Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1991/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı «mənzillərə qoyulmuş qiymətlərin ləğv olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı «mənzillərə qoyulmuş qiymətlərin ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərəqqi MMC tərəfindən onun tərəfindən girov qoyulmuş Mingəçevir Şəhəri Mikayıl Müşfiq küçəsi, 11/19 saylı, evin 42 saylı mənzilinə və Mingəçevir Şəhəri Mehdi Hüseyn küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilinə qoyulmuş qiymətlərin ləğv olunması və yenidən həmin mənzillərin qiymətləndirləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekpressbank ASC-nin tələbi ilə onunla bağlanmış 13.02.2019-cu il tarixli 600840-3457/2 müqaviləyə əsasən müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 35091,97 manat kreditin ödənilməsi üçün ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan atası X5 məxsus ipoteka predmeti olan Mingəçevir Şəhəri, Mikayıl Müşfiq küçəsi ev 11/19, mənzil 42 saylı mənzilə və ipoteka qoyan Ağdam rayonu, Novruzu kəndində qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşayan X1 məxsus ipoteka predmeti olan ünvan 3 ünvanda yerləşən 16 saylı mənzilə tutma yönəldilməsi ilə bağlı Mingəçevir regional “ASAN xidmət" mərkəzi tərəfindən icra qeydi icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. İcra şöbəsi tərəfindən qeyd olunan mənzilin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Xammal və Əmtə Birjası Cavabdeh MMC- yə göndərilmişdir. Tərəqqi MMC tərəfindən onun tərəfindən girov qoyulmuş Mingəçevir Şəhəri Mikayıl Müşfiq küçəsi, 11/19 saylı, evin 42 saylı mənzilinə 40000 manat və Mingəçevir Şəhəri Mehdi Hüseyn küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilinə isə 50000 manat qiymət qoyulmuşdur. Cavabdeh MMC tərəfindən qeyd olunan mənzillər düzgün qiymətləndirilməmişdir. Mingəçevir şəhəri Mikayıl Müşfiq küçəsi, 11/19 saylı, evin 42 saylı mənzilin hazırda real bazar qiyməti 50000- 55000 manat və Mingəçevir şəhəri Mehdi Hüseyn küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilinn isə real bazar qiyməti 55000-60000 manatdır. Buna görədə Cavabdeh MMC tərəfindən qoyulmuş qiymətlərlə razı olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş X7 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan; AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kərimov X2 şəhəri, M.Müşfiq küçəsi, ev 11/19, mənzil 42 ünvanında qeydiyyatdadır. 11.11.2020-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, İddiaçı ilə bağlanmış 13.02.2019-cu il tarixli № 600340-345705/2 müqaviləyə əsasən müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 35091,97 manat kreditir ödənilməsi üçün ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan atası X5 məxsus ipoteka predmeti olan Mingəçevir Şəhəri, Mikayıl Müşfiq küçəsi ev 11/19, mənzil 42 saylı mənzilə və ipoteka qoyan Ağdam rayonu, Novruzu kəndində qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşayan X1 məxsus ipoteka predmeti olan ünvan 3 ünvanda yerləşən 16 saylı mənzilə tutma yönəldilmişdir. Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-nin 26.01.2021-ci il tarixli, 28/1 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, Mingəçevir şəhəri, Mikayıl Müşfiq küçəsi, 11/19 saylı evin 42 saylı mənzilin likvid qiyməti 40000 manat təşkil edir. Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-nin 26.01.2021-ci il tarixli, 28 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, Mingəçevir şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin likvid qiyməti 50000 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1991/2021 saylı, 24.05.2021-ci il tarixli qərardadı ilə təyin olunmuş “X8 Mərkəzi” MMC-nin 17.09.2021-ci il tarixli, YD 063 saylı ekspert rəyindən görünür ki, Mingəçevir şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin bazar dəyəri 55000 manat, likvid dəyəri 48000 manat təşkil edir. Mingəçevir şəhəri, Mikayıl Müşfiq küçəsi, 11/19 saylı evin 42 saylı mənzilin bazar dəyəri 46400 manat, likvid dəyəri 42000 manat təşkil edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə iddia tələbi ilə bağlı etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-nin 26.01.2021-ci il tarixli 28 və 28/1 nömrəli Əmlakın qiymətləndirilməsi barədə hesabatlarında Mingəçevir şəhəri, Mikayıl Müşfiq küçəsi, 11/19 saylı evin 42 saylı mənzilin likvid qiyməti 40000 manat və Mingəçevir şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin likvid qiyməti 50000 manat göstərilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq “X8 Mərkəzi” MMC-nin 17.09.2021-ci il tarixli, YD 063 saylı ekspert rəyində Mingəçevir şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin bazar dəyəri 55000 manat, likvid dəyəri 48000 manat və Mingəçevir şəhəri, Mikayıl Müşfiq küçəsi, 11/19 saylı evin 42 saylı mənzilin bazar dəyəri 46400 manat, likvid dəyəri 42000 manat təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi Mingəçevir şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin və Mingəçevir şəhəri, Mikayıl Müşfiq küçəsi, 11/19 saylı evin 42 saylı mənzilin real bazar qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında böyük fərq müşahidə olunmamışdır. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Mingəçevir şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin və Mingəçevir şəhəri, Mikayıl Müşfiq küçəsi, 11/19 saylı evin 42 saylı mənzilin bazar dəyərinin Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC tərəfindən 26.01.2021-ci il tarixdə verilmiş 28 və 28/1 nömrəli Əmlakın qiymətləndirilməsi barədə Hesabatlarında göstərilən məbləğlər əmlakların real qiymətinə tam uyğundur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı «mənzillərə qoyulmuş qiymətlərin ləğv olunması» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Aparılmış qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri iddiaçı X4 tutularaq, 800 (səkkiz yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ75PAHA40060AZNHC**********, "xxxx" ASC, KOD 505141, VÖEN **********, müxbir hesab AZ82NABZ********************, SWİFT BİK PAHAAZ22, “X8 Mərkəzi” MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı «mənzillərə qoyulmuş qiymətlərin ləğv olunması» tələbinə dair iddiası təmin edilməsin. Aparılmış qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri iddiaçı X4 tutularaq, 800 (səkkiz yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ75PAHA40060AZNHC**********, "xxxx" ASC, KOD 505141, VÖEN **********, müxbir hesab AZ82NABZ********************, SWİFT BİK PAHAAZ22, “X8 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1991/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1991/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver