Məhkəmə qərarları › İş №2(005)-1932/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1932/2021

09.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1932/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin ləğv olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixində bağlanmış barışıq sazişinin ləğv olunması, barışıq sazişi əsasında Cavabdeh ödədiyi 150.000 (bir vüz əlli min) manat pulun ondan alınaraq geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Xaçmaz rayon məhkəməsi 2(067)- 287/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazışinin ləğv olunmasını xahiş edir. Həmin qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh 150000 manat ödəməsi şərti ilə iddiaçının qaldırdığı iddiadan imtina etmək şərti müəyyən edilmişdir.(2-ci bəndi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən mübahisələndirilməsi yalnız müstəsna hallarda mümkündür və birinci instansiya məhkəmələrinin iddia icraatı qaydasında bu tip işlərə baxmaq səlahiyyəti mövcud deyildir. Belə ki, hazırda iddia ərizəsində qeyd olunan qərardad icra mərhələsindədir, Xaçmaz rayon məhkəməsi 2(067)-287/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazışinin yenidən iddia icraatı qaydasında məhkəmədə mübahisələndirilməsi mümkün deyil. Belə ki, iş üzrə iddiaçı tərəfin hüquqlarının pozulduğunu hesab etdiyi həmin qərardaddan şikayət vermək hüququ mövcuddur. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. İddiaçının alimentin ləğv edilməsi tələbi məhkəmədə iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin ləğv olunması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar