Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1923/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X7, xx.xx.2018-ci il tarixdə X5 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri bir müddət normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq, hazırda tamamilə kəsilmişdir. Buna səbəb isə həyat yoldaşı və onun anasının səbəbsiz mübahisə, ailədə sözsöhbət və dava-dalaş yaratmaları olmuşdur. İddiaçını və yetkinlik yaşına çatmayan uşaqlarını həyat yoldaşı ilə birgə yaşadıqları Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evindən məcburi çıxartdıqlarını və həmin evə də buraxmadıqlarını bildirmişdir. Bundan əvvəl də dəfələrlə aralarında mübahisələr baş vermişdir, mübahisələr yenədə yoldaşı və onun anası tərəfindən səbəbsiz yerə başladılmışdır, dəfələrlə (təxminən 3 dəfə) nikahın pozulması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini, lakin sonradan cavabdehin və onun yaxın qohumlarının xahişi ilə həmçinin birgə nikahlarından olan övladlarının xətrinə iddia ərizələrini məhkəməyə ərizə yazaraq geri götürdüyünü qeyd etmişdir. Onlar hazırda ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə iddiaçının himayəsindədir. Hazırda o və yetkinlik yaşına çatmayan uşaqları yaşamağa başqa yerləri olmadığı üçün məcburiyyətdən iddiaçının atasına məxsus olan yuxarıda qeydiyyat ünvanı kimi qeyd etdiyi ünvanda yaşayırlar və onlar iddiaçının atası üçün də əlavə maddi sıxıntıya səbəb olmuşlar. Cavabdeh birgə nikahlarından olan uşaqlarınn maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir, hətta əvvəl yaşadıqları fərdi yaşayış evinə belə onları buraxmır. İddiaçının heç bir qazancı yoxdur, işsizdir, uşaqlarının təlim tərbiyəsi və onlara qulluq edilməsi ilə məşğuldur. Artıq uşaqların tələbatlarının və xərclərinin gün-gündən artması nəticəsində o bu xərcləri tək ödəməkdə çətinlik çəkir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, uşaqlarına aliment ödəməkdən imtina etmir, lakin bu məbləğin qazancına uyğunlaşdırılmasını istəyir. İddiaçının hər uşaq üçün 170 manat tələb etməsi əsassızdır, belə ki, birgə nikahdan olan uşaqların saxlanılması hər iki valideyinin borcudur. Cavabdehin hazırda iş yeri mövcuddur, o, 609 manat əmək haqqı alır. Aliment sabit məbləğdə deyil, əmək haqqının 1/3 hissəsi miqdarında tutulmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş 915/69 nömrəli arayışın surətinə əsasən Cavabdeh ilə X8 arasında xx xxxx 2014cü il tarixdə bağlanmış nikah 1279 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İskəndərov, arvada İskəndərova soyadı verilmişdir; 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 080653 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 066507 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Cavabdeh tərəfindən təqdim edilmiş AR DİN Baş Mühafizə İdarəsi Heydən Əliyev adına Bakı Neft Emalı Zavodunun mühafizə üzrə Polis İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh həmin idarədə manqa komandiri vəzifəsində işləyir və ayda ona 18 % tutulduqdan sonra 609,03 manat əmək haqqı ödənilir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırda uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh uşaqların saxlanılması üçün hər ay alimentin qazancının 1/3 hissəsi kimi müəyyənləşdirilməli olduğunu bildirir və alimentin onun əmək haqqına yönəldilməsini xahiş edir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan sabit pul məbləğində hər ay hər uşaq üçün 170 manat məbləğində aliment tutulmasıağlabatan vəədalətlidir. Nəzərə alınmalıdır ki, iddiaçı uşağın saxlanılması üçün məhz sabit pul məbləğində aliment ödənilməsini tələb etmişdir. Cavabdeh tərəf isə qazancı barədə arayış təqdim etməklə alimentin 1/3 hissədə tutulmalı olmasını bildirmişdir. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. İş materiallarından görünür ki, cavabdehə verilən əmək haqqı 609,03 manat təşkil edir. Əgər alimentin tutulması əmək haqqına yönəldilərsə, iddiaçıya uşaqların saxlanılması üçün 1/3 hissə, yəni 203,01 manat aliment tutulmalı olar, bu da uşaqların əvvəlki təminatının saxlanılması və onların mənafeyinə uyğun deyil. Belə ki, cavabdehin 609,03 manat olan əmək haqqından 1/3 hissədə aliment tutulması uşaqların təminat səviyyəsi nəzərə alındığında iddiaçının marağının əhəmiyyətli dərəcədə pozulması hallarını yarada bilər.“Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, iddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün İddiaçı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, aliment məbləği məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdeh X3 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Aliment məbləği xx.xx.2020-ci il tarixdən etibarən hesablansın. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1923/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1923/2020
04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver