Məhkəmə qərarları › İş №2(005)-2105/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2105/2020

05.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2105/2020 05.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment (vəsait) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Zemfira, xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı qız uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra yaşadıqları müddət ərzində münasibətləri yaxşı olmuş, lakin sonradan tədricən pozulmağa başlamışdır. Münasibətlərinin pozulmasına səbəb ailəməişət məsələlərində meydana çıxan problemlərin həlli və bununla bağlı fikir ayrılığı olmuşdur. Zaman keçdikcə münasibətlər daha da kəskinləşmiş və birgə yaşamaq mümkünsüz olmuşdur. Cavabdehlə aralarında olan nikah formal xarakter daşıdığından cavabdehdən boşanmaq məqsədilə Nərimanov Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli 2(005)-5128/2019 nömrəli qətnaməsi ilə nikah pozulmuş və uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Həmin qətnamədən cavabdeh narazı qalmış və apelyasiya şikayəti vermişdir.Bakı Apelyasiya Məhkəməsi tərəfindən həmin işə xx xxxx 2020-ci il tarixdə baxılaraq Nərimanov Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 5128/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ayrıldıqları vaxtdan cavabdeh valideyn olaraq uşaqlarının tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdığı halda üzərinə düşən valideynlik vəzifələrini yerinə yetirməmiş, uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərməmişdir. Ona görə də iddiaçı cavabdehlə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay aliment tutulması barədə məhkəməyə müraciət etməli olmuşdur. Aliment ödənilməsi barədə cavabdehlə iddiaçının arasında heç bir razılıq və sazişyoxdur.Cavabdeh isə rəsmi olaraq heç bir yerdə işləmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iddia tələbinə əlavəsinin olmadığını və tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmədən işə onun iştirakı olmadan baxılaraq, müvafiq qərar qəbul olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 429546 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 xx xxxxx 2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r; Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 875823 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5128/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətinə əsasəniddiaçı X3 Cavabdeh arasında olan Nərimanov Rayon VVADQ Şöbəsində xx.xx.2005-ci il tarixdə, akt qeydləri kitabında 885 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 iddiaçı (anası) Əliyeva (Səfərova) Ruqiyyə Vəli qızının himayəsində saxlanılması qət edilmişdir; Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 atası Cavabdeh (cavabdeh), anası İddiaçıdır (iddiaçı). İddiaçı tərəflərin birgə nikahından olan uşaqları X4 və X1 üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment (vəsait) tutulmasını tələb edir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi tam təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment (vəsait) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2020-ci il tarixdən etibarən Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Səfərova) Ruqiyyə Vəli qızına verilsin. Aliment məbləği xx.xx.2020-ci il tarixdən etibarən hesablansın. Qətnamə dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar