Məhkəmə qərarları › İş №2(005)-2013/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2013/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2013/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3 İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və BOKT “xxxx” MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2512,06 (iki min beş yüz on iki manat, altı qəpik) məbləğində sığorta ödənişinin, 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 2542,46 (iki min beş yüz qırx iki manat qırx altı qəpik) məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx” ASC iddiasını onunla əsaslandırmışdır ki, 30.09.2020-ci il tarixində ünvan 1 ünvanında “xxxx” BOKT MMC-nin mülkiyyətində olan “Kia Sorento minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. AR DİN Bakı Şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına, 30.09.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı Qərara əsasən, “Kia Sorento minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 (akmış manat) məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hadisə zamanı “xxxx” BOKT MMC-nin mülkiyyətində olan və Cavabdeh2 tərəfindən idarə edilən “Kia Sorento minik” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “xxxx” ASC tərəfindən sığortalanmışdır. Bu səbəbdən 7512 (yeddi min beş yüz on iki manat) məbləğində sığorta ödənişinin 5000 (beş min) manat hissəsi “xxxx” ASC tərəfindən "xxxx” ASC-nin hesabına ödənilmişdir. Sığorta Hadisələrinin tənzimlənməsi xidməti Məlum olduğu kimi “İcbari Sığotalar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 (beş min manat) müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, AD №763224 saylı X2 Şəhadətnaməsindən göründüyü kimi “Kia Sorento minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-dir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi, X5 tərəfindən idarə edilən “Kia Sorento minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası “xxxx” ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilin MİC-11867/20 saylı sığorta şəhadətnaməsindən və ona əlavələrdən göründüyü kimi, həmin nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən 15.02.2020-ci il tarixindən 15.02.2021-ci il tarixindək 68000,00 (altmış səkkiz min) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi üzrə azadolma məbləği 100,00 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, 02.11.2020-ci tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (yeddi min altı yüz on iki manat, 06 qəpik) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, 04.11.2020-ci il tarixli, 152/20 saylı sığorta aktına və 05.11.2020-ci il tarixli, № İT0001240 saylı ödəniş tapşırığına əsasən 7612,06 (yeddi min altı yüz on iki manat, 06 qəpik) manat məbləğində sığorta ödənişi sığortalı avtomobilin təmiri üçün “X10” MMC-nin “xxxx” ASC-də olan AZ23BRRS******************** saylı hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş, 03.06.2019-cu il tarixli Etibarnamədən görünür ki, «xxxx” ASC tərəfindən “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ X6 verilmişdir. İddia ərizəsinə əlavə edilmiş, AD №511250 saylı X2 Şəhadətnaməsindən göründüyü kimi “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “xxxx” ASC-dir. İddia ərizəsinə əlavə edilmiş, 06.10.2020-ci iİ tarixli, BS-C- 20/1501 saylı məktubundan görünür ki, iddiaçı cavabdehlərə müraciət edərək, hadisə nəticəsində “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi prosesində iştirak təklifini etmişdir. Qeyd edilən məktub Cavabdeh2 tərəfindən 09.10.2020-ci il tarixdə imzalanaraq təhvil alınmışdır. Həmçinin, iddiaçının nümayəndələri telefon vasitəsi ilə Cavabdeh2 ilə əlaqə saxlayaraq eyni təklifi cavabdehə etmiş (audio yazılış əlavə edilib) lakin cavabdeh zərərin qiymətləndirilməsi prosesində iştirak etməmişdir. İddia ərizəsinə əlavə edilmiş 06.01.2021-ci il tarixli, BS-C-20/0019 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən “xxxx” ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 2512,06 (iki min beş yüz on iki manat,06 qəpik) məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində “xxxx” BOKT MMC və Cavabdeh2 tərəfindən geri ödənilməsi tələb edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2512 (iki min beş yüz on iki manat) məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa iddianın qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Bununla bağlı 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və BOKT “xxxx” MMC-yə məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və BOKT “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 04.11.2020-ci il tarixli sığorta aktının surətinə əsasən “xxxx” ASC ilə sığortalı “xxxx” ASC arasında bağlanan MİC-11867/20-5 saylı könüllü sığorta şəhadətnaməsi əsasında “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil 68000 manat məbləği həddində sığortalanmış, “xxxx” ASC-nin qiymətləndirmə aktına əsasən “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər 7612,06 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi 7612,06 manat təşkil edir. 100 manat azadolma məbləği “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə ödənilmişdir; “xxxx” ASC tərəfindən verilmiş 02.11.2020-ci il tarixli zərərinin hesablanması aktının surətinə əsasən “Toyota Camry” markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı zərər 7612,06 manat məbləğində müəyyən edilmişdir; 04.11.2020-ci il tarixli, 152/20 saylı sığorta aktına və 05.11.2020-ci il tarixli, № İT0001240 saylı ödəniş tapşırığına əsasən 7612,06 (yeddi min altı yüz on iki manat, 06 qəpik) manat məbləğində sığorta ödənişi sığortalı avtomobilin təmiri üçün “X10” MMC-nin “xxxx” ASC-də olan AZ23BRRS******************** saylı hesabına köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri X12 İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətinə əsasən 30.09.2020-ci il tarixdə saat 10:50 radələrində Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində BOKT “xxxx” MMC-yə məxsus “Kia Sorento minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh2 təqsirli və yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC-yə məxsus “Toyota Camry” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 30.09.2020-ci il tarixli, 2/15844 nömrəli aktın surətinə əsasən aparılmış müayinə nəticəsində Cavabdeh2 alkoqol sərxoşluğu vəziyyətində olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri X12 İdarəsinin baş inspektoru A.Cəbrayılov tərəfindən tərtib olunmuş İXP serialı, ******* nömrəli 30.09.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən sürücü Cavabdeh2 30.09.2020-ci il tarixdə saat 10:50 radələrində “Kia Sorento minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qaydaları pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir; İş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı 763224 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Kia Sorento minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil BOKT “xxxx” MMC-yə məxsusdur. İş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı 511250 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Toyota Camry” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-yə məxsusdur. İş materiallarında olan «xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06.01.2021-ci il tarixdə Cavabdeh2 və BOKT “xxxx” MMC-yə ünvanlanmış məktubun surətinə əsasən cavabdehlərə hadisə barədə məlumat verilməklə, «xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta ödənişi həyata keçirildiyi üçün subroqasiya hüququndan istifadə edilərək, zərərin ödənilməsi onlardan tələb edilmişdir. 03.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı «xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, «xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” ASC arasında bağlanan MİC-11867/20-5 saylı müqavilə əsasında verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi üzrə “Toyota Camry” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Hazırki mülki iş üzrə cavabdeh BOKT “xxxx” MMC “Kia Sorento minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisidir. Cavabdeh 30.09.2020-ci il tarixdə saat 10:50 radələrində Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində BOKT “xxxx” MMC-yə məxsus “Kia Sorento minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh2 təqsiri nəticəsində “xxxx” ASC-yə məxsus “Toyota Camry” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, avtomobilə vurulmuş maddi ziyanın məbləği 7612,06 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkənə ödənilmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləğ də cavabdehlərdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən cbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; Göründüyü kimi, Cavabdeh2 (qanuni əsaslarla) idarə etdiyi, “Kia Sorento minik” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Toyota Camry” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması təsdiq olunmuşdur. Buna görə də, cavabdeh hadisə zamanı sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Kia Sorento minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini digər Cavabdeh2 lizinq müqaviləsinə əsasən verilməsini bildirsə də, bu barədə sübut məhkəməyə təqdim etmişdir. Cavabeh Cavabdeh2 istifadəsində olan avtomaşının qanuni əsaslar olmadan idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində iddiaçı tərəfindən sığortalıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehlərə qarşı tələbi əsaslıdır. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil vurulmuş zərərin əvəzi qismində 2512,06 (iki min beş yüz on iki manat, altı qəpik) məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu iddiaçı «xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC-nin mülkiyyətində olan «Toyota Camry” minik markalı, **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində cavabdehlər Cavabdeh2 və BOKT “xxxx” MMC-dən müştərək qaydada 2512,06 (iki min beş yüz on iki manat, altı qəpik) məbləğində pul, 30 manat məbləğində dövlət rüsumu iddiaçı «xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar