Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1910/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh “xxxxxxxxx” ASC-nin X5 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC-yə və Sumqayıt şəhəri İcra İdarəsinə qarşı (Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) və “hərrac nəticələrindən əldə edilmiş pul tələbi və onun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat “xxxxxxxxx” ASC-yə 36.000 manat və digər cavabdeh təşkilat X15 isə 39.000 manat, cəmi 75.000 manat onun hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxxxxxxx" ASC xx xxx 2008-ci ildə "xxx" MMC-nin direktoru A.T.İbrahimov ilə 039F saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən AR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 5 il müddətinə, illik 7 faiz hesablanmaq şərti 150.000 manat kredit verilmişdir. 039F saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2008ci il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin təminatı kimi onun tam mülkiyyət hüququ üzrə adına olan Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində olan 0,12071 ha torpaq sahəsində yerləşən 10065,3 kv.m ümumi, 530 kv.m əsas, 534,4 kv.m köməkçi sahəsindən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Kreditin qaytarılmasında problem yarandığına görə cavabdeh "xxxxxxxxx" ASC məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə sonuncunun iddiası qismən təmin edilərək, A.T.İbrahimovdan 150.000 manat məbləğində kredit borcu, 7554,13 manat faiz borcu və 7500 manat hesablanmış cərimə, o cümlədən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 165.074,13 manat məbləğində pul tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməsi, sonuncu ilə yüklü edilmiş ona məxsus Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 əsas, 534.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin mülki iş üzrə qətnamənin icra olunması üçün Bakı şəhəri, Sumqayıt şəhəri İcra İdarəsinin sifarişi ilə iddiaçıya məxsus oian qeyri-yaşayış sahəsi 320.000 manat qiymətləndirilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar həmin yüklü edilmiş əmlak kredit saxlayan "xxxxxxxxx" ASC tərəfindən qiymətləndirilmiş kredit əmlakının ilkin satış qiymətinə 15 faiz aşağı qiymətə hərraca çıxarılmış, alıcı olmadığına görə kredit əmlak, ikinci dəfə ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə hərraca çıxarılmışdır. Alıcı olmadığına görə kredit baş tutmamışdır. Sonda ipoteka saxlayan "xxxxxxxxx" ASC ilkin satış qiymətindən, yəni əmlak komleksinin ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə, yəni 204.000 manata alına bilməsi barədə "xxxxxxxxx" ASC-yə məlumat göndərilmişdir. Kreditin ödənilməsinin təminatı üçün 204.000 manatdan məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş kredit borcunun 165.000 manat krediti saxlayan "xxxxxxxxx" ASC-də saxlanılaraq, qalan pul 39.000 manat X12 depozitinə köçürülmüşdür. Hərrac əmlakının əldə edilmiş pulun ödənişinin bölüşdürülməsində aşağıda göstərilənlərə əsasən düzgün hesablanmamışdır. Belə ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti nin dəyəri 320.000 manat qiymətləndirilmişdir. Hərrac təşkilatı tərəfindən ipotekaya qoyulan əmlakın satılmasında aşağıda göstərilən nöqsanlara yol verilmişdir. Belə ki, hərrac təşkilatı ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti 320.000 manatla hərrac təşkilatı onu 3-cü dəfə hərraca çıxarılmasına aydınlıq gətirməmişdir. Hərrac təşkilatının xx.xx.2015-ci il tarixli, 26/1 saylı hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi rəsmiləşdirilmişdir. Göstərilən məbləğdən manat "xxxxxxxxx" ASC-yə borc hesabına 165.000 manat çıxıldıqdan sonra qalan 36.000 manatdan 17.000 manat ona, qalan məbləği isə digər xidmətlərə ödənilmişdir. xx.xx.2015-ci il tarixli, 26/1 saylı, hərrac protokolunda ipoteka predmetinin ilkin satış qiymətinin 320.000 manat, "İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiyməti isə 204.000 manat olduğu göstərilmişdir. Halbuki, 320.000 manatın 25 faiz aşağı olan qiyməti 204.000 manat deyil, 240.000 manatdır. İpotekaya qoyulan əmlakın dəyəri 320.000 manat qiymətləndirilmişdir. Onun 15 faizi borcun 48.000 manatdır. 320.000 manat məbləğinin isə 25 faizi yəni 80.000 manat hesabı ilə manatdır. Hərrac təşkilatı isə 240.003 manat əvəzinə 204.000 manatdan 165.000 manat kredit borcuna çıxmaqla qalan 39.000 manatı Sumqayıt şəhəri İcra İdarəsinin depozitinə köçürmüşdür. Sonuncu isə 39.000 manatdan 17.000 manat mənə qalan 22.000 manatı hərrac xidmətlərinə ödənilmişdir. Məhkəmənin həmin mülki iş üzrə qətnaməsinin icrası uzun müddət onun günahı olmadan məhkəmədə baxılması səbəbindən gecikdirilmiş və nəhayət xx.xx.2015-ci il tarixdə məhkəmənin qətnaməsi könüllü icra olunaraq, mübahisəli əmlak boşaldılaraq, "xxxxxxxxx" ASC-yə təhvil verilmişdir. Beləliklə də məhkəmə qətnaməsi könüllü icra olunmuş və bu barədə akt tərtib edilmişdir. Buna görə də tutulmalı icra üçün 7 faiz pulun tutulması həmin qanununun tələblərinə ziddir. "İcra haqqında" Qanununun 78.2-ci maddəsinə əsasən icra ödənişi sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. Cavabdeh tərəf birinci ilkin satış qiymətindən qalan məbləğdən ikinci hərracdan tələbindən 25 faiz çıxıldıqdan sonra qalan məbləğdən təkrar 25 faiz çıxılmasını və ümumi məbləğdən qalan pulun 272.000 manat pulu hərraca çıxarmışdır. Ümumi ödənişi manat - 15 faiz çıxıldıqdan sonra qalan 272.000 manat, bundan 25 faiz yəni manat çıxıldıqdan sonra qalan 204.000 manatdan 165.000 manatı hərrac təşkilatı özünə, qalan 39.000 manatı isə icra İdarəsinin depozitinə köçürülməsi tam qanunsuzdur. Göstərilənlərə əsasən cavabdeh təşkilatın ikinci hərracın keçirilməsindən 68.000 manat çox pul tutularaq, 240.000 manat ilkin qiymət hesab edilərək 36.000 manat çox pul tutulmuşdur. Məhkəmə iclasında İddiaçı İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxx” ASC-nin X7 bildirmişdir ki, mülki iş üzrə qüvvəyə minmiş məhkəmə qətnamələri var. İddiaçının hazırkı tələbi üzrə müxtəlif vaxtlarda oxşar iddialara baxılmışdır. İddiaçı bildirir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi könüllü icra edilmişdir. Lakin icra işində bu hal təsdiq olunmur. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə yüklü edilmiş iddiaçıya məxsus Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 əsas, 534.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icra olunması üçün Bakı şəhəri, Sumqayıt şəhəri İcra İdarəsinin sifarişi ilə qeyri-yaşayış sahəsi 320.000 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxxx” MMC-nin açıq hərracın yekunları barədə xx.xx.2015-ci il tarixli protokolunun surətinə əsasən Qaradağ rayon Məhkəməsinin 2(002)-192/2011 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin, Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2(82)-3125/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə, Sumqayıt şəhər İcra şöbəsinin 63-28 saylı, xx.xx.2013-cüi il tarixli sifariş məktubuna əsasən ilkin hərrac qiyməti 320.000 manat olan İddiaçı məxsus ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən əmlak kompleksi (malqara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) 204.000 manata ipoteka saxlayan "xxxxxxxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X10 əldə etmişdir. Qətnamə könüllü icra olunmamışqdır. Digər tərəfdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən gönünür ki, iddiaçı X8 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı cavabdehin Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı hərəkətinin qanunsuz hesab olunması və cavabdehdən 2000 manat maddi ziyanın tutulması barədə iddiası olmuş və həmin iddia tələbi təmin olunmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı qızı xx.xx.1948-ci il tarixdə Azərbaycanda doğulmuşdur; Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə sonuncunun iddiası qismən təmin edilərək, A.T.İbrahimovdan 150.000 manat məbləğində kredit borcu, 7554,13 manat faiz borcu və 7500 manat hesablanmış cərimə, o cümlədən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 165.074,13 manat məbləğində pul tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməsi, sonuncu ilə yüklü edilmiş ona məxsus Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 əsas, 534.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2012-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1857/2012 nömrəli xx xxxx 2012-ci il tarixli Qərarın surətinə əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2012-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxxx” MMC tərəfindən Sumqayıt rayon İcra Şöbəsinə və qeyrilərinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 01/1830 nömrəli məktubun surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) 204.000 (iki yüz dörd min) manat olmaqla, əmlakı əldə etməsi üçün 01/4189 saylı, xx.xx.2014-cü il tarixində rəsmi müraciət sizə göndərilmişdir. Lakin cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsində yuxarıda qeyd olunan icra sənədi ilə bağlı iddia daxil olduğundan əmlakın əldə olunması ünvanlanan məktubun icraatı müvəqqəti dayandırılmışdır. Hazırda məhkəmə prosesi yekunlaşdığından qısa müddət ərzində əmlakın əldə edilməsi üçün hərrac təşkilatına müraciət edilməsi bildirilmişdir; Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxxx” MMC-nin açıq hərracın yekunları barədə 26/01 nömrəli, xx.xx.2015-ci il tarixli protokolunun surətinə əsasən Qaradağ rayon Məhkəməsinin 2(002)-192/2011 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin, Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2(82)-3125/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə, Sumqayıt şəhər İcra şöbəsinin 63-28 saylı, xx.xx.2013-cüi il tarixli sifariş məktubuna əsasən ilkin hərrac qiyməti 320.000 manat olan İddiaçı məxsus ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən əmlak kompleksi (malqara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) 204.000 manata ipoteka saxlayan "xxxxxxxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X10 əldə etmişdir; “xxxxxxx” MMC-nin xx.xx.2012-ci il tarixli, 526/2 nömrəli Sumqayıt İcra Şöbəsinə ünvanlanan “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ına əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 320.000 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri İcra İdarəsinin xx.xx.2015ci il tarixli, 3468 nömrəli İddiaçı, X2 və “xxxxxxxxx” ASC-yə ünvanlanan xəbərdalığın surətindən görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-192 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən X1 165074,13 manat pul tələbkar “xxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. X6ma məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ, Sahil qəsəbəsi, E.Quliyev prospektində istifadədə olan 0,0204 ha torpaq sahəsində yerləşən 11 saylı, 1 mərtəbəli evin 2 saylı mənzilinə və X9 məxsus Sumqayıt şəhəri, 46-cı məhəllə, 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Siz və ailə üzvləriniz tərəfindən ipoteka qoyulan Sumqayıt şəh., 46-cı məh., 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılmalıdır. Sumqayıt şəh., 46-cı məh., 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) xx.xx.2015-ci il tarixdə açıq hərracdan satılaraq tələbkar “xxxxxxxxx” ASC tərəfindən alınmışdır. Əmlak kompleksinin hərrac satışından əldə olunan vəsaitdən Sizə çatası 17170,70 manat pul Sumqayıt şəhəri üzrə icra idarəsinin “Kapital Bank” 1 saylı Sumqayıt filialındakı depozitinə köçürülmüşdür. Həmin məbləğin alınması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə müraciət etməyiniz xahiş olunur. Sözügedən Sumqayıt, 46-cı məh., 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) 1 ay ərzində tərəfinizdən könüllü boşaldılması, əks təqdirdə boşaldılmanın məcburi qaydada həyata keçiriləcəyi barədə xx.xx.2015-ci il tarixdə Sizə xəbərdarlıq təqdim olunmuşdur. Qeyd olunan tarixdən kifayət qədər müddət keçsə də yuxarıda qeyd olunan ipoteka predmeti Siz tərəfdən könüllü boşaldılmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq onlara yenidən xx.xx.2015-ci il tarixdə, saat 11:00dək müddət verilərək ipoteka predmeti olan Sumqayıt şəh., 46-cı məh., 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (mal-qara kəsilməsi və ət; məhsullarının istehsal sahəsi) könüllü boşaldılması təklif olunmuş, əks təqdirdə sözügedən əmlak kompleksinin boşaldılması xx.xx.2015-ci il tarixində tərəflərindən məcburi şəkildə həyata keçiriləcəyi bildirilmişdir;. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-264/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı cavabdehin Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı hərəkətinin qanunsuz hesab olunması və cavabdehdən 2000 manat maddi ziyanın tutulması barədə iddiası təmin olunmamışdır; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1325/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, ilə iddiaçı X8 "xxxxx” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiaya baxılmış, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(005)-574/2016 saylı qətnaməsi ilə iddia təmin olunmuş, bundan apellyasiya şikayəti verilərək müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər «xxxxxxxxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmmiş, qətnamənin ləğv olunması və iddianın təmin olunmaması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4114/2018 nömrəli xx xxxx 2018-ci il tarixli Qərarın surətinə əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-649/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli Qətnaməsi (Hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia rədd olunmuşdur) dəyişdirilmədən saxlanılmışdır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 əsas, 534.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxxx” MMC-nin açıq hərracın yekunları barədə xx.xx.2015-ci il tarixli protokolu ilə Qaradağ rayon Məhkəməsinin 2(002)-192/2011 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin, Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2(82)-3125/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə, Sumqayıt şəhər İcra şöbəsinin 63-28 saylı, xx.xx.2013-cüi il tarixli sifariş məktubuna əsasən ilkin hərrac qiyməti 320.000 manat olan İddiaçı məxsus ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) 204.000 manata ipoteka saxlayan "xxxxxxxxx" ASC əldə etmişdir; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-264/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı cavabdehin Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı hərəkətinin qanunsuz hesab olunması və cavabdehdən 2000 manat maddi ziyanın tutulması barədə iddiası təmin olunmamışdır. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsinin könüllü icra edildiyini, buna görə də, cavabdeh təşkilat “xxxxxxxxx” ASC-yə 36.000 manat və digər cavabdeh təşkilat X15 isə 39.000 manat, cəmi 75.000 manat onun hesabına tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, qətnamənin könülü icra edilmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İcra haqqında” Qanunun: 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Qanunun 44.1.3-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri də, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 70.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda borclu tərəfindən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi könüllü icra olunmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən tələbkar xxxxxxxxx” ASC-yə 36.000 manat və digər cavabdeh təşkilat X15 isə 39.000 manat pulun tutulması tələbinin əsaslı olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən “İcra haqqında” Qanununun tələbinə əsasən icra məmuru tərəfindən borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişini almaqda haqlı olmuşdur. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının müxtəlif vaxtlarda məhkəmə mübahisələri olmuş, həmin qətnamələrlə müəyyən edilir ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi borclu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə könüllü icra edilməmişdir. Buna görə də, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən məəhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşıyır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC-yə və Sumqayıt şəhəri İcra İdarəsinə qarşı (Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) və “hərrac nəticələrindən əldə edilmiş pul tələbi və onun bölüşdürülməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC-yə və Sumqayıt şəhəri İcra İdarəsinə qarşı (Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) və “hərrac nəticələrindən əldə edilmiş pul tələbi və onun bölüşdürülməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1910/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1910/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver