Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2141/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlaka birgə hüququ olan Cavabdeh2 ilə Cavabdeh3 arasında, 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinə dair, An-İ ******* və An-İ ******* saylı alqı-satqısı müqavilələri etibarsız hesab edilməsi, həmin əqd əsasında yaranmış hüquqi nəticələr ləğv edilməsini, dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, noyabr dekabr aylarında ona məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2013-cü və xx.xx.2015-ci il tarixli dövlət reyestrindən Çıxarışlara əsasən əri Cavabdeh2 adına olan, birgə nikah dövründə əldə etdiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrini, onun razılığı olmadan, Abşeron rayon 1 saylı notariat kontorunda, 10 fevral 2015-ci il tarixdə alqı-satqı yolu ilə, Cavabdeh3 adına keçiriblər Daşınmaz əmlaka birgə hüququ olan ərin arvadın razılığı olmadan həmin əmlaka hüquqlar barəsində bağlanan əqd etibarsızdır. hətta belə müqaviləni bağlayan qarşı tərəf belə hüququn onunla müqavilə bağlayan ərə arvada mənsub olması barədə vicdanlı olmuş olsa da müqavilə etibarsız sayılmalıdır. Bütün bunlan nəzərə alaraq hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında, 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinə dair, An-İ ******* və An-İ ******* saylı alqı-satqısı müqavilələri, qanunsuz olduğu ücün etibarsız sayılmalı və həmin alqı-satqı müqaviləsi əsasında yaranmış hüquqi nəticələr ləğv edilməlidir. Cavabdehin günahı ucbatından ona həm maddi həm də mənəvi ziyan dəymişdir və ziyan cavabdehin təqsiri hüquqa zidd əməlləri nəticəsində vurulduğundan, cavabdeh mülki- hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Cavabdeh2 ilə Cavabdeh3 arasında, 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,14 və 0.30 ha ölçülü torpaq sahələrinə dair, An-İ ******* və An-İ ******* saylı alqı-satqısı müqavilələrini rəsmi olaraq 24 fevral 2022-ci il tarixdə vəkil sorğusu vasitəsi ilə əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı onun keçmiş arvadıdır. xx.xx.2005-ci il tarixdə aralarında nikah bağlanmışdır. Alqı-satqı müqavilələri bağlanarkən iddiaçı ilə nikahda olmuşdur. Müqavilələr onun əvəzinə qardaşı, hazırkı iş üzrə Cavabdeh2 tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı notariat kontoruna qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1nvanında yerləşən ümumi sahəsi 0,14 kv.m olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrində 424 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyat aparılmışdır; İş materiallarında olan Satıcı Cavabdeh2 nümayəndəsi X4 ilə alıcı- Cavabdeh3 arasında bağlanmış AN-İ ******* №-li xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı ünvan 1nvanında yerləşən ümumi sahəsi 0,14 kv.m olan torpaq sahəsini Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin dəyəri 5400 manat müəyyən edilmişdir. İş materiallarında olan Satıcı Cavabdeh2 nümayəndəsi X4 ilə alıcı-Cavabdeh3 arasında bağlanmış AN-İ ******* №-li xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı ünvan 1nvanında yerləşən ümumi sahəsi 0,3 ha olan torpaq sahəsini Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin dəyəri 20000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 056554 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1nvanında yerləşən ümumi sahəsi 0,30 ha olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrində 730 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyat aparılmışdır; İş materiallarında olan Abşeron rayon 1 saylı Notariat kontoruna X4 tərəfindən xx.xx.2015-ci il tarixdə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 subay olmağı ona məlumdur. Satılan ünvan 1nvanında yerləşən torpağa dair gələcəkdə hər hansı bir mübahisə yaranarsa özü cavabdehdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4971/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh3, Abşeron rayon 1 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı onun adından çıxış edən qardaşı X4 ilə cavabdeh-Cavabdeh3 arasında Cavabdeh1 xüsusi notariusu tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə ona verilmiş **********03 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan 0.14 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/472 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi xx.xx.2015-ci il tarixdə ona verilmiş **********5 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.30 ha ölçülü torpaq sahəsinə dair reyestr nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan İmişli rayon VVADQ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 189497 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X3 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 409 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi ünvan 1nvanında yerləşən ümumi sahəsi 0,14 kv.m olan torpaq sahəsi və ünvan 1nvanında yerləşən ümumi sahəsi 0,3 ha olan torpaq sahəsi Cavabdeh2 məxsusdur. Daha sonra qeyd edilən torpaq sahələrinə dair Cavabdeh3 ilə müvafiq olaraq AN-İ ******* №-li xx.xx.2015-ci il tarixli və AN-İ ******* №-li xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz əmlaka birgə hüququ olan Cavabdeh2 ilə Cavabdeh3 arasında, 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinə dair, An-İ ******* və An-İ ******* saylı alqı-satqısı müqavilələri etibarsız hesab edilməsi, həmin əqd əsasında yaranmış hüquqi nəticələr ləğv edilməsini, dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qeyd edilən müqavilənin qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığını iddia edərək etibarsız hesab edilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Öz növbəsində, Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə müvafiq olaraq ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.4-cü maddəsi). Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. - 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Göründüyü kimi, iddiaçının mübahisəsi gedən əmlaka dair alqı-satqı müqaviləsi bağışlanmasından xəbərsiz və məlumatsız olduğunu iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Qeyd edilməlidir ki, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamış, “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Göründüyü kimi əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər; Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır; Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır; Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Məhkəmə hazırkı iddia ərizəsinə münasibətdə qeyd edir ki, mülki işdə olan notariat işinin materiallarından müəyyən olunur ki, X2 məxsus torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlanarkən onun ailə vəziyyəti qardaşı Cavabdeh2 tərəfindən Abşeron rayon 1 saylı notariat kontorunda yazılmış ərizədə evli olduğu halda subay göstərilmişdir. Qeyd edilən hal X1 məhkəmə iclasında verdiyi izahatda özü tərəfindən etiraf edilmiş və sübuta yetirilmişdir. Bu halda məhkəmə hesab edir ki, alqı-satqı müqavilələri bağlanarkən X1 arvadı İddiaçı torpaq sahəsinin satılmasına razılığını ifadə edən ərizəsı alınmalı idi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında, 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinə dair, An-İ ******* və An-İ ******* saylı alqı-satqısı müqavilələri etibarsız hesab edilməli və onun hüquqi nəticələrinin ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh3 arasında, 10 fevral 2015-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinə dair, AN-İ ******* və AN-İ ******* saylı alqı-satqısı müqavilələri etibarsız hesab edilsin və onun hüquqi nəticələrinin ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2141/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2141/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver