Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1994/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Lənkəran rayon İcra və Probasiya şöbəsi, X8 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi əvvəllər 245.3 kv.m, (hazırda isə faktiki olaraq 650 kv.metr) olan qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “Muğanbank" ASC-nin cavabdehlər İddiaçı və Vaqif İsayevə qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın boşaldılması və borcun satılmış əmlakın vəsaiti hesabına ödənilməsi tələbinə dair iddiası qismən tomin edilərək cavabdeh İddiaçı ödəniş günü milli manat nəzənnədə 15 dekabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 169945.37 ABŞ dolları, faiz borcuna görə 8141.10 ABŞ dolları, cəmi 178086.47 ABŞ dolları məoləğdə pulun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın digər cavabdeh Vaqif İsayevin mülkiyyətində olan Lənkəran şəhəri, Qala Xiyabanı, 13 a saylı ünvanda yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən tərəfindən apellyasiya şikayəti verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 29 fevral 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran rayon məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra Şirvan Apellyasiya məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti verilsə də, kassasiya şikayəti də təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Lənkəran rayon İcra Şöbəsinə göndərilmiş və icra söbəsində icraatda olduğu zaman ipotekaya qoyulmuş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binasının qiymətləndirilməsi üçün “Tərəqqi" MMC-yə müraciət edilmiş və Cavabdeh MMC tərəfindən verilmiş 16 dekabr 2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmetinin qiyməti 400.000 manat dəyərində müəyyən edilmişdir. Həmin qiymətlə razılaşmaq mümkün deyildir. Belə ki, hazırda həmin qeyri-yaşayış binasının qiyməti 400.000 manat deyildir. Həmin bina keçən 5 il müddətində əsaslı təmir və əlavələr edilməklə ümumi sahəsi hesabatdan sonra 245,3 kv metr deyi, 650 kv.metrdən də çoxdur. Həmin qeyri-yaşayış binasının qiyməti hazırda təqribən 2.000.000-2.500.000 manat təşkil etdiyi halda “Tərəqqi" MMC tərəfindən 400.000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh MMC tərəfindən ipoteka predmeti qiymətləndirilərkən Əmlakın qiymətləndirilməsi barədə hesabatda qeyd edilmiş qiymətin müəyyən edilməsi meyarları pozulmuşdur. Belə ki, əmlak qiymətləndirilərkən analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış, mənim iştirakım təmin edilməmiş, başqa obyektin şəkili çəkilib, qiymətləndirməyə təqdim edilmiş, ona xəbərdarlıq edilməmişdir. Eyni zamanda qiymətləndirmə zamanı əmlakın dəyərinə təsir göstərən aşağıdakı faktorlar tədqiq edilməmişdir. Qiymətləndirmə zamanı əmlakın yerləşidiyi rayon və yerləməsi, nəqliyyat magistrlərinə münasibliyi, kommersiya cazibədarlığı və aşınma (fiziki, mənəvi, funksional) kimi faktorlar nəzərə alınmamışdır. Belə ki, həmin obyekt şəhərin mərkəzində yerləşir, yolun kənarındadır, cəlbedici yerdə yerləşir. Eyni zamanda qiymətləndirmə zamanı qiymətləndirmə metodlarından tam və qismən istifadə olunmamışdır. Belə ki, iddiaçının həmin obyektə çəkdiyi xərc 400.000 manatdan dəfələrlə çoxdur. Belə olan halda necə olur ki, həmin obyektə 400.000 manat qiymət qoyulur. Həmin qiymətləndirmədən uzun müddət keçsə də hərrac keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh MMC tərəfindən tərtib olunmuş 258 saylı 16.12.2016-cı il tarixli X6 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə hesabat qüvvədə olan qanunvericilik tələbinə tam uyğun olaraq və qiymətləndirmə fəaliyyəti həyata keçirilən zaman tədbiq edilən metod hesablamalar nəzərə alınmaqla tərtib edildiyini bildirmişdir; Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmənin dəftərxana vasitəsilə 30.06.2021-ci il tarixdə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1994/2021 saylı 19.05.2021-ci il tarixli qərardad qəbul edilərək, X3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binası ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İddiaçı X8 cavabdeh "xxxx" MMC-yə qarşı "əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi" (daşınmaz əmlak - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binası) tələbinə dair 2(005)-568/2018 mülki iş Nərimanov Rayon Məhkəməsinin Hakimi Kəmalə Əmirxanovanın icraatında olmuşdur. Həmin mülki iş üzrə 18.09.2018-ci il tarixində 2(005)-568/2018 saylı qətnamə qəbul edilərək, X4 "əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi" (daşınmaz əmlak - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binası) tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən verilmiş şikayətlər təmin edilməmişdir. 18.09.2018-ci il tarixli 2(005)-568/2018 saylı Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə bu cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ümumi sahəsi 245,3 kv.m olan2 mərtəbəli Lənkəran şəhəri, Qala Xiyabanı, 13a saylı qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ kimi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 20.10.2011-ci il tarixdə qeydiyyata alınmışdır; Lənkəran Rayon Məhkəməsinin 2(049)-3365/2015 saylı, 28.09.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X6 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması, əmlakın boşaldılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 15.12.2011-ci il tarixli 3141/KTN saylı kredit müqaviləsi üzrə əsas kredit borcu kimi 169945.37 ABŞ dolları, faiz borcu kimi 8141.10 ABŞ dolları, cəmi 178086.47 ABŞ dolları məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh İddiaçı tutulacaq 178086 ABŞ dolları 47 sent məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, cavabdeh İddiaçı tutulmalı olan cəmi 178086.47 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutma məbləği "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş X4 mülkiyyətində olan Lənkəran şəhəri, Qala Xiyabanı, 13a ünvanında yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir; X2 Məhkəməsinin Mülki Kollegiyasının 29.02.2016-cı il tarixli, 2(106)-171/2016 saylı qətnaməsinin surətinə əsasən 2(049)-3365/2015 saylı mülki iş üzrə Lənkəran rayon məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya təmin edilməmiş, Lənkəran rayon Məhkəməsinin 2(049)-3365/2015 saylı, 28.09.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-568/2018 saylı, 18.09.2018-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Respubiik Xammal və Əmtəə Birjası Cavabdehnə qarşı və mübahisə predmeti barəsində müstəqil tələb irəii sürən üçüncü şəxs "Muğanbank” Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair ilk, iddiaçı “Muğanbank" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-568/2018 saylı, 18.09.2018-ci il tarixli qətnaməsində olan iş materiallarından görünür ki, «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.07.2018-ci il tarixli 164/LBC nömrəli rəyinə əsasən, ünvan 5 ünvanda yerıəşən ümumi sahəsi 245.3 kv.metr elan qeyri-yaşayış binasının 2016-cı il tarixə olan orta bazar qiyməti 405.000 (dörd yüz beş min) manat, hazırki dövrə olan orta bazar qiyməti isə 400.0C0 (dörd yüz min) manat müəyyən olunmuşdur; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC-nin 258 saylı 16.12.2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Lənkəran rayon İcra Şöbəsinin 5543/03 saylı, 22.06.2016-cı il tarixli sifariş məktubuna və Lənkəran Rayon Məhkəməsinin 2(049)-3365/2015 saylı, 28.09.2015-cı il tarixli icra vərəqəsinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən Cavabdeh MMC tərəfindən X6 məxsus Lənkəran şəhəri, Qala Xiyabani 13a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 400.000 manat təşkil edir; "xxxx" MMC-nin 16.08.2021-ci il tarixli, ƏEM/A 53-819/21 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus Lənkəran şəhəri, Qala Xiyabani 13a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 16.08.2021-ci il tarixinə bazar qiyməti 420.000 manat, likvid dəyəri 380.000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 400 manat təşkil edir; 01.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3365/2015 saylı, 28.09.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 15.12.2011-ci il tarixli 3141/KTN saylı kredit müqaviləsi üzrə əsas kredit borcu kimi 169945.37 ABŞ dolları, faiz borcu kimi 8141.10 ABŞ dolları, cəmi 178086.47 ABŞ dolları məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh İddiaçı tutulacaq 178086 ABŞ dolları 47 sent məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, cavabdeh İddiaçı tutulmalı olan cəmi 178086.47 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutma məbləği "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş X4 mülkiyyətində olan Lənkəran şəhəri, Qala Xiyabanı, 13a ünvanında yerləşən ümumi sahəsi 245.3 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Lənkəran rayon İcra Şöbəsinin 5543/03 saylı, 22.06.2016-cı il tarixli sifariş məktubuna və Lənkəran Rayon Məhkəməsinin 2(049)-3365/2015 saylı, 28.09.2015-cı il tarixli icra vərəqəsinə əsasən Cavabdeh MMC tərəfindən X6 məxsus Lənkəran şəhəri, Qala Xiyabani 13a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 400.000 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC-nin 16.08.2021ci il tarixli, ƏEM/A 53-819/21 nömrəli ekspet rəyinə əsasən aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus Lənkəran şəhəri, Qala Xiyabani 13a ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 16.08.2021-ci il tarixinə bazar qiyməti 420.000 manat, likvid dəyəri 380.000 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin 16.08.2021-ci il tarixli, ƏEM/A 53-819/21 nömrəli ekspert rəyində əmlakın təsviri, təmiri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bazar qiyməti müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Mübahisələndirilən Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC-nin 258 saylı 16.12.2016-cı il tarixli və "xxxx" MMC-nin 16.08.2021-ci il tarixli, ƏEM/A 53-819/21 nömrəli ekspet rəyi ilə əmlaka dair qiymətlər arasında 20 min manat məbləğində fərq mövcuddur. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, qeyriyaşayış sahəsinin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; Məhkəmənin mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Lənkəran rayon İcra və Probasiya şöbəsi, X8 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 400 (dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı (Lənkəran rayon İcra və Probasiya şöbəsi, X8 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1994/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1994/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver