Məhkəmə qərarları › İş №2(005)-196/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-196/2023

20.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-196/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X5 Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, gecikdirilmiş əmək haqqına görə ödəncin və məzuniyyət pulunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və gecikdirilmiş günlər üçün ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 2 aylıq müddəti üçün 889 manat + 889 manat = 1778 (bir min yeddi yüz yetmiş səkkiz) manat məbləğində əmək haqqının, 15.03 2019-cu ildən 29 10.2021-ci ilədək 2 illik məzuniyyət dövrü üçün 889 manat + 889 manat = 1778 (bir min yeddi yüz yetmiş səkkiz) manat, (1778 + 1778 = 3556) manat məbləğində əmək haqqının və 10579,10 (on min beş yüz yetmiş doqquz, 10) manat məbləğındə gecikdirməyə görə hər gün üçün 1% ödəncin, mediasiya şurasına ödədiyi 50 (əlli) manat xərcin, cəmi 14185.10 (on dörd min bir yüz səksən beş, 10) manat məbləğində pul vəsaitinin cavabdeh "Körpü Tunel Tikinti” MMC-dən tutulub, iddiaçıya verilməsini və dərhal icra edilməsi, 120 manat + (4185.10 x 0.30 %) 12.55 manat = 132.55 (bir yüz otuz iki 55) manat dövlət rüsumunun cavabdehdən tutulması və dövlət büdcəsinə ödənilməsini, iddiaçının 2 ildə əmək məzuniyyətinə çıxa bilmədiyinə, 2 illik kompensasiya pulunu və 2 aylıq əmək haqqını ala bilmədiyi üçün verdiyi ərizəyə baxılmadan və həll edilmədən, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyinə görə-vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh (bundan sonra cavabdeh işəgötürən MMC-nin) direktoru X1 (Fin:1FU85GZ) 172 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə Gəncə - Qazax - Gürcüstan sərhəd yolunun dörd zolağa genişləndirilməsi layihəsinə 889 (səkkiz yüz səksən doqquz) manat aylıq əmək haqqı məvacibi ilə briqadir vəzifəsinə qəbul edilmişdir. Lakin, əmək müqaviləsinin 1 nüsxəsi və 2021-ci il sentyabr ayının məvacibi ona verilməmişdir. Cavabdeh MMC-nin 258 nömrəli xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin tələbinə uyğun olaraq əmək haqqını ala bilmədiyi üçün öz ərizəsinə əsasən əmək müqaviləmə xitam verilmişdir. Amma, əmək kitabçasını alsa da, əmək müqaviləsinin bir nüsxəsini 2-4 ildir və son haqq- hesabını, sentyabr-oktyabr 2021-ci ilin 2 aylıq əmək haqqını, 2 illik məzuniyyət müddəti üçün əmək haqqını 9 aydır ala bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 20 aprel 2022-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, “Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ’’Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirildikdən sonra əmək müqaviləsini əldə etmək mümkün olmuşdur və Cəmiyyətin direktoru Javad Talıbovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, Cəmiyyətin rəhbərliyinə son haqqhesabınızın hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı **********0 nömrəli xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir” yazılıb. Həmin 20.04.22-ci il tarixli **********7 nömrəli məktubun surəti iddia ərizəsinə əlavə olunub. Eyni zamanda nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Cəmiyyətin direktoru Javad Talıbov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Mediasiya Şurasının 01-saylı X2 xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi 27 gün əvvəl poçtla yazılı və telefon vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq Mediasiya Sessiyasında iştirak etməkdən yazılı imtina etmişdir, mən isə iştirak etmişəm və 50 manat pul ödəmişəm. Həmin xx.xx.2022-ci il tarixli Arayışın surəti iddia ərizəsinə əlavə olunub. Odur ki, 2,4 il ərzində əmək müqaviləsinin bir nüsxəsini, son haqq-hesabımı, 2 aylıq məvacibimi və 2 illik məzuniyyət müddəti üçün əmək haqqımı 9 ay ərzində ala bilmədiyimə, heç bir /ərdə işləmə-diyimə, heç bir gəlirim və qazancı olmadığına, Qazax şəhərindən Bakı şəhərinə dəfələrlə gedib-gəldiyimə və habelə ailədə heç kim işləmədiyinə görə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 2 aylıq müddəti üçün 889 manat + 889 manat = 1778 (bir min yeddi yüz yetmiş səkkiz) manat məbləğində əmək haqqını, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək 2 illik məzuniyyət dövrü üçün 889 manat + 889 manat = 1778 (bir min yeddi yüz yetmiş səkkiz) manat (1778 + 1778 = 3556) manat məbləğində əmək haqqını və 10579,10 (on min beş yüz yetmiş doqquz, 10) manat məbləğində gecikdirməyə görə hər gün üçün 1% əlavə ödənci, Mediasiya Şurasına ödədiyi 50 (əlli) manat xərci, manat xərci, cəmi 14185,10 (on dörd min bir yüz səksən beş, 10) manat məbləğində pul vəsaitinin ona ödənilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədləri məhkəməyə vermişdir. Cavabdehin ona 3556 manat əsas borcu, 10579,10 manat gecikdirməyə görə 1 faiz ödənci, 50 əlli manat mediasiya şurasına ödədiyi xərci, cəmi 14.185,10 manat borcu və o dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 132,55 manat dövlət rüsumu məbləğdə cavabdehin borcu yaranıb. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 326 saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş əmək haqqı barədə bank hesabından çıxarış təqdim edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş əmək haqqı barədə bank hesabından çıxarış təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, “Körpü Tunel Tikinti" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığınız müraciətlərə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar “Körpü Tunel Tikinti" MMC-nin rəhbərliyinə Sizə aid olan müvafiq sənədlərin təqdim olunması məqsədi ilə xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktub göndərilmiş (Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 224- cu məhəllə), lakin bu günə qədər heç bir sənəd təqdim olunmamışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək müqaviləsi bildirişi alt sisteminə tərəfimizdən baxış keçirilərkən, Sizinlə Cavabdeh MMC-nin rəhbəri arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda bildiririk ki, Bakı şəhər İdarəsinə təqdim etdiyiniz izahatdan və əmək haqqı bank hesabı çıxarışınızdan əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqqhesabınız sonuncu iş günü işəgötürən tərəfindən Sizə ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən cəmiyyətin direktoru Javad Talobovi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibatı xəta haqqında protokol tərtib olunmuşdur. Əlavə olaraq bildiririk ki, cəmiyyətin rəhbərinə son haqq-hesabınızın hesablanıb ödənilməsini təmin edilməsi ilə bağlı **********0 nömrəli xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023cü il tanxədək dayandırıldığından müraciətinizin yerində araşdırılması mümkün olmamışdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 326 saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Hazırda İddiaçı əmək haqqı borc qalığı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 2 aylıq müddəti üçün 1778 manat məbləğində əmək haqqının, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək 2 illik məzuniyyət dövrü üçün 1778 manat, (1778 + 1778 = 3556) manat məbləğində əmək haqqının və 10579,10 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% ödəncin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir; - Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının sentyabr və oktyabr ayları üzrə əmək haqqının ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab edir ki, iddia tələbi sentyabr ayı və oktaybr ayları üçün cəmi 1778 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir; - Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə onu da qeyd edir ki, iddia tələbi 10579,10 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması hissəsində də əsaslıdır. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.(1-ci bəndi) İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.(3-cü bəndi). 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. (1-ci bəndi) Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər .(2-ci bəndi) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər .(3-cü bəndi) Məhkəmə qeyd edir ki, iddia tələbi xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək 2 illik məzuniyyət dövrü üçün 1778 manat məzuniyyət pulunun ödənilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, Cavabdeh MMC Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, orada gözətçi vəzifəsində çalışmış İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 2 aylıq müddəti üçün 1778 (889 + 889) manat məbləğində əmək haqqı, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək 2 illik məzuniyyət dövrü üçün cəmi 1778 manat, o cümlədən (1778 + 1778 = 3556) manat məbləğində əmək haqqını ödəməmişdir. Bu səbəbdən də əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% ödənc olaraq 10579,10 manat məbləğində borc yaranmışdır. Bununla belə məhkəmə bildirir ki, əmək haqqının hesablanması sahəsində məhkəmə ixtisaslı biliklərə malik deyildir, Cavabdeh MMC isə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün müvafiq sübutlar təqdim etməmişdir. Eyni zamanda məhkəmə iddiaçının “vəzifəli şəxslərin cərimə edilməsi”nə dair tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi prosessual hüquqi cəhətdən vəsatətdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin məsələnin hazırki icraat çərçivəsində həll edilməsi məhkəmənin səlahiyyətində deyil və həmin məsələyə qətnamənin nəticə hissəsində qiymət verilə bilməz. Belə ki, qeyd olunan tələb müvafiq dövlət orqanının səlahiyyətinə aid olan məsələdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarına və işin faktiki hallarına məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 2 aylıq müddəti üçün 1778 manat məbləğində əmək haqqı, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək 2 illik məzuniyyət dövrü üçün 1778 manat, cəmi 3556 (1778 + 1778 = 3556) manat məbləğində əmək haqqını və 10579,10 manat məbləğındə gecikdirməyə görə hər gün üçün 1% ödənc və 50 (əlli) manat mediasiya xərci tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq Cavabdeh MMC-dən 132,55 manat məbləğində pul tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1778 manat məbləğində ödənilməmiş əmək haqqı və 1778 manat məzuniyyət pulu cəmi 3556 manat məbləğində əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla 10579,10 manat ödənc, 50 (əlli) manat mediasiya xərci, ümumilikdə 14185,10 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh MMC-dən 132,55 manat məbləğində dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar