Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2143/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh həyat yoldaşı Cavabdeh aylıq gəlirindən sabit olaraq 176 (yüz yetmiş altı) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 yanvar 2020-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək, nikahlarını 1 saylı Bakı “ASAN” xidmət X8 tərəfindən qeyd ilə rəsmiləşdirmişlər. Birgə nikahdan 26 yanvar 2021-ci il tarixində X5 adında qızları doğulmuşdur. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurətində qalaraq, cavabdeh həyat yoldaşı Cavabdeh himayəsində olan uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 176 (yüz yetmiş altı ) manat məbləğində aliment tutularaq ona ödənilməsini xahiş etmiş, qeyd etmişdir ki, cavabdeh həyat yoldaşı Cavabdeh ilə rəsmi olaraq boşanmasalar da, ayrı yaşayırlar. Hamilə dövründən və qızlarının dünyaya gəldiyi gündən saxlanılması üçün cavabdeh tərəfindən ona heç bir maddi və mənəvi yardım göstərilməmişdir. Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissədə pul məbləğinin tutulub maddi yardım olaraq iddiaçıya ödənilməsi barədə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə 20.10.2020-ci il tarixindən başlayaraq cavabdehin əmək haqqın və digər gəlirlərinin ¼ hissə məbləğində aliment onun xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Lakin buna baxmayaraq cavabdeh həyat yoldaşı Cavabdeh birgə nikahdan doğulmuş qızları üçün aylıq aliment ödəməsini şifahi şəkildə tələb etsə də, o, hər dəfə bu tələbini dinləməmiş və aliment ödəməkdən yayınmışdır. İddiaçı hal-hazırda işləmir və azyaşlı qızına baxmaqda maddi çətinliklər yaşayır. Onlar həyat yoldaşı ilə artıq 9 aydır ki, ayrı yaşayırlar, hamilə dövr ərzində və uşağın dünyaya gəldiyi gündən iddiaçı dəfələrlə ona uşağın xərclərin ödənilməsində iştirak etməsini, aliment ödəməsini tələb etsə də, o, bu tələblərdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı “ASAN” xidmət X8 tərəfindən 07.10.2020-ci il tarixdə verilmiş AZ-T seriyalı, 028785 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X10 arasında 12.01.2020-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 87 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir; X9 tərəfindən 23.02.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 535960 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 26.01.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3873/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli Qətnaməsinin surətinə əsasən iddiaçı X6 Cavabdeh qarşı maddi yardım tələbinə dair iddia təmin edilmiş, 20.10.2020-ci il tarixdən başlayaraq, Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi məbləğində aliment X6 xeyrinə tutulması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3581/2020 nömrəli, 14 aprel 2020-ci il tarixli Qətnaməsinin surətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3873/2020 saylı iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və Cavabdeh uşaq 3 yaşına çatanadək 80 manat sabit pul məbləğində aliment Günay Əliyevanın xeyrinə tutulması qət edilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından 26 yanvar 2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Hazırda iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay 176 manat sabit pul məbləğində aliment tələb edir. Uşağa alimentin ödənilməsi ilə bağlı tərəflər öz aralarında hər hansı saziş bağlamamışlar. Cavabdehin əmək fəaliyyəti ilə məşğul olması və müntəzəm aylıq gəlirə malik olması halı müəyyən edilməmişdir. Məhkəmə iclasında iş üzrə tərəflərin faktiki ayrı yaşadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən aliment almaq üçün cavabdehə müraciəti və cavabdehin bundan imtinasına dair hər hansı sübut məhkəmə baxışı zamanı təqdim edilməmişdir. İddia ərizəsi məhkəməyə 18.03.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdehin müntəzəm aylıq gəlirə malik olması müəyyən edilməmişdir. İddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində tələb edir. Digər tərəfdən, artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh tərəflərin birgə nikahından döğulmuş uşaq 3 yaşına çatanadək 80 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçının tələbi uşağın saxlanılması üçün Cavabdeh sabit məbləğdə alimentin tutulmasıdır. Məhkəmə hesab edir ki, 26 yanvar 2021-ci il təvəllüdlü X1 üçün İddiaçı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi, yəni 18.03.2021-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 26 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, aliment məbləği məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 18.03.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 26 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment məbləği 18.03.2021-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2143/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2143/2021
27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver