Məhkəmə qərarları › İş №2(005)-2102/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2102/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2102/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Hərrac Mərkəzi “xxxx” MMC-yə və Cavabdeh2 MMC-nə qarşı “daşınmaz əmlaka dair qiymətləndirmənin etibarsız hesab edilməsi və hərracın keçirilməsinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Hərrac Mərkəzi “xxxx” MMC-yə və Cavabdeh2 MMC-nə qarşı “daşınmaz əmlaka dair qiymətləndirmənin etibarsız hesab edilməsi və hərracın keçirilməsinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, H.Əliyev küçəsində olan, 0,0042 ha torpaq sahəsində yerləşən 2A/6T nömrəli, 2 girişli 34,32 kv.m ümumi, 34.32 kv.m əsas sahədən ibarət, 1 mərtəbəli, qeyri-yaşayış sahəsinin açıq hərracda satılmasına dair cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən 19 mart 2021ci il tarixə təyin edilmiş hərracın keçirilməsinin dayandırılması və Şirvan şəhəri, H.Əliyev küçəsində olan, 0,0042 ha torpaq sahəsində yerləşən 2A/6T nömrəli 2 girişli, 34,32 kv.m ümumi, 34,32 kv.m əsas sahədən ibarət, 1 mərtəbəli, qeyri-yaşayış binasının 20000 (iyirmi min) manat dəyərində qiymətləndirilməsinə dair Cavabdeh2 MMC-nin 04.05.2018-ci il tarixli, G-481 saylı rəyinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xxxx” QSC ilə bağlanılan 13.04.2010-cu il tarixli 22L000000İ71 saylı kredit xətt müqaviləsinə əsasən QSC iddiaçıya 120 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Kredit xətt müqaviləsi üzrə iddiaçıya 28.03.2014-cü il tarixli, 37R000001875 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Götürülən kredit əvvəllər vaxtında banka ödənilsə də, ödənişlə əlaqədar heç bir problem olmamışdır. Ancaq sonradan, yəni 2015-ci il Azərbaycan manatının ABŞ dollarına nisbətdə ciddi ucuzlaşması götürülən kreditin qaytarılmasında çətinliklər yaratmışdır. Buna baxmayaraq banka 5975 ABŞ dolları məbləğində ödəniş edilmişdir. “xxxx” QSC ilə ilə bağlanılmış 15.04.2010-cu il tarixli, 22M000000054 saylı ipoteka müqaviləsi əsasında H.Ə.Əliyev küçəsində 0,0042 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34,32 kv.m təşkil edən 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) bankın xeyrinə ipoteka ilə yüklü edilməklə qeydiyyata alınmışdır. Sonradan “xxxx” QSC-i qeyd edilən faktla bağlı məhkəməyə müraciət etmiş, Şirvan şəhər məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(032)- 156/2018 №li mülki iş üzrə qəbul eldiyi qətnaməyə əsasən cavabdehlər - İddiaçı2, İddiaçı1 və X1 müştərək qaydada 20642,86 ABŞ dolları məbləğində pulun iddiaçı “xxxx” QSC-ə verilməsi, borcun ödənilməsi üçün ipoteka ilə yüklü olan Şirvan şəhəri, H.Əliyev küçəsində icarədə olan 0,0042 ha torpaq sahəsində yerləşən 34,32 kv.m ümumi, 34,32 kv.m əsas sahədə 2A/61 nömrəli 2 girişli, 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi qət edilmişdir. Yalnız məhkəmə baxışında ipoteka ilə yüklənmiş daşınmaz əmlakın “xxxx” MMC tərəfindən 20000 manat məbləğində qiymətləndirilməsini bilmişlər. Ancaq bu məbləğin az və real qiymət olmadığını bildirmişlər. Əmlakı qiymətləndirən MMC, qiymətləndirmə barədə sənədi qarşı tərəfə təqdim etməmişdir. Sonradan Şirvan şəhər Məhkəməsi tərəfindən qətnamənin təmin edilməsinə dair 03 iyul 2018-ci il tarixli icra vərəqəsi verilmişdir. Qeyd edilən Şirvan şəhər Məhkəməsinin 2-(032)-156/2018 saylı, 03.07.2018-ci il tarixli icra vərəqinə və Şirvan şəhər İcra və Probasiya şöbəsinin 274/10-5 №li 18.02.2021-ci il tarixli qərarına əsasən, Şirvan şəhəri, H.Əliyev küçəsində 2A/6T ünvanda yerləşən qeyri-yaşayış binasının hərraca çıxarılması və hərracda satılmasına dair, hərracın təşkilatçısı Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən ünvana göndərilmiş bildirişləri 03.03.2021-ci il tarixdə almışlar. Bildirişlərdə göstərilir ki, ipoteka ilə yüklənmiş daşınmaz əmlakın satışına dair hərrac Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156 (20A), məhəllə 1933-də 19 mart 2021-ci il tarixdə saat ll:00-dan saat 17:00-a kimi keçiriləcəkdir. Bu barədə məlumat onlara hərracın keçirilməsinə 16 gün qalmış bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi təşkilatçı mülki qanunvericiliyin qeyd etdiyi maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən hərracın keçirilməsi dayandırılmalıdır. O cümlədən qeyd edilən kimi əmlakın bazar dəyərindən çox aşağı qiymətləndirilməsi iddiaçını qane etmir. Həmin ərazilərdə yerləşən analoji obyektlərin qiyməti daha yüksəkdir. Ona görə də həm də belə hesab edilir ki, Şirvan şəhəri, H.Əliyev küçəsində 0,0042 ha torpaq sahəsində yerləşən 2A/6T nömrəli, 2 girişli, 34,32 kv.m ümumi sahəsi, 34,32 kv.m əsas sahəsindən ibarət olan İ mərtəbəli qeyri-yaşayış binasının cavabdeh “xxxx” MMC tərəfindən 20.000 (iyirmi min) manat dəyərində qiymətləndirilməsinə dair 04.05.2018-ci il tarixli, G-481 saylı rəyi, daşınmaz əmlakın faktiki dəyərini əks etdirmədiyinə görə məhkəmə tərəfindən etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Hərrac Mərkəzi “xxxx” MMC-yə və Cavabdeh2 MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 16.03.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmdə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlər rüsumu ödəmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 09.03.2021-ci il tarixli 1797 nömrəli arayışdan görünür ki, İddiaçı2 H.Əliyev küçəsi, ev 2A, mənzil 32 ünvanda yaşayır. Şirvan ŞPŞ tərəfindən verilmiş 27.06.2011-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı2 xx.xx.1957-ci ildə Əli-Bayramlı rayonu, Vlaimirovka kəndində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1984-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Xammal və X4 Mərkəzi “xxxx” MMC tərəfindən İddiaçı2, X2 və İddiaçı1 ünvanlanmış Hərracın keçirilməsinə dair 23.02.2021-ci il tarixli 01/1142 nömrəli, 01 nömrəli bildirişdən görünür ki, ünvan 4 ünvanda qeyri-yaşayış binasının 19.03.2021-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı2, X2 və İddiaçı1 göndərilmişdir. Azərbaycan Respublikası Xammal və X4 Mərkəzi “xxxx” MMC tərəfindən İddiaçı2, X2 və İddiaçı1 ünvanlanmış Hərracın keçirilməsinə dair 30.03.2021-ci il tarixli 01/1142 nömrəli, 02 nömrəli bildirişdən görünür ki, ünvan 4 ünvanda qeyri-yaşayış binasının 08.04.2021-ci il tarixdə saat 11:00-17:00-dək keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı2, X2 və İddiaçı1 göndərilmişdir. Poçt qəbzlərinin surətlərindən görünür ki, İddiaçı1 və X3 poçt qəbzlərini imzalayaraq qəbul etmişlər və hərracın keçirilməsi barədə məlumatlı olmuşlar. Şirvan Şəhər Məhkəməsinin 03.07.2018-ci il tarixli 2(032)-156/2018 saylı qətnaməsi ilə icra vərəqəsi icra edilməsi üçün göndərilmişdir. İddiaçı2 Məhəmməd oğlu və İddiaçı1 tərəfindən 15.03.2021-ci il tairxdə Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə ünvanlanmış ərizədən görünür ki, ünvan 5 sahəsi 34,32 kv.m əsas sahəsi 34,32 kv.m təşkil edən 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 20000 (iyirmi min) manat olmaqla, 19 mart 2021-ci il tarixdə “xxxx” MMC tərəfindən hərracda satışa çıxaracağı haqqında ünvana göndərilən 01/1144№-li 23.02.2021-ci il tarixli bildirişləri rəsmən poçt vasitəsilə 03 mart 2021-ci il tarixdə almışlar. Birja Yenilikləri qəzetninin 23.02.2021-ci il tarixli surətindən görünür ki, hərracın keçrilməsi barədə müvafiq elan dərc edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli 2(102)-1960/2019 saylı qərarından görünür ki, cavabdeh İddiaçı2 şikayəti təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli 2(106)-2823/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında tərəfin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, Şirvan Şəhər Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(032)-156/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər İddiaçı2, X1 və İddiaçı1 müştərək qaydada 14024.14 ABŞ dolları əsas borc, 5618.72 ABŞ dolları faiz borcu, cərimə 1000 ABŞ dolları, cəmi 20.642.86 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pul alınıb iddiaçı “xxxx” QSC-yə verilməsi, iddia təmin olunduğundan iddia qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması İddiaçı2, X1 və İddiaçı1 alınaraq iddiaçı “xxxx” QSC-yə ödənilməsi, borcun ödənilməsi ipoteka ilə yüklü olan Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində icarəsində olan 0.0042 ha torpaq sahəsində yerləşən 2A/6T nömrəli 2 girişli, 34.32 kv.m ümumi, 34.32 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə, Şirvan şəhəri,H.Ə.Əliyev küçəsində icarəsində olan 0.0042 ha torpaq sahəsində yerləşən 2A/6T nömrəli 2 girişli, 34.32 kv.m ümumi, 34.32 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı2 qeyri yaşayış binasına istifadə hüququ itirilsin, o həmin qeyri-yaşayış binasından çıxarılsın,qeyri yaşayış binasını boşaldılmaqla və alıcıya təhvil verilməklə, ipoteka predmeti olan Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində icarəsində olan 0.0042 ha torpaq sahəsində yerləşən 2A/6T nömrəli 2 girişli, 34.32 kv.m ümumi, 34.32 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası açıq hərracda ilkin satış qiyməti 20000 müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin İddiaçı2, X1 və İddiaçı1 müştərək qaydada tutulması hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-156/18 saylı, 03.07.2018-ci il tarixli icra vərəqəsi, Şirvan Şəhər icra və probasiya şöbəsinin 274/10 saylı sifariş məktubunun icrasına əsasən Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən Şirvan şəhər icra və probasiya şöbəsinin sifarişi əsasında 19 mart 2021-ci il tarixdə hərrac keçirilmişdir. İpoteka predmeti olan İddiaçı2 məxsus Şirvan şəhəri, H.Əliyev küçəsində 2A/6T ünvanda qeyri-yaşayış binasının hərraca məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qiymət əsasında çıxarılmışdır. Məhkəmə iddia tələbinin hərracın dayandırılmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2.-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının “İcra Haqqında” qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.). Odur ki, hərracın dayandırılması hisssəsində iddia əmlakın hərraca çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin icrasına maneçilik yaratdığından əsassızdır və təmin edilməməlidir. Bundan başqa iddiaçının əmlakın qiyməti ilə bağlı mübahisələndidirdiyi hala münasibətdə məhkəmə qeyd edir ki, yekunlaşmamış hərrac üzrə məhkəmə qətnaməsi ilə əmlakların qiyməti müəyyənləşməsi və müvafiq icra vərəqəsi əsasında hərrac təşkil edilməsi həmin əmlaklarla bağlı qiymətin təkrar mübahisələndirilməsini istisna edir. Qeyd edilənlərə əsasən hərracla bağlı hərəkətlərin qanunsuz hesab olunması, qiymətləndirmənin və hərracın barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Hərrac Mərkəzi “xxxx” MMC-yı və Cavabdeh2 MMC-yə qarşı “daşınmaz əmlaka dair qiymətləndirmənin etibarsız hesab edilməsi və hərracın keçrilməsinin dayandırılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar