Məhkəmə qərarları › İş №2(005)-1936/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1936/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1936/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 515,00 (beş yüz on beş) manat sığorta ödənişi məbləğinin və 1500,00 (bir min beş yüz) manat işlərin görülməsi xərcinin, 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 045,00 (iki min qırx beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx“ ASC ilə X12 arasında 16.06.2016-cı il tarixdə PA A********** saylı sığorta müqaviləsi bağlanmış və "Toyota Prado” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh X4 19.06.2017-ci il tarixdə "Toyota Prado” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Lexus GS 350” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx“ ASC 515.00 (beş yüz on beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Yasamal RPİ DYPŞ-nin “xxxx“ ASC-yə təqdim etdiyi 21.06.2017-ci il tarixli. 071-19249-1217 saylı Arayışa əsasən X4 yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin xxxx» Açıq Səhmdar Cəmiyyətinə təqdim olunmuş TYP N 060091 saylı inzibati xəta haqqında protokolda X3 “Toyda Prado” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ər-arvadın birgə mülkiyyət hüququna əsasən idarə etdiyi qeyd edilmişdir. xxxx» Açıq Səhmdar Cəmiyyətinə təqdim olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən göründüyü kimi “Toyota Prado“ markalı. ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10r. X6ma isə “Toyota Prado" markalı. ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. Odur ki, yol-nəliyyat hadisəsinin baş verdiyi vaxt X4 "Toyota Prado" markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etmədiyini, rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC tərəfindən ona qarşı 515 manat sığorta ödənişi məbəği, 1500 manat işlərin görülməsi xərcləri olmaqla ümumilikdə 2015 manat və 30 manat ödənilmiş dövlət rüsumunu tutulmasına dair iddia qaldırmışdır. Əvvəla bildirir ki, iddia qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, 21.06.2017-ci il tarixində cavabdehin əri X9 və onun ümumi birgə mülkiyyətində olan ** BB *** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Bu hadisə zamanı ** UO *** dövlət nömrə nişanlı, “Lexus GS 350” markalı avtomobilə zərər dəymişdir. Hadisə zamanı X15 əməkdaşları tərəfindən TYP 060091 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokolda da ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlak olması öz əksini tapmışdır. İddiaçı təşkilat iddia ərizəsində bildirir ki, o həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Məhkəmə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X1 izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan 27.04.018-ci il tarixli İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan məktubdan görünür ki, Cavabdeh 10 gün müddətində 515 manat sığorta ödənişi məbələğində pulu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi xəbərdarlıq edillmişdir. İş materiallarında olan sığorta aktından müəyyən olunur ki, “xxxx” ASC tərəfindən hesaba köçürmə üsulu ilə X7 hesabına 515 manat pul köçürülməlidir. İş materiallarında olan 29 iyun 2017-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “xxxx” ASC tərəfindən hesaba köçürmə üsulu ilə X7 hesabına 515 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan PAA********** saylı icbari sığorta müqaviləsindən müəyyən olunur ki, “xxxx” ASC ilə X12 arasında icbari sığorta müqaviləsi imzalanmışdır. İş materiallarında olan qüsur aktından görünür ki, X8 məxsus “Lexus GS 350” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumi 515 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan TYP 060091 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 19.06.2017-ci il tarixdə Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən "Toyota Prado” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Lexus GS 350” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.l-ci maddəsinə (ilkin vəziyyəti bərpa etmək vəzifəsi) əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə (mülki hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüququ pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3-ci maddəsindən göründüyü kimi, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən "Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır”. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətə “ər- arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adıa əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir”. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işin materiallarından göründüyü kimi, iddiaçı “İcbari Sığortalar haqqında“ Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinad edərək iddia edir ki, Cavabdeh “Toyota Prado” markalı avtomobili idarə etmək hüququ olmamışdır. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Cavabdeh birgə nikah dövründə əldə etdiyi avtomobil ərinin adına qeydiyyatdan keçmişdir. Lakin, həmin əmlak həmçinin də Cavabdeh əmlakı hesab edilir. Buna görə də həmin avtomobili idarə etməsi üçün əlavə etibarnamə tələb edilmir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının subroqasiya qaydasında iddia irəli sürmək hüququ olmadığından iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi və pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar