Məhkəmə qərarları › İş №2(005)-1911/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1911/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1911/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraiət edərək, xx xxx 2004-cü il təvəllüdlü X5, xx xxxxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2012-ci il təvəllüdlü X2 üçün hər ay hər bir uşağa 170 manat məbləğində cəmi 510 manat sabit pul məbləğində Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh ilə, İddiaçı 2003-cu ilin iyun ayında tanış olub ailə qurmağa qərar vermişlər. Bu kəbin dövründə onların X9 xx xxx 2004-cü ildə anadan olmuşdur. xx xxxxxx 2007-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında rəsmi olaraq nigah bağlanmışdır. xx xxxxxx 2007-ci il tarixində bağlanılmış niqahdan sonra xx xxxxxx 2008-ci il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X10 anadan olmuşlar. «İddiaçı ilə Cavabdeh arasında Nərimanov rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2007-ci il tarixində bağlanmış 22 saylı nikah qeydi ləğv edilmiş, tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra xx xxx 2004-cü il təvəllüdlü X11, xx xxxxxx 2008-ci il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X10 ataları İddiaçı yanında saxlanılması » barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)- 89/2017 saylı Qətnamə çıxarılmışdır. Buna əlavə olaraq, geyd etmək istəyir ki, o xx xxxxxx 1962-ci i! təvəllüdlü ehtiyyatda olan baş leytenant İddiaçı Bakı şəhəri Nərimanov rayon hərbi Komisarlıq tərəfindən 1991-ci il tarixində hərbi xidmətə çağırılıb. 07 noyabır 1991 -ci il tarixindən xx xxxxxx 1992-ci tarixə dək N hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Qarabağ müharibə veteranıdır. xx xxxxxx 1991 -ci il tarixində Şuşa şəhəri uğrunda qedən döyüşlərdə erməni ordusu tərəfindən mina atanlardan atəşə tutullarkən yaralanıb. Yaşa dolduqca hərbi yaralar özünü büruzə verib bədəni zəyifləşdirir. Bununlada tez tez xəstəliklərə tutulur. Uşaqlar böyürərək maddi tələbatlarıda böyüyür. o uşaqların maddi Təminatını tək başına çatdıra bilmir, uşaqların anası, onların maddi təminatında yetərli qaydada iştirak etməkdən yayınır. Bununla əlaqədar olaraq Məhkəməyə müraciət edib. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-89/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh Bakı şəhəri Nərimanov Qeydiyyat Şöbəsində xx.xx.2007-ci il tarixdə bağlanmış və 22 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X8in, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6 ataları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Tərəflərin faktiki olaraq münasibəti sonradan pozulmuş, onlar hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqları iddiaçı ilə birlikdə yaşayır. xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən aliment tutulmur. İddiaçı uşaqlarınınyetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı uşaqlarının maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar