərzində barəsində olan qətnamənin icra vəziyyəti ilə maraqlanmaması, ona məxsus əmlakların hərracdan satılmış olmasından məlumatlı olmaması ağlabatan deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə də təmin edilə bilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1, “Unibank" Kommersiya Bankı ASC qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar