Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2105/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 avqust 2013-cü il təvəllüdlü X8 və 01 avqust 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında nikah bağlamışlar. Birgə nikahdan 01 avqust 2013-cü il təvəllüdlü X8 və 01 avqust 2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Bir müddət münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Nikahın pozulması üçün məhkəməyə müraciət edilsə də sonra barışıq əldə edilmişdir. Lakin cavabdeh hazırda uşaqların saxlanılması üçün iddiaçıya heç bir kömək göstərmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının eyni tələbinə dair mülki iş üzrə iddiadan imtina edilmiş və apellyasiya instansiyası məhkməəsində işin icraatına xitam verilmişdir. Həmçinin tərəflər arasında barışıq sazişi imzalanmışdır. Bu səbəbdən də hazırki iddia tələbinə məhkəmədə yenidən baxıla bilməz. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Bakı Nikah Evi (Səadət sarayı) tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 131818 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X3 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə 2607 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ- İİİ seriyalı 125924 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 01 avqust 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ- İİİ seriyalı 125923 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 01 avqust 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi 2(010)-2257/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4038/2022 saylı qərardadından müəyyən olunur ki, Cavabdeh nikahın pozulması və uşaqlarla görüş vaxtının müəyyən olunması tələbinə dair məhkəməyə müraciət edərək, tərəflər arasında olan nikahın pozulmasını, uşaqların ananın himayəsində saxlanılmasını və uşaqla ünsiyyətdə olması üçün görüş vaxtının təyin edilməsini xahiş etmişdir. İddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aliment tutulmasını və birgə nikah dövründə əldə edilmiş əmlaklardan payların müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddialar qismən təmin edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman hər iki tərəf iddialarından imtina etmişdir və bu səbəbdən də Bakı Şəhəri Səbail Rayon Məhkəməsi 2(010)-2257/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. xx.xx.2022-ci il tarixli barışıq müqaviləsindən aydın olur ki, İddiaçı Cavabdeh ilə birgə mülkiyyətlərində olan “Mercedes Benz 320” markalı, 10MR885 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Mercedes Benz E200” markalı, 90KF300 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Opel Astra” markalı, 99SX974 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Hyundai Sonata” markalı, 90MO887 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə pay hüququndan və uşaqların saxlanılması üçün tutulmalı aliment məbləğindən imtina edir, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçəsiev 6 A ünvanında yerləşən 18 saylı mənzilin birgə vəsait hesabına alındığını təsdi edir və İddiaçı həmin əmlak üzərində 1/2 hissədə pay hüququnu tanıyır, həmçinin İddiaçı uşaqları ilə birlikdə həmin mənzilə qeydiyyata düşməsinə razılıq verir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından 01 avqust 2013-cü il təvəllüdlü X8 və 01 avqust 2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Münasibətlərinin pisləşməsi səbəbindən məhkəmə qətnaməsi ilə nikahların pozulması qət edilsə də, sonradan iş üzrə icraata xitam verilmişdir. Tərəflər aralarında olan mübahisəyə dair razılığa gələrək barışıq müqaviləsi bağlanmışlar. Bu müqaviləyə əsasən İddiaçı 01 avqust 2013-cü il təvəllüdlü X8 və 01 avqust 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh olan aliment iddialarından imtina etmişdir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqların saxlanılmasında iştirak etmədiyini bildirir və aliment tutulmasını xahiş edir. Cavabdehin vəkili isə bu məsələ ilə bağlı tərəflər arasında müqavilə olduğunu və bu mübahisəyə məhkəmə qaydasında baxılmasının qanunvericiliyə zidd olduğunu bildirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə cavabdeh tərəfin etirazları ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqauyğun hərəkət olaraq hüquqi faktların bir növü olan əqd olub, qanunvericiliyə uyğun bağlanılmalıdır. Belə ki, Azərbaycan respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Halbuki hazırki halda tərəflər arasında bağlanmış barışıq müqaviləsi yetkinlik yaşına çatmayan uşaqların hüquqlarını kobud surtdə pozmağa yönəlmiş, onların himayəsinə olduğu anaları İddiaçı müvafiq aliment tələb etmək hüququndan süni surətdə məhrum etməyə yönəlmişdir. Qeyd edilənlərə əsasən qanunvericiliyə zidd olan bu barışıq müqaviləsi tərəflərin sərbəst iradə ifadəsinin təcəssümü olaraq qanunauyğun bağlanmış əqd kimi qəbul edilə bilməz və ona sübut kimi istinad edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, 01 avqust 2013-cü il təvəllüdlü X8 və 01 avqust 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi ədalətli və əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə hesab edir ki, bu normanın tələbinə uyğun olaraq alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 5280 manat) ödənilməli olan dövlət rüsumu 72,8 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 01 avqust 2013-cü il təvəllüdlü X8 və 01 avqust 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment xx.xx.2023-cü il tarixdən hesablansın. Ödənilməmiş dövlət rüsumu olaraq 72,8 (yetmiş iki manat səksən qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2105/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2105/2023
01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver