Məhkəmə qərarları › İş №2(005)-2163/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2163/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2163/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1994-cü il təvəllüdlü Qubadov Elxan oğlundan, 2024-cü il tarixinə qanunla nəzərdə tutulmuş ölkə üzrə 270 manat yaşayış minimum, hər ay sabit pul məbləğində aliment tutularaq iddiaçının saxlanılması üçün xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı vəsatət təqdim edərək 2(005)- 2163/2024 №-li işin daha əvvəl icraata qəbul edilməsini nəzərə alaraq 2(005)-2565/2024 №-li işin 2(005)-2163/2024 №-li işə birləşdirilərək həmin işlərə bir icraatda baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qeyd olunan mülki işlərin bir icraatda birləşdirilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil yazılı vəsatətə uyğun izahat verərək bildirdi ki, məhkəmənin icraatında hazırda iddiaçının Cavabdeh qarşı aliment tələbinə dair mülki iş vardır və hər 2 işdə tələblərin eyni əsaslı olması və bir-birilə bağlı olması, iddiaçının eyni şəxs olması və cavabdehlərin qardaş olduğunu nəzərə alınarsa, mülki işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə iş materiallarını və cavabdehin vəsatətini araşdırıb hesab edir ki, hazırki 2(005)- 2163/2024 nömrəli mülki iş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X1 qarşı “aliment” tələbinə dair mülki işlə eyni növlü olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, 2(005)-2163/2024 saylı mülki iş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X1 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə eyni növlü olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə 2(005)-2565/2024 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2163/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan 2(005)-2565/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin. Birləşdirilmiş iş üzrə 2(005)-2565/2024 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar